Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2182/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(106)558/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh əmisidir.
2. Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11A saylı ev üzərində İddiaçı mülkiyyət hüququ 11 avqust 2009-cu ildən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11A saylı evdən cavabdehin istifadə hüququnun itirilməsi və sonuncunun evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabd eh iddiaçının qardaşı oğludur. Mübahisəli yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda iddiaçı öz ailə üzvləri ilə birlikdə, cavabdeh isə öz anası ilə yaşayır. İddiaçının tikdirdiyi evə köçənədək də onlar birlikdə iddiaçının mərhum atası Mirzəyev Rza Qardaşxan oğlunun evində yaşamış və orada qeydiyyatda olmuşlar. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər 2 mərtəbəli və 2 otaqdan ibarət olmuşdur. İddiaçı evin tikintisini artıraraq 2 mərtəbəli 5 otaqlı ev tikdirmişdir. Təxminən 1986-cı il tarixdən iddiaçı cavabdeh və onun anasına evinin açıq balkonundan evə bitişik, yəni açıq balkon kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini çöl hissədən düzəldib yaşayış sahəsi kimi müvəqqəti olaraq ev alan müddətədək yaşamaları üçün ve rmişdir. Təqribən 2 il əvvəl bankdan kredit götürmək istəyən zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun xəbəri və razılığı olmadan hərbi xidmətdən qayıdandan sonra tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mübahisəli evə qeydiyyata düşmüşdür. Cavabdehin bildirdiyinə görə vərəsə kimi iddiaçının özünün qanuni vərəsələri olduğu halda, iddiaçıdan vərəsə kimi pay istəyir. Cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evində heç bir hüququ olmadığı halda, qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir.
5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisədə adı keçən ev babasının mülkiyyətində olmuşdur. 2010-cu ildə atası vəfat etmişdir. İddiaçı hansısa yolla evi özəlləşdirmiş və iki əmisi həmin evi öz aral arında bölmüşlər. Onun və ailə üzvlərinin bundan xəbəri olmamışdır.
6. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evi yerində müayinə etmiş və müəyyən etmişdir ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 11 iddiaçının mərhum atası və cavabdehin babası Mirzəyev Rza Qardaşxan oğlundan miras qalmış əmlakdır. Hazırkı mülki iş üzrə cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 11 ünvanda yaşayır. Digər ev isə, yəni mübahisəli yaşayış evi Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən iddiaçıya ayrılmışdır.
7. Cavabdehin nümayəndəsi (anası) bildirmişdir ki, mərhum Mirzəyev Rafiqlə 1981-ci ild ə ailə qurmuş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 saylı evə gəlin köçmüşdür. Elə həmin vaxtdan da o, ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Uşaqları da həmin ünvanda yaşayır. Oğlu Seyidrzanın (cavabdehin) mübahisəli yaşayış evinə qeydiyyata düşməsindən nə oğlunun, nə də ki özünün xəbəri yoxdur. O, həmçinin nümayəndəsi olduğu oğlu ilə Şirvan şəhəri, Ş.Şükürov küçəsi 11 saylı evdə yaşayırlar.
8. Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(032)-63/2024 nömrəli qətnaməsi ilə (hakim C.Mustafayev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokolu ilə Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi dön gə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi evin və 400 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin Şirvan şəhəri, Şirin Şükürov küçəsində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 11 iddiaçının mərhum atası və cavabdehin babası Mirzəyev Rza Qardaşxan oğlundan miras qalmış əmlakdır. Cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən həmin ünvanda yaşayır. Digər fərdi yaşa yış evi ünvan 1yramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən İddiaçı ayrılmışdır.
11. Məhkəmə iddia tələbinin mənzilə istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Şirvan şəhəri, Şirin Şükürov küçəsi 11A saylı fərdi yaşayış evindən istifadə hüququna dair mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Bu isə Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən qeyd edilən daşınmaz əmlaka münasibətdə cavabdehlərin istifadə hüquqlarının yaranmadığını təsdiq edir və bu səbəbdən yaranmayan hüquq itirilə də bilməz.
12. Məhkəmə iddia tələbinin cavabdehin Şirvan şəhəri, Şirin Şükürov küçəsi 11A saylı evdən çıxarılması hissəsinə münasibətdə qeyd etmişd ir ki, keçirilmiş yerli baxış və tərəflərin vermiş olduğu izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh faktiki olaraq mübahisəli ünvanda yaşamır. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayırlar. Cavabdehin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə dair hər hansı hüququnun yaranması və yaşaması qənaətinə gəlməyə əsas vermir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi və Mülki Məcəllənin 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətn aməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2(106)-1031/2024 nömrəli qətnaməsi ilə (hakim P.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İmanov və T.Kərimov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir.
16. Apellyasiya kollegiyası cavabdehin istifadə hüququnun yaranmadığı halda, yaranmayan hüququn itirilməsinin də mümkünsüzlüyü bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı ilə yanaşı, cavabdehin də ünvan 2 ünvanda qeydiyyatda olması, habelə adıçəkilən ünvanda yaşaması işin müb ahisəsiz halıdır. Habelə iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən aşkar görünür ki, cavabdehin valideynləri, yəni iddiaçının mərhum qardaşı Mirzəyev Rafiq Rza oğlu ilə arvadı Nümayəndə 1981-ci ildən mübahisəli evdə yaşamışlar. Beləcə, Mirzəyev Rafiq Rza oğlu elə həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehin həmin ünvana pasport qeydiyyatına 2012-ci ildə düşməsinə baxmayaraq, anadan olandan (1997-ci ildən) həmin ünvanda yaşaması mübahisəsizdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarışa əsasən Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi evin və 400 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmış, əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışla Şirvan şəhəri, Şirin Şükürov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına 3 nömrəli reyestr kitabında 28 nömrəli vərəqdə qeydiyyata alınmışdır.
18. Məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdeh 1997-ci ildən etibarən mübahisəli ünvanda - ünvan 3 səbəbdən 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən onun adıçəkilən evdən istifadə hüququ yaranmışdır.
19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Şirvan şəhəri, Şirin Şükürov küçə si, 11A-da yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əks olunmuş hüquqi mövqeyə istinadən bildirmişdir ki, dövlət qeydiyyatına alınması iddiaçının həmin mübahisəli evə məhz göstərilən andan sərəncam vermək hüququnun həya ta keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Buna görə də, iddia təmin edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1982-ci il Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(102)-129/2025 nömrəli qərarı ilə (hakim A.Abbasovun məruzəsi ilə, hakimlər İ.Şəfiyev və Ə.Nurməmmədov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2(106)-1031/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır.
24. Kassasiya kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdehin evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması barədəd ir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evə cavabdehin ondan xəbərsiz 2012-ci ilə qeydiyyata düşməsinə, cavabdehin həmin evin birinci mərtəbəsində heç bir hüququ olmadan yaşamasına istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz olaraq anadan olduğu vaxtdan mübahisəli evdə yaşamasını bildirmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa görə Şirvan şəhəri, Şirin Şükürov küçəsində 0,04 ha torpaq sahəsinin və üzərindəki 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evinin tam mülkiyyətçisidir.
26. Əvvəla, cavabdehin hazırda faktiki olaraq harada yaşaması ilə bağlı işin konkret hallarının nədən ibarət olmasını müəyyən etmək mümkün deyil.
27. Belə ki, birinci ins tansiya məhkəməsi yerli baxışın nəticələrinə, eləcə tərəflərin izahatına əsasən bir tərəfdən cavabdehin faktiki olaraq Şirvan şəhəri, Şirin Şükürov küçəsi 11A saylı evdə yaşamasının müəyyən edilmədiyini və buna görə cavabdehin həmin ünvandan çıxarılması tələbinin təmin edilməsinin istisna edildiyini göstərmiş, digər tərəfdən də cavabdehin ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşadığını göstərmişdir. Halbuki iddiaçının mülkiyyətində olan 2 mərtəbəli ev elə 11A saylı evdir. Başqa sözlə, cavabdehin faktiki olaraq harada yaşaması ilə bağlı ziddiyyətli mövqe olmuşdur.
28. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən bir i, yəni Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 11 iddiaçının mərhum atası və cavabdehin babası Mirzəyev Rza Qardaşxan oğlundan miras qalmış əmlakdır. Cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 11 ünvanda yaşayır.
29. Cavabdehin nümayəndəsi (anası) birinci instansiya məhkəməsində Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 saylı evə gəlin köçməsini, elə həmin vaxtdan da ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamalarını, cavabdehin ünvan 4ına qeydiyyata düşməsindən nə cavabdehin, nə də ki, özünün xəbərinin olmamasını, oğlunun (cavabdehin) Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 saylı evdə yaşamasını, apellyasiya baxışında isə torpaq sahəsində bir evin olmasını, həmin evi ortadan hasarla iki yerə böldüklərini, oranın ata yurdu olmasını, 11A- nın bütöv ünvan olmaqla, birinci mərtəbədə özlərinin, yuxarı mərtəbədə isə iddiaçının ailəsi ilə yaşamasını bildirmişdir.
30. Göründüyü kimi, tərəflərin dedikləri üst-üstə düşmür, onların hər biri cavabdehin faktiki olaraq harada yaşaması ilə bağlı faktiki halları müxtəlif məzmunda göstərmiş, bu xüsusda işin faktiki halının onlardan hansının dediyinə uyğun olmasını isə məhkəmələr işdəki digər sübutlarla müəyyən etməmişlər.
31. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir.
32. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh 1997-ci ildən etibarən mübahisəli ünvanda - ünvan 5 bu səbəbdən 1982-ci ilin Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən onun a dıçəkilən evdən istifadə hüququ yaranmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əks olunmuş hüquqi mövqeyə əsasən iddia təmin edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, cavabdehin mübahisəli ünvandan istifadə hüququnu 1997-ci ildən əldə etməsi işin mübahisəsiz halıdır və 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tətbiqindən də belə n əticə çıxır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin istifadə hüququ əldə etdiyi vaxtda mübahisədə adı keçən ev dövlət fondunda olmuşdur.
34. İşin müəyyən edilən hallarına görə Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolunun çıxarışına əsasən Əli Bayramlı (indiki Şirvan) şəhəri Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsinin adına sənədləşdirilməsi qərara alınmış, iddiaçının həmin evə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
35. İddiaçının evə mülkiyyət hüququ qeydə alınan zaman yeni Mənzil Məcəlləsi hələ qüvvəyə minməmişdir. Həmin dövrdə yaşayış sahəsinə istifadə hüququ ilə bağlı məsələlər münasibətlərin yarandığı zamandan asılı olaraq 1982-ci il Mənzil Məcəlləsi və Mülki Məcəllənin 228-ci maddəsi ilə nizama salınırdı.
36. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli hüquq münasibətinin yarandığı zaman (1997-ci il) qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il) 53 və 54-cü maddələrinə görə mübahisəli evdən istifadə hüququnun qanuna əsasən yarandığı qənaətinə gəlmişdir, belə olan halda iddiaçının həmin evə dair mülkiyyət hüququ yarandıqdan sonra da mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə edə bilərdi. Çünki apelly asiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından və gəldiyi qənaətdən belə nəticə çıxır ki, ev iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınarkən cavabdehin artıq qanun əsasında həmin evə istifadə hüququ olmuş və mülkiyyət iddiaçıya cavabdehin istifadə hüququ ilə yüklü keçmiş və bu hüquq şəxsi servituta çevrilmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında da hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.
39. Apellyasiya instan siyası məhkəməsi isə işin hallarına Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsini müzakirə etməmiş, Konstitusiya Məhkəməsinin “Xəyalə Məmmədovanın şikayəti üzrə” 11 iyul 2014-cü il tarixli qərarına istinadən iddianın rədd edilməsi nəticəsinə gəlmiş, bununla belə iddianın hansı maddi hüquq normasına əsasən rədd edilməsini də qətnamədə göstərməmişdir. Baxmayaraq ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli idi.
40. Mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkün sayıldığı halda isə Mülki Məcəllənin 228.2-ci maddəsinə görə iddia yalnız cavabdehə kompensasiya verilməsi halında müsbət həll edilə bilərdi.
41. Məhkəmə kollegiyası onu da izah etmişdir ki, Konstitusiya Məhkəməs inin “Xəyalə Məmmədovanın şikayəti üzrə” qəbul etdiyi 12 iyun 2013-cü il tarixli qərarında işin halları tamam fərqli olmuş, həmin işdə mübahisəli ev nə dövlət fonduna, nə də fərdi fonda daxil olmayan ev olmuş, üstəlik, X.Məmmədovanın yaşayış sahəsinə istifadə hüququnun qanun əsasında yaranması halı olmamışdır. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisədə adı keçən evdə istifadə hüququnun qanun əsasında yaranmasını müəyyən etmişdir. Bu baxımdan, Konstitusiya Məhkəməsinin istinad edilən həmin Qərarda əks edilən hüquqi mövqeyi hazırkı işin halları baxımdan tətbiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilm əsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olmuşdur ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
43. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
44. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
45. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(106)-558/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Əsədovun sə drliyi və məruzəsi ilə, hakimlər A.Novruzova və T.Heydərov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi əsassız olduğundan təmin edilməmişdir.
46. Apellyasiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mərhum qardaşının oğludur. Şirvan şəhəri, Şirin Şükürov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125,3 kv.m. yaşayış, 48,9 kv.m köməkçi sahədən ibarət, 11A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın reyestr xidmətində iddiaçının mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəs i üzrə nümayəndəliyinin 23 noyabr 2023-cü il tarixli, 7255 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh ünvan 6 ünvanda qeydiyyatdadırlar.
47. İddiaçı hazırkı tələbində cavabdehin yaşayış evinə olan istifadə hüquqlarının itirilməsini və onun evdən çıxarılmasını xahiş etmişdir.
48. İddiaçı tələbinin ikinci hissəsini (evdən çıxarılma tələbi) birinci tələbin təmin edilməsi ilə əlaqələndirmişdir.
49. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi onu xüsusi mülkiyyətindədir, cavabdehin yaşayış evinə qeydiyyatı qanunsuzdur.
50. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün baxılan hissədə cavabdehin sözügedən yaşayış evinə istifadə hüquqlarının yaranıbyaranmamasına qiymət verilməlidir.
51. İlk növbədə qeyd edilməlidir ki, istifadə hüququnun itirilməsi t ələbinin irəli sürülməsi özlüyündə ona dəlalət edir ki, iddiaçı cavabdehin belə hüququnun olduğunu etiraf edir.
52. Hər iki tərəfin izahatlarından bəlli olur ki, cavabdeh anası ilə birlikdə 1997-ci ildən mübahisəli evdə yaşayır.
53. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 1997-ci ildən yaranmışdır.
54. Məhkəmə kollegiyası iddianı əsassız saymış və hesab etmişdir ki, iddia təmin edilməməlidir.
55. Belə ki, iddiaçı mülkiyyətçi olaraq, cavabdehin istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən xitam verilməsini tələb etməmişdir. İddiaçının tələbi cavabdehin istifadə hüququnun itirilməsi barədədir.
56. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin dispozisiya şərtlərinə istinad e dən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokolundan görünür ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
57. Beləliklə, təqdim edilmiş sənədlərdən mübahisəli evin iddiaçının adına 1 mərtəbəli ev kimi 1984-cü ildən sənədləşdirilməsinin qərara alındığı görünür. Cavabdeh həmin vaxtda sözügedən tikilidə yaşamışdır.
58. İddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, 11A saylı yaşayış evi 2 mərtəbəli ev kimi qeydə alınmışdı r. İzahatlardan göründüyü kimi, evin 2-ci mərtəbəsinin bir hissəsi iddiaçı tərəfindən inşa edilmişdir. Bununla yanaşı, izahatlardan o da görünür ki, sözügedən yaşayış evinin 2-ci mərtəbəsində iddiaçı ailəsi ilə, 1-ci mərtəbəsində isə cavabdeh anası ilə yaşayır. Cavabdehin anası təqribən 1980-cı ildən həmin evə gəlin gəlmiş, uşaqları həmin evdə dünyaya gəlmişdir. Cavabdehin 1997-ci ildən sözügedən evdə yaşadığı mübahisəsizdir. Həmin vaxtdan cavabdehin yaşadığı tikili onun daimi yaşayış yeri olmuşdur.
59. İş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olur ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsində 11 və 11A saylı evlər üçün bir texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, 11 və 11A saylı evin 1-ci mərtəbəsi A tikili 1968ci ildə, yardımçı tikililər 1 972 və 1975-ci illərdə, B tikilisi isə 1984-cü ildə inşa edilmişdir.
60. Beləliklə, 11A saylı yaşayış evi üzrə ayrıca çıxarış verilsə də, 11 və 11A saylı ünvan üzrə bir texniki pasport verilmişdir, həm ünvanda olan tikililər, həm də cavabdehin daimi yaşayış yeridir. Cavabdeh doğulandan həmin ünvanda yaşamış, hazırda da anası ilə yaşayır. 11 saylı yaşayış evində isə izahatlardan göründüyü kimi cavabdehin digər əmisi ailəsi ilə birlikdə yaşayır.
61. Göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən cavabdehin yaşadığı evə istifadə hüququ olmuşdur. Cavabdehin hazırda istifadə hüququnun itirilməsi üçün qanuni əsas olmamışdır.
62. Apellyasiya kollegiyası qeyd e tmişdir ki, cavabdehin faktiki yaşadığı tikililər sonradan (xx.xx.2009-cu ildən) iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş olsa da, ev iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçmişdir və bu, cavabdehin istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz.
63. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinadən cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüququnun olmadığına da əsaslanmışdır.
64. Apellyasiya kollegiyası yuxarıda göstərilənlərə əsasən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsini tətbiq etmək üçün əsas görməmişdir. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yaranmışdır, eləcə də iddiaçının mülkiyyət hüququnun qeydə alınması da Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki dövrə təsadüf edir.
65. İddiaçı cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsini və bu hüquqa xitam verilməsini hüquqi cəhətdən əsaslandırmasa da, mahiyyətcə cavabdehin orada qanunsuz pasport qeydiyyatına alınması ilə əsaslanmışdır.
66. Apellyasiya kollegiyası qeyd etmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 1). Lakin iddiaçı pasport qeydiyyatının qanunsuzluğu barədə müvafiq inzibati orqanın hərəkətlərini də mübahisələndirməmişdir.
67. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın təmin edi lməsi, cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas yoxdur.
68. İddiaçının mövqeyinə görə tələbinin ikinci hissəsi – cavabdehin evdən çıxarılması birinci tələbə bağlıdır. Belə ki, iddiaçı cavabdehin çıxarılmasını mülkiyyətində olan mənzilin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması ilə deyil, yaxud mülkiyyətçi olaraq kompensasiya verməklə xitam verilməsi əsası ilə deyil, cavabdehin istifadə hüququnun itirilməsi ilə əsaslandırmışdır. Qeyd edildiyi kimi, cavabdehin yaşadığı sözügedən tikili cavabdehin daimi yaşayış yeridir. Cavabdehin yaşadığı evə istifadə hüququnun itirilməsi əsası isə yaranmamışdır. Ona görə cavabdehin evdən çıxarılma tələbi də təmin edilə bilməz.
69. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, qətnaməni belə əsaslandırmışdır ki, c avabdehin sözügedən yaşayış evinə istifadə hüququ yoxdur (yaranmamışdır). Yaranmayan istifadə hüququ isə itirilə bilməz.
70. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə yuxarıda göstərilən əsaslarla razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu cür qənaətə gəlməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız nəticəyə gəlmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
71. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(106)-558/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 139.1, 152.5, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77, 88, 217, 218, 420-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
73. Belə ki, iddianın təmin olunmamasına dair yeganə əsas ondan ibarətdir ki, cavabdeh 1997-ci ildən mübahisəli evdə anası ilə birlikdə yaşamasıdır. Məhkəmə bu zaman guya onun öz izahatında belə deməsinə əsaslanmışdır. Halbuki o belə bir izahat verməmişdir. Çünki cavabdeh 1997-ci ildə doğulmuş, onun atası, qardaşı olan Rafiq Mirzəyev müstəntiq olmuş və 1997-ci də Abşeron rayonunun Xırdalan şəhərində müstəntiq işləmiş, elə bu səbəbdən də ailəsi də onunla birlikdə 1997-ci ildə Xırdal anda yaşamışdır. Cavabdehin doğum haqqında şəhadətnaməsində doğum yerinin “Xırdalan” göstərilməsi bunu təsdiq edir. Bundan əlavə, əvvəlki məhkəmə araşdırmalarında verilmiş izahatlarda cavabdehlər iddia etmişlər ki, guya cavabdehin anası 1980-cı ildə iddiaçının qardaşı ilə evlənmiş və həmin evə gəlin köçmüşdür, o gündən orda yaşayır, övladı da orada dünyaya gəlmişdir. Məhkəmə araşdırması zamanı onun təqdim etdiyi dəlillər və sübutlar cavabdeh tərəfin mövqeyini təkzib etmişdir. Belə ki, işdə olan sənədlərdə 1984-cü ildə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin həmin vaxt səlahiyyətli orqan olan Əli Bayramlı XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli qərarı ilə iddiaçıya verildiyi və evin də bundan sonra onun tərəfindən tikildiyi müəyyən olunur. Cavabdehin 1997-ci ildən Şirvanda yaş amasını təsdiq edən heç bir dəlil yoxdur və bu məsələ məhkəmədə araşdırılmamışdır.
74. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
75. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
76. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
77. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
78. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənziml ənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
80. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə b ilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyy ən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səla hiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
84. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehin həmin sahədə 1997-ci ildən yaşamaqla, həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun istifadə hüququnun yaranması apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi haldır. 85. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 n oyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
86. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya m əhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyek tiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(106)-558/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.