Məhkəmə qərarları › İş №2(102)-2188/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2188/2024

12.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2188/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1493/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinə əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən) vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə mexanik üzrə texnik vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildə vəzifəsinin adı texniki işlər üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4007 saylı müqaviləyə əsasən vəzifəsinin adı nəqletmə (Midtrim) əməliyyatları departamentində texniki xidmət üzrə texnik kimi dəyiş dirilmiş, xx.xx.2016-cı il tarixli, 4608 saylı əmək müqaviləsinə dəyişikliyə əsasən, həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı- sahə vəzifəsinə keçirilmişdir.

2. İşəgötürənin xx.xx.2022-ci il tarixli, 8663/EM/VO saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin altıncı bəndinə əsasən ştatların ixtisarı əsası ilə iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə mə hkəməyə müraciət etmişdir.

4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, gördüyü işin xüsusiyyətləri nəzərə alınaraq iş yeri işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri kateqoriyasına məxsus olmuşdur. Belə ki, tutduğu vəzifənin xüsusiyyətləri, həmçinin sağlamlığına vurulmuş zərərin xüsusiyyətləri nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində İİİ dərəcəli əlillik verilməklə pensiya təyin edilmişdir. İlk əvvəl işə başladığı dövrdə hər şey normal idi. Lakin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş ye rində çalışdığı üçün səhhətində nasazlıqlar yaranmağa başlamışdır. Artıq 2007-ci ildə keçirilən müayinələr zamanı səhhətində müəyyən nasazlıqların yarandığı hiss olunurdu. Bununla bağlı müəyyən tibbi sənədləri də mövcuddur. Bu nasazlıqlar sonda səhhətinin ciddi şəkildə pozulmasına və xx.xx.2010-cu il tarixində sol mədəciyin aşağı divarının kəskin miokard infarktı ilə nəticələnən xəstəliyinin yaranmasına gətirib çıxardı. Bununla bağlı xx.xx.2010-cu il tarixdə ürəyinin tac divarlarının stendlənməsi (3 stend) əməliyyatı həyata keçirilmişdir. Onun iş yeri şəhərdən 120 km (gedib/qayıtmaq) uzaqlıqda yerləşən Səngəçal terminalında olmuşdur. Ağır dərəcəli miokard infarkt keçirmiş bir insanın hər gün o məsafəni qət etməklə işə getməsi nə deməkdir? Gündə 3 saat vaxtın təkcə yola sərf edilməsi deməkd ir. Xəstə insana bu mənəvi iztirabdan başqa bir şey deyildir. Ən pisi isə odur ki, terminalda ümumiyyətlə həkim xidməti yox idi, yalnız feldşer olurdu. Bir anlıq təsəvvür edin ürəyinin təkrar infarkt keçirməsi halında terminalda həkimin olmaması səbəbindən o həyatını itirə bilərdi, çünki məsafə baxımından heç təcili yardım maşınının ora gəlməsi də mümkün deyildir. Məsələ orasındadır ki, həmin ərazidə heç təcili yardım xidməti də yoxdur. Səngəçal terminalında gördüyü işin xüsusiyyətlərinə uyğun olaraq daim xeyli məsafə qət etməli və sahədə qurğuları yoxlamalı, hündürlüklərə çıxmalı idi. Bütün bu hərəkətlilik ayaqlarının da sıradan çıxmasına gətirib çıxarmışdır. Belə ki, zərərli iş sahəsində çalışdığı üçün bütün bunlar səhhətinə çox ciddi təsir edirdi. Bununla bağlı “A GROUP” şirkəti tərəfin dən X6 müvafiq göndəriş verilmiş və orada ona sol diz oynağının medial meniskinin arxa buynuzunun 1-ci dərəcəli yırtığı. Sağı diz oynağının medial meniskinin arxa buynuzunun deqenerativ dəyişiklikləri (2-ci dərəcəli). Onurğanın L5-S1 inetrvertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası diaqnozu qoyulmuşdur. X8 tərəfindən təqdim edilən QN 095/10 xx.xx.2010-cu il tarixli arayışdan da görünür ki, ona yüngül fiziki işlə təmin olunmağı məsləhət görülmüşdür. X6 göndəriş verən cavabdehin işçilərini sığorta etdirdiyi “A Group” şirkəti olmuşdur. Həmin arayış cavabdehə təqdim olunması həmin dövrdən ötən müddət ərzində iş yeri dəyişdirilməmiş, daha yüngül fiziki işlər təmin olunmamışdır. Bütün bu halları davamlı olaraq hər il keçirilən işçinin müayinəsi zamanı yoxlamanı həyata keçirən həkimin diqqətinə çatdırsa da, heç bir nəticə vermirdi. Cavabdehin məhz hərəkətsizliyi nəticəsində sağlamlığı günü gündən pisləşməkdə davam etmiş və sonda xx.xx.2021-ci il tarixində açıq ürək əməliyyatı (aortakoronar şuntlama) olunmağına səbəb olmuşdur. Daha sonra o əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, əvvəlcə imtina edilsə də, sonradan Bakı İnzibati Məhkəməsinə müraciətindən sonra İİİ dərəcə əlillik dərəcəsi müəyyən edilməklə pensiya təyin edilmişdir. Cavabdeh tərəfin mediasiya prosesində iştirak edən nümayəndəsi X2 prosesdə şirkətin belə hal olduğu zaman “siyasətini” də açıqlamışdır. Onun dediyinə görə, şirkətin işçisinin daha yüngül işə keçirilməsi ilə bağlı həkim rəyi olduqda “dərhal bununla bağlı tədbir görülür”. Hətta onun vəzifəsinə uyğun daha yüngül iş olmadıqda belə yüngül iş yeri boşalana qədər işçinin işə çıxmadan əmək haqqı alması təmin olunur. Təbii ki, nümayəndə bu zaman təkidlə bildirirdi ki, işçinin yüngül işə keçirilməsi ilə bağlı bir dənə də olsun həkim rəyi olmayıb. Artıq onun diqqətinə özlərinin sığorta etdirdiyi A Group sığorta şirkəti tərəfindən verilən göndəriş əsasında müayinə olduğu X5 verilmiş yuxarıda adıçəkilən arayışı təqdim edir. Arayışdan da göründüyü kimi həkim göstərişlərinə əsasən yüngül işə keçirilməyi tövsiyə olunsa da, cavabdeh buna məhəl qoymamış və onu ağır şəraitli işdə işlətməyə davam etdirmişdir. Bunun nəticəsində sağlamlığına ciddi zərər vurulmuşdur. Səhhəti ilə bağlı təqdim etdiyi bülletenlər təsdiq edir ki, sağlamlığı po zulması ilə bağlı o davamlı olaraq stasionar və ambulator müalicələr almış, bu zaman əmək qabiliyyətli olmamışdır. Hətta məsələ o həddə çatmışdır ki, sonuncu dəfə o məcburi olaraq 1 (bir) il müddətində işə çıxa bilməmiş, bununla bağlı forma 27 sənədi də vardır. Bütün bunlar bir daha sübut edir ki, cavabdehin təqsiri ucbatından (hərəkətsizliyi) pozulmuş sağlamlığımı heç cür bərpa edə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, təqdim etdiyi bank çıxarışından da görünür ki, aylıq əmək haqqı 3516.84 manat təşkil edirdi. Əgər cavabdehin təqsiri ucbatından sağlamlığı pozulmasaydı və ya daha yüngül işə keçirilsəydi o əmək pensiyası yaşına çatana qədər işləyə bilərdi. Nəzərə alsaq ki, qanunvericiliklə kişilər üçün pensiya yaşı 65-dir və hazırda onun da 59 yaşı var. 2022ci ilin may ayında işdən çıx arılmağını nəzərə alaraq həmin vaxtı 58 yaşı var idi. Hesablama aparsa, 65 yaşı xx.xx.2029-cu ildə tamam olacaqdır. İşdən xx.xx.2022-ci ildən işdən çıxdığı vaxtdan xx.xx.2029-cu il tarixədək hesablama aparsa (hər ay əmək haqqının 3516.84 manat olduğunu nəzərə alaraq) 7 il x 12 ay+6 ay (31.05-09.12)x3516.84 manata = 316.515,60 manat əldə edə bilərdi. Cavabdehin məsuliyyətsizliyi, hərəkətsizliyi nəticəsində o bu qazancdan (gəlirlərindən) məhrum olunmuşdu. Əgər Cavabdeh əmək mühafizəsinə dair qanunvericiliyin tələblərinə əməl etmiş olsaydı, həkim məsləhətinə diqqət edilsə idi o bugünədək işdə qalıb işləyə, əmək haqqı alıb, ailəsini və özünü dolandıra bilərdi. Lakin cavabdehin təqsiri ucbatından o bu gün əlil olmaqla nəinki işləmək, eyni zamanda kənardan qulluğa ehtiyac duyur. Bundan əlavə büt ün bu müddət ərzində o müalicə məqsədilə daim həkim müayinələrində olmuş, müxtəlif ömürlük ona yazılan dərman vasitələri almış və bununla bağlı külli miqdarda vəsait xərcləmişdir. Həkim müayinələrində ambulator və stasionar müalicələrdə olmağı ilə bağlı sənədləri məhkəmə prosesi gedişində təqdim edəcəkdir. Sərf etdiyi vəsait külli miqdarda olsa da Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələbinə əsasən həmin vəsaitin son üç ildə aylıq 2000 manat tələb edilməsini ədalətli hesab edir. O səbəbdən həmin məbləğin ona dəymiş maddi ziyan kimi 72.000 manat (36 ay*2000=72.000 manat) ödənilməsini istəyir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(006)-3230/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddianın rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə iddiaçının pul tələbinin üç hissədən olmasını xüsusilə vurğulayaraq ilkin olaraq ona ödənilməsi nəzərdə tutan 316.515 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı 316.515 manatın onun cavabdehin təqsiri üzündən xəstələnməsi səbəbindən əmək münasibətlərinə tez xitam verilmiş və əmək pensiyasına vaxtından əvvəl çıxmasına əsaslanmışdır. O, hesab etmişdir ki, cavabdehin təqsiri üzündən sağlamlığı pozulmasaydı 65 yaşına kimi işləyər və nəticədə ümumilikdə əmək haqqı kimi 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat əmək haqqı alacağdı. Halbuki, iddiaçı həqiqətən 65 yaşına kimi cavabdehlə əmək münasibətlərini davam etdirəcəyini, cavabdehin onunla əvvəl bağlamış olduğu əmək müqaviləsində p ensiya yaşına kimi əmək müqaviləsinin müddətinin sonunun müəyyən edilməsi barədə hər hansı qeyd şərt müəyyən edilməmiş, ehtimala əsaslanmış və iddiaçı bunu sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

7. Məhkəmə iddianın digər hissəsi olan 72.000 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı sonuncu məbləği son üç illlik müddət nəzərə alınmaqla aylıq 2.000 manat olaraq hesablamış və bunun əsasında xəstəliyi ilə bağlı müvafiq dərman vasitələrinin alınması, həkim müayinə və müalicələrində olmasına əsaslanmışdır. Lakin iddiaçı cavabdehlə əmək münasibətlərində olduğu dövr ərzində iddiaçının tibbi sığortası mövcud olmuş və müvafiq qaydada yaralanmışdır. Əgər tam deyil, qismən yararlanmış olsa belə artıq bu hal iddiaçının öz risk dairəsinə düşməklə iddiasının əssasız olmasına gətirib çıxartmışdır. Bundan əlavə isə məhkəmə tibbi xərclərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublisı Qanunun müvafiq maddələrinə əsasən iddiaçı icbari qaydada tibbi xidmətlər zərfi çərçivəsındə ödənişsiz qaydada tibbi xidmətlərdən yararlanmaq hüququ da mövcud olmuşdur.

8. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd ediliyindən və iddiaçı digər qaydada mənəvi ziyan çəkməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri he sab etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1 və 76.1, 76.2, 77.1, 78.1, 88, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, “Tibbi Sığo rta Haqqında” Azərbaycan Respublikası Qanunun 15-2.1-ci maddəsinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmasında maraqlı olmamışdır və bununla bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Belə ki, iddiaçı öz ərizəsində cavabdehdə uzun müddət çalışdığını, bu müddət ərzində cavabdeh tərəfindən əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin kobud ş əkildə pozulduğunu və bunun nəticəsində öz sağlamlığını itirdiyini bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi işin mahiyyətinə varmadığı və ya bu halı görməzdən gəldiyi üçün nə əmək qanunvericiliyinin, nə də əməyin mühafizəsi sahəsində tələblərin, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununun bircə maddəsinə belə istinad etmədən qətnamə qəbul etmişdir. Bir tərəfdən əlilliyi dövlət tərəfindən müəyyən edilmiş İddiaçı, digər tərəfdən isə 111 milyard 347 milyon 40 min ABŞ dolları bazar kapitalizasiyası olan nəhəng bir şirkətdir. Məsələ burasındadır ki, iddiaçı tərəfindən işə aid olan və onda olan bütün sənədləri əmək kitabçası, şəxsin güzəştli şərtlərlə pensiya hüququ olan işdə çalışmasına dair arayışları, əmək haqqı kartından (hesabdan) çıxar ışı, BP Eksploreyşn (Caspian Si) şirkətinə dair çıxarış və saysız hesabsız tibbi arayışlar məhkəməyə təqdim edilmişdir. Bunun əksinə olaraq, işəgötürən olaraq cavabdeh iş üçün əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etmək imkanı olsa da, nəinki bunun etməmiş, hətta məhkəmənin iddiaçının vəkillərinin vəsatəti əsasında qəbul etdiyi № e-2(006)-3230/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına belə məhəl qoymamış və bununla da məhkəmə qərarlarına da saymazyana münasibətini açıqca nümayiş etdirmişdir. Belə ki, həmin qərardada əsasən, cavabdehdən İddiaçı BP Eksploreyşn (Kaspian Si) Limited şirkətində tutduğu vəzifənin xüsusiyyətləri nəzərə alınmaqla (çətin şəraitdə, açıq havada, küləkli və qeyrisabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 sa at istirahət, 12 saatlıq əmək şəraiti) yerinə yetirməsi) dövri olaraq sağlamlıqla bağlı müayinələrə cəlb olunub-olunmamasına dair məlumatların, əgər olunubsa buna dair sənədlərin (məlumatların), habelə işçinin sağlamlığı ilə bağlı əlavə sığorta olunub-olunmamasına dair məlumatların, sığorta olunubsa buna dair sənədlərin (müqavilə), habelə sığorta xətti ilə İddiaçı müayinələrə göndərilməsinə dair göndəriş vərəqələrinin, həmin müayinələr (həmçinin keçirilən tibbi əməliyyatlar) və onların nəticələri ilə bağlı sənədlərin (məlumatlar), işçinin səhhəti ilə bağlı işə çıxa bilmədiyi hallarda əmək qabiliyyətini müvəqqəti olaraq itirilməsinə dair işəgötürənə (BP Eksploteyşrn (Kaspian Si) Limited şirkətinə) təqdim etdiyi bülletenlərin surətlərinin götürülməsi qərara alınmışdır. Lakin cavabdehin bu sa ymazyana münasibəti qarşısında məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hər hansı tədbir görülməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə zalında ona verilən suala: tibbi rəyə əsasən İddiaçı işə yararsız olduğu dövrlərdə hansı tədbirlər görülüb? – Cavab verməmiş, susmuşdur. Digər verilən suala isə: tibbi rəyə əsasən, iddiaçı yalnız ofis işi üçün yararlı olduğu dövrlərdə onun ofisə keçiribmisinizmi? – cavab olaraq bildirmişdir ki, təmirçi çilingərin ofisdə nə işi vardır. İddiaçı 2016-cı il tarixində vəzifədə irəli çəkilməsi, daha yüngül işə keçmək kimi qələmə verən cavabdeh və məhkəmə nəzərə almamışdır ki, işçinin yalnız ofis şəraitində işləməsini nəzərdə tutan tibbi rəylərin bir qismi hətta 2010 və 2011-cı illərə (X7 xx.xx.2010-cu il tarixli arayış, Medi Club xx.xx.2010, xx.xx.201 1 və xx.xx.2011-ci il tarixli arayışlar) təsadüf edir. İddiaçı və eyni zamanda cavabdehin təqdim etdiyi tibbi rəylərə nəzər salsaq, X7 xx.xx.2010-cu il tarixli arayışda onun ümumiyyətlə işə yararsız olduğu, “Medi Club” tərəfindən verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışlarda isə həm iş üçün yararsız və/və ya məhdudiyyətlə yararlı, eyni zamanda yalnız ofis işinə yararlı olduğunun göstərildiyinin şahidi oluruq. Buna baxmayaraq, iddiaçı eyni vəzifədə saxlanılmış və həmin ağır şəraitdə işləməyə davam etməyə məcbur edilmişdir. Qeyd olunanlara, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 231-ci maddəsinin məsələ ilə bağlı imperativ normasının olmasına baxmayaraq, cavabdeh heç bir tədbir görməmiş və iddiaçını eyni vəzifədə, ağır şərai tdə işlətməyə məcbur etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə “sübut” kimi iddiaçının “daha yüngül” işə keçirilməsini “təsdiq edən” sənəd olaraq təqdim etdiyi xx.xx.2011-ci il tarixli əmək müqaviləsi də bu halı bir daha təsdiq edir. Belə ki, həmin müqavilədə eynilə iddiaçı xəstəlikdən sonra Mexanika üzrə texnik vəzifəsində saxlanılmışdır. Məsələ burasındadır ki, qeyd edilən əmək müqaviləsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır. Belə ki, həmin əmək müqaviləsi işçinin əmək kitabçasında ayrıca öz əksini tapmamışdır. Hesab etmişdir ki, həmin tarixdə işçinin əmək funksiyasında, eləcə də vəzifəsində hər hansı dəyişikliklər edilməsi onun əmək kitabçasında öz əksini tapmalı idi. Bununla da cavabdeh Əhalinin Sağlamlığı haqqında Azərbaycan Resp ublikasının tələblərini, eləcə də əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş və nəticədə həmin pozuntular iddiaçının səhhətinin geridönməz itirilməsinə əlil olmasına, bununla yanaşı maddi və mənəvi ziyana məruz qalmasına gətirib çıxarmışdır. Lakin bütün bunlara baxmayaraq, məhkəmə cavabdehin xeyrinə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı yalnız ofis işinə yararlı olduğu həkim rəyi tərəfindən müəyyən edilməsinə baxmayaraq, öz işini ofis şəraitində deyil, "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirməyə vadar edilmişdir. İddiaçı əlacsız qalaraq, bu barədə BP-nin İnsan resursları departamentinə mail g öndərərək sağlamlığının pozulduğunu, daha yüngül işə keçirilməsini xahiş etmişdir. Lakin həmin vaxt cavabdeh İddiaçı bu çağırışına belə məhəl qoymamışdır. O da xüsusilə vurğulanmalıdır ki, təbii olaraq iddiaçı həkim rəylərinin olmasına baxmayaraq özbaşına işini dəyişə bilməzdi. Bunun üçün ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin bununla bağlı təşəbbüsü olmalı və bununla bağlı müvafiq əmr verməli idi. Bu işdə yeganə çıxış yolu öz xahişi ilə işdən çıxmaq görünürdü ki, buna da iddiaçının ailəsinin maddi durumu imkan vermirdi. Çünki iddiaçı cavabdehdən maddi cəhətdən tam asılı idi və cavabdeh bu vəziyyətdən məharətlə istifadə etmişdir. Əslində, iddiaçının başqa işə keçirilməsinə dair həkim rəyinin olmasına baxmayaraq cavabdeh tərəfdən bunun edilməməsi, bir növ iddiaçı nın “köləlik vəziyyətində” olmasını göstərmişdir. Çünki iddiaçıya hər hansı bir seçim hüququ verilməmişdir, ya o, sağlamlığının pozulmasına baxmayaraq əvvəlki ağır iş yerində işləyib öz funksiyalarını çətinliklə də olsa, yerinə yetirməli idi, ya da ki, onu işdən çıxarılma cəzası gözləyirdi. Hesab etmişdir ki, əgər iddiaçı tibbi rəyə uyğun olaraq onun üçün zəruri olan daimi və ya müvəqqəti (dörd aydan çox müddətə) başqa işə keçməkdən imtina etsəydi və ya cavabdeh müvafiq işi olmadıqda əmək müqaviləsinə xitam verilsəydi, bu hal işçinin sağlamlığının qorunmasına yönəlmiş addım olaraq qiymətləndirilərdi. Lakin cavabdeh, nəinki, onu başqa eyni səviyyəli işə, hətta başqa daha aşağı vəzifəli işə keçirilməklə bağlı hər-hansı təklif belə etməmişdir. Məhkəmənin bu fikri ilə də qətiyyən razılaşmayara q bildiririk ki, iddiaçı BP şirkətində işlədiyi dövrdə səhhətində yaranan problemlərlə bağlı sığorta xidmətinə üz tutsa belə, hazırda BP-nin sığortasında istifadə edə bilmir. Həmin sığorta ömürlük istifadəni nəzərdə tutmamışdır. Bir halda ki, iddiaçının səhhəti cavabdehin təqsiri ucbatından, vaxtında həkim rəylərinə əsasən iddiaçını daha yüngün başqa işə keçirməməsi səbindən pisləşmişdir, o halda hazırkı dövrdə sual meydana çıxır nə üçün bu gün iddiaçı öz pensiyasını pozulmuş sağlamlığının müalicəsi üçün dava dərmana sərf etməlidir. Üçüncü tələbə gəldikdə isə, məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd ediliyindən və iddiaçı digər qaydada mənəvi ziyan çəkməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə iş üzrə maddi ziyanın ödənilməsi ilə bağlı hissəni araşdırmadan, təqdim edilən sənədləri tədqiq etmədən, sübutlara düzgün hüquqi qiymət vermədən, cavabdehin etirafedici izahatlarını nəzərə almadan münasibət bildirdiyindən mənəvi zərərlə bağlı hissəyə də eyni prizmadan yanaşması göz qabağındadır. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilən qətnamənin nəticəsi işin faktiki halları uyğun deyildir. Məhkəmə dərin araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən belə bir ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. İşin hallarından da görünür ki, işdə olan müxtəlif tibb müəssisələrindən alınmış rəylərə BP şirkəti tərəfindən məhəl qoyulmamış, iddiaçı həmin tibbi rəylər də göstəriş kimi qeyd edilən ofis şəraitindəki hər hansı işə keçirilməmişdir. İddiaçı məhkəmə prosesində çalışdığı yerdə əməyin mühafizəsi yalnız formal təşkil olunduğunu, cavabdehin “Səngəçal” terminalında minlərlə işçinin çalışdığı yerdə bir dənə də olsun həkim olmadığını, yalnız feldşerin fəaliyyət göstərdiyini bildirmiş olsa da, cavabdeh bir dəfə də olsun bu inkar və ya təkzib edən məlumatları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı BP şirkətində müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsinə əsasən işləmiş, eyni zamanda bu müddət iddiaçının peşəkarlıq səviyyəsinin yüksək olması səbəbindən düz 17 il, iddiaçının tam olaraq əlil olması dövrünədək davam etmişdir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmənin “sübutların tələb edilməsi”nə dair xx.xx.2023-cü il tarixli № e2(006)-3230/2023 saylı qərardadının icrası hərəkətsiz qalmışdır. Belə ki, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi həmin qərardadla məhkəmə tərəfindən tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Tələb edilən sənədlər hazırkı apellyasiya şikayətinin 5-ci bəndində ətraflı şəkildə göstərilmişdir. Azərbaycan Respublikasının adından çıxarılmış qərardad olmasına baxmayaraq cavabdeh həmin qərardadı icra etməmiş və bununla da məhkəmə araşdırmasına maneəçilik törətmişdir. Məhkəmə də öz növbəsində cavabdehin bu saymazyana münasibətinə reaksiya verməmişdir. Qeyd edilməlidir ki, hazırkı mübahisə əmək münasibətlərindən qaynaqlandığından əksər sənədlər cavabdehin sərəncamında olmuşdur. Eyni zamanda o hal da qeyd edilməlidir ki, məhkəməyə sübutların alınmasına dair vəsatət verərkən həmin sənədlərin vəkil sorğusu əsasında da verilməməsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehdən fərqli olaraq, iddiaçı işə aid olan və onun sərəncamındakı, iş üçün əhəmiyyət kəsb edən bütün sənədləri (əmək kitabçası, şəxsin güzəştli şərtlərlə pensiya hüququ olan işdə çalışmasına dair arayış, əmək haqqı kartından (hesabdan) çıxarış, BP Eksploreyşn (Caspian Si) şirkətinə dair çıxarış və xeyli sayda tibbi arayışlar) iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. İddia ərizəsində formalaşdırılmış tələblər təqdim edilən sənədlərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlara məhəl qoymadan cavabdehin yalnızca şifahi qeyd etdiyi mövqe yə uyğun olaraq qətnamə çıxarmışdır. Halbuki, iş üzrə cavabdeh məhkəməyə yazılı etiraz belə təqdim etməyi lüzum bilməmişdir. Belə ki, cavabdehdən bununla bağlı sənədlərin təqdim edilməsi istənilsə də, o məhkəməyə bir sənəd belə olsa təqdim edə bilməmişdir. Məhkəmənin iddiaçının hər üç tələbi ilə bağlı məsələyə yanaşma mövqeyi barədə hazırkı apellyasiya şikayətinin 5-ci bəndində (işin faktiki hallarında) ətraflı şəkildə məlumat verilmiş və münasibət bildirilmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Belə ki, işin hallarına uyğun olaraq mübahisə əmək münasibətlərindən irəli gəlsə də, qətnamədə bununla bağlı hər hansı bir müddəa yoxdur, işin faktiki hallarında n və cavabdehin nümayəndəsinin verdiyi izahatından da görünür ki, cavabdeh qanunvericiliyin imperativ tələbləri baxımından iddiaçının sağlamlığı pozulduqdan sonra onu başqa işə keçirməli olduğu halda bunu etməmiş və ya bunu etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməmiş və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslanmaqla qəbul etmişdir.

12. Cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkəti tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1493/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiy a şikayəti qismən təmin edilmiş edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə iddiaçının əsaslandığı faktlar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamaqla, işin müəyyən edilmiş faktiki halları hazırki mübahisə üzrə cavabdeh olan işəgötürənin iddiaçı qarşısında maddi məsuliyyətinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozitiv şərtləri ilə üzlaşmadığıdan iddia tələbi təmin edilə bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının məhz peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsini təsdiq edən heç bir sənəd iş materiallarında mövcud deyildir. Ha lbuki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1.2-ci maddəsinə görə sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı əsasında müəyyən edilir. Belə bir qərar iş materiallarında yoxdur.

16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsiri nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirdiyini bildirsə də, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 3-17-4/2-14172/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı əlillik səbəbi “Ümumi xəstəlik” kimi qeyd olunmuşdur. Beləliklə, iddiaçının sübut edilməli olduğu hal-ziyanın cavabdehin hərəkətsizliyi (hərəkəti) nəticəsində vurulması heç bir sənədlə təsdiq edilmir.

17. Apellyasiya məhkəməsi iddiaçının 450000 manat mənəvi zərərlə bağlı tələbi üzrə qeyd etmişdir ki, zərərin cavabdehin qanunsuz hərəkətsizliyi (hərəkəti) nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də, əsassız hesab olunmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, işçilərin həyat və sağlamlığının qorunması cavabdeh üçün prioritet olan məsələlərdən biridir. Belə ki, iş materiallarında olan tibbi sənədlərə əsasən, cav abdeh öz hesabına ildə bir dəfə iddiaçını dövri tibbi müayinədən keçirmişdir. Bundan əlavə, iddiaçının xəstəliyindən sonra cavabdeh öz hesabına onu tibbi müayinələrə göndərmişdir ki, iddiaçının işə yararlı olub-olmadığı müəyyən edilsin. Bütün bunlar iş materiallarında olan iddiaçının illik dövrü tibbi müayinə arayışları və xəstəlikdən sonrakı vəziyyətə dair tibbi arayışlarla sübut olunur.

19. Məhkəmə göstərmişdir ki, xx.xx.2010, xx.xx.2011 və xx.xx.2011-ci il tarixli tibbi arayışlardan görünür ki, həkim tərəfindən həmin tarixlərdə iddiaçının yalnız ofis şəraitində işə yararlı olması müəyyən edilmişdir. Lakin artıq 11 noyabr 2011-ci il tarixdə verilmiş arayışda isə iddiaçının işə tam yararlı olması göstərilir. xx.xx.2010-xx.xx.2011-ci illərdə, yəni iddiaçının ofis şəraitində işə yararlı o lduğu müddətlərdə o ofis şəraitində işlərin görülməsinə cəlb edilmişdir. Belə ki, Səngəçəl Terminalında sahədə işlər ilə yanaşı, ofis işləri də mövcuddur ki, iddiaçıya da ofis şəraitində işə yararlı olduğu dövrdə həmin kateqoriyadan olan işlərin görülməsi tapşırılmışdır. Bu hal birinci instansiya məhkəməsində işə baxılması zamanı təsdiq olunmuşdur. Belə ki, bu halı iş materiallarında olan iddiaçı ilə cavabdehin əməkdaşı Əlizadə Nəzrin arasında olan 23 may 2011-ci il tarixli elektron poçt yazışması təsdiq edir (İ cild i/v 176177). Bu yazışmadan görünür ki, Əlizadə Nəzrin iddiaçıya “siz mexanika üzrə texnikin adətən yerinə yetirdiyi vəzifələri deyil, müvəqqəti olaraq kompyüterdə müəyyən işləri görürsünüz” deyə bildirmişdir. Buradan görünür ki, iddiaçıya yüngül işin yerinə yetirilməsi tapşırı lıb. Bundan əlavə, Əlizadə Nəzrin həmçinin 2011-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulan növbəti tibbi müayinəyə qədər iddiaçının Səngəçal Terminalına gəlməməyini bildirir. Buradan da görünür ki, iddiaçıya Səngəçal Terminalına işə gəlməməyi bildirilir. Həqiqətən də, iş materiallarında olan Mediclub tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 17 noyabr 2011ci ildə tibbi müayindən keçmiş və işə tam yararlı olması müəyyən edilmişdir. Əlavə olaraq Əlizadə Nəzrin qeyd edir ki, həmin tarixədək iddiaçının iş qrafiki növbəli iş rejimindən həftədə 40 saatlıq iş rejiminə keçilir və ona hansı ofisdən əmək funksiyalarının yerinə yetiriləcəyi barədə məlumat veriləcəkdir. Həqiqətən də, əlavə edilən əmək müqaviləsindən görünür ki, 01 iyun 2011-ci İl tarixdən etibarən cavabdeh iddiaçını 40 sa atlıq iş rejiminə keçirmişdir (İ cild, i/v 224-225). Nəhayət, Nəzrin Əlizadə iddiaçıya tövsiyə etmişdir ki, iddiaçı şirkət daxili TAS sistemində boş iş yerlərinə nəzər yetirsin və özünə uyğun hesab etdiyi boş iş yeri üçün müraciət etsin.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 231-ci maddəsinin tələbləri pozulmamışdır.

21. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin 22.1, 191.1, 192.2, 195, 224.1 və 224. 2ci maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 52.2, 77.1, 88, 217.4, 385.1.1 və 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsi və iddiaçının iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulan mənəvi zərəri düzgün qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qətnamənin 61, 62, 63-cü bəndlərdə istehsalatda yaranmış peşə xəstəliyindən bəhs edərək ətraflı araşdırma aparılması imici yaratmağa çalışmış və bununla da iddia tələbindən kənara çıxaraq aid olmayan məsələyə münasibət də bildirməkdən çəkinməmişdir. Bütün bunlar məhkəmənin guya ədalətli və hərtərəfli araşdırma niyyətinin olduğunu nümayiş etdirmək istəyi ndən irəli gəlməkdədir. Halbuki, təkcə iddiaçının verdiyi dəlillərə baxmaq kifayət edərdi ki, iddianın tam əsaslı olduğu görülsün.

24. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya şikayətinə cavabdeh tərəfindən verilən etiraz prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra verilsə də, apellyasiya məhkəməsi etirazla bağlı müddətin ötürülməsinə əhəmiyyət vermədən şikayətə etirazı qəbul etmiş və öz qətnaməsində ona münasibət bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 191.1-ci hissə.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

27. Maddə 191. 1-ci hissə.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

28. Maddə 22. 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar e dildiyi andan başlayır.

29. Maddə 191. 2-ci hissə.Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

30. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

31. Maddə 224. 1-ci hissə.1. Əmək müqaviləsinin bağlanması şərtləri bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır.

32. Maddə 231.Səhhətinə görə daha yüngül işdə işləmə yə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində, apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcə llənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-1493/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar