Məhkəmə qərarları › İş №2(102)-2182/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2182/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2182/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa tələbi (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi – ƏM 68-ci maddəsinin 2-ci hissəsinin c bəndi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakiml ər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrinin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-821/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə “16” iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Atasığorta ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 42 nömrəli əmək müqaviləsinə əsasən ASC-nin Sumqayıt filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. 2. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarix li AS-K-21/08 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallara istinadən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

3. İddiaçı həmin əmrdən narazı qalaraq məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/21 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5687/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022ci il tarixli 2(102)-179/22 nömrəli qərarı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı Atasığorta ASC-də şimal filialının direktoru vəzifəsinə təyin olunmaqla əmək haqqı 1680 manat müəyyən edilmiş, yəni ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktı icra edilmişdir. 7. "xxxx" ASC xx.xx.2023-cü il tarixli, AS-23/053 nömrəli məktubla iddiaçıya müraciət edərək onun əmək haqqının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 500 manat məbləğində müəyyən edilməsi və ya bu təkliflə razılaşmayacağı təqdirdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin Məcəllənin 68-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsi nə xitam veriləcəyi bildirilmiş, həmin məktubda xəbərdarlıq müddəti olaraq 1 aylıq müddət müəyyən edilmiş, adıçəkilən məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış və onun tərəfindən imza edilərək qəbul edilmişdir. 8. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/45 nömrəli əmri ilə şimal filialının direktoru olan iddiaçının xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsi üzrə əmək haqqı 500 manat təyin edilmişdir.

9. İddiaçının X2 Xidmətinə ünvanladığı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023- cü il tarixli müraciətlər əsasında aparılmış araşdırma nəticəsində "xxxx" ASCnin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

10. Aparılmış araşdırma nəticəsində "xxxx" ASC tərəfindən AS-K-23/67 nömrəli, 25 may 2023-cü il tarixli əmr qəbul edilmiş, həmin əmrə əsasən şimal filialının direktorunun xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixli AS-K-23/45 nömrəli əmr və həmin əmr əsasında əmək müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli dəyişiklik etibarsız hesab edilmiş, əmək müqaviləsi üzrə əmək haqqı xx.xx.2023-cü il tarixli dəyişikliyədək mövcud olmuş 1680 manat məbləğində müəyyən edilmiş, əmək haqqının azaldılması ilə bağlı yaranmış fərqin iddiaçıya ödənilməsi qərara alınmışdır.

11. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1970/2023 nömrəli qərarı ilə DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmiş, məhkəmə tərəfindən qərar onunla əsaslandırılmışdır ki, İddiaçı əmək haqqının azaldılması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş, əmək müqaviləsinə həmin şəkildə birtərəfli qaydada dəyişiklik edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. 12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/74 nömrəli əmrindən görünür ki, şimal filialının direktoru iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixdə xitam verilməsi, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən (işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadığı halda) orta ayl ıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsi, həmçinin yekun hesablaşma aparılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan iş ili üçün 11, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 2 məzuniyyət gününün haqqının ödənilməsi qərara alınmış və adıçəkilən əmrin qəbul edilməsinə səbəb kimi 3 əsas göstərilmişdir. "xxxx" ASC-nin AS-23-053 nömrəli xx.xx.2023-cü il tarixli məktubu, DƏMX-nin xx.xx.2023-cü il tarixli 3-17-5/2-A16617/5/2023 nömrəli məktubu və iddiaçının xx.xx.2023-cü il tarixli DƏMX-yə elektron müraciəti. 13. "xxxx"ASC-nin 2021 və 2022-ci illəri əhatə edən maliyyə vəziyyət i haqqında hesabtlardan ASC-nin istər 2021, istərsə də 2022-ci ildə öz fəaliyyətini zərərlə başa vurduğu görünür. 14. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/34 nömrəli əmri ilə iddiaçı ilə eyni vəzifələrdə işləyən filial direktorlarının əmək müqaviləsinə dəyişikliklər edilməklə onların əmək haqları 350 manata salınmışdır.

15. İddiaçının himayənsində 3 azyaşlı uşaq olmaqla övladlarından xx.xx.2008-ci il təvəllüdlü X1 anadangəlmə sağlamlıq imkanları məhdud uşaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun ASC-nin “Şimal” filialında direktor vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək h aqqının cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli əmrin ləğvi ilə bağlı məhkəmə mübahisəsi olmuş və iddiaçının iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh ASC tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən ASC-nin “Şimal” filialının müdiri vəzifəsinə təyin edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə iddiaçıya heç bir məlumat verilmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman cavabdeh MMC, həmçinin işçi olan iddiaçının başqa işə keçirilməsi imkanlarını araşdırmamışdır.

18. Cavabdeh iddia tələbinə etiraz etmiş, etirazını işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırmışdır.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3368/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbi təmin edilməmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin işəgötürən tərəfindən eyni şərtlər üzrə davam etdirilməsi mümkünsüz olmuşdur. Belə ki, işəgötürən "xxxx" ASC-nin son 2 il ərzində düşdüyü qeyrisabit maliyyə vəziyyətində iddiaçıya əmək müqaviləsində əks olunan əmək haqqı məbləğinin ödənilməsi iqtisadi cəhətdən rentabelli olmamışdır. İşəgötürən iddiaçı ilə analoji vəzifələrdə çalışan işçilərlə bağladığı əmək müqavilələrinə üzləşdiyi maliyyə çətinliyi səbəbindən dəyişikliklər etmiş (əmək haqqı məbləğləri azaldılmış, lakin vəzifələri dəyişdirilməmiş dir), lakin iddiaçı həmin dəyişikliklərə razı olmamışdır. Mübahisənin mahiyyətindən bəlli olur ki, işəgötürən əvvəlki şərtlərlə işçi ilə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmamışdır. Qanunvericiliyə əsasən heç kəs əmək müqaviləsinin bağlanmasına və ya hazırkı iş üzrə davam etdirilməsinə məcbur edilə bilməz. İşəgötürən qanunvericilik normalarına uyğun olaraq ilk növbədə işçiyə əmək şəraitinin dəyişdirilməsini təklif etmiş, işçi bu təkliflə razılaşmamış və razı olmadığını DƏMX-yə şikayətilə ifadə etmişdir. Daha sonra işəgötürən işçiyə irəli sürdüyü digər təklif (müvafiq ödəniş müqabilində əmək müqaviləsinə xitam verilməsi) göndərmişdir. İşəgötürən bütün bu prosedurlara riayət etdikdən sonra işçinin yeni əmək şəraitində işləmək istəyinin olmadığına əmin olduqdan və özünün də möv cud şərtlərlə əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmaması səbəbindən onunla əmək müqaviləsinə xitam vermişdir.

21. İddiaçının istinad etdiyi himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi əsasına dair məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisənin mahiyyətindən göründüyü kimi, işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verilməsi əsas məqsəd olmamışdır. İşəgötürən özündə mövcud olan qeyri-sabit maliyyə vəziyyətinə uyğun olaraq yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmuşdur. Lakin məhz işçinin hərəkətləri nəticəsində yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsi mümkün olmamış və buna görə də işəgötürən tərəflər arasında bağlanmış əmək müqaviləsin ə xitam verməyə məcbur olmuşdur. Odur ki, məhkəmə hazırkı mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürməklə əmək müqaviləsinin əvvəlki şərtlərlə davam etdirilməsini ədalətli hesab etməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (1 və 3-cü hissələr), 11 (1-ci hissənin b və ə bəndləri), 12 (1-ci hissənin a və c bəndləri), 42 (1-ci hissə), 56, 59, 68 (2-ci hissənin c bəndi), 77 (7-ci hissə), 79 (1-ci hissə), 294 (1-ci hissə), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

24. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-821/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir.

26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə bir ay əvvəl xəbərdar edilmiş v ə təkliflə razı olmayacağı təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçının başqa vəzifəyə keçirilməsi təklif edilməmiş, yaxud başqa vəzifəyə keçirilməsinin mümkün olmadığı əsaslandırılmamış, cavabdeh ASC tərəfindən iddiaçıya başqa vəzifəyə keçirilməsi ilə bağlı təklif göndərməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, məhkəmə tərəfindən bunun üçün şərait yaradılmışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Lakin cavabdeh ASC tərəfindən Əmək Məcəlləsinin 56.2-ci maddəsində nəzərdə tutulmuş şərtə də riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verilməmişdir. Belə olan halda, cavabdeh ASC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Bu halı nəzərə almamış rayon məhkəməsi isə Əmək Məcəlləsinin 56.2-ci maddəsinin tələbini pozaraq iddianın əsassız olması qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası iddia tələbinin “məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia “əmrin l əğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi” hissəsində əsaslı olduğundan müzakirə edilən bu tələb də əsaslı hesab edilməlidir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56 (2-ci hissə), 68 (2-ci hissənin c bəndi), 79 və 300-cü (1-ci hissə) maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia tələbinə etiraza uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilmə si əsaslarından biri əmək haqqı məsələsidir və iddiaçı ilə aralarında olan mübahisə vəzifə dəyişikliyi məsələsi deyil, əmək haqqı məsələsi olmuşdur. Cavabdeh son 2 ilin yekun maliyyə hesabatlarına əsasən satış strategiyasını dəyişməklə ilk növbədə sığorta haqqı yığımlarını azaltmışdır. Bu isə cəmiyyətin fəaliyyət göstərən filial və nümayəndəliklərinin iş yükünü əsaslı şəkildə azaltdığı üçün onlara münasibətdə xərclərin də azaldılması zərurətini yaratmış, bir neçə filial və nümayəndəliklərin faktiki olaraq fəaliyyətləri dayandırılmışdır. Bundan başqa, filial müdirlərinin əmək haqları yenidən baxış keçirilərək əvvəlcədən xəbərdarlıq edilməklə aşağı salınmışdır. Cəmiyyətin bütün filiallarının, “ƏCƏMİ”, “XƏTAİ”, “QƏRB” filiallarının müdirlərinin əmək haqlarının azaldılması iddiaçının əmək haqq ının azaldılmasından çox əvvəl həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə əməl etməklə haqlı şəkildə xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Etiraz iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə 56 (2-ci hissə). İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidi r. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

34. Maddə 68 (2-ci hissənin c bəndi). əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

35. Maddə

79. İşəgötürən tərəfindən...öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

36. Maddə 300-cü (1-ci hissə). əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəf indən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)821/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar