Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2178/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(107)-51/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağı dakıları müəyyən etdi: İşin halları:
1. Balakən rayonu, Hənifə kəndi 0,70 ha və 0,7833 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır
2. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh Mahamarasul oğlunun, X1, X2 və X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu, Hənifə kəndi ərazisindən 1,32 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
3. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həm in torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu, Hənifə kəndində yerləşən 0,25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyəti olan 1,4833 h a kənd təsərrüfatı təyinatlı sahəsinin zəbt etdiyi 0,45 ha ölçüdə hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) 0,70 ha ölçüdə və 05 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyd olunan sahəyə bitişik 0,7833 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsini almış, hər iki torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinin ölçülərini yerində müəyyən edən zaman DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı bitişik olan torpaq sahəsindən ən azı 0,40 ha çox torpağın Cavabdeh tərəfindən zəbt olunduğunu bi ldirmişdir. İddiaçı cavabdehə zəbt etdiyi torpağı boşaltmasını, hasarı da söküb öz yerindən çəkməsini bildirsə də, sonuncu torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu demişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən alınan torpağın 0,45 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi bildirilmişdir. Cavabdeh və onun ailəsinin mübahisə edilən ərazidə 0.80 ha pay torpaqları olduğu halda, onlar 1,50 ha çox torpaq sahəsindən istifadə edirlər ki, onun zəbt edilmiş 0,45 ha torpağı da həmin zəbt etdikləri torpağın içərisindədir.
7. Birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin 22 iyun 2022-ci il tarix li mütəxəssis rəyinə və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli rəyinə əsasən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli 27 oktyabr 2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0,6182 hektardır və həmin ölçülər hüquq müəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquq ların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli 14 aprel 2016-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0,5385 hektardır və həmin ölçülər hüquq müəyyənedici sənədlərə uyğun deyildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli 27 oktyabr 2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torp aq sahəsinin 0,16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli 14 aprel 2016-cı il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
8. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qərardadı ilə (hakim Z.C.Tahirov) İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1,4833 ha kənd təsərrüfatı təyinatlı torpaq sa həsinin zəbt etdiyi 0,45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha torpaq sahəsinin zəbt etdiyi 0,25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilmişdir.
9. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,16 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddianın 0,70 ha torpaq sahəsinin qanunsuz istifadə olunmuş 0,25 ha hissəsindən cavabdehin çıxarılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qətnaməsi olduğundan Balakən R ayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmişdir.
11. İddianın Cavabdeh İddiaçı xüsusi mülkiyyəti olan 0,7833 ha torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsindən çıxarılması tələbi üzrə məhkəmə, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 26 iyul 2022-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul edib hesab etmişdir ki, bu hissədə iddia qismən təmin olunmalıdır.
12. Belə ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 238.1, 238.2, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, ə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.İ.Cavadovanın və V.İ.M əlikovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edib, həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən görünür ki, cavabdeh torpaq sahəsindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. İş üzrə verilmiş ekspert rəyi real vəziyyəti əks etdirdiyi üçün apellyasiya məhkəməsi həmin rəyi sübut növü kimi qəbul etmiş, onunla razılaşmış və apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza keçirilməməsi barədə dəlilini əsassız saymışdır.
17. Apellyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikas ı Torpaq Məcəlləsinin 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 238-ci, Mülki Prosessual Məcəllənin 88, 101.7, 102.1, 103.1-ci maddələrinin, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinin tələbləri pozulmuşdur.
20. Belə ki, cavabdehin və onun ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1051R/5290,00 kv.m. cizgisində göstərilən ərazi tamamilə başqa bir yerdən, başqa bir şəxsin həyətyanı torpaq sahəsindən verilmişdir. Faktiki istifadə vəziyyəti ilə hüquq müəyyənedici sənədlər arasındakı uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı əsasında aparılan uçot işləri başa ça tdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Hazırda rəqəmsal kadastr xəritələri hazırlanıb başa çatdırıldığından, tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsinə uyğun işlənib-işlənməməsinin müəyyənləşdirilməsi işin obyektiv tam və ədalətli həlli üçün zəruridir. İddia tələbinin 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə qeyd edilməlidir ki, mübahis ənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, verilmiş ekspertiza rəyi və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə hüquq müəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquq müəyyənedici sənədlər mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. 0,7833 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi hazırlayarkən DƏDRX bilərəkdən digər torpaq mülkiyyətçilərinin hüquqlarını pozmaqla, cavabdehə verilmiş Dövlət Aktında göstərilən cizgilərin üzərinə başqa bir sənəd işləmiş, iddiaçının naturada mövcud olmayan torpaq sahəsin in bir hissəsini cavabdehin torpaq sahəsindən azaltmaqla buna nail olmuşlar. Apellyasiya instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 238.1-ci maddələrini düzgün tətbiq etmiş, əsaslı olaraq işdə o lan ekspert rəyinə istinad etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Elşanə Vəliyeva) 29 mart 2023-cü il tarixli, 2(102)-1294/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə qərarın 7-ci bəndində qeyd olunan məzmunda rəy alınmışdır. Məhkəmə həmin rəyə istinad edərək iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Lakin, ekspert rəyinin verilməsi üçün əsas olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli mütəxəssis rəyinin 4-cü bəndinə və həmin rəyə əlavə olunmuş Sxem-4 əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il t arixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X1, X2 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/0.37 ha cizgisində göstərilən ərazinin 376 kv.m hissəsi ilə üst-üstə düşür.
26. Belə ki, mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin iddiaçının adına tərtib olunmuş Plan və ölçü sənədi ilə onun mülkiyyəti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş, həmin hal ekspert rəyində əksini tapmamışdır. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olubolmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(107)-51/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Ra yon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 saylı qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
28. Apellyasiya instansiyası öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdı rması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu M əcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
30. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
31. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsini (mütəxəssis rə yinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsi iddiani qismən təmin etmişdir.
32. Apellyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 158.2, 157.8, 238.1, 238.2, 238.3, 239.2-ci Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2 024-cü il tarixli, 2(107)-51/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 238-ci, Mülki Prosessual Məcəllənin 88, 101.7, 102.1, 103.1-ci maddələrinin, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinin tələbləri pozulmuşdur.
35. Belə ki, cavabdehin və onun ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1051R/5290, 00 kv.m. cizgisində göstərilən ərazi tamamilə başqa bir yerdən, başqa bir şəxsin həyətyanı torpaq sahəsindən verilmişdir. Faktiki istifadə vəziyyəti ilə hüquq müəyyənedici sənədlər arasındakı uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Hazırda rəqəmsal kadastr xəritələri hazırlanıb başa çatdırıldığından, tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr x əritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsinə uyğun işlənib-işlənməməsinin müəyyənləşdirilməsi işin obyektiv tam və ədalətli həlli üçün zəruridir. İddia tələbinin 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə qeyd edilməlidir ki, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, verilmiş ekspertiza rəyi və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə hüquq müəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquq müəyyənedici sənədlər mülkiyyətçilərin istifadəsində olan torpaq sahəs inə uyğun işlənməmişdir. 0,7833 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi hazırlayarkən DƏDRX bilərəkdən digər torpaq mülkiyyətçilərinin hüquqlarını pozmaqla, cavabdehə verilmiş Dövlət Aktında göstərilən cizgilərin üzərinə başqa bir sənəd işləmiş, iddiaçının naturada mövcud olmayan torpaq sahəsinin bir hissəsini cavabdehin torpaq sahəsindən azaltmaqla buna nail olmuşlar. Apellyasiya instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan R espublikası Konstitusiyasının: 37. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 38. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 39. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 41. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 42. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 43. 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən q orunur. 44. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 45. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 46. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 47. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz isti fadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 50. 76.2- ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 54. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məc əllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 55. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 56. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 57. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istina d etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Kassasiya baxışının hədləri:
58. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
59. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisə nin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(107)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.