Məhkəmə qərarları › İş №2(102)-2175/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2175/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2175/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər:icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(106)185/2023 saylı qətnaməsindən Cavabdeh qızının verdiyi kassasiya şikayəti üzrə işə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktına əsasən, X mülkiyyətində olan ehtiyat fondu torpaq sahəsindən Cavabdeh qızına 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətə icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. X sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ilə, X mülkiyyətində olan ehtiyat fondu torpaq sahəsindən Cavabdeh qızına 6.0 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. X mülkiyyətində olan ehtiyat fondu torpaq sahəsindən Cavabdeh qızına 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında X sədri X2 ilə Cavabdeh qızı arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 21 aprel 2003-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş çoxsaylı ödəniş qəbzlərinə əsasən Cavabdeh qızı hər il ic arə haqqını tam olaraq ödəmişdir. X 28 iyun 2022-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh qızına X sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ilə 30 il müddətinə icarəyə verilmiş 6 ha örüş-otlaq torpaq sahəsinin icarə müqaviləsi və sərəncamın ləğv edilməsi, torpaqdan çıxarılması ilə əlaqədar X Rayon Məhkəməsində iddia qaldırılması məqsədəuyğun hesab edilmiş və qərarın icrasına nəzarətXtapşırılmışdır. X 28 iyun 2022-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh qızına 6 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair X sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X (bundan sonr a iddiaçı) Cavabdeh qızına (bundan sonra cavabdeh) qarşı “sərəncamın, torpaqseçmə komissiyasının aktının, icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında bələdiyyə sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamının, həmin tarixli icarə müqaviləsinin və torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamına və həmin tarixli icarə müqaviləsinə əsasən Cavabdeh qızına X mülkiyyətində olan 6.0 hektar örüş-otlaq torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 2003-cü ildən hal-hazıra kimi, yəni 19 ildir ki, həmin torpaq sahəsindən istifadə edir və hər il icarə haqqını ödəyir. Lakin, torpaq sahəsi icarəyə verilərkən kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, torpaq sahəsi cavabdehə icarəyə verilərkən bələdiyyə üzvlərinin iclası keçirilməmiş, bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı olmadan bələdiyyə sədri torpaq sahəsi barədə sərəncam vermişdir. Bu da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, torpaq sahəsi 10-15 il müddətə icarəyə verilməli olduğu halda, 30 il müddətinə icarəyə verilmişdir. X 28 iyun 2022-ci il tarixli, 10 saylı iclasında bu qanunsuzluq müzakirə olunmuş və bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə cavabdehə qarşı hazırki tələblə Ağcabədi Rayon Məhkəməsinə iddia qaldırılması məqsədə uyğun hesab edilmişdir. X bu qərarı ilə əlaqədar olaraq dəfələrlə cavabdehə şifahi xəbərdarlıq edilmiş və rəsmi müraciətlər göndərilmişdir. Lakin, cavabdeh sözügedən icarə müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edilməsindən imtina etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(017)-1276/2022 saylı qətnaməsi ilə (hakim R.Nuriyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının 21 aprel 2003-cü il tarixli, 25 sa ylı sərancamı və tərəflər arasında bağlanmış 21 aprel 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən cavabdehin icarəsinə verilmiş 6.0 hektar torpaq sahəsi üzərində icarə hüququ, cavabdehin mülkiyyət hüququnu təşkil edir. Buradan da göründüyü kimi, torpaq sahəsi cavabdehə icarəyə verilərkən bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməməsi, bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı olmadan bələdiyyə sədri tərəfindən sərəncam verilməsi və torpaq sahəsinin 10-15 il müddətə icarəyə verilməli olduğu halda, cavabdehə 30 il müddətinə icarəyə verilməsi, iddiaçının 21 aprel 2003-cü il tarixli, 25 saylı sərancamının, həmin tarixli icarə müqaviləsinin, habelə torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 389.1, 389.2, 700.1, 700.2, 706.1, 719.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2, 11.3, 11.9-cu maddələrinə, Torpaq Məcəlləsinin 51.4, 84.1-ci maddələrinə, habelə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15,22-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, iddiaçının hüquq və səlahiyyətlərini pozaraq cavabdehin xeyr inə qanunsuz qətnamə çıxarmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən konsitutsiyanın tələbləri nəzərə alınmamış, pozulmuş, iddiaçının hüquq və səlahiyyətləri tapdalanmış və cavabdehin xeyrinə heç bir hüquqi əsası olmayan qətnamə qəbul edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, göstərilən qanunvericiliyin tələblərinin pozulması hallarına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmiş, əksinə qanunvericilyiin tələblərini pozmuş, bələdiyyənin hüquq və səlahiyyətlərini nəzərə almayaraq, bələdiyyənin haqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 saylı “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 3-cü bəndinin tələblərini düzgün tətbiq etməmiş, pozmuş, nəticədə iddiaçının qanununi iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı cavabdehin icarə müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı hallara hüquqi qiymət verilməmiş, əksinə cavabdehin mənafeyini müdafiə edərək onun qanunsuz icarə müqaviləsini mülkiyyət hüququ kimi tanımışdır. Bu da mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmalıdır. Hazırki iş üzrə biri nci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, nəticədə bələdiyyənin mülkiyyət hüquqlarını pozan qanunsuz, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, cavabdehə torpaq sahəsi icarəyə verilən zaman mövcud qanunvericiliyin tələbləri pozularaq, cavabdehə 6 ha örüş-otlaq sahəsi 10-15 il müddətinə verilməli olduğu halda, 30 il müddətinə icarəyə verilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı iddiaçı tərəfindən irəli sürülən sübutları, cavabdehə sözü gedən 6 ha örüş-otlaq torpaq sahəsinin bələdiyyə iclası keçirilmədən 2003-cü ildə keçmiş bələdiyyə sədrinin təkbaşına sərəncamla verməsinə dair sübutlar tam araşdırılmamış və həmin sübutlara hüquqi qiymət veril məmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(106)185/2023 saylı qərardadı ilə, iş üzrə Ağcabədi rayon məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan “X 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamının və torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi” hissələrdə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinad etməklə (iş məhkəmədə baxılmalı olmadığından) ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. X1 Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(106)-185/2023 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov sədrlik edən, məruzəçi, C.İmanov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci i l tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən tərəflər arasında 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 21 aprel 2003cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasının təmin olunmaması hissələrdə ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, tərəflər arasında 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında 21 aprel 2003-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə t utulmuş qaydalara əməl edilməklə icarəyə verilməsini imperativ qaydada müəyyən etmişdir. İş matieriallarından mübahisəli torpaq sahəsinin bələdiyyə üzvlərinin ümumi yığıncağı keçirilmədən və bu barədə müvafiq qərar qəbul edilmədən, bələdiyyə sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı əsasında icarəyə verildiyi müəyyən olunur. Halbuki bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam, ondan istifadə və ona sahibliklə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Məhz bu səbəbdən də, apellyasiya icraatı mərhələsində bələdiyyə üzvlərinin ümumi yığıncağının 28 iyun 2022-ci il tarixli, 11 saylı iclasının protokol-qərarı ilə cavabdehə 6 ha örüş-otlaq torpaq sahəsini n 30 il müddətinə icarəyə verilməsi haqqında bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ləğv edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edilmişdir ki, X şəhərinin ərazisində iddiaçıya məxsus olan 6 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə cavabdehə icarəyə verilməsi haqqında müqavilə üzrə sonuncunun 11 aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən də cavabdehin həmin 6.0 hektar torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüququnun müdafiəsinin qanuni əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notarial qaydada bağlanmasından, eləcə də, müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Halbuki dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələd iyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiryyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncam verilməmişdən əvvəl hazırki mübahisəli məsələ bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə olunmadan bələdiyyəyə məxsus olan 6,0 ha örüş-otlaq torpaq sahəsi 30 il müddətinə cavabdehə icarəy ə verilmiş və ümumiyyətlə ötən 19 il müddət ərizində sonuncunun torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması haqqında bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi sərancam qanunsuz olması səbəbindən sonradan bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə ləğv edildiyindən, tərəflər arasında bələdiyyəyə məxsu 6,0 ha örüş-otlaq torpaq sahəsinə dair 30 il müddətinə bağlanmış icarə müqaviləsi qüvvədə qala bilməz. Birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Ona görə də iddia icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71, 142.1, 143.1, 144.1, 145.1, 145.2-ci maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 14.1, 16.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator, kassasiya şikayətini onunl a əsaslandırmışdır ki, cavabdehin 20 il ərzində icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsindən çıxarılmasını tələb etmək əsassız və qanunsuzdur. Sərəncam verilən zaman bələdiyyə yığıncağı keçirilməmişdirsə, niyə bunun məsuliyyətini cavabdeh daşımalıdır?. Bundan əlavə, apellyasiya instanasiya məhkəməsi bu qərarı verən zaman cavabdehin hər ay vaxtlı-vaxtında icarə haqqı ödəməsini, torpaqdan təyinatı üzrə istifadə etməsini, ona hər hansı zərər yetirməməsini, eyni zamanda müqavilə tərəflərinin reyestrdən çıxarışın ləğv olunmasını mübahisələndirməməsini, həmçinin torpaq sahəsinə tək gəlir yerinin məhz bu torpaq sahəsindən olmasını nəzərə almamışdır. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən sonra bələdiyyə yerli məhkəmədə eyni iddia təl əbi üzrə bir neçə məhkəmə aktını öz xeyrinə həll etmişdir. Bu da, ədalətsiz qərarların qəbul edilməsinə və hüququn məğlubiyyəti ilə nəticələnən məhkəmə presidentlərinə gətirib çıxarmış olacaq. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş və qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, maddi və prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçının etiraz ərizəsi daxil olmuşdur və iddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə

71. Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Maddə 142.1. Yerli özünü idarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Maddə 143.1. Bəl ədiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Maddə

144. İ hissəsinin 6-ci bəndi. Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Maddə

145. İ və İİ hissələri. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasnın Qanunu Maddə 2.1. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bə lədiyyələrbərabərlikəsasındaqurulurvəfəaliyyətgöstərirlər. Maddə 14.1. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Maddə 16.4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsin də sərəncam məsələsi həll edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Mad də 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarıvə tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissələrdə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya in stansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamla bələdiyyənin mülkiyyətində olan ehtiyat fondu torpaq sahəsindən cavabdehə 6.0 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi qərara alınmış və həmin sərəncam əsas tutularaq sözügedən torpaq sahəsinə dair tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 21 aprel 2003-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Sonradan bələdiyyə üzvlərinin ümumi yığıncağının 28 iyun 2022-ci il tarixli, 11 saylı iclasının protokol-qərarına əsasən, mübahisəli 6,0 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə cavabdehə icarəyə verilməsinə dair bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ləğv edilm işdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini arışdırıb, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, qanunverici bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməsini imperativ qaydada müəyyən etmişdir. Mülki iş matieriallarından mübahisəli torpaq sahəsinin bələdiyyə üzvlərinin ümumi yığıncağı keçirilmədən və bu barədə müvafiq qərar qəbul edilmədən, bələdiyyə sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı əsasında icarəyə verildiyi müəyyən olunur. Halbuki, bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam, ondan istifadə və ona sahibliklə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Məhz bu səbəbdən də, apellyasiya icraatı mərhələsində bələdiyyə üzvlərinin ümumi yığıncağının 28 iyun 2022-ci il tarixli, 11 saylı iclasının protokol-qərarı ilə cavabdehə 6 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edilmişdir ki, Ağcabədi şəhərinin ərazisində iddiaçıya məxsus olan 6 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə cavabdehə icarəyə verilməsi haqqında müqavilə üzrə sonuncunun 11 aydan çox olan icarə hüququ qanunveri ciliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən də cavabdehin həmin 6.0 hektar torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüququnun müdafiəsinin qanuni əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notarial qaydada bağlanmasından, eləcə də, müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin iddiaya etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafi əsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Halbuki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsin in hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiryyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncam verilməmişdən əvvəl hazırki mübahisəli məsələ bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə olunmadan bələdiyyəyə məxsus olan 6,0 ha örüş-otlaq torpaq sahəsi 30 il müddətinə cavabdehə icarəyə verilmiş və ümumiyyətlə ötən 19 il müddət ərizində sonuncunun torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması haqqında bələdiyyə sədrinin təkbaş ına qəbul etdiyi sərancam qanunsuz olması səbəbindən sonradan bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə ləğv edildiyindən, tərəflər arasında bələdiyyəyə məxsu 6,0 ha örüşotlaq torpaq sahəsinə dair 30 il müddətinə bağlanmış icarə müqaviləsi qüvvədə qala bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, bələdiyyə üzvlərinin ümumi yığıncağının 28 iyun 2022-ci il tarixli, 11 saylı iclasının protokol-qərarına əsasən mübahisəli 6,0 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə cavabdehə icarəyə verilməsinə dair bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncam ləğv edildiyindən, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Eyni zamanda cavabdehin ka ssasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, kassasiya instansiyası məhkəməsi həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(106)-185/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar