Məhkəmə qərarları › İş №2(102)-2186/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2186/2021

27.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2186/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxx” BOKT QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2186/21 (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)4696/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” BOKT QSC kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, barəsində tərtib edilmiş 26 iyul 2018-ci il tarixli, 148 saylı intizam tədbirinin tətbiqi haqqında əmrin, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrin ləğv edilməsi, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia qismən təmin edilərək, işəgötürənin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrin ləğv edilməsi, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işəgötürən bir intizam xətasına görə iddiaçıya həm töhmət, həm də onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə həmi n Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozub. Həmin maddənin mənasına görə, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etsə də, lakin həmin əsasla əmək müqaviləsinə xitam verilməsinə dair sübutları məhkəməyə təqdim etməyib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsi nəzərə alınmayıb. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xitam verməməklə əmək qanunvericiliyinin tələblərini və şərtlərini poz ub. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 189-cu maddəsinin 1-ci hissəsi və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 70, 84, 189-cu maddəsinin 1-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılm ası barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” BOKT QSC və vəkili Firudin Hüseynbəyli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsinin a) bəndində göstərilir ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin ə) bəndində göstərilir ki, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məh kəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, iddiaçı işəgötürənin 13 fevral 2019-cu il tarixli, 33 saylı əmrinə əsasən 14 fevral 2019-cu ildən 3 aylıq sınaq müddəti ilə əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə cavabdehin “Gəncə” filialına qrup rəhbəri vəzifəsinə işə qəbul edilib və elə həmin gün də tərəflər arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə işəgötürən iddiaçıya əmək müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı daxili qaydalara uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etib ar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığını təmin etməyi və bununla bağlı tam maddi məsuliyyəti öz öhdəsinə götürüb (tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndi). Bundan sonra, işəgötürənin 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrinə əsasən aparılmış yoxlamanın nəticəsi olaraq iddiaçı və digərləri (cəmi 6 nəfər) satış məsləhətçisinə və ayrı-ayrı şəxslərə kreditlər verərkən, kartla ödəniş əməliyyatı qaydalarını və əmək intizamını pozaraq mütəmadi surətdə işə gecikdiklərinə görə onlara Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilib. Həmin əmrlə filial müdiri Elnur Həmidova tapşırılıb ki, mövcud pozuntulara bir daha yol verilməməsi üçün əməli tədbirlər görsün. Eyni zamanda, işəgötürənin 25 sentyabr 2019-cu il tarixli, 218 saylı əmrinə əsasən iddiaçı, qrup rəhbəri kimi əmək və icra intizamını pozaraq özünün yaratdığı problemli kreditlərin həllindən boyun qaçırdığına görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci bəndinin b) yarımbəndi üzrə sonuncu xəbərdarlıq etməklə şiddətli töhmət verilib. Həmin əmrlə iddiaçıya tapşırılıb ki, cavabdehə vurulmuş ziyanın əvəzinin ödənilməsini təmin etmək üçün bir ay ərzində problemli kreditləri həll etsin. Əmrin verilməsinə əsas kimi auditin aktı və iddiaçının izahatı göstərilib. Həmçinin işəgötürənin 17 oktyabr 2019-cu il tarixli, 43 saylı digər əmrinə əsasən “Gəncə” filialında aparılmış yoxlamanın nəticəsində müəyyən edilmiş pozuntularla əlaqədar olaraq, əmək intizamını pozaraq mütəmadi işə gecikdiyinə görə 26 iyul 2019-cu il tarixli, 148 saylı ə mrlə ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, yenidən əmək funksiyasını təkrar pozmaqla, öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 oktyabr 2019-cu il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmin əmrlə eyni zamanda Maliyyə Departamentinə və kadrlar üzrə mütəxəssisə tapşırılıb ki, iddiaçının istifadə etmədiyi 6 məzuniyyət günü üçün pulun və son haqq-hesabın ödənilməsini, əmrin surətinin və əmək kitabçasının verilməsini təmin etsin. İşin 48-ci vərəqində olan qrup rəhbəri İddiaçı 19 avqust 2019-cu il tarixli yazılı izahatından görünür ki, problemli kreditlərin həlli ilə bağlı onun 042 saylı kurasiyası üzrə cəlb etdiyi aktiv lombard k reditlərinin ümumi sayı 19 avqust 2019-cu il tarixə portfel üzrə 72 nəfər, ümumi kredit verilişi isə 179.755 manatdır. Ümumi portfel üzrə gecikmədə olan müştərilərin sayı 29 nəfərdir, 30 gündən artıq gecikmədə olan müştərilərin sayı isə 18 nəfərdir və sair. Cavabdehin Gəncə filialının müdiri Elnur Həmidovun 25 iyul 2019-cu il, 16 oktyabr 2019-cu il, 03 oktyabr 2019-cu il tarixli müraciət və məlumatlarından görünür ki, qrup rəhbəri İddiaçı son günlər bir neçə dəfə işə gecikib. 16 oktyabr 2019-cu il tarixdə o, filiala gələrək “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim edib. İşə başlamalı olduğu 15 oktyabr 2019-cu il və 16 oktyabr 2019-cu il tarixlərdə isə işə gəlməməsinin səbəbləri barədə izahat yazması tələb olunduqda bildirmişdir ki, 17 oktyabr 2019-cu il tarixdə prokurorluğa, oradan da Baş ofisə gedəcək. Qrup rəhbəri İddiaçı 02 oktyabr 2019-cu il tarixdə işə gec gəlib və gecikmə səbəbi kimi kurasiyasında olan problemli müştərilər üzrə ödətdirmə etməsi üçün işə gecikdiyini bildirib. 03 oktyabr 2019-cu il tarixdə isə işə gəlməmişdir. Zəng edib öyrəndikdə isə səhhətində problem olduğu üçün işə gəlmədiyini bildirib. İddiaçı işə gecikmə halları cavabdehin Gəncə filialına aid işçilərin 16 fevral 2019-cu il və 30 mart 2019-cu il tarixli davamiyyət jurnalları ilə də təsdiq olunur. İşin 52-ci vərəqində olan 6 saylı Poliklinika tərəfindən 03 oktyabr 2019-cu il tarixdə açılmış “Əmək qabiliyyətinin olmaması vərəqəsin”dən görünür ki, İddiaçı 03 oktyabr 2019cu ildən 05 oktyabr 2019-cu il tarixədək, 06 oktyabr 2019-cu ildən 08 oktyabr 2019-cu il tarixədək, 09 oktyabr 2019-cu ildən 14 oktyabr 2019-cu il tarixədək həmin Poliklinikada ambulator müalicə alıb və onun 15 oktyabr 2019-cu il tarixdən işə başlamalı olduğu göstərilib (iş vərəq 52). İşin 68-70-ci vərəqələrində olan cavabdehin monitorinq şöbəsinin müdiri Yaşar Allahverdiyevin imzalayıb, tərtib etdiyi 23 sentyabr 2019-cu il tarixli aktdan və həmin akta əlavə edilmiş sənədlərdən görünür ki, 19 avqust 2019-cu ildən 23 sentyabr 2019-cu il tarixədək onun tərəfindən Gəncə filialında problemli kreditlərin yoxlanılması aparılıb və müəyyən edilib ki, qrup rəhbəri İddiaçı məxsus hazırda aktiv kreditlərin ümumi sayı 63 nəfər, məbləği 161.305 manat, müştəri sayı 36 nəfər, məbləği 103.009 manat təşkil edir. 30 gündən artıq gecikmədə olan müştəri sayı 18 nəfər, məbləği 79.709 manat təşkil edir. Belə müştərilərin adına 2-3 kr edit verilib. Belə ki, Tapdıq Şərifova 1500 və 2.000 manat; Elxan Hüseynova 8.500 və 9.000 manat; Vüsal Cəfərova 3.500; 2.300 və 4.200 manat; Elşən Cəfərova 1.300 və 2.000 manat; Rəşadət Yaqubova 640 və 3.500 manat; Malik Quliyevə 1.400 və 530 manat kredit verilib. Filialda hər bir kredit baş ofisin razılığı ilə verilir, lakin razılıq almaq üçün əhəmiyyətsiz və əsassız məlumatlar verilib, rəhbərlik aldadılıb. Məsələn, müştəri Tapdıq Şərifovun razılığı üçün qrup rəhbəri İddiaçı onun yaxın dostu olduğunu bildirib, zəmanət məktubuna imza edərək zəmanət verib. Habelə onun Tapdıq Şərifovun “xxxx” ASC sürücü işlədiyi və aylıq əmək haqqının 550 manat olduğu qeyd edilib. Eyni zamanda borclu Tapdıq Şərifovun zamini Əli Vəliyevin FHN əməkdaşı olduğu, onunla zaminlik müqaviləsinin bağlandığı göstəril ib və buna görə də e-mailə əsasən razılıq ok-y verilib. Halbuki, zamin Əli Vəliyevin öz adına 680; 2.000 və 5.700 manat olmaqla üç krediti olub. Qrup rəhbəri İddiaçı gecikməkdə olan müştərilərinin əksəriyyəti yaxın ətrafı və tanışlarıdır. Eyni zamanda kreditlər girov dəyərindən artıq verildiyinə görə problemin həlli çətinləşib və hətta elə müştəri var ki, kreditin ondan geri alınması mümkün olmayıb. Kredit girov dəyərindən artıq verildiyi üçün gecikmədə olan problemli müştərilərin girov predmeti olan qızıl-zinət əşyaları satılsa belə, bu kreditin qalıq əsas və faiz borcunun tam ödənilməsinə kifayət etməyib. Aktda göstərilən faktlar problemli kreditlərin siyahısı, qrup rəhbəri İddiaçı izahatı və kreditin verilməsinə razılıq üçün kreditin təhlili haqqında məlumatlarla da istisna olunmur. İ şə əlavə edilmiş cavabdehin İdarə Heyətinin sədri Nicat Həsənov tərəfindən 06 yanvar 2016-cı il tarixdə təsdiq edilmiş “Qrup rəhbəri”nin vəzifə təlimatından görünür ki, Qrup rəhbəri filiala verilmiş plan üzrə kredit portfelinin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşıyır; filialın bütün kredit, əməliyyat və sair risklərinə görə məsuliyyət daşıyır; filialın kredit portfelinin periodik diversifikasiyasının aparılmasında iştirak edir və məsuliyyət daşıyır və sair. Kasasiya şikayətindən və ona əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun “Cinayət işinin başlanması haqqında” 09 iyun 2020-ci il tarixli Qərarının və onun tərəfindən təsdiq edilmiş 13 noyabr 2020-ci il tarixli İttiham Aktının surətlərindən görünür ki, 09 iyun 2020-ci il tarixdə cavabdehin “Gəncə” filialının sabiq vəzifəli şəxslərinin əməllərində aşkar edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb və araşdırma zamanı müəyyən edilib ki, cavabdehin “Gəncə” filialının qrup rəhbəri işləmiş İddiaçı və həmin filialın müdiri olmuş Elnur Həmidov 13 fevral 2019-cu ildən 17 oktyabr 2019-cu il tarixədək qaytarıla bilməsi təmin edilmədiyi halda, Kredit Komitəsini aldatmaqla, 22 nəfər öz tanışlarına 86.650 manat kredit verməklə, həmin kreditlərə hesablanmış faizlərlə birlikdə kredit təşkilatına 96.571,68 manat ziyan vurublar. Aparılmış ibtidai istintaqla müəyyən edilib ki, İddiaçı vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edərək cavabdehin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, cəmi 111.218,12 manat pul vəsaitinin ayrıayrı şəxslərlə bağlanmış müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməsini təmin etməməklə cavabdehin kredit siyasətinin sabitliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətl ərindən sui-istifadə edib və bununla da Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İşə əlavə edilmiş iddiaçının işəgötürənin adına yazdığı 13 sentyabr 2019-cu il tarixli ərizənin surətindən görünür ki, o ərizəsində qeyd edib ki, aylıq əmək haqqı 550 manat təşkil edir. Həmin əmək haqqının 100 faizi, yəni 550 manat pulun hamısı kurasiyasında gecikmədə olan müştərilərinin kredit ödənişlərinə silinir. O, həmin müştəriləri Yaşar müəllimə yönəldib və 10 gün müddətində vaxt alıb. Ancaq onun icazəsi olmadan müştərinin hesabına silinib. Sonradan ona dəfələrlə əmək haqqının veriləcəyi deyilsə də verilməyib. Bu səbəbdən də son haqq-hesab verilməklə, onun işdən azad edilməsini və əmək kitabçasının verilməsini xahiş edib. Hazırda iddiaçı, bir intizam xətasına görə ona həm töhmət, həm də işdən çıxarılmasına dair intizam tənbeh tədbirlərinin verildiyini göstərib, işəgötürənin onun barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında 26 iyul 2018-ci il tarixli, 148 saylı əmrinin, eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrinin ləğv edilməsini, sonuncu əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsini və öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia edir. Cavabdeh isə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, habelə ə mək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə onunla bağlanmış əmək müqaviləsinə düzgün olaraq xitam verildiyini göstərib iddiaya etiraz edir. Apelyasiya instansiyası məhkəməsi, işəgötürənin sözügedən əmri qəbul edərkən iddiaçının dinlənilmə hüququnu pozduğunu göstərsə də, kasasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat almaması işçiyə intizam tənbehi verilməsini istisna etmir. Digər tərəfdən işdən görünür ki, iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə int izam tənbehi verilməmişdən əvvəl, yəni 19 avqust 2019-cu il tarixdə işəgötürən ondan yazılı izahat alıb. Bu fakt cavabdehin Monitorinq Şöbəsinin müdiri Yaşar Allahverdiyevin “Gəncə” filialında problemli kreditlərin yoxlanılmasına dair tərtib etdiyi 23 sentyabr 2019-cu il tarixli akta əlavə edilmiş sənədlərin siyahısı ilə də təsdiq olunur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi, iddiaçıdan sözügedən izahatın hazırda mübahisələndirilən 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrdən sonra, 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrdən isə əvvəl verməsinə diqqət yetirməyib və həmin izahatın hansı intizam tənbehi verilərkən alınmasını cavabdehin nümayəndəsi ilə dəqiqləşdirməyib. Eyni zamanda, apelyasiya instansiyası məhəməsi işə müvafiq sübutların təqdim edilmədiyini, işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əmrdə əsaslandırmadığını göstərsə də, işə əlavə edilmiş sübutlara, o cümlədən 23 sentyabr 2019-cu il tarixli Akta, həmin Akta əlavə edilmiş sənədlərə, habelə işdə iştirak edən şəxslərin izahatlarına MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməyib. Belə ki, işəgötürənin 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrinin məzmunundan görünür ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ona görə xitam verib ki, o əmək intizamını pozaraq mütəmadi olaraq işə gecikib, habelə 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrlə ona verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən əmək funksiyasını təkrar pozub, öz təqsirli hərəkətindən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməyib. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apelyasiya instansiyası məhkəməsi işəgötürənin sözügedən əmrinin məzmununu Əmək M əcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddənin ə) bəndi, 84-cü maddənin və 189-cu maddənin 1-ci hissəsi üzrə əlaqəli şəkildə təhlil, təfsir etmədən, əslində iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və beləliklə də əmək vəzifələrini kobud şəkildə pozulmasını nəzərə almadan, əvvəllər iddiaçı tərəfindən yol verilmiş intizam xətasının mahiyyətinə varmadan, bir intizam xətasına görə iddiaçıya işəgötürən tərəfindən bir neçə intizam tənbeh tədbirinin verilməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, işəgötürənin 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrinin məzmunundan görünür ki, iddiaçıya işəgötürən tərəfindən ona görə töhmət verilib ki, o, s atış məsləhətçisinə, ayrı-ayrı şəxslərə kreditlər verərkən kartla ödəniş əməliyyatı qaydalarını pozub və eyni zamanda əmək intizamını pozaraq mütəmadi surətdə işə gecikib. Göründüyü kimi sözügedən əmrlə iddiaçıya töhmət verilərkən cavabdehin “Gəncə” filialında problemli kreditlərin yoxlanılmasına dair hələ yoxlama aparılmamışdır və bu barədə yoxlama yalnız həmin əmrin verilməsindən 2 ay sonra aparılıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə məhz həmin yoxlamanın nəticəsi olaraq xitam verilib. Belə olan halda bir intizam xətasına görə iddiaçıya işəgötürən tərəfindən iki intizam tənbeh tədbirinin verilməsi mülki iş materialları ilə istisna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən hazırki işə baxılmasının predmeti olan hər iki əmrin əsaslılığına sadalanan maddəl ərin tələbləri baxımında hüquqi qiymət verilməli, bir intizam xətasına görə iddiaçıya iki intizam tənbehinin verilibverilməməsi, onun hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, habelə 72-ci maddəsinin 2) bəndinin əlamətlərinin olub-olmaması bir daha yoxlanılmalı və iddiaçı barəsində başlanılmış cinayət işinin nəticəsindən asılı olaraq onun iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, işəgötürənin 25 sentyabr 2019cu il tarixli, 218 saylı əmrinə istinad edərək, həmin əmrlə ziyanın aradan qaldırılması üçün iddiaçıya bir ay vaxt verildiyini, lakin müddət tamam olmadan işəgötürənin 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini göstərsə də, həmin əmrin qüvvədə olmaqla, ümumiyyətlə iddiaçı tərəfindən mübahisələndirilmədiyini və hazırki məhkəmə baxışının predmeti olmadığını nəzərə almamışdır. Daha sonra, apelyasiya instansiyası məhkəməsi, iddiaçının 13 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunması barədə işəgötürənin adına ərizə yazdığını, sonuncunun onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi üzrə xitam verməməklə həmin maddənin tələblərini pozduğunu göstərsə, işin bu halı üzrə kifayət qədər araşdırma aparmayıb. Belə ki, cavabdehin “Gəncə” filialında 19 avqust 2019-cu il tarixdə mütəxəssis tərəfindən problemli kreditlərin yoxlanılmasına başlanıldıqdan və bu barədə kifayət qədər nöqsanlar aşkar edildikdən sonra, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxar ılmaması üçün iddiaçı 13 sentyabr 2019-cu il tarixdə yazılı ərizə ilə işəgötürənə müraciət edərək öz xahişi ilə işdən çıxarılmasını xahiş etmişdir. İstintaq orqanının 09 iyun 2020-ci il tarixli Qərarı ilə cavabdehin “Gəncə” filialının sabiq vəzifəli şəxslərinin əməllərində aşkar edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işinin başlanması və sonda İddiaçı qarşı həmin maddə üzrə ittiham irəli sürülməsi də qeyd olunan halı təsdiq edir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmamasını yoxlamadan, apelyasiya instansiyası məhkəməsinin Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsini hazırki əmək mübahisəsinə tətbiq etməsi ilə də razılaşmır. Belə ki, həmin maddənin mənasına görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla əmək müqaviləsi həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla o, vaxt ləğv edilə bilər ki, müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmiş olsun və işçi həmkarlar ittifaqının üzvü olsun. Hazırki halda işdə, qeyd olunan halları təsdiq edən heç bir mötəbər yazılı sübut olmadığı halda, apelyasiya instansiyası məhkəməsi sözügedən normaya istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “xxxx” BOKT QSC-nin kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-4696/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar