Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2184/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2184/2023 ( Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 03 avqust 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)-1064/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona məxsus Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evini Cavabdeh satmışdır. Cavabdeh iddiaçıya evin dəyərindən 6000 manat əksik məbləğdə pul ödəmişdir.
2. Tərəflər arasında notariat qaydasında xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlanmış 6.000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc alınmışdır.
3. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh polisdə verdiyi izahatında maddi durumu yaxşı olmadığından mənzil alınan zaman borclu qaldığı 6000 manat pulu ödəyə bilmədiyini, hazırda da borcu ödəməyə imkanı olmadığını bildirmişdir İş üzrə qəbul edilmi ş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, alqı-satqı zamanı Sevinc xanım evin satış məbləğindən 6000 manatı həmin anda ödəmək iqtidarında olmadığını bildirmişdir. İddiaçının ona etibar edə biləcəyini bildirmiş, satış məbləğindən pulun qalan hissəsini 15-20 gün ərzində verəcəyini vəd etmişdir. İddiaçı ona inanaraq, ümumi məbləğin 6000 manatının onun 15-20 günə qaytaracağı vədi ilə razılaşmışdır. 20 gündən sonra onunla əlaqə saxladıqda maddi vəziyyətinin çox ağır olduğunu bildirirək ona bir neçə ay möhlət verməyini xahiş etmişdir. Lakin aradan x eyli müddət keçməsinə baxmayaraq, iddiaçı onunla mütəmadi telefon əlaqəsi saxlasa da, cavabdeh 6000 manatı ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, etibardan sui-istifadə edərək, yalançı vədlərlə iddiaçını bugünə kimi aldatmış, onun həmin pulu heç vaxt ödəmək niyyəti olmamışdır. Telefon danışıqları isə həmişə nəticəsiz qalmışdır.
6. Cavabdeh hazırlıq iclasında borcunu etiraf edərək, borcu həyat yoldaşının aldığını, evi satıb borcu qaytaracağına söz verdiyini bildirmişdir.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmuşdur.
8. Məhkəmənin mövqeyini iş materiallarına və işin hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh özgəyə - iddiaçıya məxsus pul vəsaitini heç bir əsas olmadan özündə saxlayı r. Bu səbəbdən də, iddiaçı həmin pul vəsaiti cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış rayon məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, rayon məhkəməsi, məhkəmə bildirişini cavabdehin əvvəlki yaşadığı ünvana göndərmişdir, lakin cavabdeh uzun müddətdir ki, həmin ünvanda yaşamır. Bunu nla da,məhkəmə qüvvədə olan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizəni birinci instansiya məhkəməsinə vermək imkanından məhrum olmuşdur. Odur ki, işə apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.
12. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıya məxsus evi alan zaman evin dəyərinin bir hissəsini – 6.000 manatı ödəməmişdir. Aralarında olan razılığa görə cavabdeh həmin məbləği 15 gün ərzində ödəməli idi. Bu razılığa gəldikdən sonra onlar nota rial qaydada xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi” bağlamışlar. Həmin müqavilədə isə qeyd edilib ki, guya 6.000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc alınmışdır. Bu və iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə verilməsi nəzərə alınarsa, onda müəyyən edilir ki, iddiaçı, həmin pul məbləğini tələb etmək üçün qanundan nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, cavabdehin vəkilinin (nümayəndəsinin) məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə bağlı bildirdi ki, həmin müqavilə də, iddia tələbinin əsaslı olmasını bir daha təsdiq edir. O, iddia müddəti ilə bağlı isə bildirdi ki, hazırki iş üzrə iddia müddəti apellyasiya icraatı zamanı tətbiq edilə bilməz. Çünki, cavabdeh, birinci instansiya məhkəməsində aparılmış icraatdan xəbərsiz olduğunu bildirsə də, əslində məhkəmənin iş üzrə keçirdiyi hazırlıq iclasında şəxsən özü iştirak etmiş və iddia müddətinin tətbiqi barədə” ərizə verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və R.M.Həsənov) 2(103)-1064/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmişmədən saxlanılmışdır.
15. Məhkəm ə kollegiyası iş üzrə tərəflərin yazılı və şifahi qaydada məhkəmələrə verdikləri məlumatlardan, işdə olan sənədlərdən müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixdə cavabdeh iddiaçıya məxsus evi alan zaman evin dəyərinin bir hissəsini – 6.000 manatı iddiaçı ödəməmişdir. Onlar razılığa gəlmişlər ki, cavabdeh həmin məbləği 15 gün ərzində, yəni xx.xx.2017-ci il tarixədək iddiaçıya ödəyəcək. Bu şərt iş üzrə tərəflər arasında bağlanmış “Alğı-satqı müqaviləsinə” daxil edilməmiş, iş üzrə tərəflər bu şərti yuxarıda qeyd edilmiş “Kredit müqaviləsini” bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Cavabdeh, 6.000 manatı xx.xx.2017-ci il tarixədək iddiaçıya ödəmək barədə öhdəliyi üzərinə götürsə də, öhdəliyi bu günə kimi icra etməmişdir.
16. Məhkəmə iş üzrə tərəflər arasında bağlanmış və cavabdehin vəkilinin (n ümayəndəsinin) apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi” ilə bağlı hesab etmişdir ki, iş üzrə tərəflərin həmin müqaviləni bağlayarkən niyyətləri ondan ibarət olmuşdur ki, onlar, aralarında bağlanmış “Alğı-satqı müqaviləsi üzrə cavabdehin yaranmış borcu etiraf etməsini rəsmiləşdirsin. Buna görə də məhkəmə həmin müqaviləni “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” kimi qəbul etmişdir.
17. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən, o cümlədən apellyasiya şikayətindən və cavabdehin vəkilə verdiyi xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, cavabdehin rəsmi ünvanı ünvan 1r. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirdiyi məhkəmə iclasında cavabdeh şəxsən iştirak etmiş və həmin ünvanda deyil, başqa ünvanda yaşaması, yəni ünvanının dəyişilməsi barədə məhkəməyə məlumat verməmişdir.
18. Cavabdehin başqa ünvanda yaşaması barədə məhkəməyə məlumat verməməsini, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etsə də, növbəti iclasa (həmin iclasın vaxtı və yeri barədə Rayon Məhkəməsi tərəfindən cavabdehə hətta elektron bildiriş göndərilmiş və cavabdeh həmin bildirişi almışdır (bax: iş v. 26)), yəni xx.xx.2022-ci il tarixə (iş üzrə qətnamə qəbul edilmiş tarix) təyin edilmiş iclasa getməməsini və bunun məhz üzürlü səbəbdən baş verməsi barədə məhkəməyə məlumat verməməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur.
19. Cavabdeh, iddia müddətinin tətbiqi barədə ərizəni Rayon Məhkəməsinə təqdim etmək üçün real imkana və kifayət qədər vaxta malik olsa da, o, bunu etməmişdir. Belə olan halda o, ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə iddia müddətinin tətbiqini apellyasiya icraatı zamanı tələb edə bilməz (“Q.Məmmədovanın və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı).
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 442, 448, 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilm əməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 882.1. Borcun etiraf edi lməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiklə ri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)-1064/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.