Məhkəmə qərarları › İş №2(102)-2189/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2189/2022

24.05.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Vaqif oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2189/22 Açar sözlər: sökülmüş tikilinin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)4029/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı ilk iddia verərək, cavabdehin qanunsuz sökdüyü evin giriş qapısının qarşısında eni 1 metr, hündürlüyü 50 sm, uzunluğu 1,4 metr olan iki pilləli pilləkənin onun vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi; habelə cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 500 manat; mənəvi ziyanın kompensasiyası kimi 4.000 manat, cəmi 4.530 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, cavabdeh məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, sonuncuya ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinin giriş qapısının qarşısında istənilən tikinti işlərinin aparılmasının qadağan edilməsi; həmin ünvanda yerləşən fərdi yaşayış sahəsinin əlavə giriş qapısının sökülməsi; həmin hissənin daşla hörülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 1-ci dalan, 6 “C” saylı evin giriş qapısının qarşısında eni 1 metr, hündürlüyü 50 sm (25x25 olmaqla), uzunluğu 1.4 metr olan iki pilləli pilləkənin cavabdehin vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi və ilk iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 20 avqust 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən 6 “C” saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. O, mülkiyyətində olan sözügedən evin həyətyanı sahəsini təmir etdirmək üçün görüləcək işlərin eskiz layihəsini Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən təsdiq etdirməklə, layihəyə uyğun evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu 1,4 metr olan iki pilləli pilləkəni də təmir etdirib. Ona görə də ilk iddia qismən təmin edilməli, qalan hissədə ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar olmadığına görə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələrinin və digər maddi, prosessua l hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısının qar şısında sökülmüş iki pilləli pilləkənin bərpa edilməsi və iki pilləli pilləkənın ölçülərinin yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğunun 60 sm, hündürlüyünün 20 sm, eninin 80 sm, ikinci pilləkənın uzunluğunun 40 sm, hündürlüyünün 20 sm, eninin 50 sm müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 20 avqust 2016-cı il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünayadzadə küçəsi, 1-ci dalan, 6 “C” saylı ev mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İddiaçı mülkiyyətində olan sözügedən evin həyətyanı sahəsini təmir etdirmək üçün görüləcək işlərin eskiz layihəsini Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin LayihəSmeta Bürosunda t əsdiq etdirməklə, layihəyə uyğun olaraq evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu 1,4 metr olan iki pilləli pilləkəni də təmir etdirib. Eskiz-layihəyə görə evin giriş qapısının qarşısında 40 sm hündürlükdə (hər biri 20 sm hündürlükdə) iki pilləkən olub. Fərdi yaşayış evinin Texniki Pasportuna görə həyətin bir giriş qapısı var. Cavabdehin fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmayıb. Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli ekspert rəyinə görə sözügedən evin giriş qapısının qarşısında olan pilləkənlər həmin evə dair Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun təsdiq etdiyi eskiz layihəyə uyğun (əvvəllər) olaraq inşa edilib və faktiki olaraq sökülüb. İddiaçıya məxsus ev Texniki Pasporta uyğun şəkildə tikilib, evin həyətinə giriş qapısı Texniki Pasportda göstərildiyi kimi açılır. Tərəflər arasında mübahisəyə səbəb olan həmin qapının pilləkənləri sökülüb və dəmir qapı yerdən təxminən 50-60 sm hündürdə yerləşir. Dəmir qapı çöl tərəfə açılır. İddiaçıya məxsus həyətin dəmir qapısı açıldığı zaman qarşısındakı daş divarla arasında 2-3 metrdən çox ara məsafəsi qalır. İddiaçıya məxsus evin həyətinin başqa tərəfdən giriş qapısı mövcud deyil. Baxış zamanı ekspert tərəfindən verilmiş izahatdan görünür ki, həmin iki pilləli pilləkən 40 sm hündürlükdə olmaqla birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm olmaqla, eni 50 sm olduğu təqdirdə pilləkən tikildikdə, cavabdehin evinə giriş-çıxışına hər-hansı məhdudiyyət yaratmayacaq, iddiaçı isə ö z mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə edəcək. Cavabdehin qanunsuz hərəkətləri iddiaçının qanunla qoyunan mülkiyyət hüququnu pozur. Belə ki, həm layihə-smeta, həm də yerli baxış zamanı iddiaçının yaşayış evinin qarşısında pilləkənın quraşdırılmasının qanuni olması sübuta yetirilir. İki pilləli pilləkənin tikilməsi cavabdehin öz evindən giriş-çıxışını mümkünsüz etmir. Ona görə də iddiaçının yaşayış evinin qarşısında sökülmüş pilləkən bərpa edilməli və pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm, eni 50 sm olmaqla müəyyən edilməlidir. Bundan əlavə, cavabdehin yaşayış sahəsi özbaşına tikili olmaqla dövlət qeydiyyatından keçməyib və onun iddiaçıya məxsus yaş ayış evinin qarşısında olan iki pilləli pilləkəni sökməsi iddiaçının mülkiyyət hüququnu pozur və yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. İddiaçıya məxsus yaşayış evinin giriş qapısı işə əlavə edilmiş Texniki Pasporta uyğun açıldığından, həmin yaşayış evinin giriş qapısının digər hissədən açılmasına dair cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin yalnız 1 giriş qapısı vardır. Həmin qapı isə fərdi yaşayış evinin Texniki Pasportunda öz əksini tapıb.Belə olan halda, qarşılıqlı iddianın hüquqi əsası olmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarını n tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın qismin təmin edilərək, sözügedən evin giriş qapısının qarşısında eni 1 metr, hündürlüyü 50 sm (25x25 olmaqla), uzunluğu 1.4 metr olan iki pilləli pilləkənin cavabdehin vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hər iki kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin ə mlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 7 7.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddə si). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırma sı kimi qiymətləndirilməməlidir. Tərəflərin kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 20 avqust 2016-cı il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünayadzadə küçəsi, 1-ci dalan, 6 “C” saylı ev mülkiyyət hüququ üzrə iddiaçının a dına qeydə alınıb. İddiaçı mülkiyyətində olan sözügedən evin həyətyanı sahəsini təmir etdirmək üçün görüləcək işlərin eskiz layihəsini Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunda təsdiq etdirməklə, layihəyə uyğun olaraq evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu 1,4 metr olan iki pilləli pilləkəni də təmir etdirib. Eskiz-layihəyə görə evin giriş qapısının qarşısında 40 sm hündürlükdə (hər biri 20 sm hündürlükdə) iki pilləkən olub. Fərdi yaşayış evinin Texniki Pasportuna görə həyətin bir giriş qapısı var. Cavabdehin fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmayıb. Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli ekspert rəyinə görə, sözügedən evin giriş qapısının qarşısında olan pilləkənlər həmin evə dair Bakı şəhəri, Y asamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun təsdiq etdiyi eskiz layihəyə uyğun (əvvəllər) olaraq inşa edilib və faktiki olaraq sökülüb. İddiaçıya məxsus ev Texniki Pasporta uyğun şəkildə tikilib, evin həyətinə giriş qapısı Texniki Pasportda göstərildiyi kimi açılır. Tərəflər arasında mübahisəyə səbəb olan həmin qapının pilləkənləri sökülüb və dəmir qapı yerdən təxminən 50-60 sm hündürdə yerləşir. Dəmir qapı çöl tərəfə açılır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçıya məxsus evin həyətinin başqa tərəfdən giriş qapısı mövcud deyil. Baxış zamanı ekspert tərəfindən verilmiş izahatdan görünür ki, həmin iki pilləli pilləkən 40 sm hündürlükdə olmaqla birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm olmaqla, eni 50 sm olduğu təqdirdə pilləkən tikildikdə, cavabdehin evinə giriş-çıxışına hər-hansı məhdudiyyət yaratmayacaq, iddiaçı isə öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə edəcək. Cavabdehin qanunsuz hərəkətləri iddiaçının qanunla qoyunan mülkiyyət hüququnu pozur. Belə ki, həm layihə-smeta, həm də yerli baxış zamanı iddiaçının yaşayış evinin qarşısında pilləkənın quraşdırılmasının qanuni olması sübuta yetirilir. İki pilləli pilləkənin tikilməsi cavabdehin öz evindən giriş-çıxışını mümkünsüz etmir. Cavabdehin iddiaçıya məxsus yaşayış evinin qarşısında olan iki pilləli pilləkəni sökməsi iddiaçının mülkiyyət hüququnu pozur və yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. İddiaçının mülkiyyətində olan yaşayış evinin yalnız 1 giriş qapısı vardır. Həmin qapı isə fərd i yaşayış evinin Texniki Pasportunda öz əksini tapıb. Əvvəla, ekspertin rəyinə görə iddiaçının bərpasını tələb etdiyi pilləkənlərin ölçüləri Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən təsdiq edilmiş eskiz layihəyə tam uyğundur və həmin eskiz layihə müvafiq mütəxəssislər tərəfindən tərtib edilməklə cizgi və layihə sənədlərindən ibarətdir. Həmin cizgi və layihə sənədləri tikinti norma və qaydalarına riayət edilməklə işlənib, tərtib edilib. Bundan başqa, cizgi və layihə sənədləri işlənməzdən əvvəl mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, müvafiq ölçü işləri aparılıb və layihədə qapıya yaxın olan xarici meydança həm də birinci pillə rolunu oynayıb. Həmçinin, layihədə meydançanın eni 80 sm (qapıya perpendikulyar ölçü) və meydançadan sonra 40 sm enində (yenə də qapıya perpendikulyar ölçü) pillə nəzərdə tutulub. Layihədə miqyas (1:50) göstərildiyindən ölçüləri müəyyən etmək açıq-aşkar çətinlik yaratmır. Yerində müayinə zamanı da müəyyən edilib ki, iddiaçıya məxsus evin giriş darvazasının eni 80 sm təşkil edir. Belə olan halda qapının lazımi qaydada açılması üçün pilləkənin eninin ən azı 1 metr olması zəruridir. Pilləkənin eninin 1 metr olması halında belə, cavabdehin özünə məxsus avtomobillə həyətə girib-çıxması mümkündür. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qətnamədə, qeyd olunan pilləkənin yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənin uzunluğunun 60 sm, hündürlüyünün 20 sm, eninin 80 sm, ikinci pilləkənin uzunluğunun 40 sm, hündürlüyünün 20 sm və eninin 50 sm olduğu müəyyən edilsə də, birinci pilləkən dedikdə- qapıya yaxın, yaxud səkiyə yaxın pilləkənin nəzərdə tutulduğu aydın deyil. Uzunluq (60 sm və 40 sm) dedikdə- qapıya paralel yaxud perpendikulyar ölçü nəzərdə tutulduğu, eləcə də eni (80 sm və 50 sm) dedikdə- yenə də qapıya paralel və ya perpendikulyar ölçünün nəzərdə tutulduğu aydın deyil. Qətnamədə uzunluq ölçülərinin (60 sm və 40 sm), enin ölçülərinin (80 sm və 50 sm) qeyd edilməsi anlaşılan deyil və ümumiyyətlə qətnamədə pilləkən meydançası və onun ölçüləri barədə heç nə qeyd edilməyib. Başqa sözlə məhkəmənin müəyyən etdiyi ölçülər qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraat qaydasında tikilm əsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Həmin Məcəllənin 62.1-ci maddəsində göstərilir ki, pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Digər tərəfdən cavabdeh, iddiaçının bərpasını tələb etdiyi pilləkənin onun hüquq və mənafeyinə toxunduğunu iddia etsə də, bu xüsusatları təsdiq edəcək hər hansı sübutları məhkəməyə təqdim etməyib. Əksinə, işə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən fotoşəkillərdən görü nür ki, uzun müddət tərəflərin mübahisələndirdiyi yerdə qapı və pilləkən mövcud olub və cavabdehə məxsus evin giriş qapısının ölçüsü isə sonradan daha da genişləndirilib. Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri açıq-aşkar iddiaçının qanunla qoyunan mülkiyyət hüququnu pozur, yəni onun iddiaçıya məxsus yaşayış evinin qarşısında olan iki pilləli pilləkəni sökməsi iddiaçının yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. Bu baxımdan kassasiya instansiyası iddiaçının kas sasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ilk iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul etməklə, ilk iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkən cavabdehin vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməli, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm (25x25 olmaqla), uzunluğu 1,4 metr olmaqla müəyyən edilməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qayda larını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlllərini əsassız sayır və belə qənaətə gəlir ki, iddiaçı iki pilləli pilləkəni lazımi icazələr almaqla, şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun olaraq bərpa etdiyindən, həmçinin cavabdehin fərdi yaşayış evi özbaşına tikili olduğundan, onun kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)-4029/2021 saylı qətnaməsi qis mən-ilk iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə, ilk iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkən Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilsin, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm (25x25 olmaqla), uzunluğu 1,4 metr olmaqla müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar