Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli 2(103)-687/2024 saylı qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əsədov Vaqif Qulam oğlu 12 aprel 2022-ci il tarixdə vəfat edib.
2. Əsədov X6 Aygün Əkrəm qızı ilə 1990-cı ildən 2007-ci ilə kimi rəsmi nikah münasibətində olmuşdur. Onların birgə nikahından Cavabdeh və X7 dünyaya gəlmişdir.
3. Əsədov Vaqif Qulam oğlu ilə İddiaçı 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun dini nikah bağlamışlar.
4. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cava bdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, yaxın qohumu Əsədov Vaqif Qulam oğlu ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Yoldaşı ondan öncə 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X7 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. O, yoldaşı ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdır. Mərhum yoldaşı Vaqifin 14 sot torpaqda yarımçıq tikili bi r evi vardı. Onlar birlikdə bir meyvə-tərəvəz mağazası açmışlar. Sonradan böyüdərək ərzaq mağazası edərək işlədirdilər. Birgə yaşadıqları müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdır. İndi o, min bir əziyyətlə qurub yaratdığı evinə gedə bilmir. 14 il o evdə yaşamış, bütün xanımlar kimi evinə lazım olan əşyaları almışdır. Heç gedib əşyalarını götürə bilmir. Qonşularla da yaxşı münasibəti olub. Bununla bağlı 2022-ci il 11 may tarixində qonşular tərəfindən tərtib olunmuş akt da var. Yoldaşı 2022-ci il aprel ayında vəfat etdi. Mərhumun 3 məclisində mərasim zalında altmış nəfərin gözü qarşısında cavabdehin anası Nümayəndə onun üzərinə hücum çəkərək sağlamlığına xəsarət yetirdi. Bu hərəkətlə o təxribat törədərək məclisi dağıtmaq istəyirdi. Onun məqsədi onun qohumları və qardaşları ilə d ava çıxarmaq idi. Amma o öz çirkin məqsədinə çata bilmədi, qohumları təmkin göstərərək təxribata uymadılar. Lakin bu hadisədən sonra qadın başqa yola əl atdı və onu yoldaşı ilə 13 il yaşadığı evdən çıxarılmağına nail oldu. Törətdiyi əmələ görə Səbail RPİ-nin 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı da var. Məsələ ilə bağlı cinayət işi Səbail Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda cavabdeh və anası onun və mərhum yoldaşının min bir əziyyətlə qurub yaratdığı, onların isə bircə gün də yaşamadığı ünvan 3 ünvandakı mənzili qanunsuz olaraq zəbt etmiş, çöl darvazasını, dəmir qapının qıfıllarını dəyişmiş, evin dörd divarına nəzarət kamerası qoymuşlar. Hətta cavabdehin evi qanunsuz zəbt etməsi səbəbindən mərhum yoldaşının il mərasimini evində keçir ə bilmədi. Maraqlıdır ki, atası xəstə olarkən dava-dərmana pul xərcləmədi, amma nədənsə qapıları, qıfılları dəyişməyə pul tapdı. O həmin evdə mərhum yoldaşı ilə 13 ildən artıq yaşamışdır. Orada onun cehizləri, mebeli, qızılları, pulu qalıb. Bu insanlar onları çıxarmağına imkan vermirlər. Bir ildir ki, qohum-qardaşlarının evində yaşayır, boğazlarından kəsib ona çörək verirlər. Çox ağır vəziyyətdədir. Cavabdeh onu zorla evdən çıxarmış, orada yaşamağa qoymur. Bu səbəbdən də məhkəmə qaydasında evə köçürülmə tələb edir.
7. Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 585 əyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilyant qaşlı qızıl kişi üzüyünün, 585 əyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin, 585 əyar, 20 qram, dəyəri 2000 ma nat olan 1 ədəd qızıl sünbül saatın, 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl klonun, 7 qaş sibir brilyantlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün, sibir brilyant qaşlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün, 585 əyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brosletin, 585 əyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanda ailəsilə və 2 övladı ilə birlikdə yaşayır. Bildirir ki, atası xəstə olduğ u üçün uzaq qohumu olan qarşılıqlı iddia üzrə cavabdeh X3 ona xidmət etmək üçün tutmuşdur, bu barədə atası ilə cavabdeh arasında əmək haqqı ödənilməklə cavabdehin onun atasına qulluq etməsinə dair müqavilə bağlanmışdır və bununla da atasının həyatının son illərində cavabdeh ünvan 4 ünvanda yerləşən evdə qulluqçu kimi atasına qulluq etmişdir. Atası Əsədov Vaqif Qulam oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vəfatının 3-cü günündə yas mərasimi olmuşdur, onların həmin gün mərasimə başlarının qarışmasından, yorğun olmalarından, evin açarının onda olmasından cavabdeh X1-istifadə edərək, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, onların qızı llarını, sənədlərini, onların evdəki və mağazadakı pullarını aparmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Kərimova) 2(009)1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşdən görünür ki, iddiaçı cavabdehin atası mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü kimi onun razılığı ilə mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş, son radan mərhumun oğlu olan cavabdeh iddiaçını yaşadığı evdən qovmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən Əsədov Vaqif Qulam oğluna aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Əsədov Vaqif Qulam oğlu ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə, Mülki Məcəlləsinin 27.1, 27.3-cü maddəsinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddəsinə, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı, və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 360-cı istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1296/2023 nömrəli qətnaməsini tamamilə ləğv etməklə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, analoji iş üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsinin də rəhbər mövqeyi ondan ibarətdir ki, əgər yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yaranıbsa və həmin ərəfədə bu yaşayış sahəsinin sahibinin həmin evə gözlənti ilə mülkiyyət hüququ var idisə, belə mübahisələrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə qanunun analogiyası üzrə 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü maddələri tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı heç bu müddəaya əsasən də mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü sayılmır. Çünki onlar heç vaxt birlikd ə yaşamayıb və ümumi təsərrüfat aparmayıblar. Bunlar sadəcə olaraq ilkin iddiaçı – İddiaçı tərəfindən uydurulmuş şayiələrdir. İlkin iddiaçı mərhum Vaqif Əsədovla birgə təsərrüfat aparmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) xx.xx.2024-cü il tarixli, 2(103)687/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Əsədov Vaqif Qulam oğlu ilə 15 may 2009-cu il ta rixdə şəriət qaydalarına uyğun nikah bağlamışlar. Məhkəmə kollegiyası da təsdiq etmişdir ki, yalnız ailə qanunvericiliyinə uyğun şəkildə bağlanmış nikah rəsmi nikah hesab edilir. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş və apellyasiya baxışında əslinə baxış keçirilmiş şəriət qaydalarına uyğun bağlanmış nikah şəhadətnaməsi işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə İddiaçı ilə Vaqif Əsədov arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə zaman yaranması kimi halları müəyyən etməyə imkan verir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, münasibətlər 01 oktyabr 2009-cu ilədək yarandıqda mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunmalıdır. Lakin nə qədər ki, mü bahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvə də olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir.
17. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə və həmin Məcəllənin 53-cü maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə görə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxsləri də icarədarın ailə üzvü hesab edilərək onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidir. Baxılan işdə iddiaçı cavabdehin atası Vaqif Əsədovun razılığı ilə mübahisəli evə köçmüş və onun ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır.
18. Kollegiya onu da qeyd edib ki, mübahisə predmeti olan ev faktiki olaraq mövcuddur v ə yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Müübahisəli evin iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə iddia tələbi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəmə iclasında ancaq iddiaçının qulluqçu olması və evdə yaşamamasına dair izahatlar vermiş, lakin qarşılıqlı iddia tələbinin əsaslılığına dair ümumiyyətlə münasibət bildirməmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29- cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 123-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri
21. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1328/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən yaşayış sahəsinin çıxarışı mövcud deyildir, lakin iş in təkzibedilməz halıdır ki, ilkin cavabdeh – Cavabdeh atası Vaqifin mübahisə yarandığı iddia edilən dövrə münasibətdə (bu istər xx.xx.2009-cu ildən əvvəl və ya sonra olsun, fərq etmir) həmin evə dair “hüquqi gözləntisi” var idi. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən həmin evin tikildiyi torpaq sahəsi Səbail RİH-nin Başçısının xx.xx.1994-cü il tarixli, 2259 saylı sərəncamı və xx.xx.1994-cü il tarixli, 3472 saylı sərəncamına əsasən mərhum Vaqif Əsədova məxsus idi. Əgər Vaqif Əsədov sağlığında qeyd edilən sərəncamlar əsasında bu torpağın üstündə tikilən evə çıxarış almaq istəsəydi, bunun üçün heç bir qanuni əngəl yox idi. Lakin onun bu addımı sağlığında hər hansı səbəbdən atmaması, hal-hazırda onun varisi olaraq Sənan bunu edə bilər, bu evi və torpağı öz adına özəlləşdirmək hüququna malikdir.
23. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(102)-1593/2020 saylı qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əgər yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yaranıbsa və həmin ərəfə bu yaşayış sahəsinin sahibinin həmin evə gözlənti ilə mülkiyyət hüququ var idisə, belə mübahisələrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir.
24. Qanunvericiliyin imperativ tələbindən də göründüyü kimi, həmin evdən istifadə hüququnun yaranması üçün mütləq qaydada notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalıdır. Lakin ilkin iddia üzrə iddiaçı- İddiaçı ilə mərhum Vaqif Əsədov arasında belə bir azılıq mövcud olmayıb. Əksinə mərhum Əsədov Vaqif Qulam oğlu ilə İddiaçı arasında bağlanmış və imzaları ilə təsdiq olunmuş xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evdə Əsədov Vaqif Qulam oğlunun qulluğunda dayanmaq şərtilə qeydiyyatsız yaşadığını, gələcəkdə mərhumun mülkünə, evinə münasibətdə iddia qaldırmayacağını bəyan etmişdir. Qeyd edilməlidir ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən dəvət olunan şahidləri dindirmiş, lakin onların İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evdə qeydiyyatsız yaşaması və qulluqçu kimi işləməsi barədə verdikləri ifadələrini, həmin ifadələrin iş ü zrə materiallar arasında olan digər sübutlarla təsdiq olunmasına baxmayaraq düzgün qiymətləndirməmiş və nəzərə almamışdır. Habelə, ilkin iddia üzrə cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar təqdim edilib. Burada Bakı şəhəri, Badamdar qəsəbəsi İ yaşayış massivi ev 268-də yaşayan cavabdehin 11 (on bir) nəfər qonşusunun öz imzaları ilə təsdiq etdikləri ifadələr yer alır. Onlar bu aktı təsdiq etməklə bildiriblər ki, “İddiaçıBadamdar qəsəbəsi, İ yaşayış massivi, ev 268-də yaşamayıb. Burada Əsədov Vaqif Qulam oğlu öz oğlu Cavabdeh və Sənanın ailəsi və 2 övladı ilə birlikdə yaşayıb. Həqiqətən də İddiaçı Badamdar qəsəbəsi, İ yaşayış massivi, ev 268-də yaşamamasını və Əsədov Vaqif Qulam oğlunun yalnız qulluqçusu olmasını öz imzamızla təsdiq edirik”. Lakin gör ünən odur ki, məhkəmə kollegiyası əsassız, qanunsuz və heç bir sübutu olmadan ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd edilənlərə baxmayaraq həmin evə köçürülməsini təsdiqləməklə mövcud qanunvericiliyin tələblərinə məhəl qoymamış və pozuntuya yol vermişdir.
25. Məhkəmə kollegiyası baxılan işdə İddiaçı cavabdehin atası Vaqif Əsədovun razılığı ilə mübahisəli evə köçdüyü və onun ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşadığı və birgə təsərrüfat apardığı qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyasının bu qənaəti heç bir sübuta əsaslanmır, qanunsuz və əsassızdır. İlkin iddia üzrə iddiaçı – İddiaçı ilkin iddia üzrə cavabdeh – Cavabdeh atası mərhum Əsədov Vaqif Qulam oğlunun yaş etibarilə qızı və ya valideyni olmadığı kimi, heç ümumiyyətlə arvadı belə olmayıb. İddiaçı iddia edir ki, onunla c avabdehin mərhum atası arasındakı münasibət, guya onlar arasında bağlanmış dini nikah əsasında, yəni tərəflərin guya faktiki olaraq birgə yaşamasına əsasən bilavasitə yaranıb. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Yeri gəlmişkən, ilkin iddiaçının məhkəməyə təqdim etdiyi dini kəbin sənədindəki imza mərhum Vaqif Əsədova məxsus deyil. İlkin iddiaçı – İddiaçı prosesdə özü etiraf etdi ki, bu kəbin onun dayısı tərəfindən kəsilib. İddiaçı ilə cavabdehin atası arasındakı münasibət yalnız qulluqçuluqla bağlı olub, iddiaçının mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü olmasından, onunla faktiki nikah münasibətlərində olub mübahisəli evdən istifadə etməsindən söz gedə bilməz. 1982-2009-cu illər ar ası qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən, şəxsin mülkiyyətçinin ailə üzvü hesab edilməsinin bir digər əsası da həmin şəxsin mülkiyyətçi ilə birlikdə yaşaması və onunla ümumi təsərrüfat aparmasıdır. İlkin iddia üzrə iddiaçı heç bu müddəaya əsasən də mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü sayılmır. Çünki onlar heç vaxt birlikdə yaşamayıb və ümumi təsərrüfat aparmayıblar. Bunlar sadəcə olaraq ilkin iddiaçı – İddiaçı tərəfindən uydurulmuşdur. İlkin iddiaçı mərhum Vaqif Əsədovla birgə təsərrüfat aparmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, ilkin cavabdeh – Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qulluqçuluq müqavilələri ilkin iddiaçının mərhum Vaqif Əsədovla birlikdə ümumi təsərrüfat aparmadığını, onunla ailə üzvü kimi yaşamadığını, iddiaçının mübahisəli evə sadəcə olaraq mərhuma qulluq etmək üçün gəlib-getdiyini təsdiq edir. Lakin təəssüflə qeyd edirik ki, işə baxan məhkəmə mübahisənin ədalətli həllində mühüm rola malik bu sübutu görməzdən gəlib. Göründüyü kimi, iş materiallarında bir-birinin əksi olan hallara dair tərəflərin təqdim etdiyi sübutlar mövcuddur. Məhkəmə Kollegiyası isə qətnamədə qeyd etdiyinə görə həmin sübutların tədqiqi nəticəsində o qənaətə gəlib ki, ilkin iddiaçının mərhum Vaqif Əsədovla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat aparıb. İşə baxan məhkəmə heç bir əsas gətirmədən tərəflər arasında olan mübahisənin 01 oktyabr 2009-cu ildən əvvəl yarandığı qənaətinə gəlmiş və həmin münasibətlərə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etmişdir. Qey d edək ki, iş üzrə materiallardakı heç bir sənəddə, yəni nə ilkin iddia ərizəsində, nə ilkin iddiaçının gətirdiyi şahidlərin ifadələrində, nə ilkin iddia ərizəsinə etirazda, nə qarşılıqlı iddia ərizəsində, nə də proses zamanı tərəflərin izahatlarında mübahisəli münasibətin məhz 2009-cu ilin 01 oktyabr ayından əvvəl yarandığı göstərilmir. Bakı Apellyasiya məhkəməsinin çıxardığı 2(103)- 687/2024 xx.xx.2024-cü il tarixli qətnamədə də mübahisəli münasibətin yaranmasının dəqiq tarixi qeyd olunmamışdır. Məhkəmə nəyə əsaslanaraq mübahisəli münasibətin xx.xx.2009-cu ildən öncə yarandığını qəti olaraq qeyd edir və həmin münasibətlərə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsini tətbiq edir?! • “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin görünür ki, işə baxan məhkəmə isə sanki qəsdən mövcud qanunvericiliyin tələblərinə məhəl qoymur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.1, 217.2 və 217.3-cü maddələrinin tələblərinə və Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli,4 saylıQərarının 2. 1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan həmin qətnamə qanuni və əsaslı hesab oluna bilməz və ona görə də ləğv edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qər arı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
29. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
30. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
32. Maddə 22 8.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək i xtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
35. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
36. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı, qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Mə hkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməsinə əsas verən hər hansı halın məhkəmələr tərəfindən müəyyən edilməməsini və kassasiya şikayətində bu hissə ilə bağlı cavabdehin hər hansı dəlil irəli sürməməsini nəzərə alaraq, onun təmin edilməməsi barədə apellyasiyanın mövqeyi ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində isə qanuni və əsaslı deyildir.
47. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarıl malıdır.
49. «Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrınа əsаsən, 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir.
50. İddiaçı mübahisə predmeti olan yаşаyış evinə 2009-cu ildə dini nikahla ailə quraraq köçdüyünü bildirmişdir.
51. Qeyd olunmalıdır ki, iddiаçının köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi Milli Arxiv İdarəsindən təqdim edilmiş torpaq ayırıma sənədlərinə əsasən ( 1-ci cild iş v.161,162 və 174,175) qanuni əsaslarla cavabdehin atası Əsədov Vaqif Qulam oğlunun istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də mərhumun sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
52. Belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir.
53. Apellyasiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisə yə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü, 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki bu yanaşma isə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrındakı hüquqi mövqeyə zidd olmuşdur.
54. Həmçinin məhkəmə iddiaçının mərhumun razılığı ilə 13 il ərzində evdə yaşaması və onunla birgə təsərrüfat aparması faktına görə qanunverici tərəfindən (keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri) belə şəxslərin də ailə üzvü hesab oluna bilməsi imkanına istinad etmişdir.
55. Lakin məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının dinin nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir.
56. İddiaçının “digər şəxs” kimi evə köçürülməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmə k hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın birbirinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
57. Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər.
58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən onun digər şəxs kimi evə köçürülməsi düzgün olmamışdır.
59. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən apellyasiya məhkəməsi tərəfindən həmçinin prosessual hüquq normalarının da pozuntusuna yol verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri, onlar tərəfindən təqdim edilən şahid ifadələri və yazılı sübutların qəbul edilməməsinin səbəbləri, həmçinin iddiaçı tərəfindən dindirilmiş şahid ifadələrinin mötəbərliyi ilə bağlı cavabdehin dəlillərinə qətnamədə hər hansı hüquqi qiymət verilməmişdir.
60. Məhkəmə işin düzgün həlli üçün önəmli olan hall arın, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. Azərbaycan Respublikasının MPM-nin - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
62. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən normaların tələblərinə cavab vermir.
63. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.