Məhkəmə qərarları › İş №2(102)-2184/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2184/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2184/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-551/2025 nömrəli iş üzrə 9 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (bundan sonra iddiaçı və Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ö dənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

2. Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş, həmin kart cavabdehin istifadəsində olmuş və bundan sonra xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu yaratmış və udmuş, bununla əlaqədar olaraq da Banka 8.479,66 manat həcmində ziyan dəymişdir.

3. Tərəflər borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalamış, cavabdeh Banka 9275,66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 386,48 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür.

4. Bank tərəfindən cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş 1236,40 manat gecikdirilmiş vəsaiti 5 (beş) iş günü ərzində ödəməsi ba rədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 8479.66 manat pulun Bankın xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırmışdır ki, 21 sentyabr 2023-cü il tarixdə tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Bundan başqa, müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində, yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcm də və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda, müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və bu müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, həmin standart şərtlərin 3.1.9-cu bəndinə əsasən isə əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan 19 oktyabr 2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh onun istifadəsində ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/07/052684 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 8479.66 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

7. Cavabdeh də qarşılıqlı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında xaricdən onun "xxxx" ASC (ATB) kartına pul gəlmişdir (bacısının həyat yoldaşı Yaşar Bəylərovun xahişi ilə xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşara verilib). Altı ay sonra onun debet kartı mənfi 9275,66 manat göstərmişdir. Bankdan bu barədə soruşduqda, cavab vermişlər ki, narahat olmasın, anlaşılmazlığı həll edəcəklər. Təxminən iki il sonra, yəni 2023-cü ilin sentyabr ayında banka dəvət olunduqda ona bildirildi ki, köçürülən vəsaitlərin bir qismi probleml i olduğundan banka ziyan dəymişdir. Qohumu Yaşar bankdan dəfələrlə tələb etmişdir ki, ziyanın nə ilə bağlı dəydiyini və ümumiyyətlə ziyan dəymişdirsə, onun əsaslarını və sübutlarını təqdim etsinlər. Hazırkı günədək problemli adlandırılan vəsaitin geri qaytarılması haqda sənədlər onlara təqdim olunmamışdır. Gah polis orqanı, gah da məhkəmə ilə təhdid nəticəsində, məcbur qalaraq “borcun hissə-hissə ödənilməsinə dair” razılaşmanı imzalamış (xx.xx.2023 tarixli overdraft borc müqaviləsi) və müəyyən edilmiş 9.275,66 manat borcun 796 manatını Yaşar ödəmişdir. Lakin həmin ödənişlər edilən müddətdə belə, Yaşarın banka etdiyi müraciətlərə (bankın ziyana uğramasıni təsdiq edən sübutlar haqda) cavab almamışlar. Onlara borcun əsasları, vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış barədə heç bir məlumat verilməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə Yaşarın vəkili Vəkil bu mövzuda (bank tərəfindən, ziyana uğramağa aid sübutların təqdim olunması üçün) AzərTürk Bank” ASCnin rəhbərliyinə rəsmi sorğu məktubu göndərildi. Lakin bu günədək sorğuya cavab almamışlar. Bankın ziyana uğramasını sübut edən “REFUND” sənədi (vəsaitin geri qaytarılması haqda hesabdan çıxarış) onlara təqdim olunmadığına görə Yaşar ödəmələri dayandırdı. Xatırladır ki, overdraft borc müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixinədəkdir. xx.xx.2024-cü il tarixdə bankdan onunla əlaqə saxlanılaraq borc ilə bağlı məhkəməyə veriləcəyini bildirdilər. Ondan başqa razılaşmanı imzalayan digər şəxslər barəsində də məhkəmələrə iddia ərizəsi verilmişdir, lakin onunla bərabər digər şəxslərə də borcun yaranmasının əsasları təq dim olunmamışdır. Bank məhrum olduğunu sübut edə bilmir. Bu sübut onun kartına mədaxil edən xarici banka 9275,66 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarışdır. Bu sənədin adı «REFUND»-dır, yəni vəsaitin geri qaytarılması. Bank məhrum olmayıbsa, o da bankın hesabına varlanmamışdır. Hesab edir ki, iddia ərizəsi tam əsasızdır. Belə ki, iddianın əsasını təşkil edəcək sübut, yəni «REFUND» (vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

9. Cavabdeh məhkəməyə etiraz və vəsatətlər ünvanlayaraq Bank tərəfindən ona qarşı irəli sürülən əsassız varlanma nəticəsində əldə edilmiş 8479.66 manat məbləğində pul tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Laçın Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(047)-1007/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Cavad İbrahimov) ilkin iddia tələbinin təmin edilməsi, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 8.479,66 manat məbləğində pulun tutularaq Bankın xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sonradan tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış olsa da belə cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni Bankın hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023- cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Bank müvafiq qaydada rəsmiləşdirilən razılaşmanı (müqaviləni) təqdim etsə də, cavabdeh bu faktı tam və ya qismən istisna edə biləcək sübutları təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Çünki həmin razılaşmanın (müqavilənin) hüquqi sənəd olaraq tamlığı və prezumpsiyası qüvvədə olduğundan cavabdeh razılaşmanın (müqavilənin) etibarsızlığına səbəb olacaq hallarla bağlı aidiyyəti müvafiq sənədlər təqdim etməli idi. Bundan başqa, qeyd edilən tərəflər arasında bağlanmış razılaşmanın (müqavilənin) etibarsız hesab edilə biləcəyi digər hallar barədə, yəni həmin razılaşmanın (müqavilənin) cavabdehin öz ir adəsinin ziddinə, yəni aldadılmaqla, hədə və təsirlərə məruz qalmaqla, təhdid edilməsi və məcburi olaraq bağlaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər bir sübut da məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 339.4, 354.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsasla ndırılmışdır ki, əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların (Mülki Məcəllənin 1090-1094-cü maddələri) təhlilindən bəlli olur ki, məhkəmədə əsassız varlanma tələbi irəli sürülərkən həmin maddələrdə qeyd olunan hər bir şərtin sübut olunması vacibdir. İddiaçı ASC-nin iddiasında həmin şərtlərin heç biri mövcud deyil: 1) xaricdən gələn pul qanuni əsasla bankın sayından və ya bank linki vasitəsi ilə onun kartına mədaxil edilmişdir. Sonradan, gələn pulun bir qisminə etiraz gəlibsə, bu mübahisə mövzusudur. Bankın təqdim etdiyi “Dispute” sənədindən görünür ki, əməliyyat 3D güvənlik sistemini keçərək,uğurlu olmuş, fraud yükü sıfırdır. Təccüblidir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb). Uduzubsa da bankın nöqsanıdır. 2) Bank ziyana uğrayara q məhrum olduğunu sübut edə bilmir. Bu sübut cavabdehin kartına mədaxil edən xarici banka 9000 manat məbləğin geri qaytarılmasını təsdiq edən hesabdan çıxarış, ödənişin təfərrüatı, ödəmə qəbzi və ya SWİFT ödəniş təsdiqidir. Bu sənədin adı “REFUND”-dır, yəni vəsaitin geri qaytarılması. Bu sənədlər azərbaycan dilində, hər kəsin anlaya biləcəyi, hüquqi qüvvəyə malik, yəni möhürlü, imzalı olmalıdır. Bu sənəd yoxdursa, xx.xx.2023 tarixli razılaşmanın bağlanması prosesində o, aldadılmışdır, hədə təsiri altında əqdi bağlamağa məcbur edilmişdir. xx.xx.2023-cü il tarixli razılaşmanın bağlanması prosesində hədə təsiri altında (polis, məhkəmə ilə təhdid edilərək) və aldadılaraq (bankın ziyanı sübut edilmədən) əqdi bağlamağa məcbur edilmişdir. Odur ki, etibarsız əqd əsasında cavabdehdən hansısa bir mə bləğin tələb edilməsi əsassızdır.

15. Apellyasiya baxışında iddiaçı Bankın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Belə ki, bank tərəfindən təqdim edilmiş sənədlərdə ödəniş barədə məlumatlar əks olunmuşdur. Cavabdeh razılaşmanı imzalamış və müvafiq ödənişlər etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-551/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.Novruzova (sədrlik edən və məruzəçi), M.A.Əsədli və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. A pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən sənəd dispute (mübahisə) sənədidir və saxta (fraud) tranzaksiya iddiası ilə bağlı mübahisəni əks etdirir. İş materiallarında olan X1-Arbitration Questionnaire – Fırıldaqçılıq Mübahisəsi ilə bağlı Arbitrajdan əvvəlki anketdən görünür ki, “invalid dispute” etibarsızlıqla bağlı mübahisə başladılmışdır. Bank bildirmişdir ki, “PAY.ATB.AZ/CARD” onların rəsmi ticarətçisidir və bu ticarətçi vasitəsilə kredit kartlarının balansı artırılır və ödənişlər edilir. Bütün ödənişlər 3D Secure (3DS) yoxlaması ilə təsdiqlənir. Yəni, ödəniş icazəsiz olmamışdır, çünki kart sahibinin təsdiqi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, cavabdeh Banka 9,275.66 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 386.48 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da Banka hal-hazırda 8479.66 manat həcmində ziyan dəymiş və cavabdeh bankın hesabına 8479.66 manat məbləğində əsassız varlanmışdır.

18. Kollegiya apellyasiya şikayətinin “Refund” sənədinin yeganə sübut olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, borcun yaranması və mövcudluğu sübut olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarix li overdraft borc razılaşması, tərəflər arasında borcun mövcudluğunu təsdiq edən rəsmi sənəd olaraq yazılı sübut növüdür. Tərəflər arasında razılaşma zamanı cavabdeh razılaşmanın şərtləri ilə razılaşmış və borcun ödənilməsinə dair öhdəlik götürmüşdür. Bununla yanaşı, refund sənədi isə borcun mövcudluğunu təsbit edən yeganə sübut kimi qəbul edilə bilməz. Çünki refund sənədi yalnız vəsaitin geri qaytarılmasını təsdiq edən sənəddir. Lakin mübahisədə əsas məsələ borcun yaranması və mövcudluğudur, bu isə artıq overdraft razılaşması və ödənişlər əsasında sübut olunur. Refund sənədinin təqdim edilməməsi borcun olmadığını göstərmir. Məhkəməyə təqdim olunan hesabdan çıxarışda pulların köçürülməsi təsdiq olunur. Cavabdeh, müqaviləni hədə təsiri altında imzaladığını iddia edir, lakin bunu sübut edən heç bir fakt təqdim etməyib.

19. Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə overdraft razılaşması bağlandıqdan sonrakı dövr ödəniş etmişdir. Əgər həqiqətən razılaşma hədə altında bağlanılmışdırsa, cavabdeh tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi ağlabatan və məntiqli deyildir. Lakin overdraft razılaşması, faktiki ödənişlər və digər sübutlar göstərir ki, borc yaranmışdır və ödənilməlidir. Bununla belə, bankın maddi ziyana uğrayıb-uğramaması borcun geri qaytarılmasının zəruriliyini ortadan qaldırmır.

20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun iddiası yalnız subyektiv mülahizələrdən ibarət olmaqla, hüquqi və faktiki əsas lardan məhrumdur.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.7, 385.1, 389.1, 442, 443.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, xx.xx.2023 tarixli «Razılaşma» idd iaçının hüquqi məlumatsızlığı, ziyanın sübutu təqdim olunmaması nəticəsində imzalanmışdır. Bu sənəd etibarlı razılaşma deyil, müştərinin aldadılması nəticəsində bağlanmış əqddir. Bank kredit verməmişdir, ziyana uğramasa, cavabdehi borclandıra bilməzdi. İddiaçı «Razılaşma»nı cavabdehin borcu etirafı kimi qələmə vermək istəyir. Lakin ziyan sübuta yetirilmədiyinə görə, bu «Razılaşma» müştərinin aldadılması kimi xarakterizə edilməlidir. Odur ki, etibarsız əqd əsasında cavabdehdən hansısa bir məbləğin tələb edilməsi əsassızdır. Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Həmin əqdin məzmununda əgər banka iddia olunduğu kimi zərər vurulmuşdursa və bu hal öz təsdiqini taparsa, nəzərdə tutulan vəsait banka ödənilməlidir öhdəliyi öz əksini tapmalı idi. Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. Ümumiyyətlə cavabdeh belə bir əqd bağlamağı arzu etməmişdir, həmin əqd iddiaçı tərəfin təzyiqi və aldatması nəticəsində bağlanmışdır. “Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir” qənaəti bu vəziyyətdə daha çox cavabdehin haqlı olduğuna dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.7. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu ) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhd əliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə et diklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

35. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı t am yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessu al qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəli nmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-551/2025 nömrəli iş üzrə 09 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar