Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2188/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-902/2023 nömrəli 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il m üddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsini n başlanğıcı 18 oktyabr 2015ci il tarixdən hesablanması hökm edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 180.2.2, 180.2.5, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 180.2.2 və 180.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin e dilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin başlanğıcının 22 oktyabr 2015-ci il tarixdən hesabl anması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilməsi hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)X/2021 nöməli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı məhkumlar X6, X8, X2 və X4 müdafiəçisi-vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkumlar Cavabdeh1 və müdafiəçisi-vəkil Nümayəndə, Cavabdeh3 və müdafiəçisi-Vəkil3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, məhkumar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasını 08 fevral 2019- cu tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmişdir.
4. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 2009-cu ilin noyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin 3-cü idarənin 1-ci şöbəsinin əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2013-cü ilin avqust ayından həmin Baş idarənin 1-ci idarə 3-cü şöbəsinin rəisi, 2014-cü ilin dekabr ayından həmin Baş idarənin 2-ci idarə 3-cü şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş idarənin rəi si Cavabdeh1, həmin nazirliyin Səbail rayon idarəsinin rəis müavini, daha sonra Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində idarənin rəis müavini, idarə rəisi, Baş idarə rəisinin müavini vəzifələrində xidmət etmiş Cavabdeh2, həmin Baş idarədə müxtəlif vəzifələrdə xidmət etmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X8 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üst ünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar dəstə üzvləri arasında funksional bölgüyə əsasən, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tə ləblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 600.000 (altı yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyataxtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülüb faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə ümumilikdə 600.000 (altı yüz min) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azər baycan Respublikası Qanununun əməliyyataxtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxnömrəli sahibkar və ayrı -ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədə- qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə, eləcə də, xeyli miqdarda özgə əmlakını açıq talama, yəni soyğunçuluq edərək, MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaları sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəy ərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.613.117,54 manat (üç milyon altı yüz on üç min yüz on yeddi manat əlli dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.538.268 (bir milyon beş yüz otuz səkkiz min iki yüz altmış səkkiz) manat dəyərində əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi, və ya bilməli olduğu halda, xidməti vəzif əsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 196.685 (yüz doxsan altı min altı yüz səksən beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Digər Cavabdeh2 2008-ci ilin sentyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhl ükəsizlik Nazirliyinin Səbail rayon idarəsinin rəis müavini, 2010-cu ilin dekabr ayından həmin nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarənin 2-ci idarəsinin rəis müavini, 2011-ci ilin may ayından həmin Baş İdarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra edən, daha sonra rəisi vəzifələrində, 2015-ci ilin aprel ayından həmçinin Baş İdarə rəisinin müavini vəzifəsini icra edən vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş İdarənin rəisi Cavabdeh1, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X8, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 2-ci idarənin 3-cü şöbəsinin rəisi olmuş Cavabdeh3 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi q urumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyəti n və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 200.000 (iki yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi, 800.000 (səkkiz yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini digər şəxslərin tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsi nin kassasından götürülmüş həmin pulları toplayaraq faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə və etdirməklə ümumilikdə 1.000.000 (bir milyon) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar o lmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxnömrəli sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədə- qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsə dilə dələduzluq edərək, MTN- nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin, əmlaklarının əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.682.651,04 manat (ü ç milyon altı yüz səksən iki min altı yüz əlli bir manat dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.573.268 (bir milyon beş yüz yetmiş üç min iki yüz altımış səkkiz) manat dəyərində əmlaklarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 516.435 (beş yüz on altı min dörd yüz otuz beş) manat məbləğində nağd pul vəsai tlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.
5. Hökmə görə, cavabdehlərin törətdiyi cinayət əməlləri üzrə epizodlardan biri də İddiaçı 30000 manat pulunu hədə-qorxu ilə tələb edib almaqla törədilmiş cinayət əməli təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törətdikləri cinayət əməli nəticəsində qanunsuz olaraq ələ keçirilmiş 30.000 manat pulun, gec ikməyə görə illik 5% hesablanmaqla 6.000 manat faiz borcu, mənəvi zərərə görə 100.000 manat olmaqla, ümumilikdə 136.000 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın əsaslarına görə, təxminən 2014-cü ilin oktyabr ayında sözügedən cinayət işində digər zərərçəkmiş şəxs XXXla birlikdə cavabdehlər tərəfindən hədə-qorxu təsiri altında, narkotiklə həbs ediləcəyi hədəsi ilə pul tələb edilmişdir. O, qorxduğu üçun razılıq vermiş və Cavabdeh3lə zəngləşərək üç dəfə görüşmüş və hər görüş zamanı ona 10.000, ümumilikdə 30.000 manal pul vermişdir. Həmçinin, qeyd edilmiş hadisə onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması ilə nəticələnmişdir. Bu səbəbdən cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 100.000 manat ödənilməlidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi qismində 30.000 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq cavabdehlərin hər birindən ayrı-ayrılıqda 2.000 manat (ümumilikdə 4.000 manat) məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, qətnamənin lə ğv edilib, iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaya əsassız varlanma kimi qiymət versə də, tərəfindən hər hansı varlanma baş verməmişdir. Hökmlə müəyyən edilib ki, iddiaçı izahatında göstərmişdir ki, 30.000 manatı ikinci cavabdehə vermişdir. Hökmlə onun əmlakları barəsində xüsusi müsadirə tətbiq edilsə də, xüsusi müsadirə ilə ilk əvvəl zərərçəkmişlərə dəymiş ziyan ödənilməli olsa da, iddiaçı və məhkəmə xüsusi müsadirəyə əhəmiyyət verməmiş, zərəri həmin əmlak hesabına almaq üçün cəhd göstərməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-902/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndəro v və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi qismində 30.000 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə bu hissədə iddia tələbini təmin edərək 30000 manatın tutulması barədə düzgün qənaətə gəlmiş olsa da, əsassız varlanmaya aid normalara istinad etməklə maddi hüquq normasını səhv tətbiq etmişdir. Hazırda hər hansı əsassız varlanma halı baş verməmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdehlər tərəfindən iddiaçıya 30 000 manat maddi zərər vurulmuşdur. İddiaçı hazırda ona vurulmuş zərəri tələb etməkdə haqlı olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehlərin iddiaçıya 30000 manat miqdarında maddi ziyan vurması öz təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, zərərin xüsusi müsadirə olunmuş əmlaklar hesabına ödənilməsi barədə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehlərdən 30000 manat müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mənəvi zərər hissəsində isə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.”
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(093)-X/2018 nömrəli hökmü ilə Cavabdeh2 əmlakları barəsində xüsusi müsadirə tətbiq edilsə də və Cinayət Məcəlləsinin 99-3-cü maddəsinə əsasən tətbiq edilmiş xüsusi müsadirə ilə ilk əvvəl zərərçəkənlərə dəymiş ziyan ödənilməli olsa da, iddiaçı və ya məhkəmə xüsusi müsadirəyə əhəmiyyət verməmiş, zərəri həmin əmlak hesabına almaq üçün cəhd göstərməmişdir. Bununla bağlı işdə hər hansı sənəd yoxdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə müəyyən edilib ki, İddiaç ı izahatında göstərmişdir ki, 30.000 manat vəsaiti Cavabdeh3 vermişdir, izahatda pulun Cavabdeh2 verilməsi göstərilmir. Bu halda hansı varlanmadan söhbət gedə bilər və ya Cavabdeh2 hansı əsasla məsuliyyət daşımalıdır? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmı ş müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əl də edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nor malarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların poz ulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəy ə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələ n ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
24. Kassasiya şikayəti bir cavabdeh tərəfindən verildiyi və şikayətdə qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin cavabdehə aid hissədə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
28. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin iddiaçının zərəri müsadirə olunmuş əmlak hesabına almaq üçün cəhd göstərməməsi barədə ilk dəlili əsassızdır. Belə ki, əmələ cinayət-hüquqi müstəvidə qiymət verilməsi eyni əməllə vurulmuş zərərin mülkihüquqi məsuliyyətini aradan qaldırılmır və zərərin mülki mühakimə icraatı qaydasında əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
29. Şikayəti n Cavabdeh2 vurulmuş zərərə görə məsuliyyət daşımamasına dair dəlili də əsaslı deyil. Belə ki, Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli hökmü ilə bu hala hüquqi qiymət verilmişdir, sözügedən hökm hazırkı mübahisəyə baxılarkən Cavabdeh2 həmin hadisəyə aidiyyəti hissəsində preyudisial əhəmiyyətə malikdir.
30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9 02/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.