Məhkəmə qərarları › İş №2(102)-217/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-217/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-217/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh oğluna və X5 və iddiaçı X3 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, cehiz əmlakların evdən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil, ilk iddia üzrə Cavabdeh oğlunun və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1594/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan «Nikah haqqında» şəhadətnamədən görünür ki, X11 və X12 02 aprel 2012-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə LLL, arvada LLLa soyadı verilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29.09.2012ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 25.09.2013cü il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan “Ölüm haqqında” şəhadətnamənin sürətindən görünür ki, X11 31.03.2016-cı ildə ölmüşdür. İş materiallarında olan JN-149A kod 80204016 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Lənkəran rayon X10 27 mart 1998-ci il tarixli 05 saylı qərarına əsasən 0.11 hektar torpaq sahəsi Cavabdeh oğlunun, X8 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1979-cu il tarixdə Cavabdeh oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyes trindən RX seriyalı ******* nömrəli müvafiq qaydada təsdiq olunmuş ÇİXARİŞ-ın surətindən görünür ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun adına daşınmaz əmlakın 23.10.2017-ci il tarixdə dövlət reyestrində 63 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh oğlu mülkiyyət hüququ üzrə özünə məxsus və Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evini həyat yoldaşı X5 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli müvafiq qayda da təsdiq olunmuş ÇİXARİŞ-ın surətindən görünür ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh oğluna qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladlarının cavabdehə məxsus 1 mərtəbəli, 3 otaqlı evdə onlar üçün ayrılmış otağa köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, 15 noyabr 1990-cı il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuşdur. O, 02 aprel 2012-ci il tarixdə Lənkəran ray onu, Aşağı-Nüvədi qəsəbə sakini 1977-ci il təvəllüdlü X11 ilə ailə həyatı qurmuş və mərhum həyat yoldaşının atasına məxsus 1 mərtəbəli 3 otaqlı mənzilə gəlin köçmüşdür. Rəsmi nikahları Lənkəran rayon Aşağı-Nüvədi qəsəbə ərazi nümayəndəliyində qeyd edilmişdir. Birgə nikahlarından 29.09.2012-ci il tarixdə Vüsalə və 25.09.2013-cü il tarixdə Şəbnəm adlı övladları anadan olmuşdur. Həyat yoldaşı X11 31.03.2016-cı il tarixdə kəskin işemik xəstəliyindən 39 yaşında vəfat etmişdir. Onun vəfatından az bir müddət keçdikdən sonra qaynatası Cavabdeh oğlu onunla süni şəkildə münaqişə yaratmaqla yersiz mübahisələr etmiş və onu müxtəlif absurd bəhanələrlə evdən qovmağa çalışmışdır. Vəziyyətin gərginləşməsini görüb, daha da kəskin hal almamasından ötrü 4 aydan sonra bütün məişət avadanlıqlarını orada saxlay araq övladlarını götürərək valideynlərinin yanına köçməyə məcbur olmuşdur. Artıq 5 ildir ki, valideynləri ilə birgə yaşayır. Düşünmüşdür ki, Cavabdeh bir gün hirsi soyuyub onun və nəvələrinin ona yad olmadığını yaşının ahıl çağında anlayaraq məlum mənzilə yaşayışlarını təmin edəcəkdir. Təssüflər olsun ki, ötən 5 il ərzində cavabdeh tərəfindən belə bir müsbət addımın atılmamasını görüb, problemi hüquqi müstəvidə həll etmək qərarına gəlmişdir. İddiaçı X9 cavabdeh İddiaçı qarşı “cehiz əmlakların evdən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin giriş hissəsindən sol tərəfdə yerləşən 2-ci otağında saxlanılan 1 ədəd stenka mebel (servant, 1 ədəd diva n, 1 ədəd stol, 1 ədəd stul, mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd çilçıraq olmaqla 6 adda cehiz əmlaklarının fərdi yaşayış evindən çıxarılaraq özünə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı X9 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15.03.1969-cu il tarixdə anadan olmuş və hal-hazırda həyat yoldaşı iş üzrə Cavabdeh oğlu ilə birlikdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. İş üzrə 18.08.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh kimi işə cəlb olunmuşdur. Bu səbəbdən də hesab edir ki, qarşılıqlı iddia tələbi vermək hüququ həmin vaxtdan yaranır. Ona qarşı verilmiş iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh İddiaçı həyat yoldaşı Cavabdeh oğlunun mərhum oğlu Vüsal LLLla 2012-ci ildə ailə qurub evlənərək Cavabdeh məxsus evə gəlin köçmüşdür. Vüsal LLL 31.03.2016-cı il tarixdə vəfat etdikdən sonra İddiaçı təxminən 5 ay gəlin gəldiyi evdə yaşadıqdan sonra öz valideynlərinin evinə getmişdir. İddiaçı 2012-ci ildə gəlin gəldiyi dövrdə gətirdiyi cehiz əmlaklarının bir hissəsini 2016-cı ildə öz valideynlərinin evinə gedərkən aparmışdır. 23.10.2017-ci ildə mübahisəli evə dair həyat yoldaşı Cavabdeh oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və həmin fərdi yaşayış evi sonradan, yəni 17.04.2019-cu ildə onun xüsusi mülkiyyətinə keçmişdir. Hal-hazırda cavabdehin onun xüsusi mülkiyyətində olan evdə bəzi cehiz əmlakları qalmışdır. Belə ki, o, 2016-cı ildə öz valideynlərinin evinə gedərkən gəlin gəldiyi dövrdə yaşamış olduğu otağın qapısını bağlamışdır. Həmin cehizlər 1 ədəd stenka mebel (servant), 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd stul, mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd çilçıraqdan ibarətdir. Hal-hazırda o, mülkiyyətində olan evdə yaşamaqla oradan istədiyi kimi istifadə edə bilmir. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2020-ci il tarixli 2(049)-1470/2020 nömrəli qərardadı ilə (hakim Rəşad Məmmədov) X9 ilk iddia üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(049)-1470/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə İddiaçı məxsus 1 ədəd stenka mebel servant), 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd stul, mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd çilçıraq olmaqla 6 adda cehiz əmlakların qarşılıqlı iddia üzrə iddiaçı X5 məxsus Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən evdən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlara gəldikdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 /ə 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı ilə tam aydınlıq gəlmişdir. Qərara əsasən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən isə gəlinin qayınatanı (və ya qayınananı) saxlamaq aliment kimi öhdəliyi müəyyən edilməmişdir. Yəni gəlin qayınatanın (və ya qayınananın) digər qohumu da hesab edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab etmişdir ki, İddiaçı mülkiyyətçi Cavabdeh oğlunun ailə üzvü olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2011-ci ildə yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları ba xımından qiymət verilməklə mübahisə həll edilməlidir. Həmin normalar baxımından müəyyən olunur ki, istər mübahisəli hüquq münasibətləri yaranan zaman ilkin iddia üzrə Cavabdeh, istərsə də hazırkı mülkiyyətçi, qarşılıqlı iddiaçı YYY ilə ilkin İddiaçı arasında sonuncunun qeyd olunan mübahisəli mənzilə köçürmələri barədə razılaşmaları olmamışdır. Mübahisəli evin əvvəlki mülkiyyətçisi Cavabdeh oğlu və hazırki mülkiyyətçi X7 ilə İddiaçı arasında hər hansı razılamanın olması barədə isə iddiaçı tərəfindən məhkəməyə heç bir subut təqdim olunmamışdır. Odur ki, ilk iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə dair münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddiaçının cavabdeh X4 məxsus evdə saxlanılan cehiz əmlakları həmin fərdi yaşayış evindən çıxar ılmalıdır. Belə ki, cehiz əmlakların yerləşdiyi ev qarşılıqlı iddiaçının mülkiyyətindədir və onun mülkiyyət hüquqları qorunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.7-ci, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair”8 oktyabr 2013-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair”16 dekabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 2(106)-1594/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(049)-1470/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı nə ilkin iddia üzrə Cavabdeh, nə də qarşılıqlı iddiaçı 000nın ailə üzvü olmamışdır. İddiaçı həmin şəxslərə münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda ilkin iddiaçının həmin fərdi yaşayış sahəsindən istifadə hüququnun yaranmasından ötrü mülkiyyətçi ilə razılaşması olmalıdır. Lakin ilkin iddiaçının istər mübahisəli hüquq münasibətləri yaranan zaman ilkin iddia üzrə Cavabdeh ilə, istərsə də hazırkı mülkiyyətçi ilə mənzildən (fərdi yaşayış evindən) istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma da olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ilkin iddia tələbi üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, ilkin iddiaçının köçürülməsini mübahisələndirdi yi fərdi yaşayış evi ilə bağlı hər hansı hüquqi əsas olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, ilkin iddiaçının 000nın mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı hüququnun olmaması müəyyən edildiyindən, ona məxsus əmlakların da həmin fərdi yaşayış evində qalması, mülkiyyətçi kimi 000nın həmin əmlak üzərində sahiblik və istifadə hüququnun məhdudlaşdırılmasını qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməklə, ilkin iddiaçıya məxsus əmlakların qarşılıqlı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şik ayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla faktlar nöqteyi nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Buna görə də apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarına hərtərəfli baxış zamanı öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi səbəblərinə görə qətnamə tamamlanmamışdır. Belə ki, apelyasiya şikayətində qeyd edildiyi kimi o, mübahisəli əmlaka gəlin köçərək uzun zaman ərzində həmin əmlakda yaşamış, övladları da həmin əmlakda dünyaya gəlmişlər. Onun ərinin sağlığında o, əri və uşaqları ilə birgə rahat şəkildə gəlin köçdüyü Lənkəran rayon Aşağı-Nüvədi kəndində yerləşən evdə yaşayırdı. Ərinin vəfat etməsi faktoru onun vəfat etmiş ərinin ailəsi ilə qohumluq əlaqəsini pozmur və onu evdən çıxarmaq üçün əsas yaratmır. Hazırda onun və azyaşlı uşaqlarınının yaşaması üçün digər yeri yoxdur və bu səbəbdən də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Onun əmlaklarının bir hissəsi onun gəlin köçdüyü mənzildə saxlanılır və hazırda o, öz mülkiyətindən istifadə etmək hüququndan məhrumdur. Apelyasiya instansiyasının belə bir nəticəyə gəlməsi mübahisəli qətnamənin əsassızlığını sübut edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə zəruri əhəmiyyət kəsb edən yaşayış mənzilinin qiymətinin ekspertiza tərəfindən müəyyən edilməsi ilə araşdırılmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə Cavabdeh oğlu və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 məhk əmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya insta nsiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla bi rgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə seçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindənn müəyyən müddətə ist ifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, 'yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair”16 dekabr 2014-cü il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanı lmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmı şdır. Belə ki, ilk iddiaçı kasasiya şikayətində özünün cavabdehin ailə üzvü hesab edildiyini, buna apelyasiya kollegiyasının əhəmiyyət vermədiyini və bu barədə araşdırma aparmadığını, başqa yaşayış yerinin olmadığını dəlil olaraq göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ilk iddiaçının cavabdehin ailə üzvü hesab edilməsinin və ya digər qohumlar kateqoriyasına daxil olaraq cavabdehə məxsus evdə yaşamaq hüququnun yaranmasının qeyri-mümkünlüyü apelyasiya kollegiyası tərəfindən həm Mənzil Məcəlləsinin, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən müvafiq qərarı ilə kifayət qədər aydın şəkildə izah edilmişdir. Odur ki, ilk iddiaçının bu barədə apelyasiya kollegiyası tərəfindən araşdırma aparılmaması ilə bağlı dəlili əsassız hesab edilməlidir. İlk iddiaçının başqa yaşayış yerlərinin olmaması ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, ilk iddiaçının başqa yaşayış yerinin olmaması o demək deyildir ki, ilk iddiaçı qanuni əsas olmadan cavabdehin fərdi yaşayış evinə köçürülmək və orada yaşamaq hüququna malik olmalı və ona bu barədə təminat yaradılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1594/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar