Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2183/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “xxxx” MMC-nin vəkili X10 oğlunun iştirakı ilə. Cavabdeh “xxxx” MMC-ninSumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-citarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.H.Nəcəfova; 2(012)-2404/18) iddi açı X3 cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin X4 təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və E.G.Rəhimov; 2(105)-3502/18) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona t əhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin X4 təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları İddiaçı X5 cavabdeh “Abşeron LTD-2013”-yə mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən X5 “xxxx” MMC-nin ünvan 2 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasında, 1-ci blokunda,8-ci mərtəbədə ümumi sahəsi 57 m2 olan, 1 otaqlı, 38 saylı mənzili 19494 manata almışdır. Bunun müqabilin də 19494 manat ödəniş edərək maliyyə arayışı almış, lakin cavabdeh mənzili ona təhvil verməmişdir. “xxxx" MMC-nin direktoru Qasım Məmmədova qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və “xxxx” MMC “xxxx” MMC adlanmış, yəni “xxxx” MMC-nin sadəcə olaraq adı dəyişdirilmişdir. O cümlədən həmin MMC-yə X8 yeni direktor təyin edilmişdir. ünvan 2 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binası hazır olmasına baxmayaraq “xxxx” MMC-nin direktoru X8 müxtəlif vədlərlə aldadaraq mənzili təhvil vermir. Ona görədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31,88,261.0.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, apellyasiya şikayətini qismən təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi nəticəsinə gəlsə də faktiki olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin vəkili X10 kassasiya şikayətinə uyğun izahat verərək şika yətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X5 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 752.1, 759.1-759.2, 385.1, 427.1, 448.1-c i maddələrinə istinad etməklə onunla onunla əsaslandırmışdır ki, iş materiallarında olan “xxxx” MMC ilə N6 arasında bağlanmış və cəmiyyətin direktoru Q6 imza və möhürü ilə təsdiq edilmiş 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 1 otaqlı 38 saylı mənzili N6 satmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən bir otaqlı mənzilin bir kv metrinin dəyəri 342 manat müəyyən edilməklə ümumi satış qiyməti 19494 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə şsasən mənzil alıcının mülkiyyıtinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəyir. Binanın təhvil verilmə müddəti 2008-ci ildir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 01 sentyabr 2008-ci il tarixədək ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, mülki işin materiallarında olan “xxxx" MMC ilə X5 arasında bağlanmış və cəmiyyətin direktoru Q6 imza və möhürü ilə təsdiq eduilmiş 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən bir otaqlı 38 saylı mənzili X1. Həmin müqavilənin 2-ci bəndinə əsasən bir otaqlı mənzilin bir kv. metrinin dəyəri 342 manat müəyyən edilməklə ümumi satış qiyməti 19494 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən mənzil alıcının (X3) mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəyk. Binanın təhvil verilmə müddəti 2008-ci ild ir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 01.09.2008-ci il tarixədək ödənilməlidir. Mülki işin materiallarında olan 04.07.2007-ci il tarixli 00712 saylı kassa mədaxil orderindən görünür ki, X5 tərəfindən ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən bir otaqlı 38 saylı mənzili almaq üçün 04.07.2007-ci il tarixdə “xxxx” MMC-yə 19494 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: -372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qəraraın ləğv dilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam y oxlayır. -372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -77.1-ci maddəsinə əsasaən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasaən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasaən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izhatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217.1, 217.3-cü maddəsinə əsasaən qətnamə qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasaən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallara müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri çaxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüququları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə d iqqət yetirməli, şikayət edilən məsələnin realıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarında həmçinin qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməsi ilə nəticələnir; ərizəçinin dəlilərinin apellyasiya instansiyası mıhkımısi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlilərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.(Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il t arixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəinin 7 bəndinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsinin təmin etməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən işin baxılması vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmədiyinə görə məhkəmə iclasında iştirak etməyən cavabdeh “Abşeron LTD-2013 MMC-nin nümayəndəsi hazırki iş üzrə Abşeron rayon məhkəməsinin 15 may 2018-ci tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində onunla əsaslandırmışdır ki, keçmiş “xxxx” MMC-nin ünvan 4 ünvanda tikməli olduğu 14 mərtəbəli binanın 1-ci blok 57 m2 olan, 1 otaqlı mənzilin cəmiyyət tərəfindən tikilib X4 verilməsi barədə onunla 04 iyul 2007-ci il tarixli müqavilə “xxxx” MMC-nin direktoru X7 arasında bağlanılsa da həmin vaxt cəmiyyətə iddiaçının mənzil tikintisi üçün ödədiyi 19 494 manat pul vəsaitinin mənzil tikintisinə yönəlmədiyi “xxxx” MMC-nin təsisçisi və direktoru X7 tərəfindən mənimsədildiyi müəyyən olunub. Azərbaycan Respulikası MPM-nin 82.4-cü maddəsinə əsasasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi qeyd olunan halların, mövcud olub-olmamasını aydınlaşdırmaq üçün nə işin baxılmasını təxirə salaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi üçün Azərbaycan Respublikası MPM 69.1-ci maddısinı müvafiq olaraq tədbirlır görməmiş, nə qeyd olunan xüsusatlarla bağlı məhkəməyə məlumat verməyən iddiaçı Nəsimi Baxışovu ətraflı didirməmiş və nə də müvafiq sorğu da verməmiş, nəticədə apellyasiya şikayətində göstərilən Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünün olub-olmaması, əgər vardırsa həmin hökmlə X3 mülki iddiasının təmin edilərək X6 Baxışovun xeyrinə 19494 manat pul vəsaitinin tutulub-tutulmaması, qeyd olunan hökmün qanuni qüvvəyə minib minməməsi və iş üçün əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamış, nəticədə işin həqiqi halları müəyyən edilməmiş qalmış, bununla da maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasənmaddi və prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göstərilməlidir. Göstərilənlərə əsasənvə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə
Məhkəmə qərarları › İş №2(102)-2183/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2183/2019
30.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver