Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2192/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-921/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Balayeva (Əmirova) Aytən Vidadi qızı 19 may 2010-cu il tarixdən 22 noyabr 2019-cu il tarixədək Cavabdeh ASC-də baş mütəxəssis vəzifəsində çalışmış, Cavabdeh ASC-nin “Səbail” filialının rəhbərinin işəgötürən kimi verdiyi xx.xx.2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilməsi və onunla son haqq-hesabın aparılması qərara alınmışdır.
3. X3 Xidmətindən Əmirova (Balayeva) Aytən Vidadi qızına ünvanlanmış 05 mart 2020-ci il məktuba görə Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verildiyi məlum olmuşdur. Cavabdeh ASC-nin “Səbail” filialı hüquqi və ya fiziki şəxs kimi işəgötürən səlahiyyətinə malik deyildir. Eyni zamanda, Cavabdeh ASC-nin də ləğv olunmasına dair X3 Xidmətinin Bakı şəhər İdarəsinə heç bir sənəd təqdim olunmamışdır. Aytən Əmirova ilə əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə Cavabdeh ASC-nin “Səbail” filialıının rəhbəri İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Birinci instansiy a məhkəməsində icraat
4. İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə Balayeva (Əmirova) Aytən Vidadi qızı arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2019-cu il tarixli 1434 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Əmək hüquqularının pozulması ddiaçının barədə müraciətinə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin pozulması i lə müşaiyət olunmuş, ona görə də Cavabdeh ASC-nin “Səbail” filialının rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 06 fevral 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. X3 Xidmətindən 05 mart 2020-ci il tarixli, **********4 nömrəli cavab alındıqdan sonra cavabdeh tərəfindən hüququnun pozulduğuna tam əmin olduqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi vermək üçün qannula müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia ərizəsi rədd edilməlidir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəmə sinin (bundan sonra birinci instansiya məhkəməsi) (Hakim: Emin Məmmədli) 2(006)-3084/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi əsası ilə iddia ərizəsi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı xx.xx.2019-cu il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, eyni zamanda iddiaçının deməsinə görə o, əmək hüquqlarının pozulmasına X3 Xidmətinin Bakı şəhər İdarəsinin 05 mart 2020-ci il tarixli, **********4 nömrəli məktubunu ilə 18 mart 2020-ci il tarixdə aldıqdan sonra tm əminliklə bilmişdir.
9. İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məh kəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüş, buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1 və 375.2-ci, Əmək Məcəlləsinin 296.2-ci maddələri ilə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
11. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 may 2010-cu il tarixdən cavabdehin “Yeni Həyat” filialında müştəri xidməti şöbəsində mütəxəssis kimi əmək fəaliyyətinə başlamış, cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə əmək fəaliyyətini bankın “Səbail” filialında davam etdirmiş, 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin həmin maddəsi Mülki Məcəllənin 53.3-cü maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, MM-nin 53.3-cü maddəsinə görə, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyy ət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (Mülki Məcəllənin 43.1 və 53-cü maddələri). “Normativ hüquqi aktlar haqında” Azərbaycan Respublikasının Qanunun 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. İddiaçı qeyd etmişdir ki, qanunvericilik aktları arasında ziddiyyət olduğundan əmək hüquqlarının pozulduğunu iddia etməkdə onda əminlik yaranmamışdır. Bu səbəbdən, xx.xx.2020-ci ildə X3 Xidmətinə müraciət etmiş, həmin orqanın işəgötürən tərəfindən əmək hüquqlarının pozulması göstərildiyi 05 mart 2020-ci il tarixli cavab məktub unu alandan sonra hüququnun pozulduğunu yəqinliklə bilmişdir. Ona görə də məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin axımı məhz həmin tarixdən başlayır. İşə baxaq birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi tərəindən 2(103)-921/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.1-ci maddəsi ilə Mülki Məcəllənin 43.1-ci, 44.1-ci, 53-cü və 59.1-ci maddələrinin müqayisəli şəkildə, eləcə də Əmək Məcəlləsinin 294 və 296-cı maddələri ilə müqayisəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir.
19. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair 30 iyul 2021-ci il tarixli qərarı qəbul etmişdir.
20. Həmin qərara əsasən, əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
21. Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzər də tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.
22. Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.
24. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azər baycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
25. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 2(103)- 921/2021 nömrəli iş üzrə, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3084/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olu nan günədək hər ay müvafiq əmək haqqı ödənilməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bankın 1434 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçının fəliyyət göstərdiyi “Səbail” filialın ləğv edilməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) istinadən xitam verilməsinin qanunsuz olması hazırkı mülki iş üzrə edilmiş müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən müəyyən olunmuşdur, bu səbəbdən də həmin əmrin qanuniliyi ilə bağlı məsələnin əlavə əsaslandırılmasına zərurət qalmır.
27. Birinci instansiya məhkəməsi qətnaməsində həmin əmrin əsaslı olub-olmaması məsələsini müzakirə etməmiş, yalnız iddia müddətini tətbiq etməklə iddian ı rədd etmişdir.
28. İddiaçının iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi səbəblərinin üzürlü hesab edilə bilməsi ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin həm müddət bərpasına dair ərizəsindəki, həm də izahatlarındakı mövqeyi ondan ibarət olmuşdur ki, filialın ləğv olunmasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsini müəssisənin ləğvi əsasını nəzərdə tutan ƏM-nin 70-ci maddəsinin “a” bəndinə istinadən xitam verilməsi ilk andan qeyri-müəyyən görünsə də, sonradan X3 Xidməti tərəfindən iddiaçıya Əmək Məcəlləsi ilə Mülki Məcəllənin müəssisənin filialı anlayışı ilə bağlı normaları arasındakı uyğunsuzluq izah edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin təl əblərinin pozulmasına görə bankın vəzifəli şəxsi barəsində İXM-nin 192.6-cı maddəsinə uyğun inzibati tənbeh vermə haqqında protokol tərtib edildiyi bildirilmiş, Xidmətin həmin məktub ona xx.xx.2020-ci il tarixdə ünvanlansa da, məktub ona xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra iki qanun arasındakı qeyrimüəyyənliyin onun xeyrinə olduğunu, yəni hüququnun pozulduğunu bilmiş və bir aylıq müddət ərzində məhkəməyə müraciət etmişdir.
29. İddiaçı iddia ərizəsinin üzərinə vurulmuş daxil olma qeydindən məlum olur ki, onun ərizəsi Nəsimi Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixdə qeydə alınsa da, iddia ərizəsinin göndərildiyi poçt zərfinin üzərində olan rəsmi qeyddən məlum olur ki, iddiaçı hazırkı ərizəsini xx.xx.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir.
30. Belə olan ha lda müəyyən olunur ki, iddiaçı X3 Xidməti tərəfindən ona ünvanlanmış izah məktubunu aldığı xx.xx.2020-ci il tarixdən hesablanmaqla bir aylıq müddəti ötürməmişdir.
31. İddiaçı tərəfindən xx.xx.2020-cil tarixinədək ötürülən müddətə münasibətdə isə apelyasiya instansiya məhkəməsinin qənaətinə görə həmin müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Belə ki, iddiaçının müddəti ötürməsində qanunda olan qeyrimüəyyənliklər obyektiv səbəb olmuşdur. Hazırkı işlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi və Konstitusiya Məhkəməsinin də xx.xx.2021-ci il tarixli qərarında verdiyi şərhi də bunu təsdiq etmişdir.
32. İddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutları 88-ci maddənin tələbləri baxımından düzgün qiymətləndirməmiş, Əmək Məcəlləsinin normalarının tətbiq və təfsirində səhvə yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 2 və 10.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2, 43.1, 44.1, 53., 53.1, 53,23 və 59.1-cü maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri, 294, 296 və 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü maddəsinin 2-ci hissəsi və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
35. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarını “iddia müddətinin tətbiq” olunması və “fərdi əmək mübahisələrinə baxan orqan" ilə bağlı müddəalarını səhv təfsir etmişdir və bununla da bu hissələrdə düzgün olmayan nəticələrə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin həmin qərarında birmənalı şəkildə təsbit olunmuşdur ki, X3 Xidməti fərdi emək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
37. İddiaçının 20 mart 2021-ci il tarixli müraciəti əsasında X1 işə götürənin vəzifəli şəxsinə inzibati tənbeh barədə qərarı iddia müddətinin bərpası üçün sübut kimi qəbul olunmamalıdır, iddiaçı əgər hüquqlarının pozul masını hesab edirdirsə o, hüquqlarının müdafiə olunması üçün 22 noyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etməli idi, Belə ki, həmin tarixdə iddiaçı artıq xüsusi jurnala şəxsən imza etməklə əmək kitabçasını işə götürəndən almışdır. Bununla da “hüququnun pozulmasının” aşkar edildiyi gün işçiyə əmək kitabçasının verildiyi gün hesab olunmalıdır. 2080 (iki min səksən) manat məbləğində son haqq-hesab da işçinin müvafiq bank hesabına xx.xx.2019-cu il tarixdə köçürülmüş, iddiaçı həmin pulu 02 dekabr 2019-cu il tarixdən bank hesabından məxaric etməyə başlamış və bu əməliyyat 23 yanvar 2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iddiaçı əgər “hüququnun pozulmasını" aşkar etmişdirsə o, xx.xx.2019-cu il tarixdən 22 dekabr 2019-cu il tarixə kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. İddiaçı iddia müddətini ötürmüşdür və bu səbəbdən onun iddia ərizəsi rədd olunmalıdır, İddiaçının əmək kitabçasının almasını, işdən çıxma ilə bağlı son-haqq hesabına bank hesabından məxaric etməsini məhkəmə prosesində apellyasiya instansiyası məhkəməsinin diqqətinə şifahi izahat şəklində çatdırılsa da, məhkəmə bu məsələyə hüquqi qiymət verməmişdir.
38. Cavabdeh kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 və 296.3, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarına istinad etmişdir. Etirazın dəlilləri
39. İddiaçı tərəfindən məhkəməyə kassasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etirazda iddiaçı qeyd etmişdir ki, şikayətdə demək olar ki, ümumiyyətlə tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə toxunulmamışdır. Bu halın özü cavabdehin iddiaçının tələbini-qəbul etdiyini təsdiq edir. Çünki qətnamədə də qeyd edildiyi kimi, cavabdehin 1434 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçının fəaliyyət göstərdiyi “Səbail” filialının ləğv edilməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) istinadən xitam verilməsinin qanunsuz olması hazırkı mülki iş üzrə edilmiş müraciətlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixl i Qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin kassasiya şikayətində Konstitusiya Məhkəməsinin qərarına istinad etməklə əsas mübahisələndirdiyi məqam kimi göstərdiyi, qanunla müəyyən olunmuş iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı dəlilləri də əsassızdır.
40. Buna görə də kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
41. Maddə 43.1 Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə idd iaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
42. Maddə 44.1. hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olur və mülki vəzifələr daşıyır, hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
43. Maddə 53.1 Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.
44. Maddə 53.2 Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamsını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
45. Maddə 53.3 Normanın tələbinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndə lik və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər
46. Maddə 59.1 Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Əmək Məcəlləsi Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən ha ldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. Maddə 300.1 Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzə rdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 10. 8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, məhkəmə tərəfindən həmin dəlillərə özünün sorğusuna əsasən Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən verilmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına uyğun olaraq hüquqi qiymət verilmiş, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən müddətinin üzrlü səbəblər olmadan buraxılması, apellyasiya instansiyası məhkəməsinin həmin müddəti bərpa etməkdə haqlı olmaması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericilikdə olan qeyri-müəyyənliklər iddiaçının vaxtında iddia qaldırmasına mane ola biləcək obyektiv səbəb sayılmalıdır. Məhkəmədə iddia qaldırmaq üçü n şəxsin hüququnun pozulmasını ehtimal etməsi zəruriidir. Konstitusiya Məhkəməsi tərəfindən şərh olunmasına ehtiyacı olan qanunun normasının hüquqşünas olmayan iddiaçının bilə bilməsi mümkün olmaması, onun savadının həmin halı müəyyən etməsinə yetərli olmaması inandırıcıdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənl ərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-921/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.