Məhkəmə qərarları › İş №2(102)-2180/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2180/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2180/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 XXX qızına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə, maddi hüquq normasının tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və X6 ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X11 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2129/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 07 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından bir uşaq - 03 aprel 2015-ci il təvəllüdlü X14 doğulmuşdur. Şəki Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh2 arasında 07 mart 2014-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 03 aprel 2015-ci il təvəllüdlü X7 anasının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Şəki rayonu Oxud kəndində yerləşən 0.0743 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 110.9 kv.m olan fərdi yaşayış evi 17.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Həmin daşınmaz əmlakda fərdi yaşayış evi tam və həyətyanı torpaq sahəsinin 2/8 hissəsi Cavabdeh1, qalan torpaq sahəsi isə hərəsinə 1/8 hissəsi olmaqla X8, X5, X9, X3, Cavabdeh3 və X12 ümumi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Oxud kəndində yerləşən, gəlin köçdüyü yaşayış evinə (bundan sonra – mübahisəli ev) azyaşlı uşağı – 03 aprel 2015-ci il təvəllüdlü X14 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqdan sonra mübahisəli evə köçmüş, adət-ənənəyə uyğun olaraq cehiz əşyalarını da toydan qabaq apararaq həmin evə yığmış, evdə 2017-ci ilin axırlarınadək yaşamışdır. Uşağı orada doğulmuş və cavabehlərlə birlikdə yaşayaraq onlarla ümumi təsərrüfat aparmışdır. Lakin, 2017-ci ilin axırlarında cavabdehlər tərəfindən iradəsinin ziddinə uşağı ilə birlikdə ata evinə qovulmuşdur. Hal-hazırda Qoxmuq kəndində atasına məxsus olan evdə yaşayır. Həmin evin ¼ hissəsi paylı mülkiyyət əsasında atasına məxsusdur. İddiaçı ailəsinin bərpa edilməsi üçün və barışmaq məqsədilə bir müddət boşanma ilə bağlı məhkəməyə müraciət etməmiş, qayıdıb ər evində yaşamaq istəmişdir. Lakin, əri onunla barışmaq istəməmişdir. Buna görə də məcbur olub 2019-cu ildə nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cehiz əşyaları mübahisəli evdədir. Həmin ev heç kimin adına deyil. Atasına ¼ hissədə məxsus evdə qohumları yaşayır, ev çox darısqaldır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1750/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İmanov) iddia qismən təmin edilərək, iddiaçının mübahisəli fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2014-cü ildə yaranmış və texniki pasporta əsasən mübahisəli ev Cavabdeh1 məxsus olsa da, iddiaçı ilə hüquq münasibətləri yaranan zaman onun adına mülkiyyət hüququ ilə qeydə alınmamışdır. Ona görə də mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228-ci maddəsi ilə deyil, analogiya üzrə 2009-cu ilin oktyabr ayının 01-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 68-ci maddəsinin tələblərinə uyğun tənzimlənməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin evinə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüşdür. Bununla belə, məhkəmə göstərmişdir ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində xüsu si mülkiyyət kimi qeydiyyata alınmamışdır və dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması istisna edilir. Beləliklə, məhkəmə iddiaçının evdən istifadə hüququnun tanınması tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmamışdır, buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 71-ci, Mülki Məcəllənin 11, 139.1, 146.1, 146.3, 152, 178.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 13.4, 14.2, 77.1, 217.4-cü, Mənzil Məcəlləsinin 68.1, 68.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bunda n sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-306/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 XXX qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 2014-cü ildə iddiaçının gəlin köçdüyü fərdi yaşayış evi heç kəsin mülkiyyətində olmamış, lakin yaşayış sahəsi kimi faktiki mövcud olmuş, həm də cavabdehlərin rəsmi və daimi yaşayış yeri sayılmışdır. Evin rəsmi mülkiyyətçisi olmadığından, iddiaçı həmin evə gəlin köçərkən orada yaşayış sahəsindən istifadə şərtlərini və qaydalarını razılaşdıra biləcəyi səlahiyyətli şəxs də olmamışdır. X1 mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməsi buna qədər həmin evdə daimi yaşamış digər cavabdehlərin, habelə iddiaçının evdə yaşamaq hüquqlarının xitamına səbəb olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3193/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, apellya siya instansiyası məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Belə ki, mübahisəli fərdi ev Cavabdeh1 məxsus olmuş, iddiaçı hələ həmin evə gəlin köçəndə cavabdehin həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. İşə baxan məhkəmələr isə mübahisəyə 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etməklə səhvə yol vermişlər. Belə ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Kassasi ya məhkəməsi qeyd etmişdir ki, evə dair texniki pasport hələ 1988-ci ildə cavabdehin adına tərtib olunmuşdur. Cavabdeh1 məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etmişdir. Yəni, mübahisəli fərdi ev cavabdeh Cavabdeh1 məxsus olan evdir. Həmin evə dair keçmiş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları deyil, mülkiyyətdə olan mənzilə dair irəli sürülmüş tələb kimi Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(107)-2129/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) cavabd ehlər X5, Cavabdeh1 və Cavabdeh3 XXX qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehlərə qarşı mübahisəli fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsinə dair iddia tələbi edilməmiş, qətnamə qalan, yəni iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsinin tələblərindən çıxış edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişdir. Məhkəmə qeyd etmişdir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və sair məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli evə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə tətbiq edilməli olmayan Mənzil Məcəlləsinin normalarını tətbiq edərək və tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci mad dəsinə əmlak hüquqlarını yaratmır və yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassızdır. Kassator tərəflər arasında hüquq münasibətlərinin 2014-cü ildə yarandığına, Mənzil Məcəlləsinin 30. 1, 30.2, 30.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, həmin normalarda ailə üzvlərinin mülkiyyətçi ilə razılaşmasından bəhs olunur. Apellyasiya instansiyası məhkəməsi elə bir razılaşma olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, iddiaçının rəsmi nikah bağlandıqdan sonra belə bir razılaşma bağlamaq imkanı olmamışdır, çünki həmin vaxt mübahisəli ev mülkiyyətdə olmamışdır. Kassator göstərmişdir ki, hazırda azyaşlı uşağı ilə birlikdə yaşamağa imkanı və şəraiti yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində cavabdehlər kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəm ə iclasında iştirak edən kassatorun nümayəndəsi vəkilsiz gəldiyinə görə MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, kassasiya şikayətinə etiraz ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüs usi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29). Mülki Məcəllə Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5). Mülki Məcəllənin 228.5-ci maddəsinə da ir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur....mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əvvəlki kassasiya icraatı üzrə çıxarılan qərarda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla qəbul edilmişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digə r dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2129/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar