Məhkəmə qərarları › İş №2(102)-2179/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2179/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2179/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-441/2025 nömrəli, 3 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 18 aprel 2024-cü il tarixli əlyazma ilə yazılmış qəbzə əsasən, Cavabdeh İddiaçı aldığı 20.000 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmağına söz vermiş, qəbzdə həmçinin ona heç bir təzyiq olmadığını qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. Qəbzin sonunda İddiaçı 300 manat aldım və 600 manat aldım qeydləri yazaraq imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı X2 (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 19.100 manat məbləğində pulun, ödənilmiş 150 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının alını b ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 20.000 manat pulu almış, həmin puldan cəmi 900 manatını geri qaytarmış, 19.100 manat məbləği isə geri qaytarmamışdır. Cavabdeh 30 iyun 2024-cü il tarixə qədər iddiaçıya olan borcunu geri qaytarmağı söz versə də, vədinə əməl etməmişdir. Bu faktı cavabdehin öz əlyazması ilə yazdığı sadə yazılı əqd ilə təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması, məhkəmədə təmsilçilik üçün vəkillə müqavilə bağlanmış, ona görə 300 manat xidmət haqqı tərəfindən ödənilmişdir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin hesabına 150 manat ödəniş olunmuşdur. Hesab edir ki, iddiaçıya ödənilməli cavabdehin borcundan başq a, ödənilmiş dövlət rüsumu və vəkilə ödədiyi xidmət haqqı cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qəbzi özü yazmışdır. Qəbzdəki imza da ona aiddir. Lakin qəbzi sonradan yazdırmışdır. Yəni, əvvəl pulu almış, daha sonra isə geri qaytarmışdır. Bununla bağlı şahidləridə mövcuddur. İşə düzəltmək üçün almamışdır. O, elə söz deməmişdir. Qəbzi özü yazdığını təsdiq etmişdir. İmza ilə bağlı ekspertiza keçirilməsinə zərurət görməmişdir. Lakin pul borclu deyildir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aydəmirov Xantəmir Soltanhəmid oğlu ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. İmran onun uşaqlıq dostudur. İddiaçı isə kəndindən qız alıb, ona görə tanıyır. Bir gün kənddəki kafedə o, İmran və Cəfər dayı çay içən zaman Cəfər dayı bir kağız uzataraq qol çəkməklərini xahiş etmişdir. İmran isə oxuyub bildirmişdir ki aralarında olan 6.000 manat borc olub. Cəfər dayı isə ona dedi ki, 18.000 manata qol çəksinlər ki, onu evdə göstərsin. Çünki İmrandan pulu alıb yeyib və bunu evdə açıqlaya bilmir. O, da qəbzə qol çəkmişdir. İmran da orada idi və razılıq verdi. Daha sonra bir gündə Cəfər dayı dedi ki, “20.000 manata qol çəksin.” O, isə razılaşmamışdır. Bildirmişdir ki, əvvəl qol çəkdiyi kağızı qaytarsın. O, ilk dəfədir ki, İmran üçün şahidlik etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Cavabdehlə yaxınlığı vardır. Cəfər İmran ilə birlikdə Bakı şəhərinə onlara gəlm işdi və onun vasitəsilə tanışlığı yaranmışdır. Bir gün gecə saat 5 idi, Cəfər onlara gəldi. Dedi ki, uşaqları onu incidir. Ona görə də evdən çıxıb onlara gəlib. Səbəb olaraq isə bildirdi ki, o, İmran üçün bankdan 6.000 manat pul götürüb. Həmin puldan 100 manat İmran ona cibxərcliyi verib. Qalan 5.900 manatı isə İmran götürüb. Hətta o, onun telefonu ilə Bakıda yaşayan oğluna zəng etdi. Telefonunu uşaqların sındırdığını bildirdi. Lakin telefonu söndürmüşdü, o, bunu sonradan bilib. Bundan əlavə də qeyd etmək istəyir ki, həmin puldan 400 manatı İmran Gödəkli kəndində onun yanında Cəfərə qaytarıb. Cəfər onun evində 2-3 dəfə olmuşdur. Ona görə münasibətləri var idi. O, istəmir ki, İmran nahaq yerə pul ödəsin. Eşitdiyinə görə ondan 18-20 min manat məbləğində pul tələb edirlər. Qeyd edilən qəbzl ərdən onun xəbəri yoxdur. Onun eşitdiyinə görə Cəfərin kafeyə və mağazaya olan borclarını da İmran ödəyib. Onun yanında da 400 manat pul verib. Cəfər bankdan 6.000 manat pul götürüb İmrana verib. İmran da həmin pulun 100 manatını ona cib xərcliyi kimi verib. Həmçinin 5.900 manat pulun 400 manatını da onun yanında qaytarıb. İmran ona əlavə ödənişlər də edib.

7. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(067)-2250/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilmiş, cavabdehdən 19.100 manat məbləğində pulun, ödənilmiş 150 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya verilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi tərəflərin izahatını və şahid ifadələrini dinl əyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 20.000 manat borc almış, iddiaçının bildirdiyinə və qəbzdə əksini tapmış qeydlərə görə iddia qaldırılan tarixədək müxtəlif vaxtlarda bu borcdan 900 manat qaytarsa da, hazırda onun 19.100 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. Borcunun qaytarması, qəbzin formal olaraq yazılması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdeh mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər borc münasibətl əri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə verilmiş borcdan, yəni 20.000 manat puldan 900 manat qaytarılmış məbləğ çıxılmaqla qalan 19.100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 337.5, 385.1, 390.1 və 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadl a əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının istinad etdiyi əlyazma qəbzindən başqa heç bir sübutu yoxdur. Həmin qəbz isə cavabdehi aldatmaqla imzalnmışdır. Həmin qəbz tamam ayrı məqsəd və niyyətlə yazılmışdır. Bu qəbzin imzalanma anı və səbəbi digər şəxslərin yanında olmuşdur. Həmin qəbzin imzalanma səbəbi və əsası şahid tərəfindən təsdiqini tapmış, bundan başqa digər şahidlərin məhkəmə tərəfindən dindirilməməs i, hadisənin təfərrüatlarını tam şəkildə üzə çıxarmamışdır. Halbuki iddiaçı öz iddiasının əsasını başqa sübutla təsdiqləyə bilmirsə, cavabdehə həmin sübutun saxta olmasını isbat edən dəlillərinin təqdim edilməsinə şərait yaradılmalı idi. Qəbzin uydurma olması ilə bağlı şahid ifadəsi qətnamədə əks olunsa da hakim ifadənin məğzini anlamamış və ya buna əhəmiyyət verməmişdir. Bundan başqa cavabdehin izahatı düzgün qeyd edilməmişdir. Belə ki, iddiaçı ilə cavabdehin aralarında borc məbləği 6.000 manat olub. Bu məbləği iddiaçı bankdan kredit götürməklə cavabdehə vermişdir. Həmin məbləğin də əhəmiyyətli hissəsi iddiaçıya qaytarılıb. Həmin o məbləğin hazırda iddiaçının təqdim etdiyi 20.000 manatlıq qəbzin yazılması ilə əlaqəsi və bağlılığı olmayıb. Sadəcə iddiaçının aldatma yolu ilə qəbzi yazdırmas ı halı bütün dəqiqliyi ilə aydınlaşdırılmalı və düzgün hüquqi qiymət verilməli idi. İddiaçının səs yazıları telefonda var. Həmin səslərə məhkəmə tərəfindən dinləmə keçirilsə də, qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iddiaçının iştirakının təmin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməmişdir. Belə ki, 20.000 manatlıq qəbz imzalanan zaman orada olan şəxslər iddiaçı, cavabdeh onun oğlu Rövşən və iddiaçının tanışı Sübhan olub. Razılaşma və razılaşmaya qədər söhbətlərin nədən ibarət olmasını qeyd edilən şəxslər bilirlər. 20.000 manat məbləğində pul cavabdehə verilməmişdir. Həmin qəbzin yazılmasında məqsəd ayrı idi. Bu şəxslərin yanında olan söhbət belə olub ki, guya evdə yoldaşı ilə iddiaçının maddiyyatla bağlı problemləri olub. İşə düzəltmək adı ilə kimdənsə pul alıb. Arada kimsə pulu istifadə edib, indi isə evdə söz söhbətlərini bitirmək üçün bu qəbzə ehtiyac vardır. Yəni iddiaçı da, oğlu Rövşən də bilir ki, cavabdehin onlara heç bir borcu yoxdur. Qəbz aldatma yolu ilə imza edilmişdir. Hətta iddiaçı Cəfər kənddə cavabdehi görəndə ona məhkəməyə getməməsini tövsiyyə edib və bildirmişdir ki, bu iddia guya iddiaçının oğlu tərəfindən qaldırılıb. O, heç vaxt cavabdehdən pul tələb etməyəcək. Bu iddianın heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi məhkəmə işə səthi yanaşmış, heç bir ciddi araşdırma aparmadan əsassız iddia tələbini təmin etmişdir.

14. Məhkəmə kollegiyasının birinci iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qısa izahat verərək bildirmişdir ki, tərəflər özləri əlaq ə saxlamış, hazırkı mübahisə ilə bağlı görüşüb mübahisəni məhkəmədənkənar qaydada öz aralarında həll etmək niyyətindədirlər.

15. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında heç bir barışığın olmadığını, əvvəlki məhkəmə iclasından sonra cavabdehin iddiaçı ilə əlaqə saxlamadığını bildirmiş, izahatında əlavə olaraq göstərmişdir ki, hazırkı iddia tələbi əsaslı və qanunidir. İşə baxan birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmış və iş üzrə əsaslı, qanuni qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin məqsədi əsassız şəkildə məhkəmə icraatını uzatmaqdır. İş materiallarında cavabdehin borc almasını təsdiq edən onun tərəfindən imzalanan yazılı qəbz vardır. Həmin qəbzdəki yazı və imza cavabdehə məxsusdur. A pellyasiya şikayətində qeyd olunanlar həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş edir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-441/2025 nömrəli, 3 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, idd iaçının tələbinin təsdiqi ilə bağlı yazılı sübutu mövcuddur. Belə ki, iş materiallarında olan sadə əlyazma qəbzdən də görünür ki, cavabdeh iddiaçıdan aldığı 20.000 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmağa söz vermiş və bunu imzası ilə təsdiq etmişdir. Borcdan cəmi 900 manat qaytarılmışdır. Bu halı təkzib edəcək hər hansı sübut iş materiallarında mövcud deyil (məsələn cavabdeh tərəfindən pulun qaytarılması yaxud bu barədə hüquq mühafizə orqanlarına rəsmi müraciət və s.). Əksinə, cavabdeh birinci instansiya məhkəməsinin iclasında bilavasitə iştirak etməklə qəbzin özü tərəfindən yazıldığını, pul aldığını, sonra isə qaytardığını bildirmiş, lakin pulun qaytarılmasını subut edə bilməmişdir (i/m səh.53. məhkəmə iclas protokolu).

18. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məh kəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh şikayətində qeyri-müəyyənliyə yol verməklə, gah iddiaçıya borclu olmadığını, gah da iddiaçıdan 6.000 manat məbləğində borc aldığını, hazırkı qəbzin isə buna aidiyyəti olmadığını, habelə qəbzin özü tərəfindən yazıldığını və imzalandığını bildirməklə fikrini konkret ifadə etməmişdir. Bundan əlavə, cavabdehin iddiaçı ilə hər hansı pul məbləği ilə bağlı danışığının olmadığı halda, hansısa qəbzə formal olaraq, hətta özünün dediyi kimi pulun verilməsindən sonra imza etməsi, həmin puldan da 900 manat qaytarması heç də ağlabatan və inandırıcı deyildir.

19. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilərək birinci instansiya məhkəməsində dindirilimiş şahid ifadələrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin şahidlərin ifadələri hazırkı iş üzrə m ötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hər iki şahid iş üzrə qeyri-müəyyən və işin hallarına uyğun olmayan ifadələr verməklə, mübahisənin hallarını konkret ifadə edə bilməmişlər. Həmçinin, şahidlərin ifadəsi əlaqəli şəkildə təhlil edilərkən həmin ifadələrin bir-birilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əhəmiyyətli hesab etməmişdir.

20. Məhkəmə kollegiyası araşdırmanın nəticəsi olaraq qeyd etmişdir ki, nə qədər ki, cavabdeh qəbzin onun tərəfindən yazıldığını inkar etmir, lakin qeyd olunmuş pulun onun tərəfindən alınmadığını bildirir, onda sözügedən qəbz iş üçün əhəmiyyət kəsb edən sənəd (sübut) kimi qəbul edilməli və həmin pul vəsaitinin cavabdehdə qalması iddiaçının hesabına cavabdehin əsassız varlanması ki mi qiymətləndirilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 14.2, 14.2.7, 385.1, 386.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1095-ci və Mülki Prosessual Məcəllənin 76, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı i rəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Cavabdehin hesabına əsassız varlanmaq istəyən iddiaçının tələbini təmin etməklə, apellyasiya instansiyası cavabdehi əsassız varlanmış şəxs kimi qələmə vermişdir. Halbuki işin hallarının araşdırılması üçün lazımı şərait yaradilacağı təqdirdə, əsassız varlanmaq istəyən şəxsin məhz iddiaçı olduğunu sübuta yetirə bilərdi. Bunun üçün apellyasiya instansiyası lazımı şərait və vaxt yaratmamışdır. İddiaçının təqdim etdiyi yazılı qəbz sübut kimi qəbul edilməməlidir. Sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, cavabdehin sübutu həmin qəbzin uydurma olmasını isbat etməkdir. Apellyasiya instansiyası məhkəməsi audio diskin ərsiyə gətirilməsi üçün qısa vaxtın ayrılması barədə vəsatətə biganə yanaşmış, sübutların araşdırmadan işi yekunlaşdırmışdır. Məhkəməyə təqdim edilən audio diskdən də göründüyü kimi, iddiaçı şəxsən cavabdehin ona kredit borcundan savayı pul borclu olmadığını etiraf edir. Bu audio diskin təqdim edilməsi üçün vaxt lazım idi. Belə ki, iddiaçı ilə cavabdeh arasında danışıqların yazılması ideyası apellyasiya məhkəməsi zamanı əmələ gəlmişdir. Ondan əvvəl iddiaçı cavabdehə iddiasından imtina edəcəyi vədini vermişdi. Bildirmişdi ki, iddianı onun adından oğlu qaldırıb.

24. Apellyasiya instansiyası məhkəməsi işi araşdırmadan, sübutların təqdim edilməsinə şərait yaratmadan, vəkilin məhkəmə iclasından əvvəlki “təqzibolunmaz sübutların təqdimedilməsi üçün vaxt istəməsi” vəsatətinə biganə yanaşaraq, vəkilin iştirakını təmin et mədən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Bu da cavabdehin konstitusion hüquqlarının pozulmasıdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların, subutların məhkəməyə təqdim edilməsinə maneənin (iş üzrə təcili yekin akt qəbul etməsi) yaradılması nəticəsində qanunsuz və anlaşılmaz qərar qəbul olunmuşdur. Halbuki məhkəmə tərəfindən vəkilin vəsatətinə lazımi diqqət verilsəydi, tərəflərindən təqdim ediləcək sübutlar məhkəmə iclasında lazımınca tədqiq olunmaqla əsaslandırılmış məhkəmə aktının qəbul edilməsinə səbəb olacaqdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şə xsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məblə ği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

34. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh yazılı qəbz əsasında iddiaçıdan 20.000 manat məbləğində pul almış və 30 iyun 2024-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin puldan 900 manat qaytarsa da qalan pulu qaytarması barədə vədinə əməl etməmişdir. Bu faktı cavabdehin öz əlyazması ilə yazdığı sadə yazılı əqd təsdiq etməkdədir. Lakin, verilmiş vədə əməl edilmədiyindən tərəflər arasında narazılıq yaranmış və sonda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmələr də işin qeyd olunan halına istinad edərək iddia tələbini təmin etmişlər.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən audio diskin ərsiyə gətirilməsi üçün qısa vaxtın ayrılması barədə vəsatətə biganə yanaşılması, sübutlar araşdırılmadan işin yekunlaşdırılması barədə dəl ilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinə qarşı etirazlarının əsası kimi istinad etdiyi sübutlar birinci instansiya məhkəməsinə, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli olduğundan və cavabdeh birinci instansiya məhkəməsinin hazırlıq iclasında şəxsən iştirak etməsinə baxmayaraq belə sübutları, yəni audio diski məhkəməyə təqdim etmədiyindən kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddısinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəl miş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, kassasiya şikayətinin iddiaçı ilə cavabdeh arasında danışıqların yazılması ideyasının apellyasiya məhkəməsi zamanı əmələ gəlməsi barədə dəlili də əsassızdır.

53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ka ssasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyas ı onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noya br 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş s übutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-441/2025 nömrəli, 3 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar