Məhkəmə qərarları › İş №2(102)-2191/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2191/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X7 vərəsələri X11, X16, X12, X8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit öhdəliyinin pozulması, gecikdirmə faizi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2025-ci il tarixli 2(106)-617/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2011-ci il tarixli KT/KR-58 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə 24 ay güzəşt müddəti tətbiq edilməklə hər rüb ödənilmək və ümumilikdə 5 il müddətinə geri qaytarmaq şərtilə 200.000 manat məbləğində kredit verilmişdir;

3. Kredit müqaviləsinin icrasını təmin etmək üçün X17 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi və ya ipoteka predm eti) bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 340000 manat qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 180.252,72 manat – bundan 129.264,94 manat əsas, 8.177,03 manat faiz, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.810,75 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, X9 vərəsələri X11, X16, X12, X6 istifadələrində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 18 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borclan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsi nə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmiş və müvafiq qaydada qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir.

6. Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1372/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq e kspertizası təyin edilmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli fərdi yaşayış evinin orta bazar qiymətinin 940.000, likvid qiymətinin 860.000 manat təşkil etdiyi müəyyən edilmişdir.

8. Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, 21 iyun 2023 tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və X13 vərəsələrinin mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 oktyabr 2023-cü il tarixli rəyi ilə Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götür məklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində olduğu, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, xx.xx.2016cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində olduğu, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat olduğu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ü zrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir.

10. Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin bazar qiyməti 630.000 manat, likvid qiyməti 598.500 manat təşkil edir.

11. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında ekspert rəyi ilə razı olmadığını qeyd etməklə X11, X16, X12 və X6 mülkiyyətində olan mübahisəli f ərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini, xx.xx.2023-cü il tarixədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın xx.xx.2023-cü il tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, əks halda həmin dövr üçün illik 5 % ilə hesablanmış faiz borcunun müəyyənləşdirmək üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X10, habelə cavabdeh X13 hüquqi varislərindən X5 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçı iddia ərizəsində əsas, faiz və cərimə borcunu həddən artıq şişirtməklə bilərəkdən və ya bilməyərəkdən (əslində həmin Fond hüquqi şəxsdir, kifayət qədər hüquqşünası və mühasibi vardır, yəni bilməmələri inandırıcı deyil) borc məbləğini düzgün hesablamamışdır. Belə ki, 2011-ci ildə bankdan 200000 manat kredit götürüləndən sonra Cavabdeh2 MMC-nin direktoru olmuş X21 həmin puldan 100000 manatını Sabir Kazımov adlı şəxsə vermiş olduğundan 2020-ci ilin yanvar-fevral aylarında Sabir Kazımov 20000 və 2000 manat olmaqla, ümumilikdə 22000 manat pulu ləğv prosesində olan "xxxx" ASC-yə ödəmişdir. Lakin ödənilən məbləğin cərimə məbləğindən silinməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan tərəflərindən mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə vəsatət verilmiş və həmin vəsatət təmin edilmiş və məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Lakin 2 oktyabr 2023-cü il tarixli 9/5210 saylı rəyinə münasibətdə qeyd edilməlidir ki, cərimənin olması artıq mübahisənin olması deməkdir. Mülki prosessual qanunvericilik nəinki məhkəmədən kənar, hətta məhkəmə prosesinin gedişatında belə cərimə məbləğini mübahisəli tələb hesab etdiyindən bankın məhkəmədən kənar ödənilən 22000 manat pulun 18.793,7 manatını cərimə məbləğindən silməsini heç bir halda qanuni hesab etmək olmaz. Mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı vəsatətdə qeyd etdikləri hallar böyük hissədə təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 MMC ümumilikdə 22.000 manat ödəniş etmiş, həmin pulun 18.793,7 manatı isə əsassız və qanunsuz olaraq borclunun annuitet (əsas və faiz) borcundan deyil, cərimə borcundan silinmişdir. Bu, açıq-aşkar iddiaçının hüquqdan suiistifadə etməsidir. Qeyd olunanlar nəzərə alınmaqla 18.793,7 manat pulun hansı hissədə əsas və hansı h issədə faiz borcundan silinməli olması xüsusi bilik tələb edən haldır. Ona görə də, bu xüsusatın aydınlaşdırılması ilə bağlı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1372/2022 saylı qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmişdir. Həmin qərardada əsasən verilmiş "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti - yaxşı, tələbat yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı yaxşı, ekoloji vəz iyyət - yaxşı, yaxşılaşması - yaxşı olaraq dəyərləndirilmişdir. Qeyd olunan rəydən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Həmçinin 23 oktyabr 2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti – 630000 manat, likvid qiyməti - 598500 manat olmaqla qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-mühasibatlıq ekspertizası rəy verərkən yalnız analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti (internet saytlarından götürülmüş elanlar üzrə) nəzərə alınmaqla fə rdi yaşayış evinin bazar qiymətini müəyyən etmişdir. Lakin fərdi yaşayış evinin aşağıdakı göstəriciləri nəzərə alınmamışdır. Belə ki, nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti yaxşı, tələbat - yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı - yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı. Həmçinin ekspertizası aparılan fərdi yaşayış evinə sərf edilmiş materiallar xüsusi keyfiyyətli və qiymətli materiallar olmuşdur. Məsələn: evin xaricdən örtüyü bahalı fasaddan olmuşdur, örtüyün üzərində xüsusi işləmələr olmuşdur, evin balkonlarından Xəzər dənizi birbaşa görünür. Ekspertiza zamanı analoji evlərin qiymətləri üzrə orta bazar qiyməti çıxarılmışdır. Hansı ki, orada olan anoloji evlərdən 3.000.000 manat qiymətləndirilən ev də olmuşdur, lakin həmin ev bilərəkdən və ya bilməyərəkdən müqayisəli tədqiqat üçün anoloji evlərin siyahısına daxil edilməmişdir. Siyahıya daxil edilən evlərdən birinin qiyməti 950.000 manat olaraq göstərilmişdir. Hansı ki, həmin evlə ekspertizada mübahisələndirilən evin arasında yalnız kvadratura fərqi olmuşdur. Eyni zamanda qiymətləndirilmə aparılarkən mübahisəli evin arxitektura tələblərinə tam cavab verməsi də nəzərə alınmamışdır. İnternet resurslarından əldə edilən çıxarışa görə, mübahisəli evin yerləşdiyi ərazi üzrə ümumi sahəsi 550 kv.m olan analoji ev 2.000.000 manat olaraq qiymətləndirilmişdir (həmin çıxarış vəsatətə əlavə edilir). Bu cür neçə-neçə evləri sadalamaq mümkündür. Hansı k i, həm qeyd etdiyi ev, həm də hazırda mübahisələndirilən ev ağlay örtüklü olmuşdur. "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə 23 oktyabr 2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi arasında kifayət qədər böyük fərqin olması hazırda təkrar ekspertizanın keçirilməsini zəruri edən ən əhəmiyyətli xüsusatdır. Belə ki, 1-ci rəydə evin orta bazar qiyməti 940.000 manat, likvid dəyəri 860.000 manat, 2-ci rəydə isə orta bazar qiyməti 630.000 manat, likvid dəyəri isə 598.500 manat müəyyən edilmişdir. Buradan aydın olur ki, rəylər arasında orta bazar qiyməti ilə bağlı fərq 310.000 manat, likvid qiyməti ilə bağlı fərq isə 261.500 manat təşkil edir. Qeyd olunan fərqlər mütəxəssis və ekspertin verdiyi rəylər arasında kifayət qədər böyük ziddiyyətin olmasını göstəri r. Ona görə də, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Son olaraq qeyd etmişlər ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilən zaman Cavabdeh2 MMC-nin təsisçisi X3 iştirakı təmin edilməmişdir. Hansı ki, ekspert tərəfindən sonuncuya xahişi üzrə onun iştirakının təmin ediləcəyi bildirilsə də, sonda edilməmişdir. Bildirmişlər ki, təkrar ekspertiza keçirilən zaman Rafil Tağıyevin iştirakının təmin edilməsi zəruridir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat. xx.xx.2016cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrd ə Borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

15. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edi lmiş, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19.238,73 faiz borcu olmaqla, cəmi 156.680,7 manat, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş mərhum X13 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X11, X16, X12, X6 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dən iz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılsın və ipoteka redmeti olan qeyd edilən əmlakın ilkin satış qiyməti 598.500,00 manat məbləğində müəyyən edilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə münasibatlıq ekspertizasının rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin iddia çıya olan əsas borcunun 133.964,94 manat, faiz borcunun üzrə 9.442,11 manat olduğu qeyd edilsə də, iddiaçı tələbində Cavabdeh2 MMC-dən bağlanmış kredit müqaviləsi üzrə 129.264,94 manat əsas və 8.177,03 manat faiz borcu tələb etdiyindən və məhkəmə də MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından iddia tələbindən kənara çıxa bilmədiyindən iddia əsas və faiz borcu hissəsində əsaslıdır və cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas və 8.177,03 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut növü kimi qəbul edərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının illik 5 %-lə hesablanmaqla yaranmış faiz borcu üzrə 19.238,73 manat Cavabdeh2 MMC-dən tutulara q iddiaçıya ödənilməldir.

18. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 22.000 manat pul məbləğinin cərimə borcundan çıxılmalı olmaması ilə bağlı dəlillərinə qiymət verərək, hesab etmişdir ki, iddiaya qarşı etirazın qeyd edilən dəlilləri əsassızdır və iddianın məbləğinin azaldılması üçün əsas kimi qəbul oluna bilməz. Bu səbəbdən iddianın “kredit borcunun Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması” hissəsi qismən əsaslıdır.

19. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1 və 39.3.3-cü maddələrinə istinadən tələbin əsaslı olduğunu və iddiaçı Bankın tələbi üzrə tutmanın ipoteka predmeti olan və cavabdeh mərhum X13 mülkiyyəti ndə olan X11, X16, X12, X6 istifadələrində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməsini və həmin mənzilin açıq hərracdan satışa çıxarılmasını qeyd etmişdir.

20. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319, 425.1, 425.2, 427.1, 432.4, 442, 445.2, 448.1, 462.1, 462.3, 465.2, 467, 472, və kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekpertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyillər. Ekspert rəyinin natamam və düzgün olmaması qənaətindədir. Belə ki, rəydə təqdiqat obyektinə baxış keçirildiyi qeyd edilsə də, qiymətləndirilən əmlakın şəkilləri rəyə əlavə edilməmiş, ümumi məlumat verilmişdir. Bu da ekspertin qiymətləndirilən əmlakı digər əmlaklarla müqayisəsinin düzgün aparılıb-aparılmaması şübhə doğurur. Belə ki, müqayisə üçün nəzərə alınan əmlakların təmiri yüksək keyfiyyətli və yeni inşa edilmiş tikililər olduğu görsənir, lakin mübahisələndirilən əmlakın təmiri və tikintisi 15 il bundan qabaq aparıldığı nəzərə alınmamışdır. Ekspert rəyinin sadəcə nəticə hissəsində əmlakın dəyəri qeyd edilmiş, əsaslan dırıcı hissəsində torpaq sahəsinin, tikintidə istifadə edilmiş materialların, çoxillik əkmələrin qiymətləri qeyd edilməmiş, həmçinin daşınmaz əmlakın köhnəlməyə məruz qalması, əmlakın istismar müddəti və s. məsələlərinə toxunulub qiymət verilməmişdir. Bundan başqa qeyd etmişlər ki, Ekspert əmlaka baxış keçirmədən, onun köhnəlməsini nəzərə almadan rəy tərtib etmişdir. Odur ki, qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər.

23. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, məh kəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli iddia tələbinin artırılması barədə ərizəni nəzərə almamışdır. MPM-in 53-cü maddəsi iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslanaraq, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi "xxxx" MMC-nin LPO İddiaçı ASC-yə 19.238,73 manat 5 faizlə hesablanmış borcu olduğunu qət etmişdir. Lakin qeyd etmişlər ki, xx.xx.2023-cü il tarixli **********764 nömrəli iddia tələbinin həcminin artırılması barədə ərizə qətnamə qəbul edilməmişdən əvvəl Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli **********748 nömrəli maliyyə arayışından göründüyü kimi Cavabdeh2 MMC-nin LPO İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə hesablanmış 5 faizlik borcu 42.810,75 manat məbləğində təşkil edir. Həmçinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixə 5%lik tələbin hesablanması zamanı ekspert Bankdan daha çox məbləğ qeyd etmişdir (bank - 18.865,45 manat, ekspert - 19.238,73 manat). Məhkəmə isə onların iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almadan xx.xx.2023-cü il tarixə hesablanmış 42.810,75 manat 5 %-lik borcu ekspert rəyinə uyğun olaraq qismən təmin etmişdir.

24. Cavabdeh X5 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsini qismən ləğv etməklə banka ödənilmiş 18.793,73 manat pulun əsas və faiz borcundan sil inməsi (Bank tərəfindən həyata keçirilmiş cərimə silinməklə) və ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin təyin ediləcək ekspertiza rəyinə uyğun olaraq hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Belə ki, sonuncu maliyyə arayışlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 129.264,94 manat əsas, 8.177,03 manat faiz və müqavilə müddətindən sonra illik 5% dərəcəsilə hesablanmış 42.810,45 manat faiz, cəmi 180.252,72 manat İddiaçı ASC-yə borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, mübahisəli fərdi yaşayış ev inin orta bazar qiyməti 940.000, likvid qiyməti 860.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi "xxxx" MMC tərəfindən verilmiş rəyini deyil, məhz Məhkəmə Ekspertiza Mərkəzinin həmin evlə bağlı verdiyi rəyini əsas götürməsini öz qətnaməsində əsaslandırmamışdır. Buna görə də, qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər.

26. Apellyasiya şikayətində Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli m ühasibatlıq ekspertizasının rəyinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan suiistifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir.

27. Apellyasiya baxışında apellyasiya hər iki apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. 28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aparılmış və ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə orta baz ar qiymətinin 881.500, likvid qiymətinin 793 500 manat olması göstərilmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 qeyd etmişdir ki, apellyasiya şikayətlərinin iki dəlili mövcuddur. Birinci dəlilləri ipoteka predmeti olan evin ilkin satış qiyməti ilə bağlıdır. Birinci instansiya məhkəməsi zamanı həm "xxxx" MMC tərəfindən, həm də Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu rəylə razılaşmamışlar. Hazırda apellyasiya məhkəməsi tərəfindən ipoteka predmeti qiymətləndirilmiş və evin likvid dəyəri 793500 manat müəyyən edilmişdir. Hazırkı qiymətləndiricinin müəyyən etdiyi 793500 manat likvid dəyəri ilə razı deyillər. Lakin hazırda Məhkəmə Ekspertiza Mərkəzinin müəyyən etdiyi 598 500 manat likvid dəyərini qəbul edirlər, həmin məbləğlə razılaşırlar. Həmçinin əgər kollegiya tərəfindən hazırkı qiymətləndiricinin rəyi kimi 793500 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi qəbul edilcəksə onunla razılaşmırlar və əlavə qiymətləndirici dəvət edilməsini xahiş edirlər. Həmçinin xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizələrində qeyd etdikləri 42.810,75 manat 5 %-lik gecikdirilmiş borcun da tam təmin edilməsini xahiş edirlər. Hesab edirlər ki, məhkəmə iddianı həmin hissədə təmin etməməkdə haqlı olmamışdır.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi (vəkili) X4 izahatında qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə sonuncu qiymətləndiricinin rəyi olan 793500 manat mə bləği ilə razılaşır, onu qəbul edirlər. Hesab edirlər ki, sonuncu qiymətləndiricinin rəyi daha dolğun və inandırıcıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə münasibətdə hesab edirlər ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan suiistifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi (təsisçisi) X10 cavabdeh X11 izahatında qeyd etmişdir ki, kredit müqaviləsi üzrə ödəmələrin g ecikdirilməsinin səbəbi kreditin Cavabdeh2 MMC-nin direktoru X22 tərəfindən alınması və onun tərəfindən təyinatı üzrə xərclənməyərək geri qaytarılmamasıdır. Buna görə də, X22 barəsində cinayət işi açılmışdır.

32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-617/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov - sədrlik edən və məruzəçi, İlham Əsədov və Qasım Əliyev) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X5 nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)61/2023 nömrəli qətnaməsinin ipoteka ilə yüklü edilmiş mərhum X13 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X11, X16, X12, X6 istifadələrində olan mübahisəli fərdi ya şayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka ilə yüklü edilmiş mərhum X13 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X11, X16, X12, X6 istifadələrində olan mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 793500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarının onların özlərinə aid edilməsi, əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xidmət haqqı olan 200 manat pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

33. Məhkəmə kollegiyası ipoteka predmeti olan evin ilkin satış qiymətinin dəyərinin daha çox olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətinin müəyyən edilməsi məqsədilə iki dəfə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatla ipoteka predmeti olan fərdi yaşayış evinin orta bazar qiyməti 940.000 manat, likvid qiyməti isə 860.000 manat, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə isə ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 598.500 manat məbləğində müəyyən etmişdir.

34. Apellyasiya baxışında apellyasiya hər iki apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. 35. "xxxx" MMC tərəfindən verilmiş x x.xx.2024-cü il tarixli qiymətləndirmə aparılmış və ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 881.500, likvid qiymətinin 793 500 manat olması göstərilmişdir.

36. Məhkəmə kollegiya həmçinin qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 340000 manat qiymətləndirilmişdir.

37. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, apellyasiya şikayətində ipoteka predmetinin Məhkəmə Ekspertiza Mərkəzinin müəyyən etdiyi 598500 manat likvid dəyəri ilə razı olmadıqlarını bildirsələr də, hazırda evin 598500 manat dəyəri ilə razıdırlar. Həmçinin əgər kollegiya tərəfindən hazırkı qiymətləndiricinin rəyi kimi 793500 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi qəbul edilcəksə, onunla razılaşmırlar və əlavə qiymətləndirici dəvət edilməsini xahiş edirlər.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy daha dolğun və obyektivdir. Belə ki, rəy tərtib edilərkən mübahisəli ərazidəki evlər müqaisəli tədqiq edilmiş, evə baxış keçirilməklə müvafiq dəyərləndirmə aparılmışdır. Buna görə də, kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilini əsassız hesab etmişdir. Çünki iddiaçı evin 598500 manat ilkin satış qiyməti ilə razılaşmayaraq şikayət verdiyi halda, 598500 manat məbləği ilə razılaşdığını, onu qəbul etdiklərini bildirmişdir.

39. İddiaçının şikayətinin ikinci dəlili onların xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdikləri iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almadan, məhkəmə tərəfindən həmin tarixə hesablanmış 42.810,75 manat 5 %-lik borcunu tam deyil, ekspert rəyinə uyğun olaraq 19.238,73 manat hissədə təmin edilməsi ilə bağlıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, ödəmənin gecikdirilməsi cavabdehlərin təqsiri üzündən baş verməmişdir. Belə ki, ipoteka qoyan şəxs X23 xx.xx.2020-ci ildə vəfat etmiş, onun hüquqi varislərinin müəyyən edilməsi üçün mülki işin icraatı dayandırılmış və arvadı X19 onun hüquqi varisi kimi işə cəlb edilmişdir. Lakin sonradan X19 da 24 fevral 2022-ci ildə vəfat etmiş, onun da hüquqi varisləri müəyyən edilərək işə cəlb edilmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə illik 5 faizlə hesablanmış borc məbləği 19.238,73 manat mü əyyən edilmişdir.

41. Cavabdeh X5 nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayətinin də iki əsas dəlili vardır.

42. Birinci dəlil ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlıdır. Belə ki, qeyd etmişlər ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyini deyil, məhz Məhkəmə Ekspertiza Mərkəzinin həmin evlə bağlı verdiyi rəyini əsas götürməsini öz qətnaməsində əsaslandırmamışdır. Buna görə də qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər.

43. Yuxarıda da şərh edildiyi kimi apellyasiya baxışında apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə e dilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aparılmış və ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 881.500, likvid qiyməti 793500 manat olması göstərilmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi (vəkili) X4 göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə sonuncu qiymətləndiricinin rəyi olan 793 500 manat məbləği ilə razılaşır, onu qəbul edirlər. Hesab edirlər ki, sonuncu qiymətləndiricinin rəyi daha dolğun və inandırıcıdır.

45. Cavabdeh X5 apellyasiya şikayətinin ikinci dəlilini tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbl əğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatın vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatın isə cərimə borcu üzrə silinməsi ilə bağlıdır. Hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir.

46. Məhkəmə kollegiyası qeyd edilən dəlil ilə bağlı Mülki Məcəllənin 432.4-cü maddəsinə istinadən qeyd etmişdir ki, qanunvericilik birmənalı olaraq borclunun əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməli olduğu təqdirdə, bütün borcun ödənilm əsi üçün yetərli olmayan öhdəliyin icrasının əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına ödənilməsi ilə bağlı ardıcıllığı göstərmiş və borclunun müəyyənləşdirdiyi başqa qaydanın etibarsızlığını qeyd etmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini əsassız saymışdır.

47. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319, 425.1, 425.2, 427.1, 432.4, 442, 445.2, 448.1 və kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı (Vəkil) kas sasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-617/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti əsaslandırılmışdır ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan maliyyə arayışından da göründüyü kimi gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği 42.810,75 manat təşkil edir. Belə ki, həmin məbləğin hesablanmasına nəzər yetirsək görərik ki, müqavilənin müddəti xx.xx.2011-ci il – xx.xx.2016-cı il tarixlərini əhatə edir. Odur ki, gecikdirilmiş günlərin say axımı xx.xx.2016-cı il tarixindən başlayır, maliyyə arayışının hazırlandığı gün, yəni xx.xx.2023-cü il tarixində bitir v ə bu aralıqda gecikdirilmiş günlərin sayı 2385 gün təşkil edir. xx.xx.2023-cü il tarixli, **********748 nömrəli maliyyə arayışında da qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə yaranmış gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi hesablama aparmaqla ((əsas borc/100*5)/360 yəni gecikdirilmiş 1 gün üçün faiz borcunu tapmaqla və yaranmış məbləği ümümi gecikdirilmiş günlərin sayına vurmaqla) müəyyən etmək mümkündur. Bu qaydada aparılmış hesablama ((129.264,94/ 100 x 5) / 360= 17,95 - 1 gün üzrə faiz borcu) nəticəsində 1 gün üçün yaranmış faiz borcunun olduğu müəyyən edilir. Bu məbləğ də gecikdirilmiş günlərin sayına vurulduqda (17,95 X 2385 = 42.810,75 manat) xx.xx.2023-cü il tarixə yaranmış, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 42.810,75 manat təşkil etdiyi aşkar olunur. Bu səbəbdən hesab edirlər ki, ki, qeyd edilən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün faiz borcu qismində məhz 42.810,75 manat məbləği cavabdehdən tutulmalıdır.

50. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin bazar qiyməti 630.000 manat, likvid dəyəri isə 598.500 manat göstərilmişdir. "xxxx" MMC-nin UNİ/N14- 628/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, həmin fərdi yaşayış evinin bazar qiyməti 881.500 manat, likvid dəyəri isə 793.500 manat müəyyən edilmişdir. 24 noyabr 2011-ci il tarixli KT/İP-79 saylı ipoteka müqaviləsində isə mübahisəli fərdi yaşayış evi evinin bazar qiyməti 400.000 manat, likvid dəyəri isə 340.000 manat təşkil etmişdir. 2 ekspert rəyi a rasında kəskin fərqin olmasına baxmayaraq, apellyasiya instansiyasının heç bir əsaslandırma aparmadan ipoteka predmetinin likvid dəyərinin "xxxx" MMC-nin UNİ/N14628/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsaslanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ekspert rəyləri arasında 1 il fərq var və bir il ərzində əmlakın dəyərində bu qədər fərqin olması ağlabatan deyildir. İki ekspert rəyi arasında kifayət qədər fərq olduğundan təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versələr də, məhkəmə tərəfindən heç bir əsas olmadan təmin olunmamışdır. Hesab edirlər ki, ekspertiza yenidən keçirilməlidir. Belə ki, "xxxx" MMC-nin UNİ/N14-628/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində əhəmiyyətli nöqsanlara yol verilmişdir: ekspert rəyinin müqayisə üçün satışa çıxarılan əmlaklara bağlı elanlar göstərilmişdir. Rəydə göstərilən tikiliyə uyğun araşdırma aparılmamış, müqayisə üçün ekspert rəyinə əlavə oxşar tikiliyə aid elan əlavə edilməmiş, mübahisəli əmlakdan daha müasir, torpaq sahəsi çox olan, əmlakın ümumi sahəsinin çox olduğu əmlaklar oxşar sahələr kimi götürülmüşdür. Ekspert rəyində tikilinin təmirinin 2004-cü il olması qeyd edilmişdir və obyektin şəkillərinə nəzər yetiriləndə görünür ki, əmlakın döşəməsinin taxtası, həyətinin “Tamet”i bərbad vəziyyətdədir. Nəzərə alınsa ki, 21 illik tikilidir, onda qeyd olunan halların olması normaldır. Lakin ekspertin bunları görərək, əmlakın təmir vəziyyətinin yaxşı kimi qeyd etməsi, 21 illik tikilini, müasir tipli və yeni tikilmiş əmlaklarla müqayisə etməsi absurddur. Belə ki, müasir tikili ilə 21 illik əmlakın qi yməti eyni olduğu halda, kiminsə 21 illik, köhnə təmirli əmlakı əldə etmək istəməsi ağlabatan deyil. Bu səbəbdən hesab edirlər ki, təmiri köhnəlmiş tikiliyə ekspertin yüksək məbləğli rəy verməsi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 739.1. (kredit müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiya). Borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

53. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 445.7. (kredit müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

55. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi ilə iki məsələdə razı olmadığını bildirmişdir: 1)ipoteka predmetinin ilkin satış qiyməti; 2) illik 5 % ilə hesablanmış 42.810,75 manat pul tələbinin tam təmin edilməməsi.

66. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu məsələdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən sözügedən qiymətin düzgün müəyyənləşdirilməsi üçün bir neçə dəfə ekspertiza keçirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində aparılmış tədqiqatlar üzrə "xxxx" MMC-nin verdiyi rəydə ipoteka predmetinin likvid qiyməti 860.000 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində isə həmin qiymət 598.500 manat müəyyən edilmişdir. Qiymətlər arasında əhəmiyyətli fərq olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusatı yoxlamaq üçün yenidən ekspertiza keçirmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə likvid qiymətinin 793 500 manat olması göstərilmişdir. Belə olan halda, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə həmin hala dair işdəki sübutları qiymətləndirərək sonuncu rəyi daha mötəbər saymış və ipoteka predmetinin ilkin satış qiymətini 793 500 manat müəyyən etmişdir.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların də lillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Ona görə də ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Bununla belə məhkəmə tərkibi hesab edir ki, iddianın “illik 5 % ilə hesablanmış 42.810,75 manat pul tələbi” hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

73. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində bu hissədə tələbinin həcmini artıraraq 42.810,75 manat faiz borcunun tutulmasını tələb etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın eyni tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, bu məsələyə dair müvafiq ekspertizanın keçirilməsini də xahiş etmişdir.

74. Birinci instansiya məhkəməsi tələbin bu hissədə artırılması barədə ərizəni geri qaytarmamış, onu qəbul edərək qətnaməsində irəli sürülmüş tələblər sırasında göstərmişdir. Məhkəmə həmin tələbə mahiyyəti üzrə baxaraq qeyd etmişdir ki, “..həmin hissədə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının illik 5 %-lə hesablanmaqla yaranmış faiz borcu üzrə 19.238,73 manat Cavabdeh2 MMCdən tutularaq iddiaçıya ödənilməldir”.

75. Apellyasiya instansiyası məhkəməsi isə bu xüsusata dair mövqeyini belə əsasl andırmışdır ki: “ödəmənin gecikdirilməsi cavabdehlərin təqsiri üzündən baş verməmişdir. Belə ki, ipoteka qoyan şəxs X23 xx.xx.2020-ci ildə vəfat etmiş, onun hüquqi varislərinin müəyyən edeilməsi üçün mülki işin icraatı dayandırılmış və arvadı X19 onun hüquqi varisi kimi işə cəlb edilmişdir. Lakin sonradan X19 da 24 fevral 2022-ci ildə vəfat etmiş və onun da hüquqi varisləri müəyyən edilərək işə cəlb edilmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə illik 5 faizlə hesablanmış borc məbləği 19.238,73 manat müəyyən edilmişdir”.

76. Kassasiya məhkəməsi bu əsaslandırma ilə razılaşmır ona görə ki, Mülki Məcəllənin Maddə 445.7-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən, bor clu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsi ndən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kre ditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

78. Məhkəmə tərkibi Mülki Məcəllənin 445.7-ci maddəsini və b ununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçının icraata götürülmüş “illik 5 % ilə hesablanmış 42.810,75 manat pul tələbi”nin gecikdirilməsində cavabdehin təqsirinin olmaması səbəbilə rədd edilməsi əsaslı olmamışdır. Belə ki, ödənilməmiş borca illik beş faiz borclunun təqsirindən asılı olmayaraq qanuna əsasən hesablanan məbləğdir.

79. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın illik beş faiz tələbinə aid hissəsində hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamış, bununla da mübahisələndirilən hissədə düzgün olmayan qətnamə çıxarmışdır (§ 59-60).

80. Bu səbəbdən kas sasiya şikayəti həmin hissədə təmin edilməklə, iddianın “illik 5 % ilə hesablanmış 42.810,75 manat pul tələbi” hissəsində qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2(106)-617/2025 nömrəli qətnaməsi qismən - iddianın “illik 5 % ilə hesablanmış 42.810,75 manat pul tələbi” hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar