Məhkəmə qərarları › İş №2(102)-2191/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2191/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X23 və Daşınmaz Əmlakın satışı X26, Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (AR ƏMDK DƏDRX X20 1 saylı Bakı Ərazi İdarəsinin, X4, Aqil İbrahimovun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız sayılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)528/2023 nömrəli qətnaməsindən Ca vabdeh3 QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27136.37 ABŞ dolları məbləğində əsas borc, 7921.41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36457.78 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı, X2 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınması, Bakı şəhəri Binəqədi rayonu, H.Babaşov küçəsi 6 saylı evin, 27 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X4, X3, X6 və X7 mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir.

3. Hərrac Təşkilatının xx.xx.2021-ci il tarixli, 63/04 nömrəli hərracın yekunları barədə protokoluna əsasən, X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Xətai rayon İcra Şöbəsinin xx/xx-169468/20-23 saylı, xx.xx.2021-ci i! tarixli sifariş məktubunun və “Access Bank" QSC-nin müvafiq məktubunun icrasına əsasən "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 41.42 və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əasasən hərra cın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır.

4. Azərbaycan Respublikası Xammal və X23 və Daşınmaz Əmlakın Satışı X26 tərəfindən Mustafayev Sarvan Vəkil oğluna, X13, X15, X12, Xətai rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə ünvanlanmış xx.xx.2021-cil tarixli, 01/1925 nömrəli, xx.xx.2021-ci il tarixli 01/2253 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi ipoteka qoyulan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə və Bak ı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2021-ci il saat 11:00-da və xx.xx.2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. 5. “Exspress” kuryer xidmətinin mədaxil qəbzlərinə əsasən, ipoteka qoyan C.Bəşirova hər hansı bildiriş göndərilməmişdir. 6. xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsinə görə, X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 manata "xxxx" QSC-yə satılmışdır. 7. 13.01.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC-in adına qeydə alınmışdır. 8. xx.xx.2022-ci il tar ixli "xxxx" QSC ilə Aqil İbrahimov arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manata sonuncuya satılmışdır. Hazırda həmin mənzil Aqil İbrahimovun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X23 və Daşınmaz Əmlakın Satışı X26nə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X23 və Daşınmaz Əmlakın Satışı X26 tərəfindən keçiril miş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh3 QSC ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzunmüddət kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsı, 6 saylı evin 27 saylı mənzilinin qiymətləndirilməsindən, həmin əmlaklara dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Hərracdan satılmış əmlakların real bazar qiyməti satış qiymətindən azı 2 dəfə artıqdır. Hərracdan satılan əmlaklar icra sənədi üzrə digər borcluların son yaşayış yeridir. Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə dair Cavabdeh3 Qaplı Səhmdar Cəmiyyəti ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Məhkəmə ərəfəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı 22 aprel 2022-ci il tarixə, saat 10:20-a təyin edilmişdir. Mənzildən çıxarılması nəzərdə tutulan şəxslərdən X6 iki azyaşlı övladları olmasını, X10 arvadı 26 yaşında vəfat etməsini, onların iki azyaşlı övladları olmasını, X4 və X3 xəstə olmasını və X10 arvadının vəfat ı ilə keçirilən mərasimdə, o cümlədən qəbr ziyarətində iştirak etmələri səbəbindən xx.xx.2022-ci il tarixdə təyin olunmuş icra tədbirində iştirak edə bilməyəcəkləri barədə qabacadan tələbkara və icra şöbəsinə məlumat verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını 2022-ci ilin may ayının sonuna kimi təxirə alınması xahiş edilməsinə baxmayaraq, mənzili qapısının açarı qırıb açılaraq mənzilə daxil olmuşlar, borcluları son yaşayış yeri olan mənzilin əşyaları məcburi qaydada çıxarılaraq tam yararsız halda hara yerləşdirilməsi barədə məlumat verilməmişdir. Hal-hazırda əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzili üçüncü şəxslərə satmaq istəyirlər. Belə ki, işə baxılaraq, yekun qətnam ə qanuni qüvvəsini alanadək, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2277/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia rədd edilmişdir. 12.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə borcludur və X11 isə ipoteka qoyan olmaqla iddiaçı tərəfindən mübahisələndirilən mənzil ona məxsus olduğu üçün iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 7 7.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat 14.İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Qanunun 42, 43 və 44-cü maddələrinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi ilə əlaq ədar hərracda iştirak hüququnu əldə etmək üçün sənədləri nə iddiaçıya, nə ipoteka qoyan şəxsə, nə də ki, digər maraqlarına toxunan şəxsə məlumat verilməmişdir. Hərracda satılması nəzərdə tutulan mənzilin hansı səbəbdən dəyərindən 2-3 dəfə aşağı satılmasının səbəbi araşdırılmamışdır. Hərracda tək Cavabdeh3 QSC iştirak etmişsə, hərrac baş tutmamış hesab edilməli olduğu halda buna qiymət verilməmişdir. Həmçinin, hərracın keçirilməsinə əsas iddiaçının Cavabdeh3 QSC ilə bağlanmış kredit müqaviləsi və iddiaçı, cavabdeh "xxxx" QSC və X11 (ipoteka qoyan) arasından bağlanmış ipoteka müqaviləsi olmuşdur. Göründüyü kimi, iddiaçı və X11 (ipotekaqoyan) icra sənədi üzrə borclu olmaqla müştərək məsuliyyət daşıyırlar. Qeyd olunanlar onu ehtiva edir ki, iddiaçının mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən, məhkəmənin mövqeyinə görə sanki mülkiyyətçi olmayan şəxslər mənafeyini və maraqlarını qorumaq üçün mübahisə açmaq hüquqları yoxdur. Qanunvericilikdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Subyektiv hüquqlarda əhatə olunmayan mənafe və maraqlar da mümkündür. Mənafe və maraq kateqoriyaları nəinki fiziki və hüquqi şəxslərin tələblərinin ö dənilməsi üçün əhəmiyyət kəsb edir, həm də mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin əsasını təşkil edir. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və bu hüququ həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Məhkəməyə müraciət edən şəxslərin mənafe və maraqlarının olması bu maddələrdə birbaşa öz əksini tapmışdır. Lakin, bu heç də o demək deyildir ki, məhkəməyə müraciət edən şəxsin mənafe və marağı məhkəmə prosesinin özü üçün əhəmiyyət kəsb etmir. Beləliklə, mənafelərin və maraqların qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafiəsindən imtina olunması üçün əsas deyilir. İşə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə təqdim olunmuş subutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar, ümumiyyətlə, nə iddiaçını nə ipotekaqoyan şəxsə, nə də ki, digər maraqlarına toxunan şəxslərə məlumat verilməməsi barədə sübut təqdim olunsa da, məhkəmə buna qiymət verməmişdir. Bundan əlavə, məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. 16.Apellyasiya icraatı zamanı ipoteka qoyan X11 və evin hazırkı mülkiyyətçisi Aqil İbrahimov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 17.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı tərəfin hərracın qanun pozuntusu ilə keçirilməsi barədə bildirdikləri əhəmiyyətsizdir, çünki birinci instansiya məhkəməsi də düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının hərracı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Əgər belədirsə, məhkəmələr hərracın keçirilməsinin qanuni olub-olmaması kimi məsələni yoxlamalı da deyil, subyektiv hüquq yoxdursa, hər hansı sonrakı araşdırmaya ehtiyac qalmır. İddiaçı hərrac barədə məlumat verilməli şəxs deyil, ipoteka qoyana məlumatın verilməsi, eləcə də əmlakın hansı qiymətə satılmasını yalnız ipoteka qoyan mübahisələndirə bilər, onun da belə bir iddiası yoxdur. Bu məsələlləri əsas öhdəlik üzrə borclu olan iddiaçı mübahisələndirə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, oxşar hallara dair çoxsaylı məhkəmə qətnamələri var ki, məhz əsas borclunun subyektiv hüququnun olmamasına əsasən onların iddiaları təmin edilməmişdir. 18.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs C.Bəşirov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin borcun tutulması və tələbin ipoteka predmetinə yöndəldilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Binəqədi Rayon İcra Şöbəsinə məktub yazaraq bildirmişdir ki, mənzildən çıxarılması tələb olunan E.Bəşirovun arvadı 26 yaşında vəfat etmişdir, iki azyaşlı uşağı vardır, onun yas mərasimində iştirakla əlaqədar icra vərəqinin icrasının 2022-ci ilin may ayına təxirə salınmasını xahiş etmişdir. Hərracların keçirilməsi barədə ona hər hansı məlumat verilməmiş, həmin evin hazırkı real qiyməti 130-135 min manatdır, mənzili real qiymətindən cox aşağı qiymətə satılmışdır. Hazırda ailəsi ilə evsiz qalmışdır. 19.Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 16 yanvar 2023-cü il tarixli, 2(103)-528/2023 nömrəli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, Azərbaycan Respublikası Xammal və X23 və Daşınmaz Əmlakın Satışı X26 tərəfindən keçirilmiş hərracın yekun ları barədə 63/04 saylı, xx.xx.2021-ci il tarixli protokolun və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, məhkəmə xərcləri həll olunmuşdur. 20.Apellyasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarının pozulmasını hərracın ipoteka qoyana məlumat verilməməsi və nəticədə alıcı dairəsinin məhdudlaşdırılmaqla keçirilməsi, həm də əmlakın real qiymətindən iki dəfə aşağı qiymətə satılmasında ifadə edir. 21.İddiaçının vəkili həm apellyasiya şikayətində, həm də apellyasiya icraatı zamanı göstərmişdir ki, hərrac barədə ipoteka qoyana məlumat verilməməsi və mənzilin çox aşağı qiymətə bank tərəfindən ə ldə edilməsi birmənalı olaraq iddiaçının qanunla qorunan maraqlarına toxunur, çünki bu halda iddiaçı həm bank qarşısında borclu olaraq qalmaqda davam edir, eyni zamanda da ipoteka qoyan tərəfindən ipoteka qoyulmuş mənzilin real dəyəri məbləğində reqres tələb üzrə qaçılmaz borcluya çevrilir. 22.İş üzrə mübahisələndirilən hərracın keçirilməsi zamanı qanunun imperativ tələblərinə əməl olunmaması, yəni ipoteka qoyan kimi C.Bəşirova hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsi müəyyən olunmuşdur. Rayon məhkəməsi bu halları ümumiyyətlə yoxlamamışdır. 23.Apellyasiya kollegiyası qeyd etmişdir ki, tenderlərin keçirilməsi prosedurunun sadəcə pozulması faktı göstərilən şəxsin iddiası ilə onları etibarsız hesab etmək üçün kifayət deyil. Belə şəxs o zaman iddiaçı ola bilər ki, o, onun pozulmuş hüquq və ya mənafeləri olduğunu və hərracda bağlanmış müqavilənin etibarsızlığının nəticələrini tətbiq etməklə bərpa oluna biləcəyini sübut etsin. 24.Mülki iş materiallarından məlum olur ki, hərracın keçrilməsi barədə ipoteka qoyana məlumat verilməmişdir. Bununla məlum olur ki, hərrac keçirilməsi ilə bağlı ipoteka qoyana məlumat verilməsi barədə qanunun imperativ göstərişi pozulmuşdur. Hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçı olan əsas borclu və ipoteka qoyanın da əmlak mənafeyi və maraqlarını pozmuşdur. 25.Belə ki, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsin ə görə X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 (əlli səkkiz min altı yüz əlli) manata "xxxx" QSC-yə satılmışdır. Bundan sonra həmin əmlak xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə İbrahimov Aqil arasında olan alğı-satqı müqaviləsinə görə X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manat 00 (yüz min manat sıfır qəpik) qiymətinə İbrahimov Aqilə satılmışdır. 26.Göründüyü kimi, iddiaçının əmlakın öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması barədə dəlili təsdiq olunur. 27.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci, “İpoteka haqqında” A zərbaycan Respublikasının Qanunun 41.1, 41.2, 42.1, 44-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.1, 14.2, 77.1, 88, 372.1, 372.2, 372.3, 372.6, 372.7, 385.1.1, 387.2.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 28.Cavabdeh “Accessbank“ QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 29.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvan 2 ünvanında yerləşən 27 saylı mənzilin mülkiyyətçisi, ipoteka qoyan olan iddiaçı deyildir və mənziliin mülkiyyətçisi X4 iddiaçıya səlahiyyətlərin verilməsi barədə etibarnaməsi yoxdur. Birinci instansiya məhk əməsində bu hüquqdan istifadə edilməsi iddiaçı və onun vəkilinə izah edilsə və proses təxirə salınaraq gözlənilsə də, nəticəsiz qaldmışdır. Etibarnamə olmadan iddiaçının ipoteka qoyana aid səlahiyyətlərdən istifadə etməsi bir başa iddianın əsası üçün subyektiv hüququn olmaması deməkdir. Ümumiyyətlə, etibarnamə olmadan borclunun səlahiyyətə sahib olması və hüquqlardan istifadə etməsinin hüquqi və əsası yoxdur. Həmçinin, ipotekaqoyan subyektiv hüququ olsa da, 1 ildən çoxdur ki, ipoteka predmetini, satışını, qiymətini və hərracı mübahisələndirməmişdir. Yaxın münasibətlərinin davam etməsinə baxmayaraq, iddiaçı iddiasını imzası ilə təsdiq etməmiş və imza səlahyyətini verməmişdir. İstənilən zaman hərracın mübahisələndirilməsi hüququ ipoteka qoyanda qalmaqdadır. Qanunvericiliyin tənzimləyici norm alarının nəzərə alınmaması və iddianın gələcək ehtimallara əsasən təmini qanunvericiliyin kobud pozuntusudur. 30.Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əmlakın ilkin satış qiyməti, açıq hərraclarda elanlar vasitəsi ilə hamının məlumatlandırılması və alıcı olmadığı üçün sonda təkrar hərracdakı qiymətdən 25% aşağı məbləğdə ipoteka saxlayan Cavabdeh3 QSC-nin balansına qəbul edilmə məbləği “İpoteka haqqında” Qanunun tələbləri, Mülki Məcəllənin və digər normativ hüquqi aktlarla realizə edilmişdir. Balansına qəbul edilmiş əmlakı çəkilmiş xərclər nəzərə alaraq satmaq Cavabdeh3 QSC-nin hüququdur. Əmlakı satacağı qiymətə hər hansı formada müqayisə etmək və bunun əsasında münbasibət bildirilməsi bazar iqtisadiyyatının pozulması kimi qiymətləndirilir. Qeyd edilən hərrac bildiriş i üzrə iki əmlak hərraca çıxmış və hər ikisi də bankın balansına qəbul edilmişdir. 31.Məhkəmə prosesi, icra prosesi zamanı və hərrac keçirilərkən tərəf məlumatlı olmuşdur və icra sənədi üzrə digər əmlak Mustafayev Sarvan Vəkil oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci döngə, 139 C saylı fərdi yaşayış evi bankın balansına qəbul edildikdən sonra özünə, yəni ipotekaqoyana satılmışdır. Hazırda mübahisələndirilən ünvan 2 ünvanında yerləşən 27 saylı mənzilinin də ipotekaqoyan X1 haqqında danışıqlara cəhd edilsə də, hətta nisyə alqı-satqı imkanı yaradılsa da, mülkiyyətçi olaraq bankı müxtəlif bəhanələrlə yubatmış və nəticədə maddi ziyan dəyməsinə səbəb olmuşdur. 32.Digər tərəfdən, iş materiallarından göründüyü kimi, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X26” MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 92000 manat olmaqla ilkin hərrac keçirilmiş və iştirakçı olmadığından ilkin hərrac baş tutmamışdır. Bundan sonra, hərrac təşkilatçısı tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 78200 manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Daha sonra hərrac təşkilatçısı tərəfindən xx.xx.2021-ci il tarixli, 01/2477 saylı məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 58650 manata ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X26” MMC ilə ipoteka saxlayan Cavabdeh3 ASC arasında xx.xx.2021-ci il tarixli, 63/04 saylı ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol imzalanmış və balansa qəbul edilmişdir. 33.Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.2, 74.2, 77, 88-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.1, 43.1.1, 43.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri 34.İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti formal mülahizələr üzrə qurulmuş, hərracın keçirilməsi ilə bağlı iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. Həmçinin, cavabdeh danışıqlar ərəfəsində iddiaçını aldadılaraq pulu da ələ keçirmiş, hətta bu barədə aidiyyəti üzrə dö vlət orqanlarına da müraciət olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 36.Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 37.Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 38.Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 39.Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 40.Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 41.Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 42.Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 43.Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 44.Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilə nin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 45.Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 46.Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 48.Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 49.Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi: 50.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 51.Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 52.Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 53.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 56.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 57.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 58.Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışı nın hədləri 59.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 60.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 61.Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 62.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, sözügedən hərracın keçirilməsi barədə üçüncü şəxs Cəbrayıl Bəşirova (bundan sonra – ipoteka qoyan) bildirişlər göndərilməmişdir (§ 5,22). 63.Apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı (bundan sonra - əsas borclu və ya şəxsi borclu) öz hüquqlarının pozulmasını hərracın keçirilməsinə dair ipoteka qoyana məlumat verilməməsi və əmlakın real dəyərindən iki dəfə aşağı qiymətə satılması ilə izah edir (§ 20). 64.Həmin məhkəmə iddianı haqlı sayarkən mövqeyini bununla əsaslandırmışdır ki, hərrac keçirilməsi ilə bağlı ipoteka qoyana məlumat verilməsi barədə qanunun imperativ göstərişinin pozulmsı ilə potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir. Nəticə etibarilə iddiaçı olan əsas borclu və ipoteka qoyanın əmlak mənafeyi və maraqları pozulmuşdur (§ 23-25).

65. Kassasiya kollegiyası aşağıdakılara əsasən bu mövqeni hazırkı iş üzrə iddianın təmin edilməsi üçün əsas hesab etmir. 66.Belə ki, hərracın keçirilməsi haqqında ipoteka qoyana məlumat verilməsi barədə məcburi qaydaya (qanunun tələbinə) əməl olunmaması, ipoteka qoyanın mənafeyinin pozulması (potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində hərracların baş tutmaması və predmetin satış qiymətinin aşağı düşməsi) baxımından əsaslıdır. Lakin hazırkı işdə ipoteka qoyan iddia qaldırmamış, iddianı əsas borclu irəli sürmüşdür. 67.Buna baxmayaraq, həmin qanun pozuntusunun əsas borclunun əmlak maraqlarını ha nsı formada zədələməsi, daha dəqiq desək, mənafe pozuntusunun onun üçün konkret nədə ifadə olunması qətnamədə göstərilməmişdir. 68.Beləliklə, apellyasiya məhkəməsinin aktında istinad olunan dəlillər iddia qaldırmamış ipoteka qoyanın mənafeyi ilə bağlı olmaqla, sözügedən pozuntunun iş üzrə iddiaçı olan əsas borclunun özünə təsiri əsaslandırılmamışdır. 69.Halbuki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində təsbit olunan, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədinə xidmət edir (§ 50). 70.Eyni yanaşma məhkəmədə mülki işə başlama barədə MPM-nin 5.1-ci maddəsində əks olunmuşdur (§ 51). 71.Mülki prosessual qanunvericiliyə görə başqa şəxsin hüquq və mənafelərinin m üdafiəsi üçün iş başlanılması qanunda nəzərdə tutulmuş hallarda və qaydada mümkündür (§ 52). 72.Baxılan işdə isə iddiaçı həmin hallara istinad etməmiş, apellyasiya məhkəməsi də öz mövqeyini bu istiqamətdə əsaslandırmamışdır. 73.Belə olan halda, hərracın etibarsızlığı barədə iddiaya tələb irəli sürmüş iddiaçının əsas borclunun subyektiv hüquqları (mənafeləri) baxımından qiymət verilməlidir.

74. Bunun üçün ilk növbədə kreditorla (ipoteka saxlayanla) borcalan və ipoteka qoyan, habelə sonuncuların özləri arasındakı hüquq münasibətlərinin xarakteri, bu çərçivədə hərracın mahiyyəti və nəticələri nəzərdən keçirilməlidir. 75.Məlum olduğu kimi kreditor, əsas borcluya qarşı tələb hüququna, ipoteka qoyan üçüncü şəxsə münasibətdə isə əşya hüququna malik olur. 76.Belə ki, borcalanla kreditor arasında kı münasibətlər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Başqa sözlə, kreditor öhdəliyin icrasını gecikdirən əsas borcluya qarşı (borcun qaytarılmasına dair) tələb hüququ əldə edir. 77.İpoteka saxlayanla (kreditorla) ipoteka qoyan üçüncü şəxs arasındakı münasibətin isə müstəqil hüquqi əsası vardır. Bu, onlar arasında bağlanan ipoteka müqaviləsidir (təcrübədə ipoteka müqaviləsinə bəzən borcalan da imza etsə belə, ipoteka münasibətinin tərəfləri ipoteka saxlayanla ipoteka qoyandır). Həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayanın xeyrinə ipoteka – məhdud əşya hüququ qeydə alınır. 78.İpoteka dedikdə, kreditorun tələb hüququnun təminatı kimi daşınmaz (və rəsmi reyestrdə qeydə alınan daşınar) əşyaların girovu başa düşülür. Başqa sözlə, ipoteka girov saxlayanın girov qoyanın əşyası barəsində əsas öhdəliyə bağlı olan (əsas öhdəliyin icrasının təmin edilməsi üçün) əlavə (aksessor) əşya hüququdur (§ 35-38, 45). 79.İpoteka qoyan, müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə üzərində ipoteka qurulmuş daşınmaz əşya ipoteka qoyanın mülkiyyətində (yüklü də olsa) qalmaqda davam edir. Şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur (§40). 80.Qanuna əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipote ka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (§ 42, 46).

81. Göründüyü kimi, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. 82.Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərrac təşkilatçısının hərracın keçirilməsinə dair məhz ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməli olduğu göstərilmiş, əsas borcluya belə bir məlumatın verilməsi nəzərdə tutulmamışdır (§ 47). 83.Bu qayda ondan irəli gəlir ki, şəxsi borclunun hüquqi marağı (mənafeyi) özünün tərəf olduğu öhdəlik münas ibətlərinin çərçivəsini aşmır. Borclunun vəzifəsi əsas öhdəliyi kreditorun xeyrinə vaxtında və lazımınca icra etməklə məhdudlaşır. İpoteka isə kreditorun (tələb hüququnun təminatı kimi) əşya hüququ olmaqla ipoteka qoyanın mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. Təkrar qeyd etməkdə yarar vardır ki, ipoteka ilə bağlı hüquq münasibəti ipoteka saxlayanla əsas borclu arasında deyil, ipoteka qoyan arasında qurulur (§ 77, 81). 84.İpoteka qoyanla şəxsi borclu arasındakı hüquq münasibəti isə qanundan irəli gələn (yenə də) öhdəlik münasibətidir. 85.Belə ki, ipoteka qoyan üçüncü şəxs, əsas öhdəliyi icra edərək öz əşyasını ipoteka yüklülüyündən azad edə bilər (§ 49). Bu zaman kreditorun şəxsi borcluya qarşı tələb hüququ ipoteka qoyana kreditoru təmin etdiyi vaxt keçir (§ 39). 86.Göründüyü kimi, əsa s öhdəlik istər ipoteka qoyanın özü tərəfindən könüllü, istərsə də ipoteka predmeti olan əşyası hərracdan satılmaqla məcburi icra edildikdə, ipoteka qoyan, kreditoru təmin etdiyi həcmdə (tam və ya qismən) şəxsi borcluya qarşı reqres tələb hüququ əldə edir. 87.Bu hallar ona dəlalət edir ki, şəxsi borclunun öhdəliyinin həcmində hər hansı bir dəyişiklik olmur. Həmin öhdəliyin ipoteka qoyanın əmlakı hesabına icrasına görə kreditor dəyişir - ipoteka qoyan kreditoru tam icra zamanı bütövlükdə, qismən icra halında isə həmin həcmdə əvəzləyir. Onsuz da krediti qaytarmalı olan borclu üçün borcunu (tamamını və ya bir hissəsini) kreditora, yaxud onu əvəz edən ipoteka qoyana ödəməsinin fərqi yoxdur. 88.Yeri gəlmişkən o da qeyd edilməlidir ki, ipoteka qoyanın əsas borcluya qarşı reqres tələb hüququ kr editoru təmin etdiyi məbləğlə məhdudlaşır. İpoteka qoyanın bundan artıq məbləğdə, o cümlədən ipoteka predmetinin hərracda ucuz qiymətə satılmasına əsaslanmaqla, əşyasının real bazar dəyəri həcmində vəsaiti əsas borcludan geri tələb etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. İpoteka qoyanın əşyasının hərracda real dəyərindən aşağı qiymətə satılmasından müdafiə imkanları qanunda göstərilmişdir. Belə ki, o, ipoteka predmetinin ilkin satış qiyməti barədə məhkəmə qətnaməsindən şikayət verə, yaxud ilkin və ya təkrar hərracın qanun pozuntuları ilə keçirilməsinə (nəticədə satış qiymətinin azalmasına) görə hərracın etibarsız sayılması barədə özü iddia qaldıra bilər. Bu hüquqlar da əsas borcluya qarşı deyil, ipoteka münasibətinin tərəfi olan ipoteka saxlayana qarşı müdafiə imkanlarıdır. 89.Nəticə etibarilə, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əlehinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Odur ki, əsas borclu Mülki Məcəllənin 416.1-ci maddəsinin məqsədi baxımından maraqlı şəxs sayıla bilməz (§ 43). 90.Ona görə də əsas borclunun hərracın keçirilməsi barədə ona məlumat verilməməsinə görə, yaxud ipoteka qoyana bildiriş göndərilməməsinə istinad edərək öz adından hərracın etibarsız sayılmasına dair iddia qaldırmaq hüququ yoxdur. 91.Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı (əsas borclu) İddiaçı, sözügedən hərracın keçirilməsi barədə ipoteka qoyan Cəbrayıl Bəşirova məlumat verilməməsinə və bunun nəticəsində ipoteka predmetinin a şağı qiymətə satılmasına istinadən hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bu hal iddianın təmin olunmaması üçün əsasdır. 92.Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. 93.Ona görə də həmin qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmalı, yuxarıda şərh olunan hüquqi mövqelərə əsasən iddia rədd edilməlidir. 94.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-528/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar