Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-697/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, bərabərlik hüququ, qadağan edilmiş özbaşınalıq, işin hallarının müəyyən edilməsi, işin mübahisəsiz halları, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1177/2022 nömrəli, 29 sentyabr 2022ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı ilə Cavabdeh2 oğlunun və 4 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün Şəki rayonu, Qoxmuq kəndində 0,0599 ha torpaq sahəsi ayrılmışdır.
2. Cavabdeh1 ilə İddiaçı 2009-cu ildə qeyri-rəsmi ailə qurmuş, 18 avqust 2011-ci il tarixdə isə rəsmi qaydada nikahlarını qeyd etdirmişlər.
3. Birgə nikahlarından 10 sentyabr 2010-cu il təvəllüdlü X3 və 6 iyul 2012-ci il təvəllüdlü X7 anadan olmuşlar.
4. Şəki Rayon Məhkəməsinin 2(075)-1164/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 6 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən iddiaçının, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, iddiaçının, azyaşlı uşaqları X1 və X4 həmin evə köçürülmələri, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə ailə qurarkən cavabdehin valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, apardığı nişan-cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İdd iaçı gəlin köçərkən qeyd edilən fərdi yaşayış evinin sənədi olmamışdır. Sonradan iddiaçı Cavabdeh1 ilə birlikdə yaşadıqları dövrdə yeni bir fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin sənədi olmamışdır. Lakin həmin fərdi yaşayış evi təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan boşananadək gəlin düşdüyü və cavabdehlərə məxsus Şəki rayonu, Qoxmuq kəndində yerləşən həmin evdə yaşamışdır. İddiaçı 2021-ci ilin payız aylarında Cavabdeh1 ilə ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə atası evində yaşamışdır. Lakin iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. Atası evində iddiaçının yaşaması üçün şərait olmamışdır.
7. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi reyestrdə dövlət qeydiyyatına alınmasa da, qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsində inşa edilmişdir. Həmin evə Cavabdeh2 gözlənilən mülkiyyət hüququ olmuşdur. İddiaçı gəlin gələrkən hazır vəziyyətdə olan və özlərinin də əvvəldən yaşadıqları bir evə gəlin gəlmişdir. İddiaçı həmin evdə qısa bir müddətdə yaşadığından və həmin evdə heç bir əziyyəti olmadığından iddiaçının həmin evdən heç bir istifadə hüququ olmamışdır.
8. Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Qoxmuq kəndində yaşamış və digər ustalarla birlikdə Şəki rayonu, Qoxmuq kən d sakini Cavabdeh2 sifarişi əsasında onun torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Lakin həmin işlərin nə zaman görülməsi dəqiq yadında qalmamışdır. O, həmin ünvanda tikinti işləri apararkən onlara Cavabdeh2 və onun ailə üzvləri qulluq etmişlər, material xərclərini, həmçinin onların xərclərini Cavabdeh2 qarşılamışdır. Həmin evin tikintisi zamanı iddiaçını görməmişdir.
10. Şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, evin bünövrəsinin qoyulmasında usta kimi 5 gün işləmişdir. Təxminən 10 il əvvəl xərcləri Cavabdeh2 qarşılamış, yeməklərini İmaməlinin həyat yoldaşı vermişdir.
11. Şahid qismində dindirilmiş X2, X9 və X8 eyni məzmunlu izahatlar vermişlər.
12. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-947/2022 nömrəli iş üzrə 4 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi 599 kvadrat metr torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli qərarına əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmasa da, iddiaçının köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh2 artıq tərəflərin nikah bağladıqları 18 avqust 2011-ci il tarixinədək, yəni iddiaçının oraya köçməsinədək Şəki rayonu, Qoxmuq kəndində 599 kvadrat metr torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdı r.
14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbi baxımından iddiaçı mübahisə predmeti olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun tanınmasını tələb etsə də, Cavabdeh1 həmin evin mülkiyyətçisi olmamışdır. Digər Cavabdeh2 isə iddiaçının istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına daxil deyildir.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına daxil olmadığından, onun Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X3 və X4 həmin evə köçürülmələrini tələb etməsi özü-özlüyündə əsassız olmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1177/2022 nömrəli mülki iş üzrə 29 sentyabr 2022-c i il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Rövşən Rəfiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, iddiaçının azyaşlı uşaqları X3 və X7 ilə birlikdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyd edilən evə Cavabdeh2 mülkiyyət hüququnun gözləntisi olması qənaətinə gəlməkdə səhvə yol verilmişdir. Çünki həmin torpaq sahəsi 5 nəfər ailə üzvünün birgə mülkiyyətinə verilmişdir.
20. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli tikili 2009-cu ildən tikilməyə başlanmışdır. Tikinti başa çatdıqdan sonra iddiaçı və keçmiş əri bütün ev əşyaları ilə mübahisəli tikiliyə köçmüşlər. Bu gün də iddiaçıya məxsus cehiz əşyaları mübahisəli tikilidə yerləşmişdir. Mübahisəli tikili əslində iddiaçı ilə keçmiş əri üçün tikilmişdir.
21. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, tikilinin başlanma tarixi ilə iddiaçının gəlin gəldiyi tarix eyni olmuşdur. Bundan başqa Cavabdeh2 adına fərdi yaşayış evi olmuşdur. İkinci bir fərdi yaşayış evinin onun üçün tikilməsinin zəruriliyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas vermişdir ki, əslində mübahisəli tikili iddiaçı ilə onun keçmiş əri üçün tikilmişdir.
22. Bundan başqa k ollegiya qeyd edilən tikilinin tikilməsi zamanı tikiliyə Cavabdeh2 rəhbərlik etməsi və ustalara zəhmət haqqının onun tərəfindən verilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, tarixən formalaşmış adət-ənənəyə əsasən bu kimi işlərdə ər və ya qayınata evdə ola-ola gəlinin tikiliyə rəhbərlik etməsi və ya ustalara pul verməsi qeyd edildiyi kimi adət ənənəyə uyğun deyil, eyni zamanda mental dəyərlərlə ziddiyyət təşkil etmişdir. Ona görə də kollegiyanın qənaətinə görə qeyd edilən tikiliyə Cavabdeh2 mülkiyyət hüququnun gözlənilən olması barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin t ələblərinə əməl edilməmişdir. Fərdi yaşayış ev tikilərkən həmin Məcəllənin tələblərinə uyğun olaraq tikinti işlərinin aparılmasına dair məlumatlandırma barədə tələblərinə əməl edilməmişdir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab edilməlidir. Yəni fərdi yaşayış evi tikilərkən müvafiq icazələr alınmaqla inşa olunmadığı üçün, həmin ev özbaşına statusu daşımışdır.
24. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin tələb tam əsaslı hesab edilməlidir. Belə olan halda iddiaçının mübahisəli evə köçürülməsi ilə bağlı dəlilləri əsaslı hesab edilməlidir. Digər tərəfdən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına rəsmiləşdirilməmiş və bu səbəbdən həmin əmlakın cavabde hə məxsus olan əmlak kimi qəbul edilə bilməz.
25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, mübahisəli fərdi yaşayış evinin iddiaçı gəlin köçdüyü zaman tikilməyə başlanmasını və başa çatdıqdan sonra iddiaçı, uşaqları və keçmiş əri olan Cavabdeh1 həmin evə köçməsini işin mübahisəsiz halları kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçının həmin evə köçüb yaşamasına törədilən məhdudiyyətlər iddiaçının hüquqlarını pozmuşdur.
26. Məhkəmə iddia tələbinin istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi dаşınmаz əmlаkın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyаtа аlınmаmışdır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına a lınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 33, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 146, 152-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehlər (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
29. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə araşd ırmaları zamanı (1-ci instansiya) mübahisəli evin Cavabdeh2 tərəfindən inşa edildiyi və ustaların haqqının onun tərəfindən ödənildiyi müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı mental ənənə kimi dəyərləndirmişdir. Məhkəmə tərəfindən obyektiv müəyyən edilməli olan məsələ tərəflər arasında hüquq münasibətləri yarandığı anda fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququnun araşdırılması idi.
30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.3, 14.2, 217.1, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə
25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyət ə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
33. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
34. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
35. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...
37. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
38. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız g üc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
43. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
44. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərt ləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllə
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
49. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 54. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:...392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
55. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətna mənin dəyişdirildiyini göstərməyə borcludur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya in stansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktından yalnız cavabdehlər kassasiya şikayəti verdiklərindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya ins tansiya məhkəməsinin mövqeyi
61. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan, qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.
62. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanun un 25-ci maddəsinə əsasən isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifəl ərlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
63. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
64. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır. Bu yanaşmanın əksi, yəni özbaşına tikilidə eyni əsaslarla yaşayan digər şəxslərin həmin tikilini onlarla birlikdə inşa etmiş şəxsə orada yaşamağa mane olması hamın ın qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, digər şəxslərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
65. Bu cür yanaşma həm də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu barədə Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbindən irəli gəlir.
66. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş ö zbaşınalıq sayılır və Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır.
67. Beləliklə, oxşar mübahisələrə baxarkən məhkəmələr iddiaçının mübahisəli tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səylərinin olduğunu, ötən dövr ərzində cavabdeh(lər)lə eyni şərtlər daxilində həmin tikilidə yaşadığını və cavabdeh(lər) tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onu tikilidə yaşamasına maneələr yaradıldığını müəyyən edərsə iddianı təmin etməlidir.
68. Eyni zamanda əgər özbaşına tikili ər-arvadın birgə nikahda olduqları dövrdə onlar tərəfindən inşa edi lmişdirsə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulan, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyaya əsasən onların tikilinin faydalı xassələrindən istifadə etməklə bağlı bərabər imkanları tanınmalıdır.
69. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə ailə quraraq onun valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Sonradan birlikdə yaşadıqları dövrdə əri ilə yeni, sənədsiz fərdi yaşayış evi inşa ediblər. Ev təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olub, nikah dövründə həmin evdə yaşayıblar, cehiz əşyaları qeyd olunan evdə qalıb.
70. Cavabdehlər isə iddianı qəbul etməyərək bildirmişlər ki, mübahisəli ev reyestrdə qeydə alınmasa da, evi Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ona verilmiş torpaq sahəsində inşa edib. Evə Cavabdeh2 gözlənilən mülkiyyət hüququ var. İddiaçı hazır vəziyyətdə olan və özlərinin də əvvəldən yaşadıqları bir evə gəlin gəlib. İddiaçı həmin evdə qısa bir müddət yaşayıb, evdə heç bir əziyyəti olmayıb.
71. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. İddiaçının köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olmuşdur.
72. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları kimi mübahisəli tikilinin 2009 -cu ildən tikilməyə başlandığını, tikinti başa çatdıqdan sonra iddiaçı və keçmiş ərinin bütün ev əşyaları ilə mübahisəli tikiliyə köçdüyünü, Cavabdeh2 adına fərdi yaşayış evi olduğunu, ikinci bir fərdi yaşayış evinin iddiaçı ilə keçmiş əri üçün tikildiyini qeyd etmişdir.
73. Məhkəmə, həmçinin mübahisəli fərdi yaşayış evinin iddiaçının gəlin köçdüyü zaman tikilməyə başlanmasının və başa çatdıqdan sonra iddiaçı, uşaqları və keçmiş əri olan Cavabdeh1 həmin evə köçməsini işin mübahisəsiz halları olduğunu qeyd etmişdir.
74. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qul luq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (§ 46-48, 50).
75. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir.
76. Lakin apellyasiya instansiyası məhkəməsi işin sadaladığı hallarını hansı sübutlar əsasında müəyyən etdiyini göstərməmiş, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillər və ya sübutlarla əsaslandırmamışdır.
77. Eyni zamanda işin mübahisəsiz halları dedikdə, iş üzrə müəyyən edilən elə hallar başa düşülür ki, tərəflərdən heç biri həmin halların (faktların) mövcudluğu barədə mübahisə etmir. MPM-in 81-ci maddəsinin tələbləri baxımından isə (§ 49). qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi müəyyən edilməsi yolverilməzdir.
78. Apellyasiya instansiyası məhkəməsinin işin mübahisəsiz halları kimi qeyd etdiyi faktlar isə hazırkı iş üzrə əsas mübahisəli məqamlar olduğu üçün yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş sübut etmə qaydalarına uyğun olaraq müəyyən edilə bilərdi. Belə ki, iddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi faktlardan və cavabde hlərin etirazlarından aşkar görünür ki, mübahisəli həyətdə neçə tikilinin olduğu, iddiaçının hansı tikiliyə köçüb yaşadığı, iddiaçının yaşadığı tikilinin nə vaxt və kimin vəsaiti hesabına, hansı məqsədlə inşa edildiyi baxılan işin əsas mübahisəli hallarıdır (§ 69-70).
79. Prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar g östərilməlidir (§ 51-53)..
80. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktının tam və ya qismən ləğv edildikdə və həmin hissədə yeni qətnamə qəbul edildikdə həmin məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır (§ 54).
81. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
82. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalət li olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
83. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qoruna n mənafelərin real bərpası təmin olunmalıdır.
84. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
85. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsa slandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1177/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.