Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2183/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(103)-1393/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan Cavabdeh (PHŞ) ilə müddətli əmək müqaviləsinə əsasən işə qəbul olmuşdur.
2. İc bari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X9 Mərkəzinin 1344 nömrəli əmri ilə Cavabdeh X11nin 1-ci poliklinikasının ümumi poliklinika heyətinin həkimkardioloq vəzifəsində işləyən İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Həmin əmək müqaviləsi hər dəfə eyni müddətə uzadılmışdır. Sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 3. xx.xx.2023-cü il tarixli, PHŞ-6-19/3-1-320/2023 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə istinadən (əmək müqaviləsinin müddətinin bitməsi) xx.xx.2023-cü il tarixində xitam verilməs i, işçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 23 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, PHŞ-6-19/3-1-320/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı, onunla 1 il müddətinə əmək müqaviləsinin bağlanması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, mübahisəli əmək müqaviləsi sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Lakin xx.xx.2023-cü il tarixi qeyri-iş günü olan bayram gününə təsadüf etdiyindən əmək müqaviləsinə işə götürən tərəfindən xx.xx.2023cü il tarixindən xitam verilmişdir. Cavabdeh tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. O, xx.xx.2023-cü il tarixindən səhhətində olan problemlə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş və xx.xx.2023-cü il tarixədək işə gəlməmişdir. İşə çıxdığı xx.xx.2023-cü il tarixində işəgötürənə 20 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN 00008 nömrəli ******* seriyalı əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Göründüyü kimi işəgötürən iddiaçının xəstəliyi ilə əlaqədar işə gəlmədiyini nəzərə almaya raq xəstə olduğu müddətdə əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı əmək kitabçasının, əmrin və digər aidiyyəti sənədlərin surətinin ona verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə işəgötürənə ərizə ilə müraciət etmişdir. Sənədlər ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, işlədiyi müddətdə nizam-intizamlı olub, heç vaxt barəsində intizam tənbehi tətbiq edilməyib, sertifikasiya imtahanlarında ən yüksək nəticələri əldə edib. 2023-cü ilin iyun ayının 23-də növbəti əmək məzuniyyətindən istifadə etmək üçün insan resursları şöbəsinə yaxınlaşıb. Lakin ona bildirilib ki, ərizəsi düzgün tərtib edilməyib, üstəlik ərizəsinə şöbə rəisi imza çəkməli, etiraz etmədiyini bildirməlidir. Eyni za manda onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyünü, iddiaçının əvvəlcədən əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatı olduğunu bildirmiş, iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3674/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırmamış, onun işə bərpa olunmasına əsas olacaq hər hansı dəlil və ya sübut tə qdim edə bilməmişdir.
10. Belə ki, məhkəmə kollegiyası mülki işin materiallarında olan bildirişə əsaslanaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinin nəzərdə tutulması barədə iddiaçıya məlumat verilməsini diqqətə çatdırmaq istəmişdir. Bu faktı həmçinin iddiaçı da məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. İddiaçı əmək qabiliyyətini itirməsi ilə bağlı 24 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək işdə olmamasını, işə götürənin bu halı nəzərə almadan əmək müqaviləsinə xitam verdiyini bildirsə də, iddiaçının dedikləri mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı 23 iyun 2023-cü ildə iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlə tanış olmuş, məzuniyyətlə bağlı ərizəsi baxılmamış saxlanıldığından idarənin əməkdaşı ilə mübahisə etdiyini, bundan sonra səhhətində problem yarandığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 2-ci hissəsində işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə mülki iş materiallarında olan xəstə qeydiyyatına dair bildirişləri əsas gətirərək 24 iyun 2023-cü il tarixdə iddiaçının işdə olmamasını və xəstələri qəbul etdiyi halı diqqətə çatdırmağa çalışmışdır. Bel ə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri öz təsdiqini tapmadığından əsassızdır.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, “əmrin ləğv edilməsi” hissəsi əsassız olduğundan digər törəmə tələbləri (yeni əmək müqaviləsinin bağlanması, əmək haqqı tələbi) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. İddia tələbi mahiyyəti üzrə əsassız hesab edilərək rədd edildiyinə görə məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual hüququn prosessual qənaət prinsipini rəhbər tutmuşdur.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 73, 76-cı maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən müqavilə müddətinin qurtarması adı ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamış, bu barədə təqdim olunmuş sübutlara və iddiaçının bu barədə izahatlarına heç bir münasibət bildirilməmişdir. Həmçinin, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq işçinin xəstəliklə əlaqədar iş yerində olmadığı tarixdə onunla bağlanılmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Bundan əlavə, məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə vərəqəyə münasibət bildirməyən məhkəmə, işçinin xəstəliklə əlaqədar iş yerində olmadığı dövrdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktını nəzərə almayaraq iddianın rədd edilməsi barədə qətnamə çıxararaq, sözügedən hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Bundan əlavə, iddiaçı işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiya imtahanına göndərilmiş və imtahanı uğurla keçərək kordiologiya ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi almışdır. Sertifikasiya imtahanından 21 gün sonra, xx.xx.2023-cü il tarixdə əmək məzuniyyətindən istifadə etmək üçün direktora müraciət etdiyi gün, ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilərək, cəmi iki gün sonra, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqeyini aşkar şəkildə nümayiş etdirir. Əgər bildirişdə qeyd olunduğu kimi iyun ayının sonunda müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdusa, həmin ayın əvvəlində işəgötürənin işçini sertifikasiya imtahanına göndərməsindəki məqsədi anlaşılan deyil. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin tələbləri də pozulmuşdur. Belə ki, 18 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası ƏƏSMN yanında DƏMX nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün təxirə salınmış və məhkəmə zalında tərəflərə iclasın xx.xx.2023- cü il tarixə təyin olunduğu bildirilmişdir (Tərəflərə mülki icraat üzrə boş məhkəmə bildirişi imzalatdırılsa da, iclasın tarixi və saatı qeyd olunmamışdır – xx.xx.2023-cü il tarixdə iş materialları ilə tanış olarkən əldə edilmiş boş bildirişin surəti şikayətə əlavə olunur). xx.xx.2023-cü il tarixdə Nərimanov rayon məhkəməsində iddiaçının məlumatı olmadan cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə iclası keçirilmiş və həmin iclasda cavabdeh tərəfindən iddianın rədd edilməsində məhkəmənin istinad etdiyi yeganə sübut olan xəstə qeydiyyatı sistemindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən iclasda təqdim olunan sübutlar həqiqəti əks etdirmir və həmin sübutların saxtalaşdırılması barədə əsaslı şübhələr vardır. Belə ki, id diaçının xx.xx.2023-cü il tarixdə işdə olmasını və xəstə müayinə etməsini sübut edən sənəd qismində təqdim olunmuş çıxarışlardakı tarix və saatlar bir biri ilə ziddiyyət təşkil edir. Çıxarışlara əsasən, İddiaçı qəbulunda olan xəstələr eyni vaxtda və ya bir dəqiqə əvvəl/sonra başqa həkimlərin müayinəsində olmuşdur: - İş materiallarında olan X2 qeydiyyatı barədə çıxarışa əsasən, xx.xx.2023-cü il tarixdə saat 10:31-də o, eyni zamanda həm kardioloq İddiaçı, həm də endokrinoloq S.Rəsulovanın qəbulunda olmuşdur. İş materiallarında olan X1 qeydiyyatı barədə çıxarışa əsasən o, xx.xx.2023-cü il tarixdə saat 08:15-də kardioloq İddiaçı müayinəsində olmuş, 08:16-da isə Laboratoriyada olmuşdur. İş materiallarında olan X3 qeydiyyatı barədə çıxarışa əsasən o, xx.xx.2023-cü il tarixdə saat 08:39-da kardio loq İddiaçı müayinəsində, 08:40-da Laboratoriyada, 08:41-də isə Endokrinoloq A.Quliyevanın müayinəsində olmuşdur. - İş materiallarında olan və cavabdeh tərəfindən təqdim olunmuş işçilərin iş vaxtının uçot tabeli jurnalında da İddiaçı işdə olduğu son tarixin xx.xx.2023-cü il olduğu öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixdə tabel jurnalında iddiaçının işdə olması barədə imza əks olunmamışdır. Həmçinin, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə tarix olmadığı aşkar şəkildə görünsə də, cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş eyni bildirişin üzərində sonradan xx.xx.2023 yazılması da cavabdehin təqdim etdiyi sübutların həqiqiliyini şübhə altına alır. xx.xx.2023cü ildə keçirilən məhkəmə iclas ı barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə, MPM 138-ci maddəsinə zidd olaraq məhkəmə iclasından bir gün əvvəl xəbər verilmiş, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş sübutlar barədə iddiaçıya məlumat verilməmiş, bununla da iddiaçının nə cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla tanış olmağa, nə də onların həqiqiliyini mübahisələndirməyə imkanı olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan ziddiyyətli və şübhəli sübutların mötəbər sübut kimi qəbul edilməsi, onların əsasında qətnamə çıxarılaraq iddianın rədd edilməsi məhkəmənin işin materiallarını, təqdim olunan sübutları və faktları ətraflı araşdırmadığını, sübutlara qərəzli yanaşdığını və nəticədə qanunsuz və əsassız qətnamə çıxardığını aşkar şəkildə nümayiş etdirir. Yuxarıda qeyd olunanlara əsasən, bir inci instansiya məhkəməsi cavabdeh tərəfindən əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, işçi xəstəliklə əlaqədar iş yerində olmayan dövrdə əmək müqaviləsinə xitam verilməsi kimi aşkar pozuntulara münasibət bildirməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, cavabdeh tərəfindən təqdim olunmuş həqiqəti əks etdirməyən və bir-biri ilə ziddiyyətli olan çıxarışları mötəbər sübut kimi qiymətləndirmiş, iddiaçının təqdim etdiyi faktlara isə münasibət bildirməmiş, həmçinin, iddiaçının məlumatı olmadan keçirilən məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında çəkişmə prinsipini pozaraq qətnamə çıxararaq maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.
15. Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(103)-1393/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3674/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əslində iddiaçının əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə deyil, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi kimi çalışmanın son yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir və bu səbəblə də Əmək Məcəlləsinin 73-cü maddəsinin pozulduğundan bəhs edilə bilməz.
17. Belə ki, əmək müqaviləsinin müddətli bağlanması ilə, Dövlət büdcəsindən mali yyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması fərqli anlayışlardır və fərqli hüquqi nəticələri vardır. Bu həm də o deməkdir ki, müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsasında xitam verilməsi və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə xitam verilməsi tamamilə müstəqil əsaslardır.
18. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin nəzərdə tutulması barədə iddiaçıya məlumat verilməsi işin mübahisəsiz halıdır. Belə ki, bu faktı iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında, həm də apellyasiya şikayətində təsdiq etmişdir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş materiallarında olan 23 iyun 20 23-cü ildə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlə iddiaçı tanış olmuş, məzuniyyətlə bağlı ərizəsi baxılmamış saxlanıldığından idarənin əməkdaşı ilə mübahisə etmiş, bundan sonra səhhətində problem yarandığını qeyd etmişdir.
20. İddiaçının tabel jurnalında işdə olması barədə imza əks olunmaması onun işdə olmaması və xəstələri qəbul etməməsi işin mübahisəsiz hallarının təkzibi kimi qiymətləndirilə bilməz.
21. Məhkəmə apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçının özünün də etiraf etdiyi kimi xx.xx.2023-cü ildə onunla olan əmək müqaviləsinin müddətinin uzadılmayacağını bilərək həmin tarixdə də bu barədə olan bildirişə imza etsə də, həmçinin səhəri günü həm işə çıxmaqla yanaşı, həm də “Əmək Qabiliyyətinin olmaması” vərəqəsi almaqla barəsində verilən əmrin ləğv edilməsinin əsası kimi də sözügedən tibbi sənəddən istifadə etməklə hüquqdan sui-istifadə etmişdir.
22. Apellyasiya şikayətinin cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddəti bitdikdən sonra deyil, 25 iyun 2023-cü il tarixdə, yəni vaxtından əvvəl xitam verilməsinə dair dəlili ilə bağlı hesab etmişdir ki, bu ciddi pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda göstərildiyi kimi tərəflər arasında əmək münasibətləri müddətli əmək müqaviləsinə əsaslanmaqla, qanunvericiliyə əsasən də həmin müqavilənin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir. Buna görə də, birinci instansiya məhkəməsi işin qeyd edilən halına ayrılıqda hüquqi qiymət verilməsinə zərurət görməmişdir.
23. Məhkəmə həmçinin iddiaçının işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixd ə həkimlərin sertifikasiya imtahanına göndərilməsi və imtahanı uğurla keçərək kordiologiya ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi aldıqdan sonra 21 gün sonra ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilərək, cəmi iki gün sonra, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin işəgötürənin işçiyə qarşı qərəzli mövqeyi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız saymış və bir daha qeyd etmişdir ki, müddətli müqavilə üzrə əmək müqaviləsinə xitam verilməsi və işəgötürənin işçini sertifikasiya imtahanına göndərməsi onun hüququdur. Sertifikasiya şəhadətnaməsi aldıqdan sonra və əmək müqaviləsinə vaxtından 1 gün əvvəl xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin kobud pozuntusu kimi q iymətləndirilmir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 10-1.6, 45, 68-ci maddəsinin “b” yarımbəndi, 73 və 76-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2024-cü il tarixli qətnaməsinin və birinci instansiya məhkəməsinin 7 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olub, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının ə mək müqaviləsinə “müqavilənin müddətinin bitməsi” əsası ilə deyil, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi kimi çalışmanın son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyi və bu səbəblə də Əmək Məcəlləsinin 73-cü maddəsinin pozulmadığını bildirsə də, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən deyil, Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. Məhkəmə müqaviləyə xitam verilməsinin iki əsasını müəyyən etməsi, bununla da işəgötürən tərəfindən yuxarıda qeyd olunan aşkar pozuntuların, Əmək Məcəlləsinin 73-cü və 8.4-cü maddələrinin pozuntularına bəraət qazandırması yol verilməzdir.
27. İddiaçı kassasiya şikayətini Əmək Məcəlləsinin 8.4, 68.2 b, 76.1 və 300.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 68. 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
30. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
31. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
32. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
33. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
34. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çe kinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veri lməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1393/2024 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.