Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2187/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, müqavilə üzrə öhdəliyin icrası, qətnamənin əsaslı olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)846/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilə ilə İddiaçı Bakı filialı Cavabdeh övladı X3 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 5.1-ci maddəsinə əsasən, 1 tədris ili üçün təhsil haqqı 7500 manat təşkil edir, ilkin ödəniş 2250 manat təşkil edir, qalan məbləğ 2019cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına kimi hər ay 1050 manat olmaqla ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə müqavi lə üzrə 2400 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5% olmaqla 8796 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilən 123,59 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11319,59 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. İddiaçı həmin müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 2400 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanan dəbbə pulunu ödənilməsini xah iş etmişlər. Lakin, xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanan dəbbə pulu ödənilməmiş qalmışdır. Müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öhdəsinə götürür. Cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmiş, heç bir dəbbə pulu hesablanmamışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)2555/2022 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixdə yazılı müqavilə bağlanmışdır. Lakin 2019-cu ildən başlayaraq uzun müddət davam edən pandemiya dönəmində iddiaçı müqavilə ilə üzərinə götürdüyü ö hdəliklərə əməl etməmiş, pandemiya ilə əlaqədar əyani dərsləri davam etdirə bilməmiş, müqavilənin 3-cü bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə bütün ölkədə əyani dərslərin keçirilməsi dayandırılmış, distant tədris tətbiq olunmuşdur.
6. Bununla yanaşı, özəl təhsil müəssisələri, hazırkı halda iddiaçı şagirdlərlə bağlanmış müqavilələrin pandemiya dövrünə uyğunlaşdırılması, şagirdlərin distant təhsillə həmin tədris müəssisəsində təhsil almağa davam edib-etməməsi ilə bağlı onlara təklif göndərməli, müqavilənin mühüm şərtlərinin dəyişdirilməsinə nail olmalı idi. Lakin, iddiaçı müqavilədə hər-hansı bir dəyişikliyə cəhd etmədən, birtərəfli qaydada distant təhsilə keçmiş (bu dərslərin faktiki olaraq keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş) və cavabdehin övladı X2 distant dərslərdə iştirak edib-etməməsini araşdırmadan cavabdehdən 2400 manat təhsil haqqı, eləcə də tədris haqqının gecikdirilməsi ilə əlaqədar əsas məbləğdən təqribən 4 dəfəyə yaxın çox məbləğdə - 8796 manat cərimə tələb etmişdir.
7. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır. Belə ki, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməmiş, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmamış, sadəcə təhsil haqqının və gecikmə məbləğinin ödənilməsini tələb etmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 422.1, 425.1, 425.2-ci, Mülki Prosessual Məcəlləni n 14.2, 88, 106.1, 217.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)-2555/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə distant təhsil dövrü ərzində şagirdin dərsdə iştirak etməməsi halını təhsil haqqını ödəməmək üçün səbəb hesab edərək, müqaviləni yanlış və məhdud şərh etmişdir. Belə ki, müqavilənin 5.5-ci bəndinə nəzərdə tutulur ki, “hansı səbəbdən baş verməsindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir”. Cavabdeh müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Liseyə müraciət etməmişdir. Belə olan halda, Lisey dərsləri bütün ölkə ərazisində olduğu kimi onlayn qaydada davam etdirmişdir. Cavabdehin təhsilin onlayn şəkildə həyata keçirilməsinə hər hansı bir narazılığı və yaxud etirazı olmamış, bu müddət ərzində şagird dərslərdə iştirak etmiş, lisey tərəfindən təşkil olunan xidmətlərdən istifadə etmişdir. Müqavilənin 6.1-ci maddəsinə əsasən valideyn liseyi 1 ay qabaqcadan yazılı xəbərdar etməklə müqaviləyə istənilən an xitam vermək hüququna malikdir. Lakin tədris prosesinin onlayn formada təşkil edildiyi dövr ərzində cavabdeh bununla bağlı Liseyə heç bir rəsmi müraciət etməmişdir. 2400 manat məbləğində olan borc təkcə təhsilin distant formada təşkil edildiyi mart-iyu n ayları aralığını yox, həmçinin təhsilin əyani formada təşkil olunduğu, cavabdehin bütün xidmətlərdən tam şəkildə istifadə etdiyi müddətə də aiddir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-846/2023 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)2555/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti ilə razılaşaraq və hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi hallarla bağlı sübutları təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-846/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 399.1, 399.4, 404, 421, 422, 425-ci, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinin tələbləri, məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi distant təhsil dövrü ərzində şagirdin dərsdə iştirak etməməsi halını təhsil haqqını ödəməmək üçün səbəb hesab edərək, müqaviləni yanlış və məhdud şərh etmişdir. Belə ki, müqavilənin 5.5-ci bəndinə nəzərdə tutulur ki, “hansı səbəbdən baş verməsindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir”. Müqavilə üzrə şagirdin dərsdə iştirak etməsi öhdəliyi valideynin vəzifələrinə daxildir. Cavabdeh ödəniş etməyərək öhdəliklərindən boyun qaçırmış və müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Tələb olunan borc təkcə 3 aylı müddətdə göstərilən xidmətlərə görə yox, bütün təhsil ili üçün yaranmışdır. Ali Məhkəmənin bir sıra qərarlarında uşağın onlayn təhsil almaması halında cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyinin pozulması kimi qiymətləndirilməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə ya zılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulması na dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdıla r. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-cu maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-c i maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflə rin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmə miş, habelə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
23. Belə ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılması, sonradan isə təhsilin distant formasına keçirilməklə, Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən start verilmiş “Virtual məktəb” layihəsi çərçivəsində keçirilməsi hamıya bəlli olan hallardır.
24. Kassasiya kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini konkret olaraq maddi hüquq norması ilə əsaslandırmamışdır.
25. Belə ki, apellyasiya məhkəməsi bir tərəfdən göstərmişdir ki, iddiaçı pandem iya ilə əlaqədar şagirdlərlə bağlı bağlanmış müqavilələrin dəyişdirilməsinə cəhd etməmişdir. Yəni apellyasiya məhkəməsi Azərbaycan ərazisində COVİD-19 pandemiyasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (təhsil şəraitinin dəyişməsi) kimi qiymətləndirmiş (Mülki Məcəllənin 422-ci maddəsi), yeni şəraitə uyğun müqaviləni dəyişilməsi vəzifəsini iddiaçının üzərinə qoymuş, sonuncu belə təşəbbüslə çıxış etmədiyini əsas gətirməklə iddianı rədd etmişdir.
26. Lakin, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi (o cümlədən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) tərəflərin razılaşması ilə mümkündür. Bu zaman müqavilənin dəyişməsi və ya ləğv edi lməsi təşəbbüsü hər iki tərəfdən irəli gələ bilər.
27. Apellyasiya məhkəməsi iddiaçının müqavilənin dəyişilmiş şəraitə uyğun dəyişdirilməsi üçün təşəbbüs göstərməməsini iddianın rədd olunması üçün əsas kimi qeyd etsə də, yaranmış yeni şəraitin cavabdehin maraqlarına uyğun olmadığı halda, sonuncunun da belə təşəbbüslə müraciət etməməsini nəzərə almamışdır. O cümlədən müqavilənin qüvvədə olduğu 2020-ci ilin aprel-iyun aylarında cavabdehin iddiaçıya sonuncunun öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi ilə bağlı xəbərdarlıq etməsi, ya da ki, şəraitin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilənin ləğv etmək və dəyişdirmək niyyətində olmasına dair bildiriş verməsini məhkəmələr müəyyən etməmişlər. Halbuki, iddiaçının yeni şəraitə uyğun müqavilə üzrə öhdəliklərinin icra sına davam etdirdiyi halda, onun qarşı tərəfdən də vicdanlılıq tələb etdiyi tərzdə öhdəliklərin icrasını tələb etmək hüququ yaranmışdır.
28. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, pandemiya şəraitində müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən təhsilin distant formada keçirilməsinin tərəflər arasında bağlanmış müqavilənin ləğvi və cavabdehin öhdəliyin tam icrasından imtina üçün səbəb olması da apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Belə ki, Mülki Məcəllənin 422.1-ci maddəsində şəraitin hər hansı dəyişməsi deyil, əhəmiyyətli dəyişməsi müqavilənin ləğvi və ya dəyişməsi üçün əsas kimi göstərilmişdir.
29. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya məhkəməsi yuxarıdakılarla yanaşı, iddiaçı Liseyin dərsləri distant qaydada faktiki keçirməsinin sübu t olunmamasına, 19 iyun 2019-cu il tarixli müqavilənin 3-cü bəndində sadalanan, liseyin üzərinə götürdüyü öhdəliklərin pandemiya dövründə icra olunmamasına istinad etmişdir.
30. Yəni, əvvəlki mövqedən fərqli olaraq, məhkəmənin göstərdiyi bu əsaslar iddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. (Mülki Məcəllənin 421.2-ci maddəsi)
31. Ümumiyyətlə, məhkəmə kollegiyasının qənaətinə görə dərslərin distant qaydada faktiki keçirilməsinin sübut olunmamasına dair apellyasiya məhkəməsinin mövqeyi anlaşılmazdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında distant dərslərin keçirilməməsini iddia etməmişdir. Cavabdehin izahatında ifadə etdiyi etirazına görə, dərslər distant keçirildiyi üçün, o, iddiaçıya artıq ödənilmiş vəsaitin nəzərə alınmasını xahiş etmiş dir. (i.v. 54-55) Cavabdeh uşağına distant təhsil keçirilməməsini yalnız apellyasiya məhkəməsində verilən suala cavab olaraq bildirmişdir. (i.v. 93)
32. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə Liseyin tərəflər arasında imzalanmış müqavilənin şərtlərini yerinə yetirmədiyini göstərsə də, yalnız müqavilənin 3.1.4-3.1.8-ci bəndlərində olan aşağıdakı vəzifələri sadalamışdır: təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gigiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq; Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq; məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək; şagirdləri dərsliklərlə təmin etmək; zərurət olduqda şagi rdə ilkin tibbi yardım göstərmək.
33. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Liseyin, təhsil müəssisəsi kimi əsas vəzifələri müqavilənin 1.1, 3.1.1-3.1.3-cü bəndlərində sadalanmışdır: şagirdə yüksək keyfiyyətli təhsil xidməti göstərmək; bu məqsədlə həm milli, həm də beynəlxalq təhsil standartlarına cavab verən maddi-texniki vasitələrə və yüksək ixtisaslı kadr potensialına, habelə təhsil xidmətləri göstərilməsinə dair lisenziyaya malik olmaq; müasir tədris metodikalarından istifadə etməklə, milliyyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq qısa müddətdə şagirdə Azərbaycan dilini, rus dilinin, ingilis dilini öyrətmək və bu dillərdə ona keyfiyyətli təhsil vermək; ev tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı şagirdə müəllimlər tərəfindən məktəbdə istiqamət, məsləhət və tö vsiyələr vermək.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan mövqeyi üzrə işin düzgün həlli üçün iddiaçı Liseyin cavabdehin övladının təhsil aldığı sinfində dərslərin Nazirlər Kabinetinin müvafiq qərarına əsasən distant formada keçirilib-keçirilməməsini, keçirildiyi halda cavabdehin övladının bu dərslərdə onlayn iştirak edib-etməməsini, etmədiyi halda isə bunun səbəbini araşdırmaqla, işin hallarına hüquqi qiymət verməli idi. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən müddətindən, səbəbin üzrlü olub-olmamasından, o cümlədən şagirdin xəstələnməsindən və bunlarla bağlı təqdim olunan hər hansı sənədlərdən asılı olmayaraq, şagirdin iştirak etmədiyi təhsil aylarının (günlərinin) haqqı hər bir halda ödənilməlidir.
35. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin övladının 2019-2020-ci təhsil ilinin nəticəsi olaraq iddiaçı Liseydə təhsil almasının nəzərə alınaraq, növbəti sinfə keçirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən natamam təhsil barədə sənədin verilməsi, başqa təhsil müəssisələrində təhsilinin davam etməsi də iddia üzrə nəticə gəlinməsi üçün əhəmiyyət kəsb edə bilər.
36. Məhkəmə kollegiyası razılaşır ki, müqavilədə göstərilən xidmətlərin bir qisminin yaranmış yeni şəraitdə iddiaçı tərəfindən icra edilməməsi müqavilənin qiymətinə təsir edə bilər.
37. Lakin qeyd olunmalıdır ki, iddiaçı bu halı nəzərə alaraq cavabdehə güzəşt tətbiq etmişdir. Cavabdeh ona daha yüksək məbləğdə, o cümlədən tələb həddində güzəşt tətbiq edilməli olmasını iddia edirsə, bunu əsaslandırmalı və müvafiq sübutlarda təsdiq etməli idi.
38. Apellyasiya məhkəməsi isə yalnız müqavilənin müvafiq bəndlərini sadalamaqla kifayətlənmiş, həmin bəndlərdə qeyd olunan, cavabdehin övladına göstərilməyən xidmətlərin dəyərini tərəflərin dəlilləri və təqdim etdiyi sübutlara əsasən müəyyən etməmiş və buna uyğun tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdir.
39. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh təhsil haqqını hissə-hissə, sonuncu ödəniş 2020-ci ilin yanvar ayında həyata keçirilməklə ödəməli idi. Yəni müqavilə şərtlərinə əsasən cavabdeh təhsil haqqını tam olaraq pandemiya başlanan tarixədək ödəməli olduğu halda, bu öhdəliyini icra etməmiş və sonradan pandemiyanı əsas gətirməklə, icrasından imtina etmişdir. Apellyasiya məhkəməsi isə cavabdehin öhdəliyini vaxtına icra etməməsini səbəbini araşdırmamış və işin bu halına da hüquqi qiymət verməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddi yyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
43. İşin yuxarıda q eyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
44. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
46. Əlavə olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddianı yuxarıda qeyd olunan əsaslarla tam olaraq rədd etdiyindən və iddia tələbinin dəbbə pulunun tutulması hissəsində ayrıca hüquqi qiymət vermədiyindən, kassasiya məhkəməsi də hazırki mərhələdə tələbin həmin hissəsinin əsaslılığına qiymət vermək səlahiyyətində deyil.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-846/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.