Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2190/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat ofisinə və Maraqlı şəxs2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qohumluq faktının müəyyən edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat ofisinə və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 ya nvar 2023-cü il tarixli 2(103)1113/2023 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqovun xx.xx.2022-ci il tarixli qərarına əsasən miras qoyan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 əmlakının qəbulu ilə əlaqədar notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlərdə: doğum haqqında şəhadətnamə ilə şəxsiyyəti təsdiq edən sənəd: pasportlarda uyğunsuzluq olduğu üçün (doğum haqqında şəhadətnamədə ad və soyadı - Zurufı Davud ata adı Yaqub, Zurufi Dəniz ata adı Yaqub, pasportda: Ərizəçi2 və X27) bildirir ki, notariat hərəkətinin aparılması qanunvericiliyin tələbləri nə ziddir. Yuxarıda göstərilənləri və Notariat haqqında qanunun 40-cı maddəsini nəzərə alaraq notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır.
2. Səbail RPİ tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş AZE 08628271 № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1950-ci il tarixində İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş; AZ-İİ 186982 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, X24 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 09 ayının 15 günündə 1318 № ilə qeyd edilmişdir.
3. X24 və X12 xx.xx.2010-cu il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Zurufçu” soyadı verilmişdir. Bu nikahdan xx.xx.2011-cı il tarixində X18 Bakı şəhərində anadan olmuşdur, atası X24, anası Maraqlı şəxs2dır.
4. İran İslam Respublikası Məhkəmə orqanının nikahın pozulması haqqında 047732 nömrəli şəhadətnamənin fars dilindən tərcüməsinin surətindən görünür ki, Təbriz şəhəri 43 saylı boşanma bürosu 4089 №-li, xx.xx.1979-cu il tarixli nikah sənədi və Təbriz şəhər Ümumi Məhkəməsinin 19-cu şöbəsi tərəfindən verilmiş 1883 №-li, xx.xx.2006-cı il tarixli məhkəmə qərarına əsasən ər və arvad arasında mövcud nikah pozulur və xanım ona veriləcək məhriyəni bağışlamışdır. Boşanma iddiasını irəli sürən tərəf, yəni Yaqub Zurufçu bu bağışlama və digər şərtləri qəbul etmişdir. X34 Farzin-imza.
5. İran İslam Respublikasının, Təbriz, X14 Qeydiyyatı İdarəsinin sənədinin fars dilindən tərcüməsinin surətindən görünür ki, Zroufı /Yaghoob/ Gholı xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur, xx.xx.1956-cı il təvəllüdlü həyat yoldaşı Rezaeı Villa ilə xx.xx.1979-cu ildə nikah bağlamışdır. Onların uşaqları: xx.xx.1982-ci il təvəllüdlü Daniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğha.
6. Azərbaycan Beynəlxalq Məktəbinə (Bakı Oxford Məktəbi) qəbul üçün xx.xx.2005ci il tarixli ərizənin ingilis dilindən tərcüməsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X29 Bakı Oxford məktəbinin 8-ci sinfinə qəbul edilmişdir. Şagirdin atası Yakob Zourofchy (musiqiçi), anası Vila Rezai (evdar qadın). Yaşadığı ünvan Bakı şəhəri Əzizbəyov rayonudur.
7. Beynəlxalq Məktəbinin təhsilin bitməsinə dair xx.xx.2006-cı il tarixli sertifikatının ingilis dilindən tərcüməsindən görünür ki, 2005-ci ildə məktəbə qəbul olunmuş xx.xx.1990cı il təvəllüdlü Ərizəçi1nin məktəbdə son iştirak günü xx.xx.2006-cı ildə olmuşdur.
8. İran İslam Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 157 nömrəli xx.xx.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin fars dilindən tərcüməsindən görünür ki, X30 xx.xx.1950-ci ildə İranın Təbriz şəhərində doğulmuşdur. Arvadı xx.xx.1956-cı ildə doğulmuş Vila Rezai ilə xx.xx.1979-cu ildə nikah bağlamışlar. Uşaqları: xx.xx.1982-ci ildə doğulmuş Deniez və xx.xx.1990-cı ildə doğulmuş Dalga.
9. İran İslam Respublikasının X4 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dəniz Zurufi xx.xx.1982-ci ildə Tehranda doğulmuşdur. Atası Yaqub, anası Viladır.
10. İran İslam Respublikasının X4 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Davud Zurufi xx.xx.1990-cı ildə Almaniya, Hamburqda doğulmuşdur. Atası Yaqub, anası Viladır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ərizəçilər X25 və Ərizəçi2ın (X8 vətəndaşlarının) doğma atalarıdır. Ərizəçilər Yaqubun 1-ci nikahından olan uşaqlarıdır. Zurufçu (Zurufi, hətta bəzi sənədlərdə Zrofi kimi) Yaqub Qulu oğlu vəfat etdikdən sonra onun Azərbaycan Respublikasında bır sıra əmlakları miras qalmışdır. Həmin miras əmlaklara dair ərizəçilərin mərhum ataları Y.Zurufçu 2-cı nikahından olan, yetkinlik yaşına çatmayan X13 vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, ərizəçilər Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 1193-cü maddəsinə əsasən məcburi paya malikdirlər. Ərizəçilər məcburi payın müəyyən edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 müraciət etsələr də, sonuncu miras əmlaklardan məcburi payın ayrılmasından imtina etmiş və bunu onların doğum haqqında şəhadətnamələrində soyad və ata adları ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdəki məlumatlara uyğun olmadığı ilə əsaslandırmışdır. Ərizəçilər ABŞ vətəndaşlarıdır və onların sənədlərdə, pasportla rda adları ingilis dilinə uyğunlaşdırılaraq yazılmışdır. Həmçinin doğum haqqında X16 Respublikasında verildiyi uçün həmin doğum haqqında Şəhadətnamələrdə düzəliş etmək mumkiin deyildir. Təqdim edilən sənədlərdən göründüyü kimi mərhum Yaqub Zurufçu (Zurufi) xx.xx.1979-cu ildə İran İslam Respublikasının vətəndaşı X34 Fərzin ilə 1cı dəfə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların iki uşaqları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz, xx.xx.1990-cı il təvəllüdlü Dalga Davıd. Ərizəçilərin doğum haqqında Şəhadətnamələrində ata adları Yaqub, soyadları isə Zurufi göstərilmişdir. X32 Purian Fərzin ilə Yaqub Zurufçuya (Zurufiyə) məxsus İran İslam Respublikası tərəfindən verilmiş və tərcümə edilmiş sənədlərdən görünür ki, onların rəsmi nikahlarından xx.xx.1982-ci il təvəllüdlü Dəniz, x x.xx.1990-cı il təvəllüdlü Dalğa Davıd adlı uşaqları anadan olmuşdur. Lakin ərizəçilər sonradan ABŞ vətəndaşlığını qəbul etmiş və onların şəxsiyyətlərini təsdiq edən sənədlərdə ad və soyadları qeyd edildiyi kimi ingilis dilinə uyğunlaşdırılmış və Ərizəçi1 Davıd və Ərizəçi2 kimi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi Ərizəçi1 Davıd və Ərizəçi2 Yaqub Zurufçunun (Zurufiınin) doğma övladlarıdır, ata-baladırlar, eynı şəxslərdir. Zurufçu və Zurufi soyadı məsələsinə gəldikdə isə Yaqubun oz rəsmi sənədlərində də əvvəllər soyadı Zurufi kimi göstərilmişdir. Yəni bu adları çəkilən şəxslər eyni şəxslərdir, ata-baladırlar. Bu faktı Yaqubun 2-ci ailəsi Zurufçu (Mustafayeva) Aynur Valeh qızı da danmır. Bu halları və faktları təsdiq edən şəxslər, iş yoldaşları, qonşular, qohumlar, ailə foto-video albomları var. Yaqubun özünün bu barədə Şüvəlanda Bağ evində mətbuat nümayəndələri ilə keçirdiyi video müsahibələrində Amerikada yaşayan Dalğa Davıd adlı oğlunun və Dəniz adlı qızının olduğunu, hətta bır müddət uşaq vaxtı onların - Dalğa Davıd və Dənizin Şüvəlanda 3/22038/2037 №-İi Bağ evində yaşadıqlarını, Dalğa Davıdin Bakıda "Oxford” məktəbində təhsil aldığını təsdiqləyir. Yaqub Zurufçu (Zurufi) məşhur müğənni olduğu uçun Azərbaycanda hamı onu və ailələrini tanıyırdı. Hətta Azərbaycan Respublikasının Prezidenti H.Əliyev onu dəfələrlə qəbul edib, “Olimp” tərəfdə, Yasamal rayonu, İnşaatçılar pr. ev 66-da mənzillə mükafanlandırmışdır. Həmin mənzildə Bakıda Yaqub 1-ci ailəsi Vila Rezai və uşaqları Dalğa Davıd və Dənizlə birgə yaşamışdır. Sonradan ailə Əzizbəyov (Xəzər) rayonun da Şüvəlandakı Bağ evində yaşamışdır. Göründüyü kimi Dalğa Davıd və X26 (Zurufinin) doğma övladlarıdır. Qanunvericiliyin tələbinə əsasən ərizəçilərin sənədlərində soyad və adlarında olan hərf dəyişikliyi onlara mərhum atalarından qalan miras əmlakda qanunla onlara çatacaq məcburi payı qəbul etmək hüququndan məhrum etmir. Ancaq Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 17 mart 2022-ci il tarixli Qərarla notariat hərəkətlərini aparmaqdan imtina etmiş, nəticədə notarius tərəfindən miras əmlaklara dair vəsiyyətnamə uzrə vərəsə kimi yetkinlik yaşına çatmayan Zurufçu Atillaya və Maraqlı şəxs2 isə məcburi pay hüququna dair Şəhadətnamələr verilmişdir. Ərizəçilər isə miras əmlak bölgüsündən kənarda qalmışlar. Nəticədə ərizəçilərin vərəsəlik hüquqlarının həyata keçirilməsində çətinli klər yaranmışdır. Yuxarıda qeyd etdikləri kimi ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlər İran İslam Respublikasında və X9 verildiyindən həmin sənədlərdə düzəliş edilməsi qeyri-mümkündür. Bu səbəbdən Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufi) Yaqub Qulu oğlunun qohumluq münasibətlərinin, yəni onların Yaqubun doğma övladları olmaları, onların eyni şəxslər olması faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Qeyd edildiyi kimi qohumluq münasibətlərinin müəyyən edilməsi ərizəçilərə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır və onlar bu faktı başqa qaydada təsdiq etdirə bilmirlər.
13. Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 vəkili Nümayəndə məhkəməyə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufı) Yaqub Qulu oğlu ilə qohumluq mün asibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 xarici şəxslər olmaqla X8 vətəndaşlarıdır. Qohumluq faktı münasibətlərinin müəyyən edilməsi ərizəçilərə vərəsəlik hüquqlarının həyata keçirilməsi və 9 saylı notariat ofisinin xüsusi notariusu X5 vərəsəliklə əlaqədar imtina qərarı ilə bağlı lazımdır. Bu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində vərəsəliyin müəyyən edilməsi və s. iddia tələbi ilə bağlı iddia qaldırılmışdır. Hazırda işə baxılır. Ərizəçilər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərildiyi kimi, onların atalarının vəfatı ilə əlaqədar Azərbaycan Respublikasında olduğu və gəldiyi yer ünvan 2 ünvanı göstərilmiş dir. Qeyd edilənlərə əsasən Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2107/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə ərizə təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri fa ktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və s.) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Zurufçu (Zurufi) Yaqub Qulu oğlu xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, xx.xx.1979- cu ildə X34 Fərzin ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin nikahdan onların iki övladları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğa David. Zurufçu (Zurufi) Yaqub Qulu oğlu ilə X34 Fərzin arasında olan nikah xx.xx.2006-cı il tarixdə İran İslam Respublikası Məhkəmə orqanı tərəfindən pozulmuşdur. Bundan sonra Vila Rezai övladları Dəniz və Dalğa Davidlə birlikdə X11 köçmüş və Amerika vəətəndaşlığını qəbul etmişlər. X24 xx.xx.2010-cu il tarixində Mustafayeva (Zurufçu) Aynur Valeh qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan onların xx.xx.2011-ci ildə bir övladları anadan olmuşdur: X19. X24 xx.xx.2021-ci ildə ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçilərə aid sənədlərdə, eləcə də, mərhum X20 aid sənədlərdə onun adı və soyadı fərqli (Zurufi, Surofchy, Zoroufi) göstərilsə də, iş materiallarında olan sənədlərdən, ailə foto-video albomlardan ərizəçilər Ərizəçi1 Davıdın və Surofchy X3 övladları olması öz təsdiqini tapır.
16. Məhkəmə gəldiyi nəticənin hüquqi ə sası kimi “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
18. Maraqlı şəxs apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin heç birində iddia edilən onların atalarının məhz xx.xx.1950-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş X24 olması heç bir sənədlə təsdiqini tapmamışdır. Belə ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən heç olmasa görünür ki, onların ataları olmuş şəxs, məsələn, xx.xx.1950-ci il təvəllüdlüdür. Digər fərq, iddia olunan şəxsin soyadında ciddi fərqlər vardır (bir sənəddə “Zurufi”, digər sənəddə “Surofchy” qeyd edilmişdir). Qeyd edilən əsaslara görə isə heç bir halda hazırki ərizə təmin edilməməli (qohumluq faktı sübuta yetirilməmişdir), ərizə rədd edilməli idi. Lakin məhkəmə iş materiallarına ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin hər birində (sait və samit fərqləri olmağına baxmayaraq) sanki məhz X20 aid olduğunu sübüt etmək üçün ad, soy ad və ata adı olaraq X10 qeyd edərək və heç bir araşdırma aparmadan ərizənin təmin olunmasına dair qənaətə gəlmiş, qətnaməsinin əsaslandırmasını heç bir maddi hüquq normasına istinad etmədən, sadəcə MPM-nin 307-ci maddəsini göstərməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1113/2023 saylı mülki iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırki ərizədə göstərilən, yəni müəyyən edilməsi xahiş edilən fakt heç də X15 doğulduğu ay və günlə bağlı deyildir. Bu halın hazırki ərizədə göstərilən faktın müəyyən edilməsinə də heç bir təsiri ola bilməz. Çünki, ərizəçi lər həmin şəxslə qohumluq münasibətlərində, yəni ata övlad olmaları faktının təsdiq edilməsini məhkəmədən xahiş ediblər. Buna görə də təqdim olunan sənədlərdə X15 doğum tarixinin xx.xx.1950-ci il yaxud xx.xx.1950-ci il qeyd olunması heç bir halda ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, sənədlərdə doğum ayının və gününün fərqli qeyd olunmasına baxmayaraq ərizəçilər məhz X24 ilə ata övlad olduqlarını bəyan edirlər. İşdə olan sübutlar da bu faktın müəyyən edilməsi üçün kifayət edir. Təqdim edilən sənədlərdə X1 fərqlərin olması da ərizənin əsassız olmasına dəlalət etmir. Çünki, soyadda fərqlərin olması həmin sənədlərin müxtəlif dillərdə olması və tərcüməsi ilə bağlıdır. Eyni zamanda sənədlərdə X2 fərqli göstərilməsi də həmin sənədlərin ayrı-ayrı şəxslərə aid olması demək deyil. B una baxmayaraq, bu hallar belə ərizənin rədd edilməsi üçün əsas sayıla bilməzdi. Qeyd olunduğu kimi hazırki ərizənin predmeti soyadda hərflərin fərqli olması ilə bağlı olmamışdır.Ona görə də şikayətin bu dəlili də açıq-aşkar əsassız sayılır.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1193, 1194, 1196, 1202, 1243 və 1246-cı maddələrinə, həmçinin “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Maraqlı şəxs (Vəkil) kassasiya şikayət i verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində maddi hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, məhkəmə araşdırmaları zamanı mübahisə edilən halın tam və obyektiv araşdırılması üçün müvafiq (dilşünaslıq) ekspertizanın təyin edilməsi labüd olduğuna baxmayaraq bunu etməmiş, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
24. Ərizəçilər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, və qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
28. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
29. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
30. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
31. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2 Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına u yğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1113/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.