Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2190/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə (iş № 2-383/2005, hakim T.Ə.Məmmədov) İddiaçı Qusar rayon Aqrar İslahat Komissiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitə sinin Qusar rayon şöbəsi, Qusar rayon Böyük-Moruq Bələdiyyəsinə qarşı iddiası təmin edilmiş, Qusar rayon Böyük-Muruq Bələdiyyəsinin ehtiyat fondu torpaqlarından hər birinə 0,72 ha torpaq sahəsinin Qusar rayon Böyük-Muruq kənd sakinləri İddiaçı, X10 və X2 mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin Ağabəyovların adına rəsmiləşdirilməsinin Cavabdeh1 Qusar rayon şöbəsi və Qusar rayon Böyük-Moruq Bələdiyyəsinə tapşırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3671/2019, hakimlər A.Ə.Abbasov, T.Q.Məmmədov, Ş.R.Abasov) maraqlı şəxs DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh3na qarşı torpaq payının verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2005-ci il tarixdə İddiaçı Cavabdeh3na qarşı torpaq payının verilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1959-cu ildə Qusar rayonun Böyük Muruq kəndində anadan olmuş və 1986-cı ildən yaşayış yerini dəyişmədən həmin kənddə yaşayır. Həmin kəndə ərə getmiş, əri X6 ilə nikahından 1980-cı ildə Zaur və 1982-ci ildə Samirə adlı uşaqları olmuşdur. Əri xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Qusar rayonun Böyük Muruq kəndində Aqrar İslahatı aparılarkən yerli X3 səhvi nəticəsində özünə və uş aqlarına torpaq payları verilməmişdir. Müxtəlif təşkilatlara və Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi Qusar rayon şöbəsinə şikayət etmiş, şöbənin müdiri rəsmi cavab verərək islahat zamanı ona pay torpaq sahəsinin verilməməsini etiraf etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmadığı halda onun apellyasiya şikayəti icraata qəbul edilmişdir. Halbuki, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin prose ssual hüquqi varisi olduğu Cavabdeh1 Qusar rayon şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı etiraf etmiş və qətnaməni aldıqdan sonra həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı Cavabdeh3na qarşı ona, Zaur və Samirə adlı uşaqlarına torpaq payının verilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının övladlarının adından iddia qaldırmaq hüququ olmamışdır. xx xxx 1980-ci il təvəllüdlü X10 və xx xxxxxxx 1982-ci il təvəllüdlü X4 iddiaçı olmamış, onlar qeyd edilən iddianı qaldırmamış, iddiaçıya öz adlarından məhkəmədə iddia qaldırmaq səlahiyyəti də verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mə nafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 59.1-ci maddəsində başqasının mənafeyi naminə fiziki və hüquqi şəxslər iddianı qanunla nəzərdə tutulmuş hallarda qaldıra bilərlər. İddiaçı özünə münasibətdə iddia tələbinə gəldikdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, “Sovxoz və kolxozların islahatı” haqqında Qanunun 25-ci maddəsinə görə fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublik ası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. İş materiallarından isə görünür ki, iddiaçı yerli aqrar islahat komissiyasının qərarından, hərəkət və ya hərəkətsizliyindən qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarında iddia tələbini təsdiq edən sübutlar da yoxdur. Halbuki, Mülki Prosessual Məcə llənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsaslandığı hallarla bağlı təqdim etdiyi sənədlər isə, kserosurət olduğu üçün sübut kimi qəbul edilə bilməzlər. Mülki Prosessual Məcəllənin 89.1 və 89.3-cü maddələrinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə, yazılı sənədlər o halda sübut kimi qəbul edilir ki, onların ya əsli, ya da notariat qaydasında təsdiq olunmuş surətləri təqdim edilsin. Beləliklə, apellyas iya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2190/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2190/2020
24.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver