Məhkəmə qərarları › İş №e-2(075)-2048/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2048/2022

30.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2048/2022 30.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı Cavabdeh, Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3, X2 və vəkilləri Vəkil iştirakları ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2048/2022 nömrə ilə qeydiyyata alınmış iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası və Şəki Rayon Məhkəməsində 2(038)-1804/2022 nömrəsi nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1 və X3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı3, X4, İddiaçı1, X1 zəbt etdikləri Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25A-dan çıxarılmaları və mənə vurduqları maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 10.000 (on min) manat pulun və ödədiyi 100 (yüz) manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 avqust 2022-ci il tarixdə, 2(075)- 1804/2022 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni İddiaçı3, İddiaçı2 və İddiaçı1 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, Cavabdeh tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 sentyabr 2022-ci il tarixdə, 2(075)- 2048/2022 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İddiaçı Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, hər iki iddia bir-biri ilə bağlıdır və onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Buna görə də hər iki iddianın bir icraatda birləşdirilərək baxılmasına etirazının olmadığını bildirmişdir. Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 X4 və vəkilləri Vəkil məhkəmə iclasında iki iddianın bir icraatda birləşdirilərək baxılmasına etirazlarının olmadığını bildirmişlər. Göründüyü kimi mülki iş üzrə tərəflər eyni növlü predmet və əsaslar üzrə iddia qaldırmışlar və həmin mülki işlərin biri-biri ilə bağlılığı vardır. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, hesab edir ki, tələblərin əsaslarının və predmetinin eyni olmasını, həmin işlərə vaxtında və operativ baxılması imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2048/2022 nömrə ilə qeydiyyata alınmış iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(038)-1804/2022 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2 və X3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-1804/2022 nömrə ilə qeydiyyata alınsın. İşə tərəflərin iştirakı ilə baxılsın və proses Azərbaycan dilində aparılsın. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar