Məhkəmə qərarları › İş №2(102)-2176/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2176/2024

29.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2176/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilin boşaldılıb təhvil verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1733/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti nə 29 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon İcra Başçısının xx.xx.1995-ci il tarixli 251 saylı sərəncamı ilə Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il 247-Xİİ saylı qərarına və Nəsimi rayonunda yaradılmış komissiyanın xx.xx.1995-ci il tarixli 2№-li protokoluna əsasən, Ermənistan Respublikasının Qafan rayonundan qaçqın düşmüş X3 ailə tərkibi – qızı X5 və özü olmaqla Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzilinə daimi pasport qeydiyyatına götürülməsinə göstəriş verilmişdir.

2. Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barəd ə xx.xx.1998-ci il tarixdə 896 saylı reyestr kitabında qeydiyyat aparılmışdır.

3. X11 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X5 ondan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam pay almışdır. 4. ünvan 3, mənzil 23 xx.xx.2019-cu il tarixdə X1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

5. X5 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış, Gülxar Yunusova ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan mənzili İddiaçı bağışlamışdır. 6. ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

7. Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktuba əsasən Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə X12 və ailə üzvləri - X13, X17, Cavabdeh1, X7, X18 və X14 1995-ci ildən məcburi köçkün kimi müvəqqəti kart qeydiyyatına alınmışlar. 8. 14 saylı MKİS-in arayışına əsasən Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə Füzuli rayonundan olan məcburi köçkün ailəsi X12, X17, X13, X18, Cavabdeh1, Cavabdeh2, X8, X15 və X2 müvəqqəti qeydiyyata alınmışlar, lakin göstərilən ailə tərkibindən hal-hazırda faktiki olaraq Cavabdeh1, Cavabdeh2 və X14 həmin ünvanda yaşayırlar.

9. Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Füzuli şəhərindən məcburi köçkünlər - Ağayev Tahir Qabil oğlu həyat yo ldaşı X12, övladı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən 23A saylı binanın 23 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Ağayev Tahir Qabil oğlu ailə üzvləri ilə birgə Nəsimi rayonu üzrə sözügedən ünvanda 07 noyabr 1995-ci ildən kart qeydiyyatında olmaqla ailə üzvləri ilə birgə məcburi köçkün statusuna malikdir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, X9 və X14 ilə birgə sözügedən ünvanda faktiki yaşamağa davam edir. Lakin Ağayev Tahir Qabil oğlu, X12, X13 və X16 isə sözügedən ünvandan çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində (qohum evi) məskunlaşıb faktiki yaşayırlar. Ağayev Tahir Qabil oğlu 2021-ci ildə vəfat etmişdir. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, X9 və X14 ilə birgə hazırda yaşadıqları ünvan üzrə qeydiyyata alınmışdır. Müraciətlə bağlı öz doğma yurduna köçmək fikrinin öyrənilməsi üçün Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış və o, iki övladının təhsil aldığı məktəbin və özünün İdman müəllimi kimi fəaliyyət göstərdiyi iş yerinin Bakı şəhərində olduğu üçün Böyük Qayıdışla bağlı Füzuli şəhərinə köçmək istəmədiyini, lakin Xəzər rayonu üzrə məskunlaşan digər ailə üzvlərinin köçmək istəyinin olduğunu bildirmişdir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonr a “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 “A” saylı evin 23 saylı mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları X14 ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi 23 “A” saylı evin bir otaqlı, ümumi sahəsi 35 kv.metr olan 23 saylı mənzili iddiaçının nənəsi X6 məxsus olmuş, nənəsinin vəfatı ilə əlaqədar olaraq bu mənzil vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçərək, adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçının nənəsi erməni vandallarının məlum hərəkətləri nəticəsində Ermənis tan Respublikasından Bakı şəhərinə köçərək, çətin və ağır bir qaçqın həyatı yaşamış, bu barədə onlara kədərlə həmişə danışmışdır. Məhz doğma yurd-yuvanın itirilməsinin necə ağır olduğunu bildiyinə və o həyatı yaşadığına görə iddiaçını nənəsi Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işğal olunan zaman Füzuli rayonundan Bakı şəhərinə pənah gətirən qaçqın ailəsinə hər bir Azərbaycanlı ailəsi kimi qucaq açaraq öz mənzilində müvəqqəti olaraq məskunlaşdırmışdır. Nənəsi həmişə övladlarına və nəvələrinə tapşırarmış ki, Qarabağ torpaqları erməni işğalçılarından azad olunmayınca Füzuli rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ailəsini narahat etməsinlər. Onlar da nənəsinin tapşırıqlarını və nəsihətini nəzərə alaraq cavabdehlərin ailəsini heç vaxt narahat etməmişlər.

12. Qarabağ torpaql arı erməni işğalçılarından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti dəfələrlə öz çıxışlarında Qarabağa böyük qayıdışın yaxın zamanlarda başlayacağını bildirmişdir. Bu yaxınlarda da Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi “Xalq qəzeti”nə müsahibəsində bildirmişdir ki, hazırda Füzuli şəhərində 6 məhəllə inşa olunur. Burada 38 binada tikintiquraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur, bu proses 2 mərhələdə planlaşdırılır. 2023-cü ilin sentyabr ayına kimi reallaşacaq birinci mərhəllədə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu xəbərdən sonra iddiaçı cavabdehlərlə əlaqə saxlamışdır ki, “onlar nə vaxt onun mülkiyyətində olan mənzili boşalda bilərlər?”. Cavabdehlər isə şifahi olaraq bildirmişlər ki, “doğma torpaqlarına qayıtmaq fikirləri yoxdur və bu mənzildə daimi yaşamaq niyyətindədilər”. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157.2-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərib ki, iddiaçı mənzilə dair çıxarışı qanunsuz alıb, çünki 1992-93-cü illərdə özəlləşdirmə dayandırılmışdı. Həmçinin Cavabdeh1 başqa yaşayış yeri olmadığından ona yeni mənzil verilənədək iddiaya baxılmamalıdır.

15. Üçüncü şəxs Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin nümayəndəsi birinci instansiya məhkəməsində bildirmişdir ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 ”A” saylı evin 23 saylı mənzilində mə cburi köçkün kimi kart qeydiyyatına alınmışlar. Onlar Komitə tərəfindən hər hansı bir ünvanda yerləşdirilməmişlər, başqa ünvanda yaşayış yerləri mövcud deyildir. Yaxın zamanlarda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına görə Füzuli rayonundan məcburi köçkünlərin də öz torpaqlarına qayıtmaları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cavabdehlərin də həmin proqram çərçivəsində öz doğma yurdlarında yaşayış yeri ilə təmin edilməklə qayıtmaları istisna edilmir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X14 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 23A saylı evin 23 saylı mənzilindən çıxarılmaları qət olunmuşdur (hakim Nail Abbasov)

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2-ün mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. Cavabdehlər Füzuli rayonundan olan məcburi köçkün olmaqla həmin mənzildə 1995-ci ilin noyabr ayından məcburi köçkün kimi kart qeydiyyatına alınmışlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından iddiaçı mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. 1

8. Cavabdehlərin Füzuli rayonundan məcburi köçkün olmaları arqumenti ilə bağlı birinci instansiya məhkəməsi vurğulamışdır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Füzuli rayonuna da şamil edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 178.2-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddələri və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ər azilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, mənzilin iddiaçının mülkiyyətinə keçməsinin qanunsuz olduğunu araşdırmadığı, 1993-cü ildən həmin mənzildə məskunlaşdıqları üçün mənzilin özəlləşdirilməsinin “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qərarına zidd olduğu arqu mentləri ilə əsaslandırmışdır.

22. Cavabdeh apellyasiya instansiyası məhkəməsində vəsatət verərək, iddiaçının mənzilə dair mülkiyyət hüququnu inzibati məhkəmədə mübahisələndirdiyi üçün işin icraatının dayandırılmasını xahiş etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi ayrıca qərardadla vəsasəti təmin etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən Bakı İnzibati Məhkəməsində müvafiq iddianın qaldırılmış olması hazırda baxılan iş baxımından belə bir asılılıq yaratmır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı mübahisəsi gedən mənzilin mülkiyyətçisidir, mülkiyyətçinin mülkiyyət sənədinin mübahisələndirilməsi isə, onun öz mülkiyyətindən istifadə, habelə istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququnu aradan qaldırmır.

24. Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-1733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Bəhrəmzadə Sabit)

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini, əsaslandırmasını və istinad etdiyi hüquq normalarını əsaslı və düzgün hesab edərək göstərmişdir ki, işin mübahisə olunmayan halına görə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzili iddiaçının mülkiyyətindədir, cavabdehlər isə Füzuli rayonundan məcburi köçkün düşməklə həmin mənzildə məskunlaşmışlar.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mü lkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, məcburi köçkün statusuna malik olan şəxslərin (apellyatorun) iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzə rində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehlərin mübahisəsi gedən mənzil üzərində hər hansı hüququ yoxdur və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)” st atusu haqqında” Qanunun 17-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, icraatın dayandırlması xahiş edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İd diaçı kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda şikayətin əsassız olması və bu səbəbdən şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəx slərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

17. Qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası nın 21 may 1999-cu il tarixli Qanunu Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müva fiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” Məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq ü çün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

37. İddia tələbi xüsusi mülk iyyət hüququ əsasında iddiaçıya məxsus mənzildən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlərin orada qanunsuz məskunlaşmasına istinad etmişdir.

38. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər isə hazırda həmin mənzildə məskunlaşmaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar.

39. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırkı işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşməsinin qanu nsuz olması – əsassız sayır. Əvvəla, işdən görünür ki, cavabdeh iddiaçının adına aparılmış reyestr qeydiyyatının qanunsuz olması barədə inzibati icraat qaydasında iddia qaldırmış və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə kollegiyasına daxil olmuş sənəddən görünür ki, onun həmin iddiası mümkün sayılmamışdır.

42. Həmçinin kassasiya şikayətinin iddiaçının adına aparılmış reyestr qeydiyyatının qanunsuz olması barədə inzibati icraat qaydasında iddia qaldırması ilə bağlı iş üzrə icraatın dayandırılması barədə vəsatətin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməməsi dəlili də yuxarıdakı bənddə göstərilənlər baxımından əsassızdır.

43. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüqu qları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1733/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar