Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-nin Ağsu X11 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Kateqoriya: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) Əmək müqaviləsinin bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nin Ağsu X11 İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-167/2024 nömrəli iş üzrə 21 fevr al 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh İB-nin Ağsu X11 İdarəsi (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdehin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iddiaçının iştirak etməsi nəzərdə tutulmuşdur. 3. “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il tarixli, 14-2-2-/3-1İ176/2023 saylı əmrinə əsasən İddiaçı Ağsu RQİİ-nin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. 4. “SOCAR”-ın Baş ofisinin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi tərəfindən İddiaçı məxsus mobil nömrəyə göndərilmiş “SMS” bildirişinə əsasən təlimin başl ama və bitmə tarixi: xx.xx.2023-xx.xx.2023, təlimin başlama və bitmə saatı 09:30-15:30, Təlim mərkəzinin adı: X8 Mərkəzidir.
5. Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov, Ağsu RQİİ-nin SƏTƏM şöbəsinin rəisi Şəhriyar Ağayev, Ağsu RQİİ-nin Texniki İstismar şöbəsinin rəisi Qalib Mahmudov, Ağsu RQİİ-nin rəhbərlik yanında aparatda energetiki Orxan Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən Ağsu X11 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı icazə almaq məqsədi ilə Ağsu RQİİ-nin İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyeva ilə onun arasında mübahisə yaranmışdır. Bununla əlaqədar Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov məsələyə aydınlıq gətirməsi üçün İddiaçı xx.xx.2023- cü il tarixdə xidməti otağına çağırmış, lakin o, rəhbərliyin iradlarını qəbul etməyərək qeyri-etik ifadələr işlədərək rəhbərliyə qarşı hücum çəkmişdir. Belə ki, İddiaçı Z.Məmmədova qarşı yüksək səslə qışqıraraq təhqiramiz ifadələr işlətmiş, etdiyi hərəkətləri ilə daxili nizam-intizam qaydalarını kobud surətdə pozmuşdur.
6. İnsan resursları şöbəsinin şöbə rəisi A.A.Yahyayeva, kadrlar üzrə mütəxəssis S.M.Mirzəyeva, kadrlar üzrə mütəxəssis A.A.İsgəndərova, kadrlar üzrə mütəxəssis M.M.Kamilov, Təlimçi birliyinin mühəndisi Ə.M.Əmrahov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Ağsu X11 İdarəsinin inzibati binasında Birliyin müvafiq əmri əsasında təşkil olunmuş “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursu üzrə iştirakçıların davamiyyəti yoxlanılan zaman idarənin Ucar rayonu Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xx.xx.2023-cü il tarixdə kursda iştirak etmədiyi məlum olmuşdur.
7. Əmək müqaviləsinə xitam verilməsi haqqında 14-2-2-12/3-1K-39/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Ağsu X11 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri iddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi, və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini və mediasiya xərci olaraq tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, əmrdə hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi, xx.xx.2023-cü il əmək müqaviləsinin ləğv edildiyi halda, həmkarlar ittifaqı tərəfindən işçinin hüquqlarının qorunmadığı, hətta işəgötürənin diqtəsi ilə qərar qəbul etməsinin bariz nümunəsi olmuşdir. Əmrin verilməsinə əsas olmuş səbəbləri iddiaçıya təqdim edilməmişdir. Həmkarlar ittifaqının belə iclas təyin etmədən işəgötürənin diqtəsinə xidmət etmiş, həmkar ittifaqının hüquqi mahiyyətini dərk və işçinin h üququnu qorumalı olduğu halda, ona aid hissədə belə işçinin hüquqlarının pozulmasına xidmət etmişdir. Bu səbəblərdən “cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmri ləğv edilməli və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.
10. İddiaçı izahatında əlavə olaraq onuda qeyd etmişdir ki, əmrin əsaslandırma hissəsində qeyd edilmişdir ki, Cavabdeh İB-nin müvafiq əmri ilə X14 İstismar İdarəsinin inzibati binasında 13-17 mart 2023-cü il tarixlərində müayinələri həyata keçirən qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərlərin hazırlıq proqramı ixtisasartırma kursu təşkil olunmuş və idarənin struktur bölmələrində çalışan çilingərlər həmin kursa cəlb olunmuşdur. Həmin kursda üzrlü səbəbdən işt irak edə bilməməsi barədə təsdiqedici sənədin təqdim edilməsi barədə cavabdeh idarənin insan resurslarının əməkdaşı Sənubər Mirzəyevanın tələbi iddiaçı tərəfindən etirazla qarşılanmışdır. Bu səbəbdən də guya iddiaçı tərəfindən qeyri-etik ifadələrə yol verilmiş, müəssisənin əməkdaşları tərəfindən oradan uzaqlaşdırılmışdır. Bunu da əsas gətirərək işəgötürən bir günün içərisində, işçinin izahatı dinlənilmədən, ona həmkarların iclası barədə bildiriş təqdim olunmadan Ağsu RQİİ-nin Həmkarlar Təşkilatı 01 saylı, xx.xx.2023- cü tarixli protokolu ilə işçinin əmək müqaviləsinə xitam verilməsini məqbul hesab etmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixində Kursun təşkil olunması barədə Əmrdə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin kursa qeydiyyatı barədə avt omatik bildirişlər əsas götürülməsinə baxmayaraq, təlimin keçirilmə ünvanı Ağsu RQİİnin inzibati binası qeyd olunmuşdur, halbuki işçiyə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsi tərəfindən daxil olan bildirişdə təlim mərkəzinin ünvanı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesində yerləşən X8 Mərkəzi qeyd olunmuşdur. Əmrə əsasən kursda iştirak İstehsalatdan ayrılmaqla qeyd edildiyi üçün, kursda iştirak etmək işçinin əmək funksiyasını icra etməsi hesab edilmir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə - ƏM) 7-ci maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Bu səbəbdən, bütün şərtlər, qaydalar və tərəflərin öhdəlikləri müvafiq müqavilə və yaxud əmək müqaviləsi ilə tənzimlənməlidir. Qeyd olunanı nəzərə alaraq, ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsaslanaraq “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə” əsaslanaraq işçidən üzrlü səbəb olaraq yaxın qohumunun xəstələnməsi ilə bağlı sənədin kursda iştirak etməməsi ilə bağlı tələb edilməsi əsassızdır. İşəgötürən tərəfindən yol verilən pozuntu halı olaraq qiymətləndirilir ki, bu hallar işçinin haqlı narazılığına səbəb olmuş və nəticədə tərəflər arasında mübahisəyə səbəb olmuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üz rə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas yaranır və 71-ci maddənin 2-ci və 3-cü hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70 -ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddənin 3cü hissəsinə əsasən, iş əgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Daha əvvəl işçinin intizam tənbehinə cəlb edilməməsi və işçinin 8 ildən çox müddətdə müəssisədə işlənməsi nəzərə alınmadan ən ağır intizam tənbehinin seçilməsi işəgötürənin qərəzli mövqeyini əks etdirir. İşəgötürənin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü tarixli əmrə həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarı əlavə edilməmişdir. 16 mart 2023-cü il tarixli X14 İstismar idarəsini tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi üçün əsaslardan biri və ən əsası da ƏM-in 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim olunan sənədlərdən də aydın olur ki, o, işdə deyil, kursda olmuşdur ki, bu da intizam tənbehinin verilə bilməməsi üçün əsasdır.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, “Azəriqaz" İstehsalat Birliyinin müvafiq əmri ilə X10 Qaz İstismarı İdarəsinin inzibati binasında 13-xx.xx.2023-cü il tarixlərində “Müayinələri həyata keçirən qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərlərinin hazırlıq proqramı” ixtisasartırma kursu təşkil olunmuş və RQİİ-nin struktur bölmələrində çalışan qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərləri həmin kursa cəlb olunmuşlar. Lakin xx.xx.2023-cü il tarixin də saat 11:00 radələrində kursda iştirak edən idarənin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingəri iddiaçı RQİİ-nin İnsan resursları şöbəsinə gələrək atasının səhhətində problemlər yaranması səbəbindən kursda iştirak etməyəcəyini bildirmişdir. Bununla bağlı İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyeva kursda iştirak etməməyi ilə əlaqədar iddiaçı tərəfindən təsdiqedici sənədin təqdim olunmasının vacibliyini bildirdikdə, o, Sənubər Mirzəyevaya qarşı kobudluq edərək, qeyri-etik ifadələr işlətmişdir. Şöbə əməkdaşları tərəfindən bu xoşagəlməz halın qarşısı alınmış və iddiaçı xidməti otaqdan kənar edilmişdir. Buna baxmayaraq, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə iddiaçı Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov tərəfin dən qəbul edilmişdir. Burada da iddiaçı Ağsu RQİİ-nin daxili intizam qaydalarının tələblərini kobud şəkildə pozaraq, qeyri-etik hərəkətlərə yol vermiş, idarənin baş mühəndisini dinləməkdən imtina etmiş, hətta ona qarşı fiziki təsir də göstərməyə çalışmışdır. İdarənin əməkdaşları tərəfindən bu halların qarşısı alınmış, həmin şəxs İdarənin inzibati binasından kənarlaşdırılmış və faktla bağlı müvafiq aktlar tərtib olunmuşdur. ƏM-in 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ƏM-in 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Həmçinin, qeyd etmək lazımdır ki, SOCAR-ın 10 avqust 2012-ci il tarixli, 108 nömrəli əmri ilə təsdiq edilmiş Biznes etikası Məcəlləsinə görə işçi: - gündəlik və peşəkar fəaliyyətində qeyri-qanuni və/və ya qeyri-etik hərəkətlərə və ya qanuniliyi və/və ya etikaya uyğunluğu şübhə doğura bilən hərəkətlərə yol verməməlidir (Qanunilik prinsipi, 2.1.2-ci yarımbənd); - tutduğu vəzifədən, cinsindən, yaşından, milli və dini mənsubiyyətindən və s. asılı olmayaraq iş yoldaşlarına hörmətcil, nəzakətli və xeyirxah münasibət göstərməyi öz üzərinə götürür (Düzlük və açıqlıq prinsipi, 2.3.2-ci yarımbənd); Belə ki, özünün əmək funksiyasının v ə ya əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərinin yerinə yetirməməsinə görə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Ağsu X11 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Ağsu RQİİ-nin 14-2-2-12/3-1K-39/2023 saylı əmri ilə xitam verilmişdir. 12. xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Ağsu X11 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.
13. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Anar Əsgərov) 6 sentyabr 2023-ci il tarixli 2(016)-680/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş “Əsli ilə düzdür” ştampı vurulmuş xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətlərindən görünmüşdür ki, onlardan birinin arxa səhifəsində “Tanış oldum:” sözlərinin qarşısında həmin əmrlə iddiaçının tanış olmasına və həmin əmrin ona təqdim edilməsinə dair hər hansı qeyd olmamışdır. Əmrin digər surətinin arxa səhifəsində isə “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən “Kursun təşkil olunması haqqında” əmrin surətinin arxa səhifəsində “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Aşkar görünür ki, həmin yazılar bir-birilərinin surətləri olmuşlar. Həmin yazıda məhz hansı tarixli, nömrəli və hansı əmrin məhz İddiaçı tərəfindən qəbul olunması göstərilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə Ağsu X11 İdarəsinə sorğu ünvanlayaraq xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətinin onlara təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, sorğunun ünvanlandığı tarixdə əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla əmrin surəti iddiaçının nümayəndəsinə göndərilmiş və bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir.
15. Məhkəm ə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bir neçə hüquqi əsasla qanunsuz hesab edilməlidir. Bu əsaslardan biri ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı işdə n çıxarılmasına səbəb kimi göstərilmiş hal onun iş yerində əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı olmadığından, bu zaman işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən söhbət gedə bilməz.
17. Məhkəmə qeyd etmişdir ki, işəgötürən təqdimatı və əsaslandırma sənədlərini müəssisənin həmkarlar ittifaqı təşkilatına təqdim etməmişdir. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatı İddiaçı dinləmək üçün çağırmamış, beləliklə, onu özünü müdafiə etmək hüququndan məhrum etmişdir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh Ağsu X11 İdarəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi müddət ərzində onun barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. O, işdən azad edilərkən onun 8 ildən artıq müddətdə müəssis ədə qüsursuz işləməsi nəzərə alınmadan onun barəsində ən ağır intizam tənbehi seçilmişdir.
19. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60,72ci,Əmək Məcəlləsinin 68.2,70,71.2,71.3,72,74.280.1,80.2,189.2, 300.1-ci, MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş çox saylı aktların təqdim edilməsinə baxmayaraq məhkəmə bu aktların heç birini sübut kimi qəbul etməmişdir. Belə ki, həmin aktlarda iddia çının xx.xx.2023-cü il tarixdə müəssisə daxili intizam qaydasını kobud şəkildə pozduğu qeyd olunmuşdur. Bundan başqa məhkəmə həmin aktlarda adları qeyd edilən şəxsləri məhkəməyə dəvət etməmiş, onların izahatlarını dinləməmişdir.
22. Cavabdeh İB-nin Ağsu X11 İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasına iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələr göndərmiş və göstərmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada tanış olduğundan əmrin mübahisələndirilməsi ilə qanunla müəyyən edilmiş müddət xx.xx.2023-cü il tarixdə başa çatmalı idi. Lakin İddiaçı Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 206, 510 və 535.1- ci maddələri ilə təqsirli bilinərək 1 (bir) ay inzibati qaydada həbs edilmişdir. Həbs etmənin əvvəli qərara əsasən xx.xx.2023-cü il tarixdən başlamışdır. Belə olan halda bir aylıq prossesual müddətin axımı 12 gün sonra xx.xx.2023-cü il tarixdən dayanmış və xx.xx.2023- cü ildən yenidən başlamışdır. Mediasiya bildirişinin poçt xidmətinə təqdim edilməsi xx.xx.2023-cü il tarix və mediasiyada baxılma xx.xx.2023cü il tarixi olmuşdur. Yəni 1 aylıq müddətin artıq 12 günü həbsə qədər, həbsin qurtardığı tarixdən mediasiyaya qədər (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) 18 gün cəmi 28 gün keçdiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdən mediasiyada baxılma tarixi olan xx.xx.2023-cü il tarixədək müddətin axımı dayanmış və müvaviq arayışın həmin tarixdən müddətin axımı yenidən başlamışdır. İddiaçı tərəfindən isə iddia ərizəs i məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi isə 6 gün müddət keçmişdir. Bununla da iddiaçının 37 gün sonra məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Başqa sözlə iddiaçı tərəf 7 gün iddia müddətini ötürmüşdür. İş üzrə 1 aylıq iddia müddəti tətbiq edilməklə qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(107)-167/2024 nömrəli qətnaməsi ilə (hakimlər-Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət e dilmişdir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
25. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh təşkilatın birinci instansiya məhkəməsində icraatdan məlumatı olmuşdur. Lakin, iş materiallarında birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh təşkilat tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilməsi müəyyən edilməmişdir.
26. Ona görə də, kollegiya hesab etmişdir ki, Cavabdeh İB-nin Ağsu X11 İdarəsinin nümayəndəsi X1 tərəfindən veril miş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələr qəbul edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmamışdır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70,71.2,71.3,72,74.2,80.1,80.2,189.2, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil Nümay əndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil etmişdir.
31. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatının mediatorları X5 tərəfindən xx.xx.2023-cü il tarixində və X3 tərəfindən isə xx.xx.2023-cü il tarixində X14 İstismar İdarəsinə göndərilmiş 02 ədəd X4 (İMS) barədə bildirişlərdən müəyyən olunmuşdur ki, X14 İstismar İdarəsinə göndərilmiş təkliflərdə mübahisənin predmeti “əmək müqaviləsinin ləğv edilməsi” qeyd edilmişdir. NƏ TİCƏ: Müvafiq İMS bildirişlərindən də müəyyən olunub ki, işçi İddiaçı özü də onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini X14 İstismar İdarəsinə təklif etmiş və bu təkliflə Ağsu RQİİ-yə 02 dəfə ayrı-ayrılıqda müraciət etmişdir. Lakin sonradan həmin təklifin əksi olaraq iddiaçı tərəf işə bərpa və əmək haqqı tələbi üzrə məhkəməyə müraciət etmişdir. Bu hal qanun pozuntu olmuşdur. Çünki, məhz «işə bərpa və əmək haqqı tələbi üzrə» iddiaçı tərəf mediasiya sessiyasında iştirak etməmişdir..
32. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, X6 Alayoğlu tərəfindən xx.xx.2023-cü il tarixində göndərilmiş bildirişdə İMS-nin keçirilmə yeri Göyçay şəhəri qeyd edilməklə vaxtı xx.xx.2023-cü il tarixə təyin edilmişdir.Digər mediator X3 tərəfindən xx.xx.2023-cü il tarixində göndərilmiş bildirişdə isə İMS-n in keçirilmə yeri Ağsu rayonu qeyd edilməklə keçirilmə vaxtı elə bildirişin göndərildiyi günə, yəni ki xx.xx.2023-cü il tarixə təyin edilmişdir. NƏTİCƏ: X7 və onun mediatorları tərəfindən Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 28 və 29.2ci maddələrinin tələbləri pozulmuş və iddiaçı tərəfin vəziyyətini yaxşılaşdırmaq üçün iddiaçı tərəfə formal əsaslarla“X4 barədə Bildirişlər”təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
34. Maddə 70.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatla rı ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda..
35. Maddə 71.2. və 71.3. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini ) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
36. Maddə
72. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə i şə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxa rmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
37. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar a parılmaqla xitam verilə bilər.
38. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
39. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
40. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
41. Maddə.300.1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi və dəlilləri məhkəmə aktının tam ləğvinə yönəldiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məh kəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Eyni zamanda cavabdeh əvvəlki instansiya məhkəmələrində təqdim etməli olduğu sübutlara (mediasiya sesiyasının keçirilməsi ilə bağlı) istinad edir ki, həmin sübutların hazırkı mərhələdə qəbul edilərək qiymətləndirilməsi yolverilən hesab edilə bilməz.
55. Cavabdehin digər, yəni iddia müddətinin tətbiqi, əmrin qanuni əsaslarla verilməsi, iddiaçının əmək funksiyasını pozması, davranışının etik qaydalara uyğun olmaması, iş ahənginin pozulması, işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcə zərər vurulması və həmkarlar ittifaqı təşkilatının razılığının olması ilə bağlı dəlillərinə apellyasiya instansiyası məhkəməsi t ərəfindən qiymət verilmiş və məhkəmə kollegyiası həmin qiymətləndirmə ilə razılaşır və mübahisəyə tətbiq edilən maddi hüquq normalarını düzgün hesab edir. Məhkəmə kollegiyası əksəriyyəti eyni dəlillər olan kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmı ş, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
59. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayə tinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-167/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir