Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2186/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)616/2024 nömrəli qətnaməsindən id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binanın 29 nəfərdən ibarət sahə mülkiyyətçilərinin 01 oktyabr 2021-ci il tarixli qərarının, həmçinin "xxxx" MMMC-nin təsis yığıncağının 03 noyabr 2021-ci il tarixli qərarının etibarsız hesab edilməsi, MMMC-nin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılm ış 11 fevral 2022-ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsi, eləcə də MMMC-nin 15 sentyabr 2022-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi və qanunvericiliyin tələblərinə riayət edilməklə MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(004)3192/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)-616/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və A.N.İmanovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal R ayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(004)-3192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
4. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)-616/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İş kassasiya məhkəməsinin icraatında olduğu zaman iddiaçı nümayəndəsi, vəkil Nümayəndə vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8- 1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
7. Cavabdeh MMMC kassasiya şikayətinə qarşı etiraz versə də, iddiaçının iddiadan imtina ərizəsinə qarşı etiraz verməmişdir. Kassasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyn i tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina etdiyindən, onun iddiadan imtinası səlahiyyətli şəxs tərəfindən imzalandığından, həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxsl ərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-cü il i tarixli, 2(103)-616/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)-616/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına i ddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.