Məhkəmə qərarları › İş №2(102)-2188/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2188/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2188/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1439/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən evin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, bu binada söküntüsü nəzərdə tutulmuş 4 otaqlı, 127 kv.m evin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə mübahisəli evi söküntü üçün MMC-yə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaç ılar (hazırkı iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 cavabdeh (hazırkı iş üzrə cavabdeh) Cavabdeh və cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pulun ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. İddiaçı1 apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan mənzilin sökülməsi müqabilində "xxxx" MMC tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan 2 ədəd təmirli mənzilin açıq hərracda satılması və satışdan əldə olunan 320.000 manat pul vəsaitinin 106.666 manatının İddiaçı1, 106.666 manatının İddiaçı2, dövlət rüsumunun ödənilməsinə görə 504 manat, ümumilikdə 213.836 manat məbləğində pul vəsaitinin onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş еtmişlər.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 İddiaçı1 övladı, cavabdeh isə sonuncunun qardaşıdır. İddia ərizəsində qeyd edilən ev özbaşına tikilidir. Həmin ev İddiaçı1 və cavabdehin atası X1 tərəfindən 90-cı illərin əvvəllərində alınmışdır ki, İddiaçı1 yaşadığı Qəbələ şəhərindən Bakı şəhərinə gəlib, ali təhsil alarkən kirayədə və yaxud yataqxanada yaşamasın. Həmin ev İddiaçı1 dayısı X4 adına alınmışdır. Həmin vaxtdan da İddiaçı1 bacısı İradə və cavabdeh həmin evdə yaşayaraq ali təhsil almışlar. Daha sonra evin “Texniki pasportu” cavabdehin adına də yişdirilmiş və o həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə cavabdeh ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. xx.xx.2002-ci il tarixdə İddiaçı1 qızı, digər İddiaçı2 mənzilə qeydiyyata alınmışdır. 1996-cı ildə isə İddiaçı1 valideynləri Bakı şəhərinə gələrək onlarla birgə yaşamağa başlamışlar. İddiaçı1 atası xx.xx.2001-ci il tarixdə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası cavabdehin başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Ev təxminən 2003-2004-cü ildən kirayəyə verilmiş və kirayə pulu tərəflər arasında bölünmüşdür. İddiaçılar evin sökülməsini 2021-ci ilin ortalarında öyrənmişdir. "xxxx" MMC ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən evin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, bu binada söküntüsü nəzərdə tutulmuş 4 otaqlı, 127 kv.m evin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili cavabdehin sahibliyinə verməyi, cavabdeh isə mübahisəli evi söküntü üçün MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilələrdə həmçinin yaşayış binasının tikintisi başa çatanadək cavabdehə müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi razılaşdırılmışdır. Həmin müqavilələrin 2.1.1-ci bəndinin tələbinə görə, söküntüsü nəzərdə tutulan evin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə evdə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Müqavilələrdə cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, evdə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan evə dair MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o daşıyır. Lakin müqavilələr bağlanarkən cavabdeh iddiaçıların razı olmadıqlarını bildiyi halda MMC-yə düzgün məlumat verməmiş, mənzildə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı1 müraciətindən sonra iddiaçıların evdə qeydiyyatd a olmalarından MMC məlumat tutmuş və cavabdehə müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsini təklif etmişdir. Lakin cavabdeh həmin təklifə əməl etməmişdir. Hazırda evdə qeydiyyatda olmalarına baxmayaraq, iddiaçılar ailə üzvləri ilə birlikdə kirayədə yaşayırlar. İddiaçı1 əri X5 ilə aralarında olan nikah pozulduqdan sonra, o uşaqları ilə faktiki olaraq ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. Mübahisəli ev İddiaçı1 yeganə qeydiyyatda olduğu ünvandır. Sökülmüş ev yalnız qeydiyyat əsasında hüquqi əsas olmadan (pasport qeydiyyatına alınma yolu ilə) əldə edilmişdir. “Texniki pasport” texniki xarakterli sənəd olmaqla mülkiyyət hüququnu təsdiq etmir və yalnız evin param etrik xüsusiyyətlərini özündə əks etdirir. Cavabdeh evin mülkiyyətçisi deyil və iddiaçılar evdə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Cavabdehin evə münasibətdə iddiaçılardan hər hansı bir hüquqi üstünlüyü yoxdur. Sökülmüş evin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzil açıq hərracda satılmalı və ümumi pul məbləği iddiaçılar və cavabdeh arasında hər birinin payı 1/3 hissədə nəzərə alınmaqla bölünməlidir. İddiaçı hesab edir ki, tikiləcək yeni mənzillər təmirli olduğundan 1 kv.m-nin hazırkı mövcud bazar qiymətlərinə əsasən 2.000 manat olmalıdır. Bu hesabla mənzillərin ümumi dəyəri 320.000 manat təşkil edir. Mənzillərin satışından əldə olunmuş məbləğlərin ədalətli şəkildə bölüşdürülməsi təmin edilməlidir, iddiaçıların və cavabdehin hər birinə 1/3 hissə, yəni 106.666 manat verilməlidir.

5. Cavabdeh X2 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli evin icarədarı cavabdeh olmuşdur. Ev özbaşına tikilmiş, cavabdeh orada tək yaşamış və texniki pasport onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 721 saylı sərəncamı ilə cavabdeh həmin evə qeydiyyata alınmışdır. İddiaçı1 1992-1995-ci illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamış, 1997-ci ildə Şükür Bayramovla nikaha daxil olmuş və mübahisəli evdən çıxaraq ər evinə köçmüşdür. Daha sonra həmin evdə yaşamamışdır. İddiaçı1 ailə qurduğu vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd etdiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 38- ci mənzilində yaşayır. İddiaçı1 qızı - iş üzrə digər İddiaçı2 isə mübahisəli evdə yaşamamış, lakin evin 2017-ci ildə qeydiyyata alındığı ehtimal olunur. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. Göründüyü kimi, iddiaçıların mübahisəli evdən istifadə hüquqları yoxdur. Bu səbəbdən onlar bu tələb üzrə subyektiv hüquqa malik deyillər. Bundan başqa, daha əvvəl iddiaçılar cavabdehə və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnamə ilə həmin iddianın rədd edilməsini qət etmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları onunla əsaslandırılmışdır ki, mübahisəli tikilinin özbaşına inşa edildiyi əsas gətirilmişdir, iddiaçıların həmin özbaşına tikili olan evə pasport qeydiyyatında olmaları onlar üçün mülkiyyət və istifadə hüquqlarının yaranması üçün əsas ola bilməz, cavabdeh ilə MMC arasında müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, həmin müqavilə ilə hər hansı şəxsin hüquqları pozulmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, sökülən ev özbaşına tikili olduğu üçün tərəflər arasında alqı-satqı müqaviləsi deyil, əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Cavabdehə əvəzləşdirmə müqavilələri əsasında verilmiş mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də, həmin m ənzillər hərracda satıla bilməz.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3792-9/3872 saylı ekspert rəyinin tədqiqat hissəsində qeyd olunanlara əsaslanaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsinə yaxın ərazidə yerləşən 2 otaqlı mənzilin hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 228.500 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri isə 150 manat olaraq göstərilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1841/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş 505 (beş yüz beş) manat dövlət rüsumu iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatına gör ə 150 (yüz əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir (hakim V. Mehdiyeva).

8. Məhkəmə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi pul tələbidir. Pul tələbi isə özü müxtəlif əsaslardan - borc, əsassız varlanma, zərərvurma və s. yarana bilər. İddiaçının pul tələbinin əsasını müəyyən etmək bu səbəbdən qeyri-müəyyəndir ki, iddiaçının mübahisəli əmlaka dair iddia irəli sürmək baxımından subyektiv hüququnun olmaması daha əvvəlki məhkəmə qətnamələri ilə təsbit edilsə də, hazırda iddiaçı yenidən mübahisəli əmlakın dəyəri ilə bağlı olaraq pul tələbi ilə müraciət etmişdir. Hazırkı iddia üzrə ilk növbədə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Buna görə də, məhkəmə hər bir iddia üzrə əvvəlcə iddiaçının hüquqa malik olub-olmadığını, bu hüququn pozulub-pozulmadığını və pozuntu varsa, cavabdehin onu törədib-törətmədiyini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsi araşdırılmadan verilən məhkəmə aktı hüquqi cəhətdən ziddiyyətli və əsassız sayılardı. Bu mənada məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını, bununla da subyektiv hüquqa malik olduqlarını göst ərə bilməmişlər. Daha əvvəl aparılmış məhkəmə araşdırmalarında iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarının olmaması müəyyən edildiyindən hazırda iddiaçıların faktiki yaşamayıb, özlərini yaşayış sahələri ilə təmin etmədikləri həmin əmlaka qeydiyyatının olması hər hansı hüquqi nəticə yaratmadığından hazırda iddiaçıların cavabdehlə bərabər hüquqlu şəxs olaraq mübahisəli əmlakın sökülməsi ilə əlaqədar verilən yeni mənzillərin dəyərinin aralarında bərabər payları bölüşdürülməsini tələb etmələri əsassızdır. İddiaçıların tələbi, onu əsaslandıran maddi hüquq normalarının dispozisiya şərtləri ilə uyğun gəlmədiyindən cavabdehin iddiaçılar qarşısında belə bir öhdəliyi müəyyən edilmir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz.

9. Məhkəmə mövqeyini Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M. Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 1091.1, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin davamlı olaraq istinad olunan xüsusat texniki pasport ilə bağlıdır. Belə ki, məhkəmələr tərəfindən yüksək hüquqi əhəmiyyətə malik sənəd kimi nəzərə alınan həmin texniki pasport əslində texniki xarakterli sənəd olmaqla birlikdə, yalnız evin texniki göstəriciləri özündə əks etdirməkdədir. Belə olan təqdirdə Cavabdeh həmin mənzilə münasibətdə ondan hər hansı bir hüquqi üstünlüy ü olması qəbul edilə bilməz. Həmin texniki pasport heç bir mülkiyyət hüququnu təsdiq etmir. Bildirmişdir ki, nümayəndəliyini həyata keçirdiyi şəxs Cavabdehla həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdir şəxslərdirlər. Tələblər birbiri ilə tamamilə fərqlidir və hər biri üçün iddia vermək üçün zəruri tələb olan subyektiv hüquqlar fərqlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət et mək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)-1439/2025 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir (hakimlər M. Məmmədov (sədrlik edən və məruzəçi), F. Talışınski və A. İmanov).

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni işin hallarına və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinadla əsaslandıraraq qeyd etmişdir ki, həmin mülki işə baxmış məhkəmələr qərara gəlmişlər ki, mübahisəli evin özbaşına tikilməsi və iddiaçıların bu evdə yalnız qeydiyyatda olmaları onların mülkiyyət və istifadə hüququ əldə etməsi üçün əsas ola bilməz. Cavabdeh ilə MMC arasında müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, həmin müqavilə ilə iddiaçıların hər hansı hüquqları pozulmamışdır. Göstərilənləri nəzərə almış məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranm ış mülki mübahisənin həlli nəticəsində rayon məhkəməsinin qətnaməsinin əsaslılığı və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə qeyd etmişdir ki, MPM-in 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların mübahisəli əmlak üzərində hüquqları yoxdur. İddiaçılar faktiki yaşamamış, özlərini yaşayış sahəsi ilə təmin etməmişlər, bu onların həmin ev üzərində hər hansı hüququnu yaratmır. Buna görə də, iddiaçılar cavabdehlə bərabər hüquqlara malik şəxs qismində mübahisəli əmlakın sökülməsi i lə əlaqədar verilən yeni mənzillərin dəyərinin cavabdehlə onların arasında bərabər payların bölüşdürülməsini tələb etmələri əsassızdır. İddiaçıların tələbi bu tələbi əsaslı edən maddi hüquq normalarının tələbləri ilə uyğun gəlmədiyindən, cavabdehin iddiaçılar qarşısında belə bir öhdəliyi mövcud deyil.

15. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 389.1, 1091.1, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 384, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin v ə ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı1 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, faktiki olaraq mənzildə yaşamaları qeyri-mümkündür. ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 127 m2 olan mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmamışdır. Həmin mənzil yalnız pasport qeydiyyatına əsasən istifadə olunmuşdur. Cavabdeh həmin mənzilin mülkiyyətçisi deyil və onlar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. X5 ilə aralarında olan nikah pozulduqdan sonra o, uşaqları ilə faktiki olaraq ünvan 4 ünvanda qeydiyyatsız yaşayırlar. Qeydiyyatda olduqları ünvan 5 ünvanda yerləşən mənzilin özbaşına tikili olması isə mübahisə olunmur. Qanunvericiliyin tələblərinə əsasən özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə aid sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq hüquqları yoxdur. Həmçinin, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin cavabdeh həmin mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirməmişdir. Yəni, həmin mənzil özbaşına tikili olduğundan cavabdehin onun üzərində mülkiyyət hüququ yaranmamışdır. Həm çinin, torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. İş materiallarından görünür ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

18. İş üzrə məhkəmələrin istinad etdiyi digər xüsusat isə texniki pasport ilə bağlıdır. Belə ki, məhkəmələr tərəfindən yüksək hüquqi əhəmiyyətə malik sənəd kimi nəzərə alınan həmin texniki pasport əslində texniki xarakterli sənəd olmaqla birlikdə, yalnız evin parametrik xüsusiyyətlərini özündə əks etdirməkdədir. Bu səbəbdən cavabdehin mənzilə münasibətdə hər hansı hüquqi üstünlüyü qəbul edilə bilməz. Həmin texniki pasport heç bir mülkiyyət hüququnu təsdiq etmir. Onlar Cavabdehla birlikdə həmin mənzildə qey diyyatda olduqlarına görə bərabər hüquqa malik şəxslərdir.

19. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən iddiaçıların iddia vermək üçün subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Bundan öncəki iddia müqavilənin etibarsızlığı, hazırkı iddia isə pul tələbinə dairdir. Yəni, məhkəmənin hazırkı iddianı təmin etməməklə hazırkı iddianı əvvəlki iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq rədd etməsi hüquqi baxımdan yolverilməzdir. Çünki tələblər tamamilə fərqlidir və hər biri ilə bağlı iddia vermək üçün zəruri tələb olunan subyektiv hüquqlar fərqlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldır mış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına əsasən çıxarılmalıdır. Eyni zamanda, məhkəmə icraatı zamanı qüvvədə olan prosessual hüquq normalarına da uyğun olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Halbuki açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qanunsuz bir qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətna məsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanı n) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçı1 kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyə n edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir

41. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1439/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar