Məhkəmə qərarları › İş №2(102)-2174/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2174/2020

30.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2174/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X3 və Cavabdeh İstehsalat Birliyinin vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12822/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3628/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıye v) İddiaçı Cavabdeh İstehsalat Birliyinin 1 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının, digər ödənişlərin və xəstəlik dövrünə aid məcburi dövlət sosial sığorta ödəmələrin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12822/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. İ ddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, Cavabdeh İstehsalat Birliyi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İstehsalat Birliyinin rəisinin xx xxxxxx 2019-cu il tarixli, 7/k saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxdığı günlər üçün əmək haqqının, digər ödənişlərin və xəstəlik dövrünə aid məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh İstehsalat Birliyinin vəkili xxx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi m əruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının hüququnun pozul duğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayrı ərzində məhkəməyə müraciət etməməsinə, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 6-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin, 296-cı maddəsinin 2-ci bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və y a dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, İddiaçı Cavabdeh İstehsalat Birliyinin tabeliyində olan “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsində Baş Mühəndis vəzifəsində işləyib və Cavabdeh İstehsalat Birliyinin Baş Direktorunun adına ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş edib. Cavabdeh İstehsalat Birliyinin Baş Direktorunun xx xxxxxx 2019-cu il tarixli, 7/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx xxxxxx 2019-cu il tarixdən etibarən xitam verilib. Əmrdə əsas kimi şəxsi ərizəsi göstərilib. Eyni zamanda “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İd arəsinin rəisi sözügedən əmrə əsaslanaraq İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə vəzifəsindən azad edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, 03-k saylı əmr verib. xx xxx 2019-cu il tarixdə iddiaçı cavabdeh təşkilata qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İstehsalat Birliyinin rəisinin xx xxxxxx 2019-cu il tarixli, 7/k saylı əmrinin ləğv edilib, əvvəlki işinə bərpa olunması, eləcə də məcburi işburaxdığı günlər üçün əmək haqqının, digər ödənişlərin və xəstəlik dövrünə aid məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsini iddia edir. Birinci instansiya m əhkəməsi iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürməsinə istinad edib. Əvvəla, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sən ədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işə əlavə edilmiş sübutları arışdırıb müəyyən etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və apelyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlə rinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi n əticə düzgün olub. Əvvəla, iddiaçı iddia ərizəsinin giriş hissəsində cavabdeh qismində Cavabdeh İstehsalat Birliyinin 1 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsini göstərib, nəticə hissəsində isə Cavabdeh İstehsalat Birliyi ilə arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsi barədə Cavabdeh İstehsalat Birliyi rəisinin əmrinin ləğv olunması, işə bərpa və sair tələb irəli sürüb. Lakin təqdim edilmiş əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi ilə iddiaçı arasında bağlanıb. Yəni, iddiaçı, Cavabdeh İstehsalat Birliyinin deyil, “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin işçisi olub. Bunların isə ayrı-ayrı hüquqi şəxslər olması mülki iş materialları ilə istisna olunmur və Cavabdeh İstehsalat Birliyinin “Bak lift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı olması işin mübahisə olunmayan halıdır. Belə ki, Cavabdeh İstehsalat Birliyinin xx xxxxxx 2019-cu il tarixli 7/k saylı əmri ilə iddiaçı Birliyin tabeliyində olan “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin baş mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx xxxxxx 2019-cu il tarixdən etibarən xitam verdikdən sonra, “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi həmin tarixli 03/k əmri ilə Cavabdeh İstehsalat Birliyinin xx xxxxxx 2019-cu il tarixli 7/k saylı əmrinə əsaslanaraq iddiaçının vəzifəsindən azad edilməsi barədə eyni məzmunlu əmr imzalayıb. Göründüyü kimi, iddiaçı, məhkəməyə müraciət etməzdən əvvəl özü üçün cavabdeh(ləri) v ə hansı müəssisədə işə bərpa olunmaq istədiyini dəqiq müəyyənləşdirib iddia ərizəsində göstərməyib. Digər tərəfdən, iddiaçı, bərpa olunmasını istədiyi vəzifədən qanunsuz azad edildiyini və bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə əmək müfəttişliyinə müraciət etdiyini bildirsə də demək ki, hüquqlarının pozulduğunun aşkar olunduğu günü də bilib. Belə ki, bu gün əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin, əmək kitabçasının və son haqq-hesab sənədlərinin ona verildiyi (çatdırıldığı) gün olub və bu işin mübahisə edilməyən halıdır. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd edib ki, iddiaçı, hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 ay müddətində məhkəməyə müraciət edə bilərdi, lakin etməyib. İddiaçı, xx xxxxxx 2019-cu ildə əmək mübahisəsi ilə bağlı işəgötürənin hərəkətlərində hansı qanun pozuntusunun olmasını öyrənmək məqsədilə ilkin olaraq bu sahədə ixtisaslaşmış və dövlət nəzarətini həyata keçirən bir qruma, yəni X5 Xidmətinə müraciət edib. Xidmətdən əmək müqaviləsinə qanunsuz xitam verilməsinə dair müsbət cavab aldıqdan dərhal sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Beləliklə də, heç bir müddət pozuntusu olmadığını göstərsə də bu dəlillər əsaslı hesab edilə və müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki, iddiaçının əmək müfəttişliyi xidmətinə müraciət etməsi paralel olaraq hazırki iddia ilə məhkəməyə müraciət etməsini istisna etmirdi, yaxud Əmək Məcəlləsində işçinin əmək mübahisəsi ilə əlaqədar ilkin olaraq əmək müfəttişliyinə müraciət etməli və yalnız bu müraciətin nəticələrini gözlədikdən sonra məhkəməyə müraciət edilməli kimi bir imperativ tələb nəzərdə tutulmayıb. Bu baxımdan, iddiaçının iddia ərizəsində, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərdiyi hallar müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki, həmin hallar iddiaçıya vaxtında məhkəməyə müraciət etməyə qətiyyən maneə olmurdu. İddiaçının işdən azad edildikdən bir neçə ay keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi də, bu qənaəti daha da əsaslı edir. Buna görə də iddiaçının öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazmağa məcbur edilməsi, xx xxxxxx 2019-cu il tarixdə əmək qabiliyyəti olmaması barədə dəlillər mötəbər sübutla təsdiq olunmadığından bunlar həqiqi hesab edilə və iddianın təmin olunması üçün ə sas ola bilməz. Belə ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixdə iş vaxtının sonuna qədər işdə olması da tərtib edilmiş aktla təsdiq olunur (iş vərəq 37). Bununla yanaşı, başqa bir yanaşmaya görə də əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, iddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırki işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub. İddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib və Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün konkret göstərilib. İddia müddətinin məqsədi h əm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri müəyyən və natamam sübutlara əsa slanmaqla müəyyən edilməlidir. Bundan başqa, əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığının müəyyən edilməsi üçün araşdırma aparılması prosessual qənaət prinsipinə uyğun deyil. Belə ki, əmək mübahisələri üzrə məhkəmə araşdırması hər hansı fəaliyyət növü deyil, ona görə də həmin araşdırma hüququn müdafiə edilib-edilməyəcəyi barədə qərar qəbul etmək üçün kifayət edəcək dərəcədə aparılır. İddia müddətinin keçməsinə görə hüququn müdafiəsinin heç bir halda mümkün olmayacağı qabaqcadan görünürsə subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparılmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, belə araşdırmaya işdə iştirak edən şəxslər vaxt və m əsrəf sərf edirlər, onlar bu vaxt və məsrəfləri məhkəmənin araşdırma aparması üçün deyil, hüququn müdafiə edilib edilməyəcəyi barədə qərar qəbul etməsi üçün sərf etməlidir. Bundan əlavə, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələr bilikləri nümayiş etdirmək üçün deyil, iradə ifadə etmək üçün verilir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir. Bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur. İddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüqu qunun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər ü çün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Kasasiya instansiyası məhkəməsi apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları ta m, hərtərəfli və obyektiv araşdırıb.Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. İddiaçının kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən, onun “digər ödənişlərin və xəstəlik dövrünə aid məcburi dövlət sosial sığorta ödənişinin ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verməməsinə dair dəlilinə gəlincə isə kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının həmin tələbləri qeyri-müəyyən, mücərrəd olduğundan, eləcə də iddiaçı həmin tələblərini əsaslandırdığı halları iddia ərizəsindən göstərmədiyindən, onun bu dəlili apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz və iddiaçı qeyd olunan tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları toplamaqla, həmin tələblərə bilavasitə cavab verməli olan şəxslərə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər. Çünki, iddiaçının iddia etdiyi “digər ödənişlərin” nədən ibarət olması və onun “xəstəlik dövrünə aid məcburi dövlət sosial sığorta ödənişini” nəyə görə cavabdeh təşkilatdan tələb etməsi məlum deyil və iddiaçı bu tələblərini iddia ərizəsində əsaslandırmayıb. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12822/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar