Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-219/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1254/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İddiaçı (bundan sonra – iddiaçı) 24 iyul 2019-cu il tarixdə şifahi razılaşma əsasında, Bayıl qəsəbəsində yerləşən 13 kv.m. həyətyanı torpaq sahəsini X2, bir neçə gün sonra isə həmin torpaq sahəsinin yanında yerləşən 1 otaqdan ibarət fərdi yaşayış evini X1 almışdır.
2. Mübahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, bunlara baxmayaraq evin və torpaq sahəsinin iddiaçı tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov 75 “B” ünvanda yerləşən fərdi yaşayış evinin damından cavabdeh tərəfindən çəkilmiş kommunikasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin evə və evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilələrin cavabdehə qadağan edilməsi, ona dəymiş maddi ziyanın əvəzi olaraq 2.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki halına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, o, 24 iyul 2019-cu il tarixdə şifahi razılaşma əsasında Bayıl qəsəbəsində yerləşən 13 kv.m. həyətyanı torpaq sahəsini X2, bir neçə gün sonra isə həmin torpaq sahəsinin yanında yerləşən 1 otaqdan ibarət fərdi yaşayış evini X1 almışdır. Torpaq sahəsinin alqı-satqısında cavabdeh də iştirak etmişdir. Evin kommunal ödənişləri iddiaçı tərəfindən aparılır. İddiaçı aldığı vaxtdan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən evi aldıqdan sonra bir müddət iddiaçının cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdeh qanunsuz və əsassız olaraq onların evinə, evin həyətinə, damına, hasarına müdaxilələr etməyə başlamışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2023-cü il 23 noyabr tarixli, 2(009)-2116/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdu llayev) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan fərdi yaşayış evinin damından çəkilmiş qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin evə və evin 13 kv.m.-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilə etməsinin cavabdehə qadağan edilməsi, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qaz xəttinin iddiaçının evinin dam örtüyündən keçməklə sonradan çəkilməsini və buna iddiaçının etiraz etməsini, həmçinin belə xəttin həmin yerdən keçməsinin təhlükəli hesab edilə bilməsini nəzərə alaraq hesab etmişdir ki, qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində tələb əsaslı hesab edilməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, 13 kv.m.-dən ibarət həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin sahədən cavabdehin keçməsinə və bununla da onun müdaxiləsinə iddiaçı tərəfindən etiraz edildiyindən, su çəninə baxış keçirilərkən iddiaçının damının zədələnmə ehtimalının olmasını, digər tərəfdən cavabdehin və 3-cü şəxsin damlarında quraşdırılmış su çənlərinə küçədən nərdivan qoyulmaqla baxış keçirilməsinin mümkün olmasını, su sayğaclarının isə həmin sahədən köçürülməsi mümkünlüyünü də nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin torpaq sahəsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
8. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının əmlak üzərində mülkiyyət hü ququ olmadığı halda, məhkəmə tərəfindən əsassız olaraq mülkiyyət hüququ tanınmışdır. Həmin əmlaka cavabdeh tərəfindən maneə törədilməsi halı sübuta yetirilməmişdir. Məhkəmə yalnız xüsusi bilik tələb edən, yəni eskpert rəyi ilə müəyyənləşdirilməli olan məsələyə özü hüquqi qiymət vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 13 avqust tarixli, 2(103)-1254/2024 nömrəli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanına qanunsuz maneçilik yaradılan şəxslərin belə qanunsuzluqdan müdafiə olunması barədə qətnamə qəbul edə bilər.
14. Məhkəmə kollegiyası iddiaçının evinin özbaşına tikili olmasını nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyət inə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının evinin üzərindən qaz xəttini sonradan çəkməsi, xəttin istinad olunan yerdən keçməsinin təhlükəli olması nəzərə alınaraq onun cavabdehin vəsaiti hesabına sökülməsi zəruridir.
16. Eyni zamanda 13 kv.m.-dən ibarət həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin sahədən cavabdehin keçməsinə və onun müdaxiləsinə iddiaçı tərəfindən etiraz edildiyindən, su çəninə baxış keçirilərkən iddiaçının damının zədələnmə ehtimalının olmasını, digər tərəfdən cavabdehin və 3-cü şəxsin damlarında quraşdırılmış su çənlərinə küçədən nərdivan qoyulmaqla baxış keçirilməsinin mümkün olmasını, su sayğacla rının isə həmin sahədən köçürülməsinin mümkünlüyünü də nəzərə almaqla cavabdehin torpaq sahəsinə müdaxiləsinin qanuni olmaması müəyyən edilmişdir.
17. Məhkəmə öz mövqeyini MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən bütün sübutlar şərh olunmayaraq, bir-birilə əlaqələndirilməmiş və işə aidiyyatının olub-olmaması müəyyən edilməmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikası MM-nin 11.1, 158.1, 158.2-ci maddələrinə, MPM-nin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunve ricilik normaları tətbiq edilir.
23. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamən in qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olması, iddiaçıya məxsus evin üzərindən cavabdeh tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmadan qaz xəttinin çəkilməsi, torpaq sahəsinə hər hansı əsas olmadan müdaxilə edildiyi müəyyən edilmişdir.
39. Cavabdeh tərəf həmin halları mübahisələndirsə də, iş in faktiki hallarını araşdıran məhkəmələrə bununla bağlı mötəbər sübut təqdim etməmişdir.
40. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Bu səbəbdən məhkəmə ko llegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)-1254/2024 nömrəli qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir