Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-597/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 оğlu və onların nümаyəndəsi və vəkili İbrаhimоv Xəyаl Rаhim оğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(075)-947/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı ilə Cavabdeh2 oğlunun və 4 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün Şəki rayonu, Qoxmuq kəndində 0,0599 ha torpaq sahəsi ayrılmışdır.
2. Cavabdeh1 ilə İddiaçı 2009-cu ildə qeyrirəsmi ailə qurmuş, 18 avqust 2011-ci il tarixdə isə rəsmi qaydada nikahlarını qeyd etdirmişlər.
3. Birgə nikahlarından 10 sentyabr 2010-cu il təvəllüdlü X3 və 6 iyul 2012-ci il təvəllüdlü X7 anadan olmuşlar.
4. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(075)-1164/2021 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 6 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən iddiaçının, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, iddiaçının, azyaşlı uşaqları X1 və X4 həmin evə köçürülmələri, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə ailə qurarkən cavabdehin valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, apardığı nişan-cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçı gəlin köçərkən qeyd edilən fərdi yaşayış evinin sənədi olmamışdır. Sonradan iddiaçı Cavabdeh1 ilə birlikdə yaşadıqları dövrdə yeni bir fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin sənədi olmamışdır. Lakin həmin fərdi yaşayış evi təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan boşananadək gəlin düşdüyü və cavabdehlərə məxsus Şəki rayonu, Qoxmuq kəndində yerləşən həmin evdə yaşamışdır. İddiaçı 2021-ci ilin payız aylarında Cavabdeh1 ilə ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə atası evində yaşamışdır. Lakin iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. Atası evində iddiaçının yaşaması üçün şərait olmamışdır.
7. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi reyestrdə dövlət qeydiyyatına alınmasa da, qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsində inşa edilmişdir. Həmin evə Cavabdeh2 gözlənilən mülkiyyət hüququ olmuşdur. İddiaçı gəlin gələrkən hazır vəziyyətdə olan və özlərinin də əvvəldən yaşadıqları bir evə gəlin gəlmişdir. İddiaçı həmin evdə qısa bir müddətdə yaşadığından və həmin evdə heç bir əziyyəti olmadığından iddiaçının həmin evdən heç bir istifadə hüququ olmamışdır.
8. Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Qoxmuq kəndində yaşamış və digər ustalarla birlikdə Şəki rayonu, Qoxmuq kənd sakini Cavabdeh2 sifarişi əsasında onun torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Lakin həmin işlərin nə zaman görülməsi dəqiq yadında qalmamışdır. O, həmin ünvanda tikinti işləri apararkən onlara Cavabdeh2 və onun ailə üzvləri qulluq etmişlər, material xərclərini, həmçinin onların xərclərini Cavabdeh2 qarşılamışdır. Həmin evin tikintisi zamanı iddiaçını görməmişdir.
10. Şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, evin bünövrəsinin qoyulmasında usta kimi 5 gün işləmişdir. Təxminən 10 il əvvəl xərcləri Cavabdeh2 qarşılamış, yeməklərini İmaməlinin həyat yoldaşı vermişdir.
11. Şahid qismində dindirilmiş X2, X10 və X9 eyni məzmunlu izahatlar vermişlər.
12. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 04 iyul 2022-ci il tarixli, 2(075)-947/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (bundan sonra - birinci instansiya məhkəməsi).
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi 599 kvadrat metr torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli qərarına əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmasa da, iddiaçının köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh2 artıq tərəflərin nikah bağladıqları 18 avqust 2011-ci il tarixinədək, yəni iddiaçının oraya köçməsinədək Şəki rayonu, Qoxmuq kəndində 599 kvadrat metr torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbi baxımından iddiaçı mübahisə predmeti olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun tanınmasını tələb etsə də, Cavabdeh1 həmin evin mülkiyyətçisi olmamışdır. Digər Cavabdeh2 isə iddiaçının istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına daxil deyildir.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına daxil olmadığından, onun Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X3 və X4 həmin evə köçürülmələrini tələb etməsi özü-özlüyündə əsassız olmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli, 2(107)-1177/2022 saylı mülki iş üzrə qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, iddiaçının azyaşlı uşaqları X3 və X7 ilə birlikdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyd edilən evə Cavabdeh2 mülkiyyət hüququnun gözləntisi olması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Çünki həmin torpaq sahəsi 5 nəfər ailə üzvünün birgə mülkiyyətinə verilmişdir.
20. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli tikili 2009-cu ildən tikilməyə başlanmışdır. Tikinti başa çatdıqdan sonra iddiaçı və keçmiş əri bütün ev əşyaları ilə mübahisəli tikiliyə köçmüşlər. Bu gün də iddiaçıya məxsus cehiz əşyaları mübahisəli tikilidə yerləşmişdir. Mübahisəli tikili əslində iddiaçı ilə keçmiş əri üçün tikilmişdir.
21. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, tikilinin başlanma tarixi ilə iddiaçının gəlin gəldiyi tarix eyni olmuşdur. Bundan başqa Cavabdeh2 adına fərdi yaşayış evi olmuşdur. İkinci bir fərdi yaşayış evinin onun üçün tikilməsinin zəruriliyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas vermişdir ki, əslində mübahisəli tikili iddiaçı ilə onun keçmiş əri üçün tikilmişdir.
22. Bundan başqa kollegiya qeyd edilən tikilinin tikilməsi zamanı tikiliyə Cavabdeh2 rəhbərlik etməsi və ustalara zəhmət haqqının onun tərəfindən verilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, tarixən formalaşmış adət-ənənəyə əsasən bu kimi işlərdə ər və ya qayınata evdə ola-ola gəlinin tikiliyə rəhbərlik etməsi və ya ustalara pul verməsi qeyd edildiyi kimi adət ənənəyə uyğun deyil, eyni zamanda mental dəyərlərlə ziddiyyət təşkil etmişdir. Ona görə də kollegiyanın qənaətinə görə qeyd edilən tikiliyə Cavabdeh2 mülkiyyət hüququnun gözlənilən olması barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Fərdi yaşayış ev tikilərkən həmin Məcəllənin tələblərinə uyğun olaraq tikinti işlərinin aparılmasına dair məlumatlandırma barədə tələblərinə əməl edilməmişdir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab edilməlidir. Yəni fərdi yaşayış evi tikilərkən müvafiq icazələr alınmaqla inşa olunmadığı üçün, həmin ev özbaşına statusu daşımışdır.
24. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin tələb tam əsaslı hesab edilməlidir. Belə olan halda iddiaçının mübahisəli evə köçürülməsi ilə bağlı dəlilləri əsaslı hesab edilməlidir. Digər tərəfdən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına rəsmiləşdirilməmiş və bu səbəbdən həmin əmlakın cavabdehə məxsus olan əmlak kimi qəbul edilə bilməz.
25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, mübahisəli fərdi yaşayış evinin iddiaçı gəlin köçdüyü zaman tikilməyə başlanmasını və başa çatdıqdan sonra iddiaçı, uşaqları və keçmiş əri olan Cavabdeh1 həmin evə köçməsini işin mübahisəsiz halları kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçının həmin evə köçüb yaşamasına törədilən məhdudiyyətlər iddiaçının hüquqlarını pozmuşdur.
26. Məhkəmə iddia tələbinin istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi dаşınmаz əmlаkın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyаtа аlınmаmışdır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 33, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 146, 152-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
28. Cavabdehlər və onların vəkili Vəkil2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(107)-1177/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023cü il tarixli, 2(102)-697/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(107)- 1177/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
30. İddiаçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işdən göründüyü kimi onların yaşadığı fərdi yaşayış evinə Cavabdeh1 Əsəd oğlu da payçıdır. Yəni torpaq sahəsinin həyat yoldaşı payçısıdır. İşdə olan Şəki rayon Məhkəməsinin xx.xx.2021-ciil tarixli qətnaməsindən də görünür ki, aralarında olan nikah qeydi pozulmuş, 10 və 12 yaşlı iki uşağı onun himayəsində saxlanılmışdır. Onlar 2009-cu il tarixində nikaha daxil olaraq, o Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür, yəni, həyat yoldaşı Ərzumanın bu gün onları çıxarmaq istədiyi mübahisələndirilən bu evə gəlin köçmüşdür. Hər iki uşağı bu evdə doğulub. Cer-cehiz əşyaları bu gün də həmin evdədir. Hesab edir ki, onların bu evdə istifadə hüquqları vardır. Bu səbəbdən də onlar həmin evə köçməklə bu evdə yaşamaq istəyirlər. Cavabdeh onların bu hüququnu təmin etmədiyindən o hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Prosessual Hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmadır. Nəticədə prosessual hüquq normaları onlara münasibətdə pozulmuşdur. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalarda hazırki ədalətsizliklə qarşılaşmalı oldular. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 12 il yaşamalarını o cümlədən iki uşağı ilə orada yaşamalarını, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu, həmin mülkiyyətçiyə keçmiş həyat yoldaşınında olmasını nəzərə almamışdır. Nəticədə onun qeyd etdiyi prosessual hüquq normaları açıq şəkildə pozulmuşdur. Halbuki hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. O və iki uşaqları mülkiyyətçinin yaxın qohumlarıdır. Onların xüsusən uşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqelərini Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notariat qaydada yazılı razılaşma olmasa da, Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq mübahisələri həll edilməli idi. Torpaq üzərində onun keçmiş həyat yoldaşının mülkiyyət hüquqları vardır. Yaşadıqları ev sənədləşməsə də həmin torpaq sahəsinin üzərində tikilmişdir. Onlar 2009-cu il tarixdən orada yaşayırlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(075)-947/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
32. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оğlu və onların nümаyəndəsi və vəkili İbrаhimоv Xəyаl Rаhim оğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(075)-947/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiаçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi istfadə hüququnun tanınmasının təmin edilməməsi hissəsində qüvvəyə mündiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı evə köçürülmə və maneələrin aradan qaldırılması hisəsəsində yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 25. Bərabərlik hüququ
İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
38. Maddə 33. Mənzil toxunulmazlığı hüququ
İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
39. Maddə 43 Mənzil hüququ
İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
40. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
41. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
42. Maddə 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...
43. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
44. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
45. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
46. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
48. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
49. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
50. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. Maddə 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
V. Apellyasiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e- 2(075)-947/2022 saylı qətnaməsi evə köçürülmə və maneələrin aradan qaldırılması hisəsəsində dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
63. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
64. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəsi tərəfindən 25 may 2012-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Şəki rayonu, Qoxmuq kəndində yaşayan Cavabdeh1 və Cavabdeh2 tərəfində Qoxmuq kəndində inşa edilən yeni fərdi yaşayış evinin təməli Cavabdeh2 şifahi məlumatına əsasən 2009-cu ildə qoyulmuş, sonrakı müddətdə inşaat işləri davam etdirilmişdir. Cavabdeh2 şifahi məlumatına əsasən evin inşasında müxtəlif vatlarda Qoxmuq kənd sakinləri X2, X5, X11, X9 və X8 iştirak etmişlər.
65. Qeyd edildiyi kimi, əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyd edilən evə Cavabdeh2 mülkiyyət hüququnun gözləntisi olması qənaətinə gəlməkdə səhvə yol verilmişdir. Çünki həmin torpaq sahəsi 5 nəfər ailə üzvünün birgə mülkiyyətinə verilmişdir.
66. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(107)-1177/2022 saylı qətnaməsi ilə “evə köçürülmə və maneələrin aradan qaldırılması” hissəsində razılaşmayan və qətnaməni həmin hissədə ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(102)-697/2023 saylı qərarında göstərmişdir ki, ...apellyasiya instansiyası məhkəməsi işin sadaladığı hallarını hansı sübutlar əsasında müəyyən etdiyini göstərməmiş, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillər və ya sübutlarla əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin mübahisəsiz halları kimi qeyd etdiyi faktlar isə hazırkı iş üzrə əsas mübahisəli məqamlar olduğu üçün yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş sübut etmə qaydalarına uyğun olaraq müəyyən edilə bilərdi. Belə ki, iddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi faktlardan və cavabdehlərin etirazlarından aşkar görünür ki, mübahisəli həyətdə neçə tikilinin olduğu, iddiaçının hansı tikiliyə köçüb yaşadığı, iddiaçının yaşadığı tikilinin nə vaxt və kimin vəsaiti hesabına, hansı məqsədlə inşa edildiyi baxılan işin əsas mübahisəli hallarıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktının tam və ya qismən ləğv edildikdə və həmin hissədə yeni qətnamə qəbul edildikdə həmin məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
67. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
68. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə ailə quraraq onun valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Sonradan birlikdə yaşadıqları dövrdə əri ilə yeni, sənədsiz fərdi yaşayış evi inşa ediblər. Ev təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olub, nikah dövründə həmin evdə yaşayıblar, cehiz əşyaları qeyd olunan evdə qalıb.
69. Cavabdehlər isə iddianı qəbul etməyərək bildirmişlər ki, mübahisəli ev reyestrdə qeydə alınmasa da, evi Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ona verilmiş torpaq sahəsində inşa edib. Evə Cavabdeh2 gözlənilən mülkiyyət hüququ var. İddiaçı hazır vəziyyətdə olan və özlərinin də əvvəldən yaşadıqları bir evə gəlin gəlib. İddiaçı həmin evdə qısa bir müddət yaşayıb, evdə heç bir əziyyəti olmayıb.
70. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. İddiaçının köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olmuşdur.
71. Məhkəmə kollegiyası hazırkı iş üzrə 3 dəfə məhkəmə iclasını təyin etmiş və tərərflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlamdırılmışlar. Lakin iddiaçı tərəf heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclaslarına gəlməmiş və iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır.
72. Məhkəmə kollegiyası mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirmiş və aşağıdakıları müəyyən etmişdir: - İddiaçının köçürülməsini tələb etdiyi 599 kvаdrаt metr tоrpаq sаhəsində inşа оlunmuşdur. Mübаhisə predmeti оlаn ev kürsülü оlmаqlа bir mərtəbəlidir. Həmin evə dаxil оlduqdа müəyyən оlundu ki, ev 5 оtаqdаn ibаrətdir. Evin mərkəzində giriş qаpısı vаr, həmin qаpıdаn içəri dаxil оlduqdа böyük qоnаq оtаğı vаr, qоnаq оtаğının sаğ tərəfində 2 оtаq və qоnаq оtаğının sоl tərəfində də 2 оtаq vаr. Tərəflərin dediklərinə görə həmin оtаqlаrdаn üçü yаtаq оtаğı kimi nəzərdə tutulub. Qоnаq оtаğının tаvаnı yоxdur, qоnаq оtаğının sаğ tərəfindəki hər iki оtаğın isə tаvаnı, həm də döşəməsi оlmаdığı üçün həmin оtаqlаrdаn ümumiyyətlə istifаdə оlunmur. Qоnаq оtаğının sоl tərəfində yerləşən оtаqlаrın hər ikisi də оrtа səviyyədə təmiri оlduğu üçün həmin оtаqlаr yаşаyış üçün yаrаrlıdır. Təmirli оtаqlаrdаn birində yаtаq dəsti, digərində isə həm yаtаq dəsti, həm də stоl və stullаr vаr. Evə bаxış zаmаnı həmçinin müəyyən оlundu ki, ev tаm şəkildə təmirli оlunmаsа dа evdə təbii qаz və işıq xətləri mövcuddur və nə vаxtsа həmin evdə bir müddət yаşаyış оlub.
73. İş materialları, cavabdehlərin məhkəmə kollegiyasının iclasında, tərəflərin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatları, eləcə də birinci instansiya məhkəməsində şahidlərin vermiş olduğu ifadələri ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ailə qurarkən Cavabdeh1 valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı apardığı nişan-cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçı gəlin köçərkən qeyd edilən fərdi yaşayış evinin sənədi olmamışdır. İddiaçı uzun müddət, təxminən 2020-ci ilədək gəlin köçdüyü evdə yaşamışdır. 2009-cu ildə Cavabdeh2 Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ona ayrılmış 599 kv.m torpaq sahəsində yaşayış evi tikmişdir.
74. İddiaçı 2020-ci ildə uşaqları ilə birlikdə keçmiş qayınatası, iş üzrə Cavabdeh2 tərəfindən inşa edilmiş evə köçərək bir müddət orada yaşamışdır. İddiaçı ilə cavbadeh Cavabdeh1 ailə münasibətləri korlandığından 2021-ci ilin payız aylarında ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, qətnamə ilə uşaqlar anası İddiaçı yanında qalmaları qət edilmişdir. İddiaçı Vüsalə Yüsufova uşaqılarını da götürüb atası evinə getmişdir. Sonradan iddiaçı hazırkı iddia tələbləri məhkəməyə müraciət etmişdir.
75. İddiaçı mübahisəli yaşayış evini əri ilə birlikdə birgə nikahda olduqları dövrdə inşa etdiklərini bəyan etsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, yaşayış evinin iddiaçı ilə cavabadeh Cavabdeh1 ər-arvad kimi birgə nikah dövründə inşa edilməsi sübuta yetməmişdir.
76. Beləliklə də, iddiaçının mübahisəli tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səylərinin olduğu müəyyən edilməmişdir. Əksinə, həyətyanı torpaq sahəsi Cavabdeh2 5 nəfər ailə üzvünün birgə mülkiyyətinə verilsə də, işin müəyyən edilmiş halları ilə mübahisəli evin iddiaçının keçmiş qayınatası, iş üzrə Cavabdeh2 tərəfindən inşa edildiyi təsdiq olunur.
77. Özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir.
78. Mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən mülkiyyətində olan həyətyanı torpaq sahəsində tikildiyindən onun həmin tikintiyə mülkiyyət hüququnun tanınması istisna olunmur.
79. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmasa da, iddiaçının köçməsinədək fərdi yaşayış evi istifadəyə yararlı vəziyyətdə olduğundan Cavabdeh2 həmin evə gözlənilən mülkiyyət hüququ mövcuddur.
80. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı, onun azyaşlı uşaqları X3 və X4 Cavabdeh2 tərəfindən inşa edilmiş evə köçürülmələrini tələb etməsi özü-özlüyündə əsassızdır.
81. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
82. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
84. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
85. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
87. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
88. Ona görə də, iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(075)-947/2022 saylı qətnaməsi isə evə köçürülmə və maneələrin aradan qaldırılması hisəsəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2(075)-947/2022 saylı qətnаməsi evə köçürülmə və maneələrin aradan qaldırılması hisəsəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov