Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1334/2024 16.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən gəlin köçdüyü yaşayış evinə onun və azyaşlı uşaqlarının xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X10 istifadə hüquqlarının tanınması, həmin evə köçürülməyi və evdən istifadə etməyinə cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X11 ilə Şəki rayon Qeydiyyat Şöbəsində 24 noyabr 2010-cu il tarixdə 473 nömrəli akt qeydi ilə nikahını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. O, X11 ilə 2010-cu ildə ailə həyatı qurarkən ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin ev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17 mart 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən qayınatası Cavabdeh Abdurəhman oğlunun adınadır. Ailə qurduqdan bir müddət sonra əri X11 ilə tez-tez mübahisələri olmuş, axır vaxtlarda isə bu mübahisələr daha da kəskinləşmişdir. Belə ki, Taleh mütəmadi olaraq əsassız və mənasız mübahisələr yaratmış, ona mənəvi şiddət göstərmiş, alçaldıcı və təhqiredici sözlər demiş, hətta son vaxtlar onu vurmağa da başlamışdır. X1 belə xoşagəlməz, alçaldıcı, təhqiredici hərəkətləri onu bezdirdiyi, dözülməz, çıxılmaz hala gətirdiyi üçün o, 31 yanvar 2024-cü il tarixdə azyaşlı uşaqlarını da götürərək evdən çıxmış, qohumugilə getmiş və 4 gün onlarda qalmışdır. 04 fevral 2024-cü il tarixdə isə atası evinə gəlmişdir. Bundan sonra o, dəfələrlə azyaşlı uşaqları ilə birlikdə gəlin köçdüyü həmin evə getmək istəsə də, cavabdeh onu əsassız olaraq evə buraxmamışdır. O, gəlin düşdüyü qaynatası Cavabdeh Abdurəhman oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evdə 2010-cu ildən 2024-cü ilin yanvarın 31-dək yaşamış, cavabdehlə birgə təsərrüfat aparmışdır. Uşaqlar da həmin evdə doğulub boya-başa çatıblar. Bütün cehiz əşyaları da hazırda həmin evdədir. Sözügedən evə gəlin getdiyi gündən cavabdehlə birgə təsərrüfat aparmış, evin abadlaşdırılmasında, əlavə tikililərin inşa edilməsində iştirak etmişdir. Hazırda isə ünvan 3 ünvanında yerləşən atası evində müvəqqəti yaşayır. Atası evində isə onun və azyaşlı uşaqlarının yaşaması üçün, uşaqların sağlam böyüməsi, mənəvi və psixoloji inkişafı üçün şərait qənaətbəxş deyildir. Belə ki, azyaşlı uşaqları həmin mübahisəli evdə doğulmuş, həmin evdən məktəbə gedibgəlmişlər. Bir sözlə, azyaşlı uşaqlar həmin evə öyrəşmiş, isinişmişlər, başqa bir şəraiti olmayan evdə yaşamaları isə onlara mənfi psixoloji təsir göstərir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı özü evdən getmişdir. Polis onu tapmışdır. İddiaçı uşaqların saxlanılması üçün aliment alır. İstifadə hüququnun verilməsinə razı deyil. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - Şəki regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 09 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X12 ilə X16 arasında 24 noyabr 2010-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 473 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. - xx.xx.2013-cü il tarixli Az-İİ 973903 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 anası İddiaçı, atası isə X6r. - xx.xx.2015-ci il tarixli AZ-İİİ 623580 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 anası İddiaçı, atası isə X6r. - xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00509 nömrəli X13 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və X13 sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - 29 iyun 2024-cü il tarixli daşınmaz əmlakın kirayəsi haqqında müqavilədən görünür ki, 0,001 ha torpaq sahəsi, 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsindəki, 37 kv.m-lik 2 otaq, 4 kv.m qeyri-yaşayış sahə və 36 kv.m köməkçi sahə “kirayə verən” X9 tərəfindən “kirayəçi” X4 yaşamaq üçün istifadəsinə verilmiş, kirayəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş 200 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə X11 ilə 24 noyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Hazırda mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən evə elə həmin ildə gəlin köçmüşdür. Həmin ev qaynatası Cavabdeh Abdurəhman oğlunun mülkiyyətindədir. Hazırda iddiaçı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan evə köçürülməsini, həmin evə istifadə hüquqlarının tanınmasını və evdən istifadə etmələrinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçı X5 evin mülkiyyətçisinin ailə üzvü olubolmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynatanın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2014-cü ildən mübahisəli mənzilə köçüb orada yaşasa da qayınatası, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Belə olan halda İddiaçı Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisə mənzildən istifadə hüququ da mövcud deyil. İddiaçının övladlarının həmin evə köçürülməsi və istifadə hüquqlarının tanınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının övladları azyaşlı olduqlarından və onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən, hazırda uşaqlar iddiaçının himayəsində olduqlarından onlara münasibətdə də iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1334/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1334/2024
16.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver