Məhkəmə qərarları › İş №2(102)-217/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-217/2023

01.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-217/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı QƏRARİ iş № 2(102)-217/2023 Açar sözlər: əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi Bakı şəhəri 01 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1736/2022 nö mrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2022-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh ilə İddiaçı arasında coğrafiya müəllimi vəzifəsinə dair xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. 2. xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrə əsasən, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilmişdir.

3. İddiaçı ba rəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişə əsasən, əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir.

4. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMC-ni hüquqşünası X3 03 mart 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Mübahisəni məhkəmədə davam etdirmək barədə qərar qəbul etdilər.

5. Zirvə liseyi ilə coğrafiya müəllimi İddiaçı arasında bağlanmış əmək müqaviləsi itdiyi üçün etibarsız sayıldığı barədə “Şərq” qəzetində elan verilmişdir.

6. Cavabdeh 10 yanvar 2022-ci il tarixli 200/22-03 nö mrəli əmrinə əsasən, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əsas: İddiaçı Zirvə Liseyi ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021ci il tarixli razılaşma.

7. Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əasən, Cavabdeh, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və 05 iyul 2021-ci il tarixli razılaşmanın (əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında) naməlum şəraitdə itməsi barədə xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. 8. xx.xx.2022-ci il tarixli Cinayət işi başlama və icraata qəbul edilmə barədə qərarına əsasən, Cavabdeh MMC-nin direktoru Xəzər Babayev 10 fevral 2022-ci il tarixli; Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, Liseyin müəllimi İddiaçı ilə 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi və ona edilmiş əlavə sənədlərin Liseyin qəbul qeydiyyat üzrə otaqdan naməlum şəraitdə oğurlanmasını 2021-ci ilin dekabr ayının sonunda aşkar etmişlər. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi və 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilmə sini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə işəgötürən heç bir səbəb olmadan onu müəssisənin inzibati binasına buraxmamış və əsassız yerə işdən kənarlaşdırmışdır. Məsələyə aydınlıq gətirməyə cəhd etsə də, işəgötürən danışıqlardan imtina etmişdir. Buna görə də, əsassız və qanunsuz olaraq işdən kənarlaşdırılmağı barədə X10 Xidmətinə müraciət etmişdir. Bu müraciətindən sonra xx.xx.2022-ci il tarixdə ona işdən çıxarılmağı ilə bağlı xx.xx.2022-ci il tarixli əmr təqdim olunmuşdur. “Zirvə Liseyi” MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hiss əsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “... Liseyin coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixindən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilsin...”. Halbuki, işəgötürənlə bağladığı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə kimi, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə müddəti başa çatmadığı halda, Cavabdeh MMC onunla bağlanmış müddətli əmək müqavi ləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin tələblərini və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin, xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrdə bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi guya Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilsə də, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. Göründüyü kimi əmr əsassızdır. Ona görə də “Zirvə Liseyi” MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri ləğv edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağ ı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir.

11. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu belə əsaslandırmışdır ki, qanunsuz olaraq işdən çıxarılmağı, cavabdehin öz qanunsuz hərəkətlərinə son qoymaq əvəzinə, X10 Xidmətinə etdiyi müraciətindən sonra guya əmək müqaviləsinin tərəfindən oğurlanılması barədə işəgötürən tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət edilməsi onun çox ağır sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur ki, bu mənəvi sarsıntı və iztirablar ölçüyə gəlməzdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia tələbinə etiraz edir. MMC ilə İddiaçı arasında 2019-ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bunla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyini və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra, sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunvercili yinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra, MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafıq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işi yerində müəyyən olunmamışdır. İddiaçı şəxsi işi axtarılsa da, tapılması mümkün olmamışdır. İlk olaraq sənədlərin itirildiyini zənn edərək “Şərq" qəzetinə elan veriİmiş və Abşeron rayon Polis İdarəsindən sənədlərin tapılıb-tapılmamasına dair Arayış da alınmışdır. Lakin, sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Bundan sonra, cinayət hadisəsinin baş verməsinə dair ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişlər. Müraciətləri əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Liseyin qəbul qeydiyyat üzrə otağından naməlum şəraitdə oğurlanması 2021-ci ilin sonunda aşkar edilmiş və faktla bağlı Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Halhazırda adıçəkilən cinayət işi üzrə araşdırmalar davam etdirilir. Bundan başqa, digər ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 ərizə ilə müraciət edərək İddiaçı şikayəti əsasında başladılmış inzibati icraata Abşeron rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması xahiş edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.

13. Abşeron rayon məhkəməsinin (X1) 2(012)-2339/2022 saylı xx.xx.2022-ci il il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli 200/22-03 saylı əmri ləğv edilmiş, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, İddiaçı Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunmuşdur.

14. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında ilk dəfə birillik müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmamışdır. Cavabdeh 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir.

15. Əmrin verilməsinə əsas İddiaçıla ”Zirvə” Liseyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrdə Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqaviləsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı tərəf müqavilənin müddətinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə müqavilənin mövcud olmadığını, ümumiyyətlə bu barədə müqavilənin bağlanmadığını, cavabdeh tərəf isə iddiaçıya aid şəxsi sənədlərin naməlum şəraitdə yoxa çıxdığını bildirir.

16. İddiaçı Zirvə Liseyi ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşmaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrlə “Zirvə Liseyi» Məhdud Məsuliyyətli Cəmiyyəti adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilənin bağlanmasını təsdiq olunmur.

17. Cavabdehin iddiaçıya məxsus sənədlərin naməlum şəraitdə yoxa çıxması il ə bağlı mövqeyi barədə məhkəmə qeyd etmişdir ki, Liseyin qəbul qeydiyyat üzrə otağında işçilərin şəxsi sənədlərinin mühafizəsinin iddiaçıya aidiyyatı yoxdur, iddiaçı tərəfindən həmin sənədlərin yoxa çıxarılması ilə bağlı isə işdə hər hansı sübut yoxdur. Qaldı ki, iddiaçı barəsində əmək müqaviləsi bildirişinin (son müddət xx.xx.2021- ci il) xx.xx.2021-ci il tarixdə sistemə daxil etməsinə, məlum olduğu kimi həmin bildirişlər tərəflər arasında müqavilənin şərtlərinin dəyişdirilməsi barədə əlavə razılaşma barədə müqavilə bağlandığını təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində müqavilə müddəti başa çatmadığı halda işdən azad olma barədə əmr verilmişdir.

18. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh xx.xx.2022ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi hissəsində əsaslı hesab olunur, həmin əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı iddiaçıya ödənilməli və iddiaçı Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməlidir.

19. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mənəvi zərər hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1,2,3,4,5-ci hisslərinə, 47-ci maddənin f bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 73-cü maddənin 1-ci hissəsinə, 84.1, 84.2, 300-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları araşdırılmadan qəbul edildiyindən qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1 -ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2.1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. MMC ilə İddiaçı arasında 2019- ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bunla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyini və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra MMC tərəfindən sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şə xsi işi yerində müəyyən olunmamışdır. İlk olaraq sənədlərin itirildiyi zənn edilərək MMC tərəfindən “Şərq” qəzetinə elan verilmiş və Abşeron Rayon Polis İdarəsindən sənədlərin tapılıb-tapılmamasına dair arayış da alınmışdır. Lakin sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına iddia tələbinin dəlilləri üzrə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında ilk dəfə birillik müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmadığı qeyd etmişdir. Lakin məhkəmə qəbul etdiyi qətnaməsində özü iş materiallarına əlavə edilən və sadaladığı sənədlərdə iddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.x x.2021-ci il tarixli bildirişin mövcud olduğunu qeyd etmişdir. Belə ki, adıçəkilən bildirişdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrdən görünür ki, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı barəsində əmək müqaviləsinə dəyişikl ik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir. Sadalanan hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmalı, şikayət təmin edilərək, qətnamə ləğv edilməlidir.

24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qismən əsassızdır. Belə ki, məhkəmə iddianı işə bərpa hissəsində təmin etsə də, mənəvi ziyanın və mediasiya xərcinin tutulması hissəsində təmin etməmişdir. Məhkəmə mənəvi zərərlə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müd afiəsi tədbiridir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, işin hallarından da görünür ki, cavabdeh iddiaçını qərəzli və qanunsuz şəkildə dərsə buraxmamış və müqavilə müddəti başa çatmadan təhsil ilinin yarısında əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, bununla kifayətlənməyərək həm əmək müqaviləsinin, həm də həqiqətdə mövcud olmayan sənədin (əmək müqaviləsinə əlavənin) guya iddiaçı tərəfindən oğurlanması barədə hüquqmühafizə orqanlarına şikayət etmişdir. Göründüyü kimi işəgötürən 20 ildən artıq müəllim işləyən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışdır. Qeyd olunan xüsusatlar iş materialları ilə sübuta yetirildiyi halda, məhkəmə bununla bağlı işin halları na və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qərar qəbul etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbini rədd edərkən qeyd etmişdir ki, mediasiya xərci məhkəmə xərcləri sırasına daxil olmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-nin 115.0.maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərin sırasında mediasiya xərci nəzərdə tutulmamışdır. Məhkəmə yenə səhvə yol verərək işə tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız q oymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Əmək mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcləri işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən mediasiya xərci ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin hissədə qətnamə ləğv edilərək, iddia həmin hissədə də təmin edilməlidir.

25. Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X7) 2(105)-1736/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan və məhkəmə xərcinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir.

26. Kollegiya qeyd etmişdir ki, yaranmış mübahisənin obyektiv həlli baxımından ilk öncə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolunu n mövcudluğu məsələsinə qiymət verilməlidir. İddiaçı tələbində sözügedən razılaşmanın mövcud olmadığını qeyd edir. Cavabdeh isə şikayətinin əsas dəlili kimi, sözügedən müqaviləyə dəyişikliklə bağlı razılaşma protokolunun xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrə uyğun olaraq, əmrdə adları qeyd olunan hər bir şəxslə (43 nəfər, o cümlədən İddiaçı ilə) ayrı-ayrılıqda bağlandığını, lakin naməlum səbəblərdən iddiaçıya məxsus şəxsi işin itməsi səbəbindən həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin dəlillərini daha ağlabatan hesab edərək onunla razılaşmışdır.

27. Kollegiya bildirmişdir ki, əvvəla, iş materiallarına əlavə edilmiş mövcud əmək müqavilələrinin müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmr qüvvədədir. Həmin əmrdə adları qeyd olunan şəxslərin, o cümlədən iddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Əmək müqavilələrinə edilən bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı ilə əmək müqavilisinə dəyişiklik də elektron informasiya sisteminə daxil edilmişdir. Ən vacibi iş materiallarında həmin əmrdə adları qeyd olunan şəxslərdən iddiaçını çıxmaqla digərlərinə aid əmək müqavilələrinə dəyişiklik edilməsi barədə razılaşma protokolları mövcuddur ki, iddiaçıya aid sənədlərin məhkəməyə təqdim edilməməsinə səbəb kimi cavabdeh iddiaçının şəxsi işinin naməlum şəkildə itməsini qeyd etmişdir.

28. İşin faktiki hallarına qiymət verərək kollegiya qeyd etmişdir ki, sadalana n hallar, yəni xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrdə adları qeyd olunan şəxslərin hər birinin əmək müqaviləsinin əmrdə qeyd olunan müddətə uzadılması barədə əmək müaviləsinə dəyişiklik edilməsi bildirişin və razılaşma protokolunun mövcudluğu, yalnız iddiaçıya məxsus sənədlərin olmaması və cavabdehin bunu aşkar etdiyi vaxtdan yuxarıda qeyd olunan qaydada polis idarəsinə müraciət etməsi, fakt üzrə cinayət işinin başlanılması, bütün bu hallar ona dəlalət edir ki, həqiqətən də tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolu məhz iddiaçı barəsində də mövcud olmuş, lakin daha öncədə qeyd olunduğu kimi, həmin sənədlər naməlum səbəbdən itmişdir.

29. Məhkəmə bu qənaətə gələrkən həm də o faktı n əzərə almışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək istədiyi təqdirdə cavabdeh müqaviləyə dəyişiklik edib onun müddətini uzatmayaraq, cəmi iki ay iki həftə sonra müqavilənin müddətinin bitməsi səbəbilə ona xitam verə bilərdi. Bunun üçün heç bir hüquqi maneə də olmamışdır. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli dəyişiklikdən xəbərsiz olması barədə dəlilləri ağlabatan və inandırıcı görünmür. Belə olan halda iddiaçının iddia etdiyi kimi onun barəsində işdən azad edilmə barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrin qanunsuz olması öz təsdiqini tapmır.

30. Kollegiya hesab etmişdir ki, göründüyü kimi hazırkı iş üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır və hazırkı halda sözügedən əmrin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş heç bir əsas mövcud deyildir. Əsas tələb təmin edilmədiyindən, məhkəmə kollegiyası iddiaçının digər tələbləri üzrə araşdırma aparmağa zərurət görmür.

31. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 76, 83, 84.1, AR MPM-nin 77.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki 2(105)-1736/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır. İşdən də görü ndüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə 1 illik müddətə bağlanmış və həmin müqaviləyə hər hansı dəyişiklik edilməmiş, yəni müqavilənin müddəti dəyişdirilməmişdir. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu, yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Ona görə də, işəgötürənin özünün birtərəfli qaydada işçinin xəbəri olmadan elektron informasiya sistemində etdiyi dəyişiklik heç bir əhəmiyyət daşımır və hazırkı işə də təsiri yoxdur. Çünki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydi yyata alınması əhəmiyyətsizdir. Bir sözlə, yazılı saziş olmadan sadəcə işəgötürən tərəfindən dəyişiklik barədə bildirişin mərkəzi informasiya sistemində qeydiyyata alınması əmək müqaviləsinin şərtlərinin dəyişməsinə səbəb ola bilməz. Lakin apellyasiya məhkəməsi işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişikliklə bağlı elektron informasiya istemində aparılan qeydiyyatı əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişidirilməsi üçün əsas hesab etmiş və Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya siteminə məlumatların daxil edilməsi öz-özlüyündə işçi ilə işəgötürən arasındakı hüquq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası k imi çıxış etmir. Bu normada sadəcə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir. Ona görə də apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin tələbini nəzərə almadan sadəcə işəgötürən tərəfindən dəyişikliyin mərkəzi informasiya sisteminə daxil edilməsini tərəflər arasında bağlanmış əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişməsinə əsas kimi qəbul etməklə səhvə yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göründüyü kimi, cavabdeh tərəfindən mərkəzi informasiya sistemində birtəfəli qaydada müddətlə bağlı dəyişiklik edilməsi əmək müqaviləsi müddətinin dəyişməsinə səbəb olmadığı üçün əmək müqaviləsinin bitmə tarixi xx.xx.2022ci il olduğu halda, cavabdehin müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verməsi qanuni olmamışdır. Apellyasiya məhkəməsi isə cavabdehin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsaslanaraq verdiyi əmrin qanunsuz olmasına düzgün hüquqi qiymət verməmiş və bununla da maddi hüquq normasının tələbləri pozulmuşdur.

34. Kassator daha sonra bildirmişdir ki, Əmək Məcəlləsinin68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2- ci hissəsinin «b» bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Hətta əmək müqaviləsinə dəyişikliyin edilməsi fərz olunsa belə (halbuki elə deyildir), yenə də əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilə bilməzdi. Belə ki, qanunvericiliyə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu o deməkdir ki, xx.xx.2021-ci il tarixdə müddəti bitən əmək müqaviləsinə ən geci 7 yanvar 2022-ci il tarixdə (iş günüdür) xitam verilə bilərdi. xx.xx.2022-ci il tarixədək əmək müqaviləsinə xitam verilmədiyi halda, həmin müqavilə prolonqasiya qaydasında avtomatik olaraq eyni müddətə uzadılmışdır. Göründüyü kimi, bu halda da cavabdeh əmək müqaviləsinə vaxtından əvvəl xitam vermişdir. Apellyasiya məhkəməsi isə əmrin qanuniliyinə hüquqi qiymət verərkən bu barədə heç bir araşdırma aparmamış və müddətli əmək müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini mübahisəyə düzgün tətbiq etməmişdir. Halbuki, buxüsusat ayrıca dəlil kimi iddia ərizəsinə əlavə olaraq birinci instansiya mə hkəmə s i nə təqdim edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın bu dəlilinə heç bir hüquqi qiymət verməmiş və həmin dəlili cavablandırmamışdır (1-ci cild, iş v.72-73).

35. Kassator daha sonra qeyd etm işdir ki, apellyasiya məhkəməsi qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş və həmin sübutların hazırki işdəki mövcud hüquq mübahisəsinə nə dərəcədə əlaqəsi olduğunu qətnamədə göstərməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

36. Maddə 45 hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

37. Maddə 46 hissə

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə də yişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

38. Maddə 49 hissə

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

39. Maddə 68 hissə 1. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68- ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

40. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.

43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

45. Maddə 407.2. Kassasiya ”şikayətində” işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə”üçün”əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və”yaxud qətnamə” və”qərardadda ifadə”olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə” yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessaula hüquq normalarının pozuntusuna yol verilmişdir.

50. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsinə dair cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə təqdim edlməmişdir.

51. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Apellyasiya məhkəməsi belə bir saziş mövcud olmadığı halda, cavabdeh tərəfindən elektron informasiya sisteminə müqavilə müddətinə edilmiş dəyişikliyə istinad etməsi əsassızdır. Belə ki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvv əyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydiyyata alınmasına istinad edilməsi əhəmiyyətsizdir. Buna görə də, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad edilməsi əsassızdır.

52. Çünki Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya siteminə məlumatların daxil edilməsi öz-özlüyündə işçi ilə işəgötürən arasındakı hüquq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası kimi çıxış etmir. Bu norma tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir.

53. Əmək Məcəlləsini n 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

54. Apellyasiya məhkəməsinin həmçinin xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrə və həmin əmrdə adları göstərilən digər şəxslərlə əmək müqaviləsinə dəyişikliklər barədə sazişlərin imzalanmasına istinadı əsassızdır. Digər şəxslərlə müqaviləyə dəyişikliklərin imzalanması iddiaçının da belə sazişi imzalmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

55. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh in iddiaçıya məxsus şəxsi işin itməsinə istinad etməsi bunda iddiaçının təqsiri müəyyən edilməyənədək cavabdehi həmin Sazişin mövcudluğunu sübut etmək yükündən azad etmir. Çünki müvafiq sənədləşmə işnin aparılması, həmin sənədlərin mühafizəsi cavabdehin vəzifəsidir.

56. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

57. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

58. Həmin Məcəllənin 81-ci ma ddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

59. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Qanunvericiliyə görə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutların mötəbərliyini yoxlamadan işin bu və y a digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını düzgün tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazların dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.

63. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir, kassasiya şikayəti qismən təmin edilməlidir, belə ki, iş üzrə yeni qərar çıxarılmasına əsas yoxdur.

64. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün h üquqi qiymət verməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar