Məhkəmə qərarları › İş №e-2(075)-342/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-342/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-342/2025 27.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı3, onun, X6, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Ağası oğlunun və sonuncunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı3, X10, İddiaçı1 cavabdehlər Cavabdeh2 Ağası oğluna, Cavabdeh1, Cavabdeh3, X1, X4, X2, X8 və X9 qarşı (özləri və azyaşlı X3) Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən, ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, X10, İddiaçı1 məhkəməyə, cavabdehlər Cavabdeh2 Ağası oğluna, Cavabdeh1, Cavabdeh3, X1, X4, X2, X8 və X9 qarşı iddia ərizəsi və onun dəqiqləşdiriləməsi barədə ərizə ilə müraciət edərək, (özləri və azyaşlı X3) ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar X10, İddiaçı1, cavabdehlər X4, X2, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçılar nümayəndəsi vasitəsilə təmsil olunmuş, qeyd olunan cavabdehlər nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahat verib bildirdi ki, o və ailə üzvləri olan digər iddiaçıların cabdeh tərəflə aralarında barışıq sazışi bağlamış, bağlanmış barışıq sazişinin şərtləri ilə tam razılaşmış və şərtləri qəbul etmişlər. Odur ki, iddiadan imtina etmişlər. O, iddiadan imtinalarının qəbul edilməsini, barışıq sazışınin təsdiq edilib, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 bildirdi ki, tərəflər hazırki mübahisə üzrə öz aralarında razılaşmış, iddia edilən “ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinin əvəzində 8000 manat pul almaqla tələbdən imtina edilmiş, tərəflər razılaşdıqları şərtlər üzrə aralarında barışıq sazışı imzalamışlar. Barışıq sazişinə əsasən cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada digər cavadehlərin əvəzinə də olmaqla aralarında razılaşdıqları 8000 manat pul məbləğini iddiaçılara vermək üçün etibarnamə üzrə nümayəndələri olan ona ödəməyi, ödənişin müqabilində iddiaçılar iddia tələblərindən tamamilə imtina etməyi, özlərinə məxsus, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin protokolu ilə siyahıya alınaraq üzərinə həbs qoyulan əşyalarını ən geci 10 gün ərzində mübahisə edilən evdən götürülməsini təmin etməyi, köcürülməsini istədikləri evin yerləşdiyi, paylı mülkiyətdə olan torpaq sahəsindən İddiaçı3 anasından qalmış miras payın adına keçmiş öz pay hissəsini Cavabdeh1 adına rəsmiləşməsi üçün və digər miras əmlaklardan imtina edərək lazım olan bütün hərəkətləri etməyi, gələcəkdə mübahisələndirilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə, iddia qaldırmayacaqlarını, cavabdehlərə qarşı hər hansı mülk, əşya, pul və sair tələbi irəli sürməməyi öhdələrinə götürmüşlər. Ona görə də iddiaçılar iddia tələbindən tamamilə imtina etmişdir. Odur ki, iddiaçıların iddia tələbindən imtina etmələrinin qəbul və barışıq sazışınin təsdiq edilib, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 eyni məzmunlu izahat verərək bildirdilər ki, iddiaçı tərəflə aralarında barışıq sazişi bağlamışlar, bağlanmış barışıq sazişinin şərtləri ilə tam razılaşmış və şərtləri qəbul etmişlər. Onlar, iddiaçıların iddia tələbindən imtina etmələrinin qəbul və barışıq sazışınin təsdiq edilib, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Ağası oğlunun vəkili Vəkil2 bildirdi ki, tərəflər hazırki mübahisə üzrə öz aralarında razılaşmış, iddia edilən “ünvan 1 ünvanda - 0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinin əvəzində 8000 manat pul almaqla tələbdən imtina edilməsi ilə bağlı barışıq sazışı imzalamışlar. Barışıq sazişinə əsasən cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada digər cavadehlərin əvəzinə də olmaqla aralarında razılaşdıqları 8000 manat pul məbləğini iddiaçılara vermək üçün etibarnamə üzrə nümayəndələri olan Vəkil1 ödəməyi, ödənişin müqabilində iddiaçılar iddia tələblərindən tamamilə imtina etməyi, özlərinə məxsus, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin protokolu ilə siyahıya alınaraq üzərinə həbs qoyulan əşyalarını ən geci 10 gün ərzində mübahisə edilən evdən götürülməsini təmin etməyi, köcürülməsini istədikləri evin yerləşdiyi, paylı mülkiyətdə olan torpaq sahəsindən İddiaçı3 anasından qalmış miras payın adına keçmiş öz pay hissəsini Cavabdeh1 adına rəsmiləşməsi üçün və digər miras əmlaklardan imtina edərək lazım olan bütün hərəkətləri etməyi, gələcəkdə mübahisələndirilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə, iddia qaldırmayacaqlarını, cavabdehlərə qarşı hər hansı mülk, əşya, pul və sair tələbi irəli sürməməyi öhdələrinə götürmüşlər. Ona görə də iddiaçılar iddia tələbindən tamamilə imtina etmişdir. Odur ki, iddiaçıların iddia tələbindən imtina etmələrinin qəbul və barışıq sazışınin təsdiq edilib, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”ndə göstərilir ki, tərəflər, hazırki mübahisə üzrə öz aralarında razılaşmış, iddia edilən “ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinin əvəzində 8000 manat pul almaqla tələbdən imtina edilməsi ilə bağlı barışıq sazışı imzalamışlar. Barışıq sazişinə əsasən cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada digər cavadehlərin əvəzinə də olmaqla aralarında razılaşdıqları 8000 manat pul məbləğini iddiaçılara vermək üçün etibarnamə üzrə nümayəndələri olan Vəkil1 ödəməyi, ödənişin müqabilində iddiaçılar iddia tələblərindən tamamilə imtina etməyi, özlərinə məxsus, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin protokolu ilə siyahıya alınaraq üzərinə həbs qoyulan əşyalarını ən geci 10 gün ərzində mübahisə edilən evdən götürülməsini təmin etməyi, köcürülməsini istədikləri evin yerləşdiyi, paylı mülkiyətdə olan torpaq sahəsindən İddiaçı3 anasından qalmış miras payın adına keçmiş öz pay hissəsini Cavabdeh1 adına rəsmiləşməsi üçün və digər miras əmlaklardan imtina edərək lazım olan bütün hərəkətləri etməyi, gələcəkdə mübahisələndirilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə, iddia qaldırmayacaqlarını, cavabdehlərə qarşı hər hansı mülk, əşya, pul və sair tələbi irəli sürməməyi, tərəflər Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 342/2025 saylı mülki iş üzrə mübahisə predmeti üzrə müvafiq olaraq iddia tələblərindən imtina və barışıq sazışinin təsdiq edilməsi və həmin işin icraatına xitam verilməsi üçün məhkəməyə ərizə təqdim etməyi, barışıq sazişində qeyd olunan 8000 manat pulun verilib-alınması barədə qəbzin 2 nüsxədə tərtib olunaraq, müvafiq olaraq tərəflərdə saxlanılmasını öhdələrinə götürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Ağası oğlu və sonuncunun vəkili Vəkil2, eləcə də iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən təqdim olunmuş ərizələrdə göstərilir ki, tərəflər hazırki mübahisə üzrə öz aralarında razılaşmış, iddia edilən “ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması” tələbinin əvəzində 8000 manat pul almaqla tələbdən imtina edilməsi ilə bağlı barışıq sazışı imzalamışlar. Barışıq sazişinə əsasən cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada digər cavadehlərin əvəzinə də olmaqla aralarında razılaşdıqları 8000 manat pul məbləğini iddiaçılara vermək üçün etibarnamə üzrə nümayəndələri olan Vəkil1 ödəməyi, ödənişin müqabilində iddiaçılar iddia tələblərindən tamamilə imtina etməyi, özlərinə məxsus, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin protokolu ilə siyahıya alınaraq üzərinə həbs qoyulan əşyalarını ən geci 10 gün ərzində mübahisə edilən evdən götürülməsini təmin etməyi, köcürülməsini istədikləri evin yerləşdiyi, paylı mülkiyətdə olan torpaq sahəsindən İddiaçı3 anasından qalmış miras payın adına keçmiş öz pay hissəsini Cavabdeh1 adına rəsmiləşməsi üçün və digər miras əmlaklardan imtina edərək lazım olan bütün hərəkətləri etməyi, gələcəkdə mübahisələndirilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə, iddia qaldırmayacaqlarını, cavabdehlərə qarşı hər hansı mülk, əşya, pul və sair tələbi irəli sürməməyi öhdələrinə götürmüşlər. Ona görə də iddiaçıların iddia tələbindən imtina etmələrinin qəbul və barışıq sazışınin təsdiq edilib, işin icraatına xitam verilməsi haqqında qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. MPM-nin 52.3-ci maddəsində göstərilir ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-nin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 191.2-1-ci maddəsində göstərilir ki, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. MPM-nin 261.0.5-ci maddəsində göstərilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-nin 262.1-ci maddəsində göstərilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.2-ci maddəsində göstərilir ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. MPM-nin 262.4-cü maddəsində göstərilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər arasında mübahisə həll edilmiş, bu barədə barışıq sazişi imzalanıb məhkəməyə təqdim olunmuş, barışıq sazişinin şərtləri qərardadda qeyd olunub göstərilmiş, tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı ərizələri məhkəməyə təqdim olunmuş, iddiaçı tərəf barışıq sazişinin şərtləri əsasında iddia tələbindən tam imtina etmiş, məhkəmə iddiadan imtinanın qəbul və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq prosessual hərəkətlərin nəticələrini onlara izah etmiş, tərəflər izah olunanların aydın olduğunu bildirmişdir. Odur ki, iddiadan imtinanın qəbul və barışıq sazişi təsdiq edilməli, bu barədə qərardad çıxarılmaqla iş üzrə icraata xitam verilməlidir. MPM-nin 114.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı3, X7, İddiaçı1 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı3, X10, İddiaçı1 cavabdehlər Cavabdeh2 Ağası oğluna, Cavabdeh1 və Cavabdeh3, X1, X4, X2, X8, X9 qarşı ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması tələbinə dair iddiadan imtinaları qəbul edilsin. İddiaçılar İddiaçı3, X10, İddiaçı1 cavabdehlər Cavabdeh2 Ağası oğluna, Cavabdeh1 və Cavabdeh3, X1, X4, X2, X8, X9 qarşı ünvan 1 ünvanda -0,5809 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 121.7 kv/metr olan fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının tanınması, fərdi yaşayış evinə köçürülmə və cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılmas tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi, - cavabdehlər Cavabdeh2 Ağası oğlu, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada digər cavadehlərin əvəzinə də olmaqla aralarında razılaşdıqları 8000 manat pul məbləğini iddiaçılara vermək üçün etibarnamə üzrə nümayəndələri olan Vəkil1 ödəməyi, ödənişin müqabilində, -iddiaçılar iddia tələblərindən tamamilə imtina etməyi, özlərinə məxsus, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin protokolu ilə siyahıya alınaraq üzərinə həbs qoyulan əşyalarını ən geci 10 gün ərzində mübahisə edilən evdən götürülməsini təmin etməyi, köcürülməsini istədikləri evin yerləşdiyi, paylı mülkiyətdə olan torpaq sahəsindən İddiaçı3 anasından qalmış miras payın adına keçmiş öz pay hissəsini Cavabdeh1 adına rəsmiləşməsi üçün və digər miras əmlaklardan imtina edərək lazım olan bütün hərəkətləri etməyi, gələcəkdə mübahisələndirilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə, iddia qaldırmayacaqlarını, cavabdehlərə qarşı hər hansı mülk, əşya, pul və sair tələbi irəli sürməməyi, - tərəflər Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-342/2025 saylı mülki iş üzrə mübahisə predmeti üzrə müvafiq olaraq iddia tələblərindən imtina və barışıq sazışinin təsdiq edilməsi və həmin işin icraatına xitam verilməsi üçün məhkəməyə ərizə təqdim etməyi, barışıq sazişində qeyd olunan 8000 manat pulun verilib-alınması barədə qəbzin 2 nüsxədə tərtib olunaraq, müvafiq olaraq tərəflərdə saxlanılmasını öhdələrinə götürmələri şərtləri ilə təsdiq edilsin. İş üzrə icraatına xitam verilsin. Tərəflərə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı3, X7, İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar