Məhkəmə qərarları › İş №2(102)-2191/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2191/2019

17.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli 2(105)-3448/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov, iş № 2(060)-10476/2017) iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin ə vvəlki vəziyyətinə qaytarılması və keçmiş tikililərin bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov, iş № 2(105)665/2018) İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)4779/18) İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin mə hkəməyə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, E.G.Rəhimov və S.A.Qafari) Sumqayıt şəhər məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilmiş və Cavabdeh tərəfindən N saylı evin həyətində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, mirasın kütləsinə daxil olan 5 və 6 saylı otaqların cavabdehin hesabına bərpa edilməsi qət edilmişdir. İşin halları: N-ci məhəllədə yerləşən fərdi yaşayış evi Əliyev Meybulla Əli oğlu tərəfindən inşa edilmiş, lakin ev qanuna müvafiq qaydada qeydiyyata alınmamışdır. Əliyev Meybulla Əli oğlu 08 avqust 2007-ci il tarixdə vəfat etdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun evə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və onun adına yaşayış evinə və 0,07902 ha torpaq sahəsinə mülkiyyət hüququnu bildirən 16 fevral 2016-cı il tarixli Dövlət Reyestrindən Çıxarış verilmişdir. Sumqayıt şəhər məhkəməsinin 10 mart 2017-ci il tarixli qətnaməsi ilə miras əmlakdan mərhumun vərəsələri İddiaçı1 1/7 hissədə, X1 1/7 hissədə, Cavabdeh 1/7 hissədə, İddiaçı4 1/7 hissədə, İddiaçı3 1/7 hissədə, İddiaçı2 1/7 hissədə, mərhum X2 1/7 hissədə payları müəyyən olunmuşdur. Miras əmlak vərəsələr arasında naturada bölünməmiş, lakin vərəsələrdən Cavabdeh evin faktiki olaraq onun istifadəsində olan hissəsini sökmüş (5 və 6 saylı otaqlar) və orada 10,5x9,0 metr ölçüdə iki mərtəbəli yaşayış evi tikmişdir. 2017-ci ilin iyun a yında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş evin özbaşına tikili olmaqla icra hakimiyyəti orqanının razılığı olmadan inşa edilməsini əsas göstərməklə həmin evin özbaşına tikili hesab edilərək sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasın kütləsinə daxil olan 5 və 6 saylı otaqların bərpa olunmasına dair qətnamə qəbul edilıməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək miras evin vərəsələr arasında faktiki olaraq naturada bölünməsini və həmin tikilinin onun faktiki istifadəsində olan torpaq sahəsində inşa olunmaqla buna heç kimin etiraz etməməsini, məhkəmə kollegiyasının göstərilən vəziyyətdə mübahisənin həllinə yalnız M ülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından yanaşmaqla iddianın təmin olunması barədə gəldiyi nəticənin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı2 və vəkili isə kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416- cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən miras əmlakdan vərəsələrdən hər birinin payının 1/7 hissədə müəyyən olunmasına baxmayaraq əmlakın bölünməməsini və belə vəziyyətdə evin hansı hissəsinin cavabdehin payına düşəcəyinin məlum olmamasını və tikilinin müvafiq icazələr alınmadan inşa edilməsini əsas göstərmişdir. Gəldiyi nəticənin qanuni əsası kimi məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 220.3, 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün halları qiymətləndirmədən nəticəyə gəldiyindən qətnamə qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, miras qalmış yaşayış evi və torpaq sahəsi, vərəsələrdən hər birinin payı 1/7 hissə olmaqla mülkiyyət hüququ əsasında onlara məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Müəyyən olunduğu kimi cavabdeh özünün faktiki istifadəsində olan otaqları sökmüş və faktiki istifadə etdiyi torpaq sahəsində yeni tikili inşa etmiş və digər vərəsələrin buna etiraz etmələri, ümumiyyətlə tikilinin nə vaxt inşa olması iş materiallarından görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə görə lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları nın və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş yaşayış evi özbaşına tikili sayılır, belə ev və ya digər qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Müəyyən olunduğu kimi mübahisəli tikili vərəsələrin, o cümlədən cavabdehin ümumi mülkiyyətində olan, lakin onun faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş, bu zaman şəhərsalma və tikinti normalarının və qaydalarının ciddi surətdə pozulması halı müəyyən olunmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180.3-cü maddəsi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikiliyə onu aparmış şəxsin mülkiyyət hüququnu tanınması imkanını nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən inşa edilmiş e vin tikintisinə müvafiq razılığın olmamasını tikilinin sökülməsi üçün əsas kimi qəbul edərkən mübahisəli tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində deyil, cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini, şəhərsalma və tikinti norma və qaydalarının pozulmasının müəyyən olunmamasını və eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərini nəzərə almamış və işin müəyyən olunmuş hallarına yuxarıda göstərilən normaların tələbləri baxımından qiymət verməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0”səviyyəsindən, yəni birinci yerüstü m ərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. (80.1.) Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. (80.2.) Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. (80.3.) Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlə rinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.(80.4.) Qanunun həmin normasının tələbləri müvafiq icazənin alınmaması əsası ilə mübahisəli evin özbaşına tikili sayılmasına nə dərəcədə əsas verməsin ə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Bundan başqa, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin vərəsə kimi payına düşən torpaq sahəsi 112,9 kv.metr təşkil etdiyi halda, sökülməsi tələb olunan evin tikinti altı sahəsi ona düşən paydan 18,4 kv.metr azdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını lazımınca qiymətləndirmədən, mübahisəli hüquq münasibətini tənzimləyən normaların tələblərini nəzərə almadan nəticəyə gəldiyindən, kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozu lması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar