Məhkəmə qərarları › İş №2(102)-2170/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2170/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2170/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2rşı müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10966/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şika yətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X18 Liseyi adından müəssisənin direktoru X10 ilə “şagird” X11 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən təhsil haqqının məbləği 1000 manat olaraq ödənilir. Şagirdin həmin liseydə təhsil alması və onunla bağlı bağlanmış müqavilə qüvvəsində qalır. İddiaçıların ikinci uşağı liseyə qəbul imtahanları verərək həmin liseydə təhsilini davam etdirmək hüququ əldə etdikdən sonra illik təhsil ödənişləri ilə bağlı hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və X12 məhkəməyə cavabdeh X2rşı iddia və daha sonra iddia ərizəsinə dəqiqləşdir mə barədə ərizə verərək, cavabdeh X18 Liseyi ilə onlar arasında imzalanmış 05.09.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilmiş 1100 manat təhsil haqqını nəzərə alaraq, Liseyə qəbul edilmiş ikinci övladları X4 təhsil haqqı, həmin Müqavilənin 4-cü maddəsinin 4.7-ci bəndinin 4.7.2-ci yarımbəndinə əsasən 800 manat təyin edilməsi, “Şagird" X4 X1vericiliyə uyğun olaraq təhsil aldığı dövrdə (icbari ümumi orta təhsil müddətində) oxumasının təmin edilməsi, cavabdeh X18 Liseyi tərəfindən hər iki “Şagird” X5 və X4 təhsil aldıqları dövrdə qısnamalardan və hər-hansı qanuna zidd digər hərəkətlərdən çəkinmələri, ödənilmiş 30 manat dövlət rüsumu, 16,2 manat poçt xərclərinin cavabdehdən tutularaq onlara ödənilməsi, cavabdeh X18 Liseyindən mənəvi zərər kimi 29.700 manat birdəfəlik tutulmasına və həmi n məbləğin 9700 manatının valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbinin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X18 Liseyi ilə onlar arasında 05.09.2017-ci il tarixli müqavilə qüvvədədir. Həmin Müqaviləyə uyğun olaraq təhsil müəssisəsində böyük qızları X11 hal-hazırda 5-ci sinifdə təhsil alır. Qeyd olunan Müqavilənin şərtlərinə uyğun olaraq kiçik övladı X13, 10 manat ödəmək şərti ilə, 13.02.2021-ci il tarixdə, saat 10:00- da X18 Liseyinin inzibati binasında imtahana daxil olmuşdur. 02.03.2021-ci il tarixdə onlara X18 Liseyindən zəng olunmuş və X4 məktəbə daxil olduğu bildirilmişdir. 06.03.2021-ci il tarixdə onlar X18 Liseyinə yaxınlaşmış və şagirdin nəticələri ilə tanış olaraq bir daha daxil olduğunu müəyyən etmişlər. Lakin təhsil müəssisəsində tərəflər arasında imzalanmış Müqavilənin 4-cü Maddəsində qeyd olunan təhsil haqqı şərtləri deyil, yeni tələblər irəli sürülmüşdür. İddiaçı1 bildirilmişdir ki, illik təhsil haqqı 3500 (üç min beş) yüz manat təşkil edəcək və böyük övladları həmin liseydə oxuduğu üçün təhsil haqqına 15% endirim tətbiq ediləcəkdir. İddiaçılara "Şagird” X4 təhsil haqqı üçün 3500 manat, "Şagird" X5 təhsil haqqı üçün isə 935 (doqquz yüz otuz beş 1100 - 15%= 935 manat) manat ödəməli olduqları bildirilmiş, ümumilikdə hər iki Şagird üçün 4435 AZN ödəməli olduqları bildirilmişdir. Bundan sonra iddiaçılar 10.03.2021-ci il tarixdə X18 Liseyinə rəsmi məktub ünvanlamış və aralarında olan Müqaviləyə hüquqi rəy verilməsini və Müqaviləyə uyğun olaraq ödəniş etməyə hazır olduqlarını bildirmişlər. 17.04.2021-ci il tarixdə X18 Liseyinin inzibati binasına yaxınlaşaraq liseyin müdiri xanım XXX imzası ilə təsdiqlənmiş cavab məktubu verilmiş və müzakirələr aparılmışdır. Həmin məktuba əsasən 05.09.2017-ci il tarixli müqavilənin hal-hazırda qüvvədə olduğu bildirilmiş və həmin Müqavilənin 4.7.2-ci bəndinə əsasən Liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “Şagird" qəbul olunarsa, ikinci, üçüncü və sonrakı hər "Şagird"ə görə 800 (səkkiz yüz) manat güzəşt tətbiq edildiyi rəsmi məktubda bildirilmişdir. Təhsil müəssisəsindən həmçinin bildirmişlər ki, aralarında imzalanmış müqavilənin şərtləri yeni daxil olmuş “Şagird" X4 təhsil haqqına şamil olunmur. Uzun sürən müzakirələrdən sonra təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müqavilənin şərtlərinə uyğun razılığa gəlindiyi deyilmiş, sonradan yalnız 3500 manat ödənildikdən sonra müqavilənin imzalanacağı bildirilmişdir. Lisey rəhbərliyinin bu cur hərəkətləri nəticəsində dərin mənəvi sarsıntı keçirmişlər. Cavabdeh tərəfindən məcburi 2700 manat ödənilməsi tələb edildiyi üçün onlara azından 29.700 manat mənəvi zərər dəymişdir. Belə ki, bu məbləğ cavabdeh tərəfindən aralarında imzalanan Müqavilənin şərtlərinə zidd olaraq əlavə 2700 on bir illik təhsil müddətində tələb edəcəyindən və onlara hər il əsassız mənəvi və maddi zərər vura biləcəyindən irəli gəlmişdir. İddiaçılara görə Lisey Müqavilənin 4-cü Maddəsinə əsasən 1000 manat illik təhsil haqqından 50% güzəşt tətbiq edərək orda işləyən işçilərin övladlarına 500 manat tətbiq edir, 1-ci dərəcəli şəhid övladı 100%, 2-ci dərəcəli şəhid ailəsi 50%, 3-cü dərəcəli şəhid ailəsi isə 20% təhsil haqqından azad edilir. Bu da öz növbəsində onu göstərir ki, “Şagird" X6 illik təhsil haqqı 3500 manat yox, müqavilə ilə təsbit olunmuş təhsil haqqına 4.7.2-ci yarımbəndə əsasən güzəşt tətbiq olunmalıdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 14 sentyabr 2021-ci il tarixli, 2(005)-3714/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı1 ilə cavabdeh “X18 Liseyi” arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilə üzrə X4 təhsil haqqına görə 800 (səkkiz yüz) manat İddiaçı1 tərəfindən ödənilməklə ümumi orta təhsil almasının təmin edilməsi öhdəliyi cavabdeh “X18 Liseyi”nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumundan 20 manat dövlət rüs umunun əvəzi cavabdeh “X18 Liseyi”ndən İddiaçı1 xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların təhsil haqqının 800 manat olması müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olduğundan iddia həmin hissədə əsaslıdır. İddiaçı2 iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 05.09.2017-ci il tarixli müqavilə X18 Liseyi ilə “şagird” X11 üçün atası İddiaçı1 arasında bağlanmış, odur ki, digər İddiaçı2 qarşısında X18 Liseyinin öhdəliyi mövcud deyildir. İddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün tələbi həmin hissədə təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 389, 442, 443 və 448-ci maddələrinə və Mül ki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, işdəki sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. Belə ki, 05.09.2017-ci il tarixli müqavilə X18 Liseyi ilə İddiaçı1 arasında, onun qızı - şagird X5 təhsil alması ilə bağlıdır. Bu müqavilənin heç bir bəndində cavabdehin iddiaçının digər övladlarını təhsil müəssisəsinə qəbul etmək kimi bir öhdəliyi mövcud deyildir. Yəni, iddiaçının cavabdehin digər qızı olan X7 təhsil müəssisəs inə qəbul etmək kimi bir öhdəliyi mövcud deyildir və bununla bağlı tərəflər arasında da heç bir müqavilə yoxdur. Tərəflər arasındakı müqavilə, müqavilədəki qiymət və qiymət artımları və digər bütün bəndlər tərəflər arasında yalnız şagird X5 təhsil alması ilə bağlı məsələləri tənzimləyir. Tərəflər arasında olan Müqavilənin 4-cü bəndindəki güzəştlər yalnız digər şagird təhsil müəssisəsinə qəbul edildikdən sonra tətbiq olunur. Tərəflər arasında X4 təhsil alması ilə bağlı heç bir müqavilə mövcud deyildir və özəl təhsil müəssisə olan cavabdehin X4 təhsil müəssisənə qəbul etmək kimi bir öhdəliyi də mövcud deyildir. Cavabdeh həmçinin qeyd edir ki, iş üçün ən vacib məqamlardan biri hesab oluna biləcək məsələ isə, tərəflər arasındakı Müqavilənin 4-cü bəndinin məzmunudur. Müqavilədən də göründüyü ki mi, 4.7-ci maddə növbəti Təhsil haqqlarına oluna biləcək güzəştləri müəyyən edir. 4.7.2-ci bənddəki 800 (səkkiz yüz) manat güzəşt dedikdə, ilkin təhsil haqqına 800 (səkkiz yüz) manat məbləğində güzəşt nəzərdə tutulur, yəni endirim tətbiq olunur. Məhkəmənin hansı əsaslar və sübutlarla təhsil haqqı məbləğinin 800 (səkkiz yüz manat) manat müəyyən edilməsi bərədə qətnaməsi cavabdeh üçün anlaşılan deyildir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) 30 noyabr 2021-ci il tarixli, 2(103)-10966/2021 nömrəli qətnaməsi ilə X18 Liseyinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 nömrəli, 14.09.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmiş, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mövcud olan müqavilə üzrə hər iki tərəfin öhdəliklərinin həddi müəyyən edilmişdir. Həmin öhdəliklərə görə İddiaçı1 qızı XXX təhsil alması üçün 1100 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh X18 Liseyi iddiaçıların digər övladı həmin Liseydə təhsil alacağı təqdirdə təhsil haqqına 800 manat məbləğində güzəşt ediləcəyini öhdəsinə götürmüşdür. İddiaçılar liseyə qəbul edilmiş digər övladları X4 təhsil haqqının, qeyd olunan müqavilənin 4.7.2-ci yarımbəndinə əsasən 800 manat təyin edilməsini tələb edirlər. Halbuki, cavabdeh iddiaçılarının digər övladlarının liseydə təhsil alacağı təqdirdə təhsil haqqının 800 manat müəyyən edilməsini deyil, təhsil haqqına 800 manat məbləğində güzəşt edəcəyini öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən isə görünür ki, iddiaçının digər övladlarının liseyə qəbul edildikləri halda, onların təhsil haqqının 800 manat məbləğində müəyyən edilməsinə dair cavabdeh üzərinə hər-hansı öhdəlik götürməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1 və 442-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9, 88, 217, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırki mübahisə predmeti olan müqavilə iddiaçıların ikinci övladı X8 münasibətdə Mülki Məcəllənin 402-ci maddəsinin müddəalarına əsasən əsas müqavilə üzrə nəzərdə tutulmuş ilkin müqavilədir. Həmin müqavilədə təhsil haqqı 110 manat təyin edilməklə və bu məbləğ 3 il müddətinə etibarlı olduğundan iddiaçıların ikinci övladı X4 təhsil haqqına 800 manat məbləğində güzəşt tətbiq edilərək onun təhsil haqqı 300 manat müəyyən edilməlidir. Müqavilənin şərtləri cavabdeh Lisey tərəfindən müəyyən edilib tərtib edilsə də, cavabdeh tərəfindən onun şərtləri nə riayət edilməmiş və pozulmuşdur. Həmçinin cavabdehin bu hərəkətləri nəticəsində iddiaçıların övladı X13 psixoloji sarsıntı keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifə lərini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilmiş, yəni iddiaçının azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi və maneələrin aradan qaldırılması hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

33. Kassator tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə istinad edərə k hazırkı tələbi irəli sürmüşdür.

34. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(&17-18).

35. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb ol unan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır(&19-20).

36. Yuxarıda sadalanan maddi hüquq normalarından göründüyü kimi analoji tələbi irəli sürməkdən ötrü tərəflər arasında müqavilə olmalıdır. İddiaçı tərəflər arasında bağlanmış 05.09.2017-ci il tarixli müqaviləyə istinad edərək iddia irəli sürmüşdür.

37. Lakin, həmin müqavilənin bütün şərtləri tərəflər üçün məcburi hesab oluna bilməz. Ona görə ki, həmin müqavilədə X18 Liseyi ilə İddiaçı1 arasında, onun qızı - şagird X5 təhsil haqqı ilə bağlı razılaşma olmuşdur. Bundan sonra liseyə daxil olan şagirdin təhsil haqqı ilə bağlı razılaşma mövcud deyil. Həmin müqavilədə liseyə ailədən 2-ci şagird daxil olduğu təqdirdə 800 manat təhsil haqqından güzəşt ediləcəyi barədə razılaşma var. Müqavilənin 2-ci şagird üçün 800 manat güzəşt edilm əsi barədə bəndi lisey üçün öhdəlik yaradır. Lakin, 1-ci şagird üçün illik təhsil haqqı 2-ci şagird üçün öhdəlik yaratmır.

38. Nəzərə almaq lazımdır ki, tərəflər azad surətdə müqavilələr bağlayır və bu müqavilələrin məzmununu özləri müəyyənləşdirirlər. Onlar müqavilə bağlamaqda sərbəstdirlər, tərəfləri onların iradəsinə zidd müqavilə bağlamağa məcburi etmək olmaz.

39. Kollegiya razılaşır ki, tərəflər arasında bağlanmış müqavilədə aydın olmayan, insanları liseyə təşviq edən, reklam xarakterli bəndlər nəzərdə tutulmuşdur. Məsələn, müqavilədə 2-ci şagird liseyə daxil olarkən onun təhsil haqqının konkret olaraq nə qədər olacağı və həmin məbləğə 800 manat endirim ediləcəyi qeyd olunsaydı bu daha aydın və ikili məna kəsb etməzdi. Lakin, nə qədər ki, 2-ci şagirdin təhsil haqqı ilə bağlı müqaviləd ə razılaşma yoxdur, cavabdeh tərəfi 1-ci şagirdin təhsil haqqı barədə razılaşmaya uyğun olaraq 2-ci şagirdlə müqavilə bağlamağa məcburetmə əsaslı hesab oluna bilməz və bu müqavilənin bağlanması şərtlərinə ziddir.

40. Ona görə tərəflər müqavilə münasibətlərinə girərkən həmin müqavilənin bütün mühüm şərtləri barədə aydın mənzərə müəyənləşdirməli və bundan sonra müqaviləni imzalamalıdırlar. Beləki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Hazırkı mübahisədə 2-ci şagirdin illik təhsil haqqı barədə razılaşma müqavilənin əsas şərti idi. Bu barədə tərəflər razılaşmadıqları üçün cavabdeh tərəf müqavilənin ona verdiyi imkandan yararlanaraq özünün müəyyən etdiyi təhsil haqqına 1-ci şagirdlə müqavilə bağlayarkən nəzərdə t utulan 800 manat güzəşt məbləğini tətbiq etməklə yekun təhsil haqqı müəyyənləşdirmişdir. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10966/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar