Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2179/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2179/2023 Açar sözlər: kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və əmək kitabçasını n bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2932/2023 saylı, 31 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və əmək kitabçasının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)4744/2022 saylı qətnaməsi ilə (hakim A.Novr uzova) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçasının bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması qət edilmişdir.
3. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və qeyd olunan apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu y oxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
6. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad belə əsaslandırılıb ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş forma tələbləri pozulmuşdur.
7. Cavabdeh tərəf Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizəsi təmin təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdehin verdiyi a pellyasiya şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2345/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)8636/2022 saylı qərardadından görünür ki, cavabdeh tərəfindən əvvəlki verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyindən geri qaytarılsa da, cavabdeh təkrarən apellyasiya şikayəti verərkən həmin halı nəzərə almamış və vermiş olduğu apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəni təmin edərək apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Naz irliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
11. Daha sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası buraxılmış prosessual müddətin bərpasına dair yenidən - ikinci dəfə ərizə vermişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)4744/2022 saylı qərardadı ilə cavabdehin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən “apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” vəsatətinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş materiallarından göründüyü kimi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi prosessual normalara riayət edilmədən verildiyindən apellyasiya şikayəti vermək üçün müddətin ötürüldüyünü qeyd etsə də, məhkəmə hesab edir ki, peşəkar hüquqşünaslarla təmsil olunan dövlət qurumunun qətnamədən dəfələrlə apellyasiya şikayətinin düzgün formada verilməməsinə əsaslanmaqla apellyasiya şikayətinin vaxtında verilməməsi üzrlü hal hesab oluna bilməz.
13. Bundan sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayəti təmin etməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdı r ki, iş materiallarından göründüyü kimi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması xahiş edilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilmədiyi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Buna görə də veril miş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayəti Mülki Prosessual Məcəllənin kassasiya şikayətinin forma və məzmununa dair tələblərinə uyğun tərtib edilərək verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-2932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
23. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu M əcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...
24. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
25. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
26. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiy a instansiyası məhkəməsinə göndərilir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
33. Belə ki, Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, habelə şikayətin verilməsi üçün digər tələblərə riayət olunmasını araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsində müəyyən olunmuş ça tışmazlıqlar aşkar edildikdə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır.
34. İşin prosessual hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin apelyasiya şikayəti verilməsi üç ün müddətin bərpa olunması barədə ərizəsinin təmin olunmaması haqqında xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmədiyi halda, həmin qərardaddan şikayətin rədd olunması və MPM-nin 269.3-cü maddəsinə əsasən şikayətin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad çıxartmışdır.
35. Bu halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı üzrə icraat başlaya bilməzdi. Çünki MPM-nin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
36. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayə t verilə bilər. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir (MPM-nin 267.1, 269.1, 269.2, 269.3-cü maddələri).
37. MPM-nin 5.1-ci və 267-ci maddələrinin birgə təhli li onu ehtiva edir ki, məhkəmənin istənilən qərardadına yenidən baxılması üçün ondan tərəfin şikayət verməsi zəruridir.
38. Ümumiyyətlə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın etiraf edilməsi, barışıq sazişinin bağlanması, habelə çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi cavabdehin iradəsi əsasında müəyyən olunur. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.
39. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
40. Bundan başqa, cavabdehin qətnamədən apelyasiya şikayəti vermə müddətinin dərpa olunmasından imtina edildiyi və bu barədə məhkəmənin qərardadı qüvvədə olduğu halda, apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun (xüsusilə qünunla müəyyən edilmiş müddətdə verilməsinin) yoxlanması zəruri idi.
41. Baxılan işdə də birinci instansiya məhkəməsi iş üzrə verilmiş apellyasiya şikayətinin qanunauyğunluğunu yoxlamamışdır. İşin bu prosessual vəziyyəti MPM-nin 366cı maddəsinə əsasə n apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2932/2023 saylı, 31 mart 2023-cü il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.