Məhkəmə qərarları › İş №2(102)-2191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2191/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər ilk iddia-mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbi Qarşılıqlı iddia-istifadə hüququnun tanınması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh vəkili iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7165/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlə 17.04.2015-ci ildə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nigahdan 14.06.16-cı il təvəllüdlü X3 anadan olmuşdur. 11.11.2017-ci il tarixdə ilk iddiaçının atası Əhmədov Böyükağa Hacıkərim oğlu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunda daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən ilk iddiaçıya bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən Fərdi yaşayış evi 24.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyətindədir. ünvan 1 ünvanında İddiaçı 26.12.2 017-ci ildən, eləcə də, Əhmədova Turan Rasim qızı və X3 qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı ilə Əhmədova Turan Rasim qızı arasında olan nikahın pozulması haqqında qeyd 11.12.2019-cu il tarixdə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair» ilkin iddia ilə məhkəməyə müarciət edərək, cavabdeh və azyaşlı X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 17.04.2015-ci ildə rəsmi nigah a girib ailə həyatı qurmuşdur. Birgə nigahdan bir uşaqları anadan olmuşdur: 14.06.16-cı il təvəllüdlü X3. Nigahın pozulmasına dair iddia ərizəsinə əsasən, Sabunçu rayon məhkəməsinin 16.09.2019-cu il tarixli qtənamsəi ilə nigahları pozulmuş, azyaşlı uşaqları cavabdehdə saxlanılmış, aylıq gəlir və qazancından uşağın saxlanılması üçün aliment müəyyən edilmişdir. 11.11.2017-ci il tarixdə atası tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona bağışlanmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 24.11.2017-ci il tarixdən tam mülkiyyətindədir. Cavabdeh 01.02.2018-ci il tarixindən valideynləri ilə birlikdə evi tərk edərək birgə nigahdan olan azyaşlı övladları X2 da götürüb atasına məxsus evdə - ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan göründüyü kimi, cavabdeh, və azyaşlı X3 26 dekabr 2017-ci il tarixindən ona məxsus ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İlk iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və ona məxsus əşyaların: (Blomberg 7 kq-lıq paltaryuyan maşın – 1 ədəd, Blomberg soyuducu – 1 ədəd, Tefal ətçəkən maşın – 1 ədəd, Mətbəx üçün hava sorucu qurğu – 1 ədəd, Samsung tozsoran aparatı – 1 ədəd, Jowissa elektrik sobası – 1 ədəd, Grundig 32 diaqonallı televizor – 1 ədəd, Dvd player – 1 ədəd, Qonaq otağı üçün 8 lampalı lüstur – 1 ədəd, Yataq otağı üçün 3 lampalı lüstur – 1 ədəd, Mətbəx üçün jalüz, Q onaq otağı üçün qarniz, pərdələri ilə birlikdə – 2 ədəd, Yataq otağı üçün qarniz, pərdələri ilə birlikdə – 1 ədəd, Künc divanı (açılıb bağlanan) – 1 ədəd, Televizor altlığı – 1 ədəd,Uşaq çarpayısı – 1 ədəd,Uşaq yedirtmək üçün oturacaq – 1 ədəd, Xalça – 2 ədəd, Uşaq yeriməsi üçün oturacaq – 1 ədəd,Tefal ütü – 1 ədəd, Ütü stolu – 1 ədəd, 9 dolablı mətbəx meveli – 1 ədəd, Stol dəsti, 6 ədəd stulu ilə birlikdə – 1 ədəd, 2 dolablı, güzgülü qab-qacaq yığmaq üçün mebel – 1 ədəd, 3 dolablı, şüşəli, qab-qacaq yığmaq üçün mebel – 1 ədəd, 2 dolablı, güzgülü, kosmetika üçün mebel – 1 ədəd, Uşaq paltarlarını yığmaq üçün çarpayı yanlığı mebel – 1 ədəd, 2 nəfərlik yataq çarpayısı, yan dolabları ilə birlikdə – 1 ədəd, Yataq otağında, 1 qapısı şüşə olmaqla, 2 qapılı mebel – 1 ədəd, Şəxsi istifadə üçün palt arlar (qadın, uşaq), Bıçaq dəsti – 1 ədəd, Çəngəl-qaşıq dəsti qutuda – 1 ədəd, Xrustal stəkan dəsti – 1 ədəd, Stəkan dəsti – 2 ədəd, Vaza dəsti – 2 ədəd, Qab-qacaq dəsti – 2 ədəd) fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Əhmədova Turan Rasim qızına cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlı dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələrlə əşyaların çıxarılmasını yubadır. Cavabdehə məxsus cehiz əşyaları onun evində öz əşyalarını yerləşdirməyinə, mülkiyyətindən istədiyi kimi istifadə etməyinə, onun üzərində sərəncam verməyinə məhdudiyyət yaradır. Eyni zamanda cavabdehə məxsus əşyaların və avadanlıqların ona məxsus yaşayış evində olması, onların qorunub – saxlanması, yanğından mühafizə olunması kimi əlavə məsuliyyət müəyyən edir. İlk iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun, istifadə hüququnun tanınması, eyni zamanda azyaşlı övladı X3 ilə birlikdə qeyd olunan ünvanda yerləşən yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı ilə birgə yaşadıqları yaşayış evi iddiaçının atası tərəfindən birgə nikah dövründə ona bağışlanmış və hazırda iddiaçının mülkiyyətindədir. Nikah dövründə birgə təsərrüfatları bu evdə olmuşdur. 01 fevral 2018-ci il tarixdə iddiaçı tərəfindən zorla, məcburi şəkildə birgə yaşadıqla rı evdən çıxarılmış, sözün əsl mənasında evdən qovulmuşdur. Evdən çıxmağı könüllü olmamışdır. Həmin vaxtdan bugünə qədər də azyaşlı övladı ilə birlikdə hər dəfə bir qohumlarının evində qalmaq məcburiyyətində olmuşdur. Yəni, daimi yaşaya biləcəyi normal yaşayış şəraiti yoxdur. Buna görə də iddiaçı ilə birgə nikahdan olan övladı da əziyyət çəkir, hər dəfə yaşayış yerini dəyişməli olur. Nikahdan sonra hazırda iddiaçının mülkiyyətində olan yaşayış evi üzrə qeydiyyata alınmış, yəni mülkiyyətçinin razılığı ilə evdən istifadə hüququ yaranmışdır. İddiaçı isə hazırda onun qeydiyyatdan çıxarılmağı üçün iddia qaldırmaqla evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Yəni, dolayısı ilə iddiaçı onun evdən istifadə hüququnun olmasını etiraf edir. Həqiqətən də hal-hazırda övladı ilə birlikdə daimi yaşamağa evləri yoxdur, iddiaçının mülkiyyətində olan yaşayış evinə ehtiyacları vardır, bu birgə nikahdan olan övladları normal fərd kimi yetişməsi üçün də olduqca vacibdir. Qeyd etdiyi kimi hazırda hər dəfə bir qohumlarının evində qalırlar, iddiaçının qeyd etdiyi kimi nikah vaxtı yaşadıqları evdən könüllü çıxmamışdır, zorla, qovularaq evdən çıxarılmışdır. Buna görə də, qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilməli, onun azyaşlı övladı ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququm tanınmalı, həmin yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməlidir. Yuxarıda da qeyd etdiyi kimi hazırda azyaşlı övladı ilə birlikdə yaşamaq üçün normal yaşayış şəraitləri yoxdur, hər dəfə bir yerdə, bir qohumun evində qalırlar. İddiaçı ilə birlikdə yaşadıqları və onun mülkiyyətində olan evdə qala bilmələri üçün şərait vardır, həmin evdən də məcburi olaraq çıxarılmasa idi hələ də orada yaşayardı. Ailə münasibətləri pozulmağa başlayan kimi onu azyaşlı övladı ilə birlikdə evdən qovublar. Buna görə də hazırda qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edir ki, iddiaçı AR Müdafiə Sənayəsi Nazirliyində işləyir, maddi vəziyyəti yaxşıdır, onun ona məxsus evdə qalmağı ona heç bir maneəçilik yaratmayacaqdır. Əks halda, o yenə də övladı ilə birlikdə hər dəfə bir yerdə yaşamalı olacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(008)2030/2020 nömrəli (hakim Ə.Səmədov) qətnaməsi ilə İddiaçı cavabdeh qarşı mənzilə istifadə hüququna xitam ve rilməsi və əşyaların mənzildən çıxarılması tələbi təmin edilmiş, cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mülki, həm də ailə qanunvericiliyi ilə müəyyən edilən razılıq (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) və başqa razılaşma olmadığından, nikahları pozulduğundan, etibarlı ailə münasibətləri artıq mövcud olmadığından, cavabdehin faktiki olaraq 2 il müddətində iddiaçıya məxsus evdə qalmadığından yaşayış sahəsinə real ehtiyacı qalmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edi lməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Talışinski sədrliyi və məruzəsi ilə, hakimlər R.Eyvazov və Z.Şirinovdan ibarət tərkibdə, iş № 2(103)-7165/2020) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2030/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin əsassız və sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil İzafət oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli 2(103)-7165/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin iclasında ilk iddia üzrə iddiaçı cavabdehə eyni şəraitli başqa yaşayış sahəsinin təklif edildiyini, lakin cavabdehin bu təklifi qəbul etmədiyini, Əhmədli ərazisində mənzil alınmasını tələb etdiyini bildirmişdir. İddiaçı bu izahatı ilə faktiki olaraq təsdiq edir ki, cavabdehin iddiaçıya məxsus evdən çıxdığı halda azyaşlı övladı il birlikdə yaşamağa şəra iti, normal yeri olmamış, əks halda iddiaçı cavabdehə eyni şəraitli başqa evi təklif etməzdi. Əslində belə təklif olmamışdır. Məhkəmələr qarşılıqlı iddiaçının faktiki olaraq 2 ildən artıq müddətdə iddiaçıya məxsus evdə qalmadığını nəzərə alaraq qarşılıqlı iddiaçının həmin yaşayış sahəsinə real ehtiyacının olmadığı qənaətinə gəlmişdir. Lakin məhkəmələr bu qənaətə gələrkən iş materiallarını deyil, iddiaçının izahatına istinad etmişdir. Məhkəmə qarşılıqı iddiaçının evdən məcburi çıxarılması, könüllü getməməsi, həmin yaşayış sahəsinə ehtiyacının olmasına dair sübutları məhkəməyə təqdim etmədiyinə istinad edirlər. Lakin maraqlıdır ki, bunun əksini təsdiq edən sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmələr iddiaçının izahatını əsas götürərək cavabdehin h əmin yaşayış sahəsindən istifadəyə ehtiyacının olmadığına əsaslanmışlar. Bu da onu göstərir ki, daha əvvəl işə baxmış hər iki məhkəmə instansiyası iddiaçının izahatlarını cavabdehin izahatlarından üstün tutmuş və MPM-in 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehnın vəkili izahatında göstərmişdir ki, işə baxarkən ap elyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərin i apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət h üququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qayda sında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mül kiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. KonstitusiyaMəhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəlləni n 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh Əhmədova Turan Rasim qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan mənzil ilk iddiaçının at asının mülkiyyətində olmuş və 11.11.2017-ci il tarixdə ilk iddiaçının atası Əhmədov Böyükağa Hacıkərim oğlu tərəfindən ona bağışlanmışdır. Baxılan iş üzrə tərəflərin nikahları 17.04.2015-ci ildə rəsmiləşmiş və qarşılıqlı iddiaçı həmin tarixdən mübahisəli mənzilə köçmüşdür. O, mübahisəli mənzilə köçərkən Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan əsasla və ya ailə hüquq münasibətlərindən irəli gələn əsaslarla istifadə hüququ əldə etməmişdir. Yalnız mənzilin onun həyat yoldaşına bağışlanmasından sonra mübahisəli mənzilə istifadə hüququ əldə etmiş və faktiki olaraq tərəflər arasında nikahın pozulmasından sonra istifadə hüququ itirilmişdir. Nəzərə alınsa ki, Mənzil Məcəlləsinin 30cu maddəsinə əsasən yaranmış istifadə hüququ əşya hüquqi ilə bağlı olmayan istifadə hüququdur, belə olan ha lda qarşılıqlı iddiaçı yaşayış sahəsində müəyyən müddət ərzində yaşamaq imkanının saxlanmasını tələb etmək hüququna malik olmuşdur. Lakin məhkəmələr qarşılıqlı iddiaçının iki il yeddi aydan artıq bir müddətdə yaşayış sahəsini tərk etməsi və mənzillə bağlılığını saxlamaması, həmin mənzilə ehtiyacının olmamasına əsaslanmaqla haqlı olaraq müəyyən müddət üçün qarşılıqlı iddiaçının mənzildə yaşamaq imkanının saxlanmasını mümkün və zəruri hesab etməmişlər. Eyni zamanda belə imkanın saxlanmasının zəruri olmasına, mənzilə yaşamağa imkan verilməməsinə, mübahisəli mənzilin yeganə yaşayış sahəsi olmasına dair qarşılıqlı iddiaçı tərəfindən hər hansı sübutun təqdim olunmamasına da istinad etmişlər. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7165/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar