Məhkəmə qərarları › İş №2(102)-2192/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2192/2023

12.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2192/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: yalan əqd, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-590/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mah iyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Cavabdeh2 ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindfən zərərçəkmiş kimi tanınan İddiaçı arasında bağlanmış 17 aprel 2021-ci il tarixli, 47 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib X4 verilməsinə dair müqavilə bağlamışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən payçının qalıq borcu 1910 AZN təşkil edir. Müqavilənin 3.3-ci bəndinə əsasən son ödəniş tarixi 17 avqust 2021-ci il tarixdir.

3. İddiaçı Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edi lən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan imtina edir. Həmin mənzilə dair Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2-ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

4. Şahid1 Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,5 3 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan X1 imtina etməsinə razıdır. X1 Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

5. Şahid2 Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan X1 i mtina etməsinə razıdır. X1 Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

6. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 47 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib Cavabdeh1 verilməsinə dair müqavilə bağlamışdır.

7. Cavabdeh2-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh2-ya məxsusdur. Bu binanın 1-ci giriş, 7- ci mərtəbəsində tikinti sahəsi 132,53 kv.m, yaşayış sahəsi 68,7 kv.m. olan 3 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Şahid5 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Şahid5 ilə Cavabdeh1 arasında "xxxx" MMC-nin 15% təsis payına dair Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-1878 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin "xxxx" MMC-nin 15% təsis payının Cavabdeh1 satılması hissəsində e tibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, "xxxx" MMCnin 15% təsis payına dair Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi və iddiaçı Şahid5 "xxxx" MMC-də 15% təsis payı üzərində hüquqlarının bərpa edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci gir iş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. 2021-ci ilin sentyabr ayında oğlu Rövşən ona bildirdi ki, onun tanışı Cavabdeh1 söz vermişdir ki, Rövşənə pul verəcək və birlikdə işləyəcəklər, lakin verəcəyi pula zəmanət olaraq ondan əmlaklar istəyir. Rövşən də Cavabdeh1 onun adına olan mənzili, şirkətdən pay və Zaqatalada qohumlarının evini zəmanət kimi verə biləcəyini, girov müqaviləsi bağlaya biləcəyini bildirdi, lakin Cavabdeh1 bildirdi ki, girov yox, həmin əmlakları onun adına keçirsə razılıq verəcəkdir, iş qurduqdan sonra həmin əmlakları geri qaytarar. Lakin sonradan Cavabdeh1 onun oğlunu və onu aldadaraq pul vermədi və əmlaklarını da geri qaytarmaq istəmir. Dəfələrlə oğlu Rövşən Kamilə əmlakları qaytarmasını bildirsə də, Kamil bundan yayınır. Oğlunun və onun etibarını qazanaraq mənzilini və digər əmlakları mənimsəmişdir. Cavabdeh1 mənzilin onun adına keçirilməsi ilə bağlı onlara ödəniş etməyib, həmin mənzil onun adına formal olaraq keçirilmişdir, bütün bunlar sonradan onlara məlum olmuşdur. Onu da aldadaraq mənzilini əlindən aldığından o da məcbur qalaraq bununla bağlı müqa vilənin etibarsız hesab olunmasından ötrü məhkəməyə müraciət edir.

11. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, hazırkı mərhələdə hesab edir ki, iş üzrə Cavabdeh2-ya qarşı olan iddia tələbi qeyd olunmalıdır. Cavabdeh2 hazırki işə cavabdeh qismində sonradan vəsatət əsasında cəlb olunduğundan ona qarşı iddia tələbi iddia ərizəsində qeyd olunmamış və ona görə də, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, qeyd olunan mənzil İddiaçı 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1- ci g iriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. Müqavilənin etibarsızlığı tələbi ilə yanaşı yenidən iddiaçı ilə mənzilə dair müqavilə bağlanmalıdır. Buna görə də, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilə dair iddiaçının adına müqavilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması ilə bağlı iddia tələbinin həcmini artırır.

12. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Bayıl qəsəbəsində ev almaq istəyirdi. Bu istəyindən dayısının da xəbəri var idi. O zaman dayısı ondan xahiş etdi ki, iddiaçının oğlu Rövşənin pula ehtiyacı olduğu üçün ona köməklik etsin. O, evi alacaqdı, həm də onlar həmin pul ilə iş görəcəkdilər. Rövşəngillə görüşən z aman onlar bildirdilər ki, Bayıldakı evlərini satıblar, lakin Abşeron rayonunda əlavə evləri də var. O, Rövşəngillə razılaşdı və həmin evə baxaraq evi almaq fikrinə gəldi. Onlar sentyabr ayının 28-də MTK-ya getdilər. Lakin sənədlər tam olmadığı üçün geri qayıtdılar və sentyabrın 29-da yenidən MTK-ya getdilər. İddiaçının MTK-ya 1910 manat borcları var idi. Həmin borcu o ödədikdən sonra MTK bildirdi ki, mübahisələndirilən ev barəsində həm iddiaçı, həm də onun oğulları paylarından imtina etməli və imtinalar notariusda təsdiqlədikdən sonra həmin ev onun adına sənədləşdirilə bilər. İddiaçı və onun hər iki oğlu evdəki paylarından imtina elədilər və MTK evi onun adına sənədləşdirdi. O, mənzilin qalan pay dəyərini, yəni 77598 manatı MTK-da İddiaçı verdi. Bundan sonrakı dövrlərdə iddiaçının oğlu Rövşənlə əlaqələri yaxşı olubdur. Həmçinin iş görmək fikrinə gəlmişdilər. Hətta iddia ərizəsi verilən gündən bir həftə qabaq bir-birinin bayramını təbrik etmişdilər. Lakin iddia ərizəsinin verildiyi gündən 1 gün qabaq ona çatası 174200 manat pulu iddiaçının oğlu mənimsəmişdir. Mənimsədikdən sonra iki bilet almış, biri Rusiyaya, biridə Türkiyəyə. İndi isə verilən iddia ərizəsi mənimsənilən pulun arxasına keçməkdir.

13. Məhkəmə iclasında Cavabdeh2-nın vəkili və nümayəndəsi iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və eləcə də qeyd etmişdir ki, Cavabdeh1 nümayəndə və vəkilinin 21 iyun 2022-ci il tarixli sorğusuna cavab olaraq Cavabdeh2 tərəfindən verilmiş cavab məktubu araşdırılmadan yazılmışdır. "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, KVB44 saylı sorğusuna cavab olaraq MTK-nın vermiş olduğu 02 saylı, 22 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunanlardan 1910 manat qalıq borcunun Cavabdeh1 tərəfindən Cavabdeh2-ya ödənilməsi və Cavabdeh1 Cavabdeh2-nın ofisində yuxarıda qeyd olunan mənzilin sahibi İddiaçı 77.598 manat pulun ödənilməsi Cavabdeh2-ya həmin sorğunu təqdim edən şəxsin sözləri əsasında tərtib olunduğundan həqiqətə uyğun deyildir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus olan Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin dəyərinin qalıq borcu 1910 manat Cavabdeh2-nm xəzinədarlığına İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixdə və sonrakı tarixlərdə Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alqı-satqısı ilə bağlı Cavabdeh1 tərəfindən 77.598 manat Cavabdeh2-nın ofisində İddiaçı ödənilməmişdir. Eyni zamanda qeyd olunan mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən Cavabdeh2-ya pul ödənilməmişdir. Mənzilin cavabdehin Cavabdeh1 adına sənədləşdirilməsi MTK tərəfindən yalnız İddiaçı və onun övladlarının notarial qaydada təsdiq olunmuş ərizələri əsasında həyata keçirilmişdir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-898/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağla nmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ Mənzil Tikintisi Haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh2-nın payçısı olmuş və MTK tərəfindən ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinin dəyəri onun tərəfindən tam ödənilmişdir. 2021-ci ilin sentyabr ayının axırlarında İddiaçı, onun övladları Şahid1 və Şahid2 Cavabdeh2-ya müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1 binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 s aylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə razılığa gəldiklərini bildirmiş və onlara izah olunmuşdur ki, onlara təklif olunmuşdur ki, onlar mənzilə dair paydan imtina etmələri, xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 nizamnaməsinə uyğun tədbir görülməklə mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə heç bir etirazlarının olmaması və bununla bağlı iddia və tələb irəli sürülməyəcəyi barədə notarial qaydada təsdiq olunmuş ərizələri MTK-ya təqdim etdikdən sonra rəsmiləşdirmə aparıla bilər. xx.xx.2021-ci il tarixdə İddiaçı, onun övladları Şahid1 və Şahid2 notarial qaydada təsdiq olunmuş ərizələrini MTK-ya təqdim etmiş və bundan sonra qeyd olunan mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 47 nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqavilə imzalanmış və mənzilin pay dəyərinin tam ödənilməsi barərədə Cavabdeh1 maliyyə arayışı verilmişdir.

16. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli mənzillə bağlı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında müqavilə bağlanarkən sonuncu tərəfindən mənzilin dəyəri nə İddiaçı, nə də Cavabdeh2-ya ödənilməmişdir.

17. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "xxxx" MMC-yə payçı kimi (alqı-satqı yolu ilə) daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladakı evin Cavabdeh1 adına keçirilməsi Səbail rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır.

18. Məhkə mə qeyd etmişdir ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkə tlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadələri mü əyyən olunmuşdur ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulması və ona görə də, Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTKya ödənilməmişdir. Eləcə də, məhkəmə iclasında məhkəmə iclasında izahatlarla və şahid ifadələri ilə Rövşənlə Cavabdeh1 arasında işbirliyi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "xxxx" MMC-yə payçı kimi (alqı-satqı yolu ilə) daxil edilməsi müəyyən edilmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər arasında mübahisəli kooperativ mənzilə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı müqavilə etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyi Cavabdeh2-nın üzəri qoyulmalıdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 340.2, 405.1-1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “... hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır.” Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həmdə daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. İddiaçı oğlu Şahid1 pula ehtiyacı olduğu üçün Cavabdeh1 dayısına mənzillərini satışa çıxardıqlarını, lakin alıcı olmadığı üçün (alıcı olmamasının səbəbi həmin mənzilin Xırdalanda problemli bina kimi tanınan 8 ildir tikintisi bitməyən binada yerləşməsi olm uşdur və Cavabdeh1 mənzili aldıqdan bir il keçməsinə baxmayaraq hələ də çox cüzi işlər görülmüş və tikintisi bitəcəyi il MTK-dan verilən cavaba əsasən bəlli deyil) Rövşənə mənzili almaqla kömək etməsini ondan xahiş etmişdir. İddiaçının oğlu Şahid1 bildirmişdir ki, onların həm Bayılda, həm də Abşeron rayonunda evləri var və hər ikisini satışa çıxarmışlar, çünki həm atası həmin ərəfədə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün külli miqdarda pula ehtiyacları var idi, eyni zamanda dediyinə görə yaxşı tikinti işi təklifi olduğu üçün qısa müddətdə həmin işlə gəlir əldə edəcəyini bildirmişdir. Görüşdən sonra Bayılda yerləşən mənzilin guya satıldığını və Xırdalanda yerləşən mənzili satdıqlarını bildirmişdir. Cavabdeh həmin evi almaqla Şahid1 böyük mənada dəstək olmuşdur. Razılıq əldə olunduqdan sonra iddiaçı və onun hər iki oğlu evdəki paylarından imtina etmiş, ərizələri notarial qaydada təsdiqləndikdən və mənzilin dəyərini nağd pul vəsaiti formasında aldıqdan sonra, notarial imtina ərizələrini MTK-ya təqdim etmişlər (imtina ərizələrində pay sahibi və onun övladları paydan imtinadan əlavə həmçinin öz ərizələrində heç bir iddia tələbinin olmadığını və gələcəkdə də olmayacağına dair öhdəlik götürmüşdürlər) və MTK evi qanuni qaydada Cavabdeh1 adına rəsmiləşdirmişdir. Cavabdeh mənzilin qalan pay dəyərini, yəni 77598 manatı MTKda İddiaçı vermişdir, 1910 manat isə İddiaçı adına qalıq borcun silinməsinə verilmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında qızına məxsus olan, lakin onun adına qeydiyyata alınan mənzilin Cavabdeh1 satılmadığını, girov qoyulduğunu bəyan edir. Məhkəmə nəzərə al malıdır ki, əmlakın girov qoyulması ilə satılması tam başqa müqavilə formalarıdır. Şəxsin iradə ifadəsi hansı əqdlə ehtiva olunursa o əqd də o cür adlandırılır. Şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olsa idi, o bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilərdi. Halbuki iş materiallarında olan bütün sübutlar hər hansı girov müqaviləsinin deyil payın alğı-satqı müqaviləsinin könüllülük prinsipi əsasında həyata keçirildiyini göstərir. Qətnamədə göstərilmişdir ki, Şahid1 dəfələrlə Cavabdeh1 əmlakların qaytarılmasını bildirsə də Cavabdeh1 bundan yayınmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, mülki iş materiallarında olan çoxsaylı sübutlardan, əsasən whatsapp mobil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021-ci ili n sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydləri var. Bu uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməyib. Həmçinin xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclası əsnasında cavabdehin vəkilinin Cavabdeh2-nın vəkili və nümayəndəsi Nümayəndə iddiaçı tərəfin mənzilin alğısatqısından sonraki 7 (yeddi) ay müddətində MTK-ya müraciət edib etməməsi barədə sualına cavab olaraq belə bir müraciətin olmadığını bildirmişdir. İş materiallarında olan bütün yazılı sübutlar və faktlar iddiaçı tərəfin iradə ifadəsini tam şəkildə əks etdirir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq verməsi, sonradan isə MTK ya gedərək müvafiq ərizələri MTK-ya təq dim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. Məhkəmə prosesində MTK-nın nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı pulun ödənilməsini görmədiklərini bildirsə də qətnamədə bu hal təhrif olunub. MTK nümayəndəsinin fikri qətnamədə dəyişdirilmiş və Cavabdeh1 İddiaçı pul ödəməyib kimi göstərilmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, MTK-ya ödənilən 1910 manat pul İddiaçı pulu ilə ödənilib. Məhkəmə nəzərə almalı idi ki, müqavilənin şərtinə əsasən Həsənova MTK-ya olan borcunu iki aya yaxın müddətdə gecikdirirdi. Məhz xx.xx.2021-ci il tarixdə pul tapır və ödəyir?! O vəsaiti elə Cavabdeh1 İddiaçı ödəyir, eyni masa arxasında pulu MTKnın məsul şəxsi qəbul edir və İddiaçı adına olan borcu silərək təsdiqedici sənəd verir. Çünki, İddiaçı adından borc silinməli idi ki, payın alğı-satqısına dair MTK tərəfindən razılıq verilsin. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Əgər cavabdehin iddiaçı qarşısında alğı-satqı müqaviləsinə əsasən pul ödəmək öhdəliyi olmuşdursa və həmin öhdəlik icra olunmamışdırsa iddiaçı həmin pulun ödənilməsini tələb etməli idi. Məhkəmə yanlış olaraq iddiaçının mübahisələndirdiyi müqaviləni yalançı əqd kimi qiymətləndirmişdir. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Məhkəmə tərəfindən əsas əqdin (yəni pərdələnən) əqdin nədə ehtiva olunduğunu əsaslandıra bilməyib, çünki belə bir hal ümumiyyətlə mövcud olmayıb. Məhkəmə tərəfindən əqdin pərdələnməsinə istinad olunsa da bu həqiqəti əks etdirmir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq ve rməsi, sonradan isə MTK-ya gedərək müvafiq ərizələri MTK-ya təqdim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. 7 ay səssiz qalan iddiaçı tərəf nədənsə 2022-ci ilin mart ayında Cavabdeh1 qarşı iddia qaldırmaq qərarına gəlir. Məhkəmə prosesində də araşdırma zamanı məlum oldu ki, Cavabdeh1 daim ailənin üzvləri ilə sıx münasibərdə olub. Onun tərəfə pul verməli olduğu halda ən azından 1 dəfə belə olsa iddiaçı tərəf bir sms və ya bir səsli ismarıc göndərməklə evin girovda olmasını, hər hansı bir tenderin vəd verildiyi bildirərdi. Təəssüflər olsun ki, Səbail rayon Məhkəməsi mülki qanunvericiliyin bütün norma və tələblərini pozaraq şahid ifadələrinə və iddiaçı tərəfin əsassız istinadına söykənərək bu cür qanunsuz qətnamə çıxarmışdır. Bu cür qətnamələr qeyri-sağlam məhkəmə praktikası for malaşdırır və vətəndaşların qanunvericiliyə, dövlətə və onun tabeliyində olan notariat kontorlarının fəaliyyətinə kölgə salır. Bu qətnamənin mahiyyətində belə çıxır ki, əgər onun 5 şahidi varsa demək istənilən notarial əqdin etibarsızlığı üçün zəmin ver. Bildirir ki, mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. İş materiallarında MTK tərəfindən verilən yeganə ciddi hesabat blankı maliyyə arayışıdır ki, o da mənzilin tam dəyərinin Cavabdeh1 tərəfindən ödənilməsini isbat edir. Ümumiyyətlə, MTK-ların 99,9 faizində payın alğı-satqısı bank vasitəsi ilə deyil, rəsmiləşdirmə prosesi məhz notarial qaydada təsdiq olunmuş imtina ərizəsi əsasında həyata keçirilir. Yəni payını satmaq istəyən şəxs notarial qaydada ərizəsini MTK-ya təqdim edərək pulunu götürür və bundan sonra pay yeni alıcını n adına rəsmiləşir. Məhkəməyə təqdim olunan və iş materiallarına əlavə olunması xahiş olunan MTK-nın birinci verilən arayışa ziddiyyətli olan ikinici arayışında Cavabdeh1 İddiaçı pul ödəməsi faktının həqiqətə uyğun olmaması yazılsa da arayışda payın alğı-satqısının qanunsuz şəkildə aparılması və saxta olması bildirilmir, ki bildirilə də bilməz. Nəzəriə çatdırmaq istəyir ki, MTK tərəfindən birinci verilən arayışda vəsaitin Cavabdeh1 tərəfindən İddiaçı verilməsi qeyd olunur. Çünki MTK ilə Kamil arasında payın alğı-satqısına dair müqavilə bağlanmış və paya görə ödənilməli olan pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 MTK ya borcunun olmamasını sübut edən maliyyə arayışı verilmişdir. Baxış mərhələsi başladıqdan və zərurət əsasında təxirə salındığı mərhələdə MTK-dan yeni və 1-ci arayışa ziddiy yətli arayışının, həmçinin digər sənədlərin mülki iş materiallarına sübut qismində əlavə olunması prosessual baxımından qəbul edilməzdir. Qətnamənin 7-ci səhifəsinin 3 və 4-cü abzaslarında məhkəmə MTK tərəfindən Cavabdeh1 payın alğı-satqısında tam ödəməyə dair maliyyə arayışını sübut qismində qiymətləndirir. Lakin məhkəmə mülki qanunvericiliyin tələbini və ümumiyyətlə payın alğı-satqısına dair mülki dövriyyədə mötəbər sənəd hesab olunan ciddi maliyyə sənədi olan maliyyə arayışına heç bir hüquqi qiymət vermir. Qətnamənin bir neçə hissəsində məhkəmə İddiaçı tərəfindən 1910 manat pul ödənilməsinə təsdiq edici sənəd kimi əsassız sübuta istinad etsə də MTK tərəfindən verilən maliyyə arayışını bir kənara atır. Və nəzərə almır ki, fərz olunsa belə ki, 1910 manat İddiaçı tərəfindən ödənilmiş olsa belə, bu yenə də Cavabdeh1 iddiaçıya mənzilin dəyərini ödəməməsini isbat etmir və İddiaçı MTK-ya borcu bağlandıqdan sonra Cavabdeh1lə Cavabdeh2MTK arasında bağlanılan xx.xx.2021-ci il tarixli 47 saylı müqaviləyə və verilmiş maliyyə arayışına heç bir hüquqi təsiri yoxdu. Məhkəmə qanuni qüvvəyə minməmiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında mübahisələndirilən Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 896/2022 saylı qətnaməsini əsas götürərək orada olan əsassız və qanunsuz, tam sübuta yetirilməyən və yalnız iddiaçı tərəfə sərf edən halları öz qətnaməsində əks etdirmiş, ona da istinad etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasında dindirilmə zamanı və suallar ünvanlanan əsnada Cavabdeh1 tərəfindən həmin qətnaməyə əsasən iddiaçı tərəfdən dəvət olu nan şahidlərin eyni məsələlərə münasibət bildirərkən söylədikləri uyğunsuzluq və yalanları isbat etməsi halları qətnamədə əksini tapmır. Bu hallar videoçəkiliş və səsli yazılarda isbat edilir. xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasının açıq olduğunu elan etdikdən sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 mülki iş materiallarını sübut qismində əlavə olunması üçün Şahin MTK tərəfindən verilmiş ikinci ziddiyyətli arayışın və İddiaçı Şahin MTK-ya 1910 manat vəsait ödəməsinə dair sənədi hakimə təqdim etmişdir. Müvafiq sübutun iş materiallarına əlavə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ümumiyyətlə məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə bu sübutu mülki işə əlavə edib, hətta qətnamədə də olduqca dolğun əsaslandıraraq qətnaməni iddiaçı tərəfin xeyrinə ve rmişdir. Mülki iş üzrə nə yazılı protokolda, nə də video protokolda xx.xx.2022-ci il tarixli arayışın hansı əsasa görə mülki iş materiallarına sübut qismində əlavə olunmasında dair məhkəmənin heç bir rəsmi münasibəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 mənzilə dair razılaşmaların guya tenderə görə edildiyini bildirir və həmin danışıqların sentyabr ayında Xırdalan dairəsində məhkəməyə cəlb olunan şahidlərin iştirakı ilə olduğunu bildirir. Şahid qismində dindirilən Şahid4 isə həmin görüşün Malakan bağının içində olduğunu bildirir. Lakin elə həmin tenderlə əlaqədar olaraq e2(009)-896/2022 saylı məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 4-cü səhifəsinə istinadən şahid qismində dindirilərkən Şahid1 bütün razılaşmaların Xırdalan dairəsində görüşdə olduğunu bildirilir, h əmin qərardadın 2-3-cü səhifəsinə istinadən Şahid5 görüşün noyabr ayında, 8-ci səhifəsinə istinadən isə yalançı Şahid3 dindirilməsində bildirişlərinə görə isə həmin görüşün oktyabr ayında baş tutduğu qeyd edilir. Mədinə Bağırovanın sədrliyi xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışi iclasında şahid qismində dindirilməsi zamanı Şahid5 həmin görüşdə sentyabr ayında iştirak etdiyini bildirmişdir və bütün söhbətlərin tenderlə əlaqəli deyil ona məxsus texnikanın alınması üzərində qurulduğunu söyləmişdir. Ən acınacaqlı və ziddiyyətli yalan isə Cavabdeh1 sualını cavablandırarkən Şahid5 Cavabdeh1 2021-ci ilin sentyabr ayından tanıdığını və onunla görüşdüyünü təsdiq etməsidir. Belə ki, e-2(009)-896/2022 məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 2-cü səhifəsinə istinadən cavabdeh in vəkili və nümayəndəsi Vəkil2 təkidli sualına cavab olaraq xx.xx.2021-ci il tarixədək Cavabdeh1lə ümumiyyətlə görüşmədiyini və tanımadığını bildirmişdir. Cavabdeh1 məhkəmələrdə tam fərqli və ziddiyyətli ifadələrinə görə izahat verməsi barədə suala isə cavab verə bilməmişdir, sualdan yayınmışdır. Ümumiyyətlə Xırdalanda heç bir görüş olmamışdır, olmuş olsa belə necə ola bilər ki, oktyabr və ya noyabr görüşünün razılaşması sentyabr ayında yəni arxa tarixlə həyata keçirilsin. Lap deyək ki bu ayları bunlar hamısı birdən səhv salıblar, hətta fəsilləri belə unudublar, “baxmayaraq ki bütün söhbətlər ancaq yaxşı yadlarındadır”, qış ayları deyil avqustun cırcıramasında görüş olub Xırdalanda, axı yenədə düz gəlmir, necə ola bilər ki, bunların dediyinə görə Cavabdeh1 tenderə söz versin, Şahid1 evini keçirsin adına sonra da iddiaçı tərəf görsün ki Cavabdeh1 vədinə əməl etmir, üstəlik də 2 ay sonra Cavabdeh1 şirkətdə pay etibar etsinlər özü də texnikanı düzəltdirmək üçün pul verəcəyinə söz verməyi müqabilində? Axı bu cəfəngiyyatdır. Bunlar həm deyirlər ki, guya Cavabdeh1 pul əvəzi veriblər mənzili və 15% təsisçi payını, həm də iddia edirlər ki, Cavabdeh1 bunlara pul söz vermişdir. Həm pul tələb edib həm də pul söz vermək ikisi də necə ola bilər? Çünki tender sonradan uydurulmuş bir fitnədir, nə iddia ərizəsində nə də bir dənə belə dəlil yoxdur nəinki tender barəsində hətta o barədə söhbətlər barədə. Bundan əlavə Şahid1 şirkətin guya 500 000 manat dəyərində texnikasının olduğunu məhkəmədə bildirib. Şahid5 isə bildirmişdir ki, texnikanın 200000 manat dəyəri olub. Bu qədər böyük uyğunsuzl uq qeyd edilən şəxslərin izahatlarının zidiyyətli olduğunu təsdiq edir. Bundan başqa, Şahid1 bildirib ki, guya Cavabdeh1lə işbirliyi qurmamışdan əvvəl həmin texnikanı düzəldirdi. Bu məlumat da yalandır və Şahid1 Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baxılmış e-2(009)-896/2022 saylı iş üzrə verdiyi izahatına ziddir. Həmin izahatda Şahid1 bildirmişdir ki, texnikanın təmirinə Cavabdeh1 alacağı pulun hesabına başlamalı idi. e2(009)-896/2022 saylı iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2021 tarixə kimi Şahid1 onun istinad etdiyi texnikanın sahibi olan Azor İnşaat MMC-yə heç bir aidiyyəti yox idi, həmin MMC-də nə vəzifə tuturdu, nə də ki, paya malik idi. Birdə ki, Şahid1 pulu olsaydı o özgənin mülkiyyətində olan texnikanı təmir etməkdənsə anasının Şahin MTK-ya olan 1910 manat borcu ödəyərdi. İddiaçı notarial qaydada təsdiqlənmiş müqaviləni aldanma nəticəsində imzaladığını yazılı sübutlarla təsdiq etməli idi. Bu tələb üzrə şahid ifadəsinə əsasən qətnamənin qəbul edilməsi yolverilməzdir. Cavabdeh2 tərəfindən verilən arayışdan çıxarışı məhkəmənin diqqətinə çatdırır.....“xx.xx.2021-ci il tarixdə İddiaçı, onun övladları Şahid1 və X11 təkrarən MTK-nın ofisinə gəlmişdirlər və notarial qaydada tələb olunan təsdiq etdikləri ərizələri təqdim etmişdirlər. Cavabdeh1 satılan mənzilin ümumi dəyəri 79.508 manat olmuşdur. Cavabdeh1 KTM”nihaŞ“-nın ofisində yəni xx.xx.2022-ci il tarixdə 77 598 manatı İddiaçı vermiş və 1910 manat İddiaçı MTK-ya olan borcunu bağlamaq üçün ”nihaŞ“ MTKya ödəmişdir. Bundan sonra Cavabdeh1 iləCavabdeh2MTK arasında xx.xx.2022-ciiltarixli 47 say lı müqavilə imzalanmış və mənzilin pay dəyərinin tam ödənilməs barədə maliyyə arayışı verilmişidir”. Hesab edir ki, məhkəmə mülki işi araşdırarkən şahin ifadələrinə deyil mövcud sübutlara istinad etməli və qanuni qətnamə çıxarmalıdır. Mülki iş üzrə şahid qismində cəlb edilən şəxslərin özləri mənzilin satılmasına notarial qaydada razılıq verdiklərində onların məhkəmədə vermiş olduğu ifadələr əhəmiyyətsizdir. İddiaçı İsmayıl qızı iddia ərizəsində də qeyd etdiyi kimi oğlu Şahid1 ilə Cavabdeh1 arasında maliyyə bağlantısı var. Belə ki, Şahid1 Cavabdeh1 ilə "xxxx" MMC-də həmtəsisçidirlər. Aralarında olan çoxsaylı görüşlər, telefon danışıqları və whatsapp mobil tətbiqi üzərinə olan yazışmalardan da aydın olur ki, Şahid1 cavabdehə külli miqdarda borcu var. Şahid1 qanunsuz olaraq cavabdehin külli m iqdarda borcundan əlavə, cavabdehi aldadaraq 174.200 manat vəsaitini qanunsuz mənimsəmişdir. Bu faktın araşdırılması ilə bağlı müvafiq qaydada prokurorluğa müraciət olunmuş, faktın araşdırılması Nizami rayon Baş Polis İdarəsində davam etdirilir. İddiaçı tələbində aldadıldığını desə də 29 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu hadisə heç də təsadüfi deyil. Belə ki, iddiaçının oğlu cavabdehin 174.200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə ona dəlalət edir ki, böhtan əsaslı qaldırılmış bu iddia ilə əslində iddiaçı tərəf qanunsuz üstünlük əldə etmək qərarına gəlmişdir. Şahid1 isə məhkəmə iclasınd a iş üzrə şahid qismində dindirilərkən (eynisi ilə e-2(009)- 896/2022 saylı məhkəmə işində) bildirmişdir ki, guya Cavabdeh1 ona tenderdə qalib gəlməyi söz verdiyi üçün mənzili onun adına keçirmişdirlər. İş materiallarında olan e2(009)-896/2022 saylı mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsindən görünür ki, bütün şahidlər və Şahid1 həmin uydurulmuş tenderin noyabr ayında baş tutacağını bildirmişlər. Tenderdə qalib gəlmək əvəzində Şahid1 mənzili cavabdehə vermişdirsə o zaman, noyabr ayında tenderdə guya iştirak edəcək müəssisənin nizamnamə kapitalındakı payın cavabdehin adına keçirilməsinə zərurət qalmırdı. Beləliklə, şahidin gətirdiyi əsaslandırma məntiqsizdir və iddiaçının əsaslandırmasını inkar edir. Bundan başqa, iddia ərizəsində "xxxx" MMC-də payın alğı-satqıs ı haqqında mülki mübahisə hazırki işlə, yəni mənzilin alğı-satqısı ilə əlaqələndirir. Buradan belə qənaətə gəlmək olar ki, guya mücərrəd tenderdə qalib gəlinməsi üçün 270.000 min manat “şapka” müqabilində Şahid1 "xxxx" MMC-də 15% payı və mənzili Cavabdeh1 adına keçirmişdir. Mənzilin alğı-satqısı 29 sentyabr 2022-ci il tarixdə baş tutmuşdur, "xxxx" MMC-də payın alğısatqısı isə 24 noyabr 2022-cili tarixdə baş tutmuşdur. Görsəndiyi kimi, Cavabdeh1 MMCdə 15% payı Şahid1 almamışdır, əksinə Şahid1 eyni gündə üç dəfə artıq 50% payı həmin MMC-də əldə etmişdir. Beləliklə, Şahid1 2021 ilin sentyabr ayının 29-da hələ payçısı olmadığı bir MMC-nin mücərrəd tenderdə qalid gəlməsi müqabilində anasının mənzilini cavabdehə verməsi yenə də absurddur, məntiqsizdir. Qətnamədə qeyd olunur ki, “Məhkəmə iclasınd a müəyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "xxxx" MMC-yə payçı kimi daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi Səbail Rayon Məhkəməsinin e-2(009)- 896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də özəksini tapmışdır.” Bu qeyddə bir deyil bir neçə düzgün olmayan və qanunsuz məqamlar vardır. Birincisi, məhkəmə qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edir və həmin qətnamə ilə müəyyən edilmiş halları sübut edilmiş hesab edir. Bu əsaslandırma qanunsuzdur. Bundan başqa, məhkəmənin qənaəti işin mübahisəsiz hallarına ziddir. Belə ki:(Faktlar) 1) xx.xx.2021-ciil tarixdə mənzil cavabdeh Şahin MTK tərəfində n Cavabdeh1 satılması barədə müqavilə təsdiqləndikdə Şahid1 "xxxx" MMC-də heç bir paya sahib olmayıb. 2) Cavabdeh1 tərəfindən xx.xx.2021-ci tarixdə Zaqatala şəhərində alınan mənzil Elmir adın da şəxsə məxsus olmayıb, həmin evin sahibi X5 olmuşdur və o Şahid1 qohumu deyildir. X5 tərəfindən həmin mənzilə dair Cavabdeh1 arasında heç bir mübahisə yoxdur. 3) Sabail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi faktı özəksini tapmır və həmin işdə bu əqd mübahisə predmeti olmamışdır. 4) Cavabdeh1lə Şahid1 arasında sentyabr ayında, yəni mənzilinalğı-satqısı ərəfəsində heç bir iş birliyi qurmaq barədə danışıqlar olmamışdır və belə danışıqları təsdiq edən heç bir sübut yoxdur.

24. Bakı Apellyasiya Məhkəməsinin (bundan s onra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-590/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə kollegiyası ilk növbədə mənzilin satış qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dir tərəflərin sübutları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh1 Cavabdeh2-nın ofisində yəni xx.xx.2021 tarixdə 77.598 (yetmiş yeddi min beş yüz doxsan səkkiz) manatı İddiaçı vermiş və 1.910 (min doqquz yüz on) manatı İddiaçı (xx.xx.2021-ci il tarixli 47 nömrəli müqaviləyə əsasən) Cavabdeh2-ya olan borcunu bağlamaq üçün Cavabdeh2-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2 arasında 47 nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqavilənin imzalanması və mənzilin pay dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilməsi göstərilsə də, Cavabdeh2 tərəfindən Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bu faktlar təkzib edilmişdir. Belə ki, sonuncu məktubda MTK göstərmişdir ki, 1910 manat Cavabdeh2-nın xəzinədarlığına İddiaçı tərəfindən ödənilmişdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə və sonrakı tarixlərdə Cavabdeh2 tərəfindən ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alğı-satqısı ilə bağlı Cavabdeh1 tərəfindən 77.598 manat Cavabdeh2-nın ofisində İddiaçı ödənilməmişdir. Eyni zamanda sözügedən mənzilin alınması ilə bağlı Cavabdeh2ya Cavabdeh1 tərəfindən pul ödənilməmişdir. Həmçinin məktubda göstərilmişdir ki, 02 saylı, 22 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunanlardan aşağıdakı hallar Cavabdeh2-ya həmin sorğunu təqdim edən şəxsin sözləri əsasın da tərtib olunduğundan, 1910 manat qalıq borcunun Cavabdeh1 tərəfindən Cavabdeh2-ya ödənilməsi və Cavabdeh1 Cavabdeh2-nın ofisində yuxarıda qeyd olunan mənzilin sahibi İddiaçı 77.598 manat pulun ödənilməsi həqiqətə uyğun deyildir. Sonuncu cavab məktubunda göstərilənləri, yəni nə ofisdə, nə də MTK-nın özünə iddiaçıya pulun ödənilməməsi MTKnın nümayəndəsi Nümayəndə verdiyi izahatında təsdiq etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd edilən sonuncu məktubun məzmununda göstərilənlərlə razılaşmasa da, hər bir halda onun adına verilmiş maliyyə arayışının hüquqi sənəd olmasını istinad etməsini və bu sənədin onun tərəfindən evin pulunun MTK-ya ödənilməsi kimi qiymətləndirilməli olmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsinin araşdırması, is tərsə də apellyasiya icraatı zamanı qeyd edilən mənzillə bağlı tərtib edilmiş alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş maliyyə arayışının mənzil alınması ilə bağlı tərəflərin iradə ifadəsinin məhsulu olmaması araşdırılan və müəyyən edilən sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçının oğlunu mənzil alğı-satqısından əvvəllər tanımadığını və heç bir münasibəti (o cümlədən də işguzar) olmamasını göstərsə də, bu dəlil həm iddiaçı tərəfin, həm də şahid ifadələri ilə tam təkzib edilir.

27. İddiaçının və şahidlərin cavabdeh iddiaçının oğlu ilə 2021-ci ilin sentyabr ayından da əvvəl tanış olaraq münasibətləri olmasını apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İŞ-nin icraatlarında olan ********* saylı cinayət işinin m ateriallarının surətləri ilə də təsdiq edilir. Həmin sənədlərə əlavə edilmiş cavabdeh 2022-ci ilin iyun ayında Nizami rayon prokurorluğuna yazdığı əlyazma formasında olan şikayət ərizəsinin ilk cümləsində göstərmişdir: «Yazıb Sizə bildirirəm ki, 2021-ci ilin fevral ayında tanışım Rövşən Əmirxanovun vasitəsilə …Sadıqovla tanış oldum» Sonradan bu ərizəsi ilə əlaqədar Polis İdarəsində kompüterdə yazılmış izahatında da X9 ilə 2021-ci ilin yay aylarından tanışlığı olmasını göstərmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh prokurorluğa yazdığı bu ərizəsində və polisdə verdiyi izahatında göstərilən tarixlərin texniki səhv olmasını bildirsə də, məhkəmə kollegiyası onun bu izahatını inandırıcı saymamaqla yanaşı hesab edir ki, onun iddiaya olan etirazında və apellyasiya şika yətinin dəlillərində sadaladığı bütün hallar heç bir mötəbər sübut növləri ilə təsdiqlənmir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, əksinə məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər və şahid ifadələri daha inandırıcı olmaqla bu izahat və ifadələrdə verilən məlumatlar bir-biri ilə uzlaşmaqla, tamamlanır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəy yənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır.

31. Kollegiya qeyd etmişdir ki, bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmuşdur. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında münasibətlərin nə vaxtdan, hansı formada olmasını aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir.

32. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün birinci instansiya məhkəməsi onları haqlı olaraq mötəbər sübut kimi qiym ətləndirmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır.

33. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin evin pulunun İddiaçı MTK-nın ofisində verilməsi, maliyyə arayışının alınması, iddiaçı ilə müqavilədən əvvəl heç bir münasibətinin olmamasına dair geniş dəlillərinə ümumilikdə qiymət verərək hesab etmişdir ki, bu dəlillər şikayət müəllifinin subyektiv mülahizələri olmaqla heç bir mötəbər sübutlarla təsdiqini tapmır, əksinə işin araşdırılmış və diqqətəlayiq mühüm məqamları ilə təkzib olunur.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilin 30000 manat bankdan kredit və 44000 manat digər şəxsdən borc almaq yolu ilə əldə etməsini izahatında göstərsə də, bundan sonra iddiaçıya 22000 manat məbləğində iş görmək adı ilə borc v erməsinə dair izahatı inandırıcı və ağlabatan görünmür. Cavabdehin mübahisəli evi borc yolu ilə almağı ilə iddiaçının oğluna bündan sonra da borc verməsi onun evin alınması ilə bağlı həqiqi niyyətinin olmasını təsdiq etmir. Çünki cavabdeh iddiaçının oğluna verdiyi 22000 manat pulun mənbəyini başqa yerdən əldə etməsi ilə əsaslandırmağa çalışmış, lakin buna dair də hər hansı sübut təqdim etməmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin bu hissə ilə bağlı izahatında göstərilənlərin inandırıcı və ağlabatan olmaması ilə bağlı həm də onu qeyd etmişdir ki, cavabdeh bu puldan ona 8000 manat qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığı və qaytarılmasına guman olmadığı üçün qaytarılmayan qalıq məbləğinin batmamasına görə əlavə olaraq pul ödəməklə Röşənin qohumu Elmirin təklifi ilə sonuncunun Za qataladakı evini almasını göstərsə də, sözügedən evin alınmasına sərf edilən vəsaitin hansı mənbədən götürülməsini açıqlaya bilməmişdir. Başqa sözlə, kollegiyanın qənaətinə görə cavabdeh izahatında göstərdiyi kimi borcları olduğu halda yenidən başqa mənzilə görə pul vəsaiti ilə əmlak almaq niyyətinin olması heç də inandırıcı deyildir. Bu hallar isə iddiaçı tərəfin həqiqətən də mübahisəli evin görünüş üçün cavabdehin təklifi ilə onun adına keçirilməsinə dair dəlillərinin işin araşdırılmış və müəyyən edilən halları ilə tam uzlaşmasına dəlalət edir.

36. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "xxxx" MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladakı evin Cavabdeh1 adına keçirilməsi Səbail Rayon Məhkəməsinin e2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapması ilə bağlı qeyd etmişdir ki, həmin qətnamə qanuni qüvvəsini almasa da, həmin iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında müəyyən anlaşmalar səbəbindən sonuncu iddiasını geri götürdüyündən qətnamə ləğv edilsə də, Şahid5 yenidən Cavabdeh1 tərəfindən aldadıldığını göstərərək işin icraatına xitam verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadını kassasiya qaydasında mübahisələndirmişdir. Cavabdeh qeyd edilən qətnamənin qanuni qüvvəsini almadığı halda məhkəmənin həmin qətnamə ilə müəyyən edilmiş hallara istinad edilməsini qanunsuz saysa da, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator özü də dəlillərini əsasland ırmaq üçün məhz həmin qətnamənin bəzi məqamlarına istinad etmişdir. Halbuki, apellyatorun bu dəlilləri onunla iddiaçının oğlu arasında işbirliyinin mövcuduğunun təsdiqidir.

37. Kollegiya həmçinin apellyasiya şikayətinin, iddiaçının oğlu cavabdehin 174 200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, işin materiallarından göründüyü kimi, iddiaçının oğlu iddia ərizəsi veriləndən sonra birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak etmişdir.

38. Məhkəmə kollegiyası cavabdeh tərəfin alğı-satqı müqaviləsi görünüş üçün olduğu halda iddiaçının 7 ay hərəkətsiz qalması, tenderlə bağlı heç bir sübutların olmamasına, whatsapp mo bil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydlərində uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməməsinə dair şikayətin dəlillərinə qiymət verərək hesab etmişdir ki, əvvəla iddiaçı tərəfin izahat və şahid ifadələrinə əsasən alğısatqı müqaviləsindən iddia qaldırılan müddət ərzində cavabdeh tenderi udmalı, bundan pul qazanıb onlara pul verməli olduğu bunu etməmiş, alğı-satqı adı ilə faktiki girov qoyulmuş evləri qaytarmamışdır. Buna görə də iddiaçı aldadıldığını və hüquqlarının pozulmasını gördükdə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tender barədə iş materiallarında heç bir sübut olmasa da, bu əsasla iş görmək adı ilə mənzilə dair alğı-satqı müqaviləsinin formal bağlanmasına dair kifayət qədər sübutların olmasına birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir.

39. Kollegiya bununla bağlı həmçinin qeyd etməyi zəruri saymışdır ki, whatsapp mobil tətbiqi üzərində Şahid1 cavabdeh əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməsə də belə, cavabdehin həqiqətən də mənzili qanuni əsaslarla əldə etdiyi halda və bu əmlakına sahib olmaq niyyəti olduğu təqdirdə onun iddiaçının həmin evdən cıxarılmasına dair iddia qaldirmaması və yaxud bununla bağlı iddiaçı tərəfə hər hansı formada xəbərdarlıq etməməsi, hətta iddiaçının oğlu ilə yazışmalarında belə evin boşaldılması, təhvil verilməsi ilə ədaqədar iradlarının göstərilməməsi tərəflər arasında bağ lanmış alğı-satqı müqaviləsinin həqiqi niyyətlə deyil, görünüş üçün bağlanmasının bariz təzahürüdür.

40. Məhkəmə kollegiyası həmçinin iddia ərizəsi verilməmişdən əvvəl bayram münasibəti ilə whatsapp proqramı ilə bir-birinə təbrik mesajlarının göndərilməsinə dair şikayətin dəlillərinə (mesajların surəti təqdim edilmişdir) də qiymət verərək qeyd etmişdir ki, bu faktın mövcudluğun özü-özlüyündə tərəflər arasında səmimi münasibət olmaqla (davam etməklə) iddiaçı tərəfin qaldırdığı iddianın əsassız olmasına qətiyyən əsas yaratmır. İşin faktiki və həqiqi araşdırılmış halları iddiaçının adına olan mənzilə dair alğısatqı müqaviləsinin görünüş üçün və formal bağlanmasını təsdiq edir.

41. Apellyator şikayətində alğı-satqı müqaviləsinin real olmasını göstərərək bu dəlilini müqavilənin notarial qaydada təsdiqlənən zaman tərəflər iradə ifadələrini və razılıqlarını bildirmələri, paylar satıcıdan alıcıya keçməsi və satıcının payın dəyərini aldığını imzası ilə təsdiqləməsi ilə əsaslandırmağa çalışmış və buna ən mötəbər sübut kimi məhz iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələri qeyd etmişdir.

42. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, cavabdehin bu dəlilləri o halda əsaslı və inandırıcı sayıla bilərdi ki, onun mənzilin dəyərinin şəxsən, əlbəəl və şahidlərin iştirakı eləcə də, buna dair sadə yazılı formada aralarında yazılı sənəd tərtib etməklə pulu Qərənfilə Həsənovaya verilməsini subut edə bilsin. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh buna dair konkret tutarlı və mötəbər süb ut təqdim etməmişdir. O ki qaldı iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələrinə kollegiya qeyd edir ki, bu sənədləşmələr notarial qaydada aparılsa da, işin araşdırılmış halları ilə bunun məhz görünüş üçün tərtib ediləcək alğı-satqı müqaviləsinin inandırıcı olması məqsədi ilə alınması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası şikayətin şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olduğu halda bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, mübahisəli mənzil dövlət reyestrində qeydə alinmadıgindan bu dəlil hazirki iş üzrə əhəmiyyət kəcb etmir, buna görə kollegiya bu dəlilə qiymət verməyi zəruri saymamışdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək və işin araşdırılmış hallarına əsasən hesab etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına tam uyğundur.

44. Belə ki, iş üzrə sübutlar onu təsdiq edir ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulduğuna görə Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK-ya ödənilməmiş, Rövşən Əmirxanov ilə Cavabdeh1 arasında iş birli yi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "xxxx" MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilmişdir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi əsaslı olduğundan təmin edilməli olması, cavabdehlər arasında mübahisəli kooperativ mənzilə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı müqavilənin etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulmalı olmasına dair nəticəsini qanuni və əsaslı saymışdır.

46. Məhkəmə kollegiyası beləliklə də hesab etmişdir ki, iş materiallarında olan bütün sübutlar alğı-satqı müqaviləsinin könüllülük prinsipi əsasında həyata keçirilməməsini və tərəflər arasında girov müqaviləsi münasibətlərinin olmasının təsdiq etmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə MM-in 340.2-ci maddəsinin tətbiq edilməsi yanlış olmuşdur. Belə ki: 1) Tərəflərin təqdim etdiyi dəlillər əsasında məhkəmənin iş üzrə müəyyən etdiyi hallar əslində onların arasındakı münasibətin yalan əqdə dair davranışları əhatə etmədiyini göstərir. 2) Tərəflər arasında “yalan əqdi” bağlamaqda həqiqi niyyətin başqa bir əqdi (real əqdi) pərdələmək niyyətinin olmasına dair əqdi pərdələmək niyyətinin olmasına dair məhkəmənin qə ti, aydın və mötəbər sübutlara əsaslanan mövqeyi olmamışdır. 3) Tərəflər arasındakı “həqiqi” hesab edilə biləcək davranışların məhz, işin həqiqi hüquqi hallarına əsaslanan hansı münasibət olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. 4) Həmçinin, nəzərə alınmalıdır ki, mübahisə predmeti olan və məhkəmə tərəfindən "xxxx" kimi qiymətləndirilən müqavilə - MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin (payın) alqı-satqısına dair müqavilədir və İddiaçı bu müqavilənin bilavasitə tərəfi deyildir. Əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün tərəflər arasındakı münasibətlərdə iki əsas məqamı müəyyənləşdirmək lazımdır. 1) Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olmuşlar (mı?). Bu baxımdan, qeyd olunmalıdır ki, hazırkı işdə Kollegiya tərəflər a rasında hansı hüquqi proseduru həyata keçimək iradəsinin olmasını müəyyən etməliydi. İddia ərizəsindən və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında (mənzilin/mənzilə payın alqısatqısından başqa) hər hansı hüquqi proseduru həyata keçimək niyyətləri olmamışdır. Kollegiya tərəfindən "xxxx" kimi qiymətləndirilən xx.xx.2021-ci il tarixli müqavilənin tərəfləri – MTK və Cavabdeh1dir. Məhkəmə “müqavilənin tərəfi” kimi İddiaçı qəbul etmişdir. Başqa hansısa şəxsi əqdin tərəfləri kimi təqdim etmək mümkün deyil. Əgər nəzəri cəhətdən hesab etsək ki, Kollegiya iddiaçının özünü deyil, oğlu Şahid1 “əqdin tərəfi” kimi qəbul etmək istəmişdir, o halda da müəyyən edilməliydi ki, onların arasında hansı hüquqi prosedur olmuşdur və ya olması nəzərdə tutulmuşdur? Doğrudur, Kolleg iya iddiaçının və təqdim etdiyi şahidlərin (iddiaçının 2 oğlu) ifadələrinə istinadla hesab etmişdir ki, Cavabdeh1 gələcəkdə olacaq (qeyri müəyyən gələcəkdə) hansısa (qeyri-müəyyən) tenderdə Rövşəni (və ya onunşirkətini) qalib çıxarmaq üçün gələcəkdə xərcləyəcəyi pulun müqabilində (təminat qismində) tərəflər arasında mənzilə dair əqd bağlanmışdır. Lakin Kollegiyanın bu mövqeyi də “tərəflərin əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları” qənaətinə gəlməyə əsas vermir. Çünki hansısa qeyri-müəyyən gələcəkdə hansısa (qeyri-müəyyən) tenderdə birgə iştiraka dair hüquqi prosedur iradəsinin olması iş üzrə iştiraka dair hüquqi prosedur iradəsinin olması iş üzrə təhqiq edilmiş həqiqi hüquqi hallarla müəyyən olunmamışdır. Əqdin "xxxx" kimi qiymətləndirilməsi üçün diqqət yetiri lməli ikinci məqam isə - “üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə” tərəflərin tərəflərin sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərmələridir. Bu baxımdan kollegiya müəyyən etməliydi ki, İddiaçı və cavabadeh Cavabdeh1 arasındakı mübahisə predmeti olan əqddə üçüncü şəxs kimdir? Həmçinin, müqavilənin real (bilavasitə) tərəfləri olan MTK ilə Cavabdeh1 arasında İddiaçı statusu nədir? Yəni, tərəflər hansı üçüncü şəxsdə yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar? Apellyasiya Kollegiyasının mövqeyində belə əsaslandırma yoxdur, ümumiyyətlə, "xxxx" hesab etdiyi mübahisəli müqavilədə üçüncü şəxs müəyyən edilməmişdir, tərəflərin hansı üçüncü şəxdə hansı yanlış təsəvvürü yaratmaq qəsdinin nədən ibarət olması müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddiaç ının mülahizələrinə görə - kooperativ mənzilə dair pay haqqının Cavabdeh1 satılması və həmin kooperativ mənzilə hüququn Cavabdeh1 keçməsilə nəticələnən əqdin (aparılmış rəsmiləşdirmələrin) hansı üçüncü şəxsdə və hansı niyyətlə yanlış təsəvvür yaratmaq niyyəti olması kollegiya tərəfindən, ümumiyyətlə, araşdırılmamış və qiymətləndirilməmişdir. MTK və İddiaçı ilə Cavabdeh1 arasındakı mənzilə dair əqdin "xxxx" olmasına dair nəticəyə gəlməyə qanuni əsaslar mövcud olmamış, beləliklə, məhkəmələr mübahisə üzrə MM-in 340.2-ci maddəsini tətbiq etməli olmadıqları halda tətbiq etməklə iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişlər. Məhkəmələr iş üzrə müəyyən olunan xüsusatlara yuxarıda göstərilən qaydada maddi hüquq normalarının düzgün təfsir və tətbiq edilməsi ilə iddia tələbinin rədd olunmasın a dair qətnamə qəbul etməli olduqları halda, qanunu deyil, iddiaçının subyektiv mülahizəsini əsas tutduqlarına, iş üzrə maddi hüquq normalarını düzgün təfsir və tətbiq etməldiklərinə görə, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, tətbiq edilməli olan maddi hüquq normalarına uyğun olmadığından; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Rayon məhkəməsi iş üzrə iddiaçı və cavabdeh tərəfindən təqdim olunan dəlillərə birtərəfli yanaşmış, işin həqiqi hüquqi hallarını tam müəyyən etməmiş, sübutların qiymətləndirilməsi zamanı birtərəfli və cavabdehə münasibət də qərəzli mövqedə olmuşdur. Bundan başqa apelyasiya instansiyası məhkəmə tərəfindən MPM-in 167.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu prosessual pozuntu ilə bağlı apellyasiya şikayətində dəlillər göstərilməsinə baxmayaraq, apellyasiya kollegiyası da tərəflərin bərabərliyi və çəkişmə prinsipinin pozulması, sübutun qiymətləndirilməsinə dair vacib əhəmiyyətli bu dəlilə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X7 X6:

50. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

51. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

56. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

57. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

67. İddia tərəfi bildirir ki, mübahisəli mənzilə dair Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli müqavilə sonuncu ilə iddiaçının oğlu Şahid1 arasında tenderlə bağlı razılaşma ilə əlaqədar rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı, tender razılaşmasının təminatı kimi özünə məxsus mə nzilin Cavabdeh1 adına keçirilməsi üçün ərizə ilə mənzilə dair payından imtina etmiş, o və ailə üzvləri mənzilin cavabdehin adına sənədləşdirilməsinə razılıqlarını bildirmiş, sonra isə MTK ilə Cavabdeh1 arasında sözügedən müqavilə bağlanmışdır.

68. Cavabdeh1 isə qeyd olunanları təkzib edərək mübahisəli mənzilin dəyərini ödəyərək onu qanunvericiliyə uyğun qaydada aldığını bildirmişdir.

69. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının göstərdiklərini əsaslı saymış, mübahisəyə Mülki Məcəllənin (bundan sonra - MM) 340.2-ci maddəsini tətbiq etməklə, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 47 saylı müqaviləni yalan əqd kimi etibarsız hesab etmişlər (§ 15-21, 25-46).

70. Cavabdeh1 isə bununla razılaşmayaraq kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr ya lan əqdin qanunda nəzərdə tutulan şərtlərini, o cümlədən mübahisəli müqavilənin tərəflərinin görünən hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olmamalarını, əslində başqa razılaşma bağladıqlarını, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətinin nədən ibarət olmasını, üçüncü şəxslərin kimliyini müəyyən etməmiş, müqavilənin tərəfləri Cavabdeh2 ilə Cavabdeh1 olduğu halda İddiaçı və oğlu Şahid1 əqdin tərəfi kimi qəbul etmək istəmiş, nəticə etibarilə mübahisə üzrə MM-in 340.2-ci maddəsini tətbiq etməli olmadıqları halda tətbiq etməklə iş üzrə əsassız və qanunsuz qətnamə çıxarmışar (§ 48).

71. Beləliklə, göstərilən normanın hazırkı iddiaya tətbiqi ilə bağlı mübahisə olduğundan kassasiya kollegiyası yalan əqdin mahiyytinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə nəzər salmağ ı zəruri hesab edir.

72. MM-in 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

73. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olm ur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaş dırmaqda və görüntü yaratmaqda ifadə olunur.

75. Kollegiya vurğulayır ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla müəyyən olunmalıdır. Onlardan hər hansı birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır.

76. Sübutetmə yükü isə bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 59).

77. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

78. Bu baxımdan hazırkı işdə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli müqavilənin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir.

79. Mübahisə olunan 29 sentyabr 2021-ci il tarixli müqavilənin tərəfləri Cavabdeh2 ilə Cavabdeh1dur. Həmin şəxslər arasında əslində başqa bir razılaşmanın baş tutması, lakin bu razılaşmanın qeyd olunan müqavilə ilə pərdələnməsi halı məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

80. Sözügedən mü qavilənin İddiaçı oğlu Şahid1 ilə Cavabdeh1 arasındakı tender razılaşması çərçivəsində sonuncunun xeyrinə təminat məqsədilə bağlanması iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əvvəla, cavabdeh tərəf belə bir razılaşmanı təsdiq etmir. Bu səbəbdən adları çəkilən şəxslər arasında tenderlə bağlı razılaşmanın olması, bu razılaşma çərçivəsində konkret olaraq kimlərin hansı öhdəliklərinin yaranması və s. kimi hallar mübahisəlidir. İddiaçı həmin hallarla bağlı şahidlərin ifadələrinə istinad etsə də, təkzibedilməz sübutlar (yazılı sənədlər, etiraf və s.) olmadığı halda, yalnız iddiaçının dəvət etdiyi şəxslərin ifadələrinin belə bir müqavilənin bağlanması nəticəsinə gəlmək üçün kifayət etməsi məhkəmələr tərəfindən əsaslandırılmamışdır.

81. Bundan əlavə, təcrübədən məlumdur ki, bir şəxsə aid olan daşınmaz əşya təminat kimi başqa şəxsin adına alqı-satqı ilə o zaman rəsmiləşdirilir ki, satıcının alıcı qarşısında bir öhdəliyi olur (pul borcu və s.). Baxılan işdə isə iddia olunan tender razılaşması üzrə İddiaçı oğlu Şahid1 konkret bir əmlak və ya pul vəsaiti əldə etməsi, bu səbəbdən Cavabdeh1 qarşısında borclanması müəyyən edilmədiyi kimi, əksinə tender üçün lazım olna vəsaitin Cavabdeh1 tərəfindən qoyulacağının vəd olunduğu bildirilir. Belə olan halda iddia olunan razılaşma çərçivəsində öhdəlik altına Cavabdeh1, yoxsa Şahid1 düşdüyünə, mövcud vəziyyətdə iddiaçının öz mənzili ilə təminat verməsinin inandırıcılığına məhkəmələr tərəfindən lazımi şəkildə qiymət verilməmişdir.

82. Məhkəmə tərkibi təkrarən vurğulayır ki, əqdin istər predmetinə görə, istər tərəfinə görə yalan sayıla bilməsi üçün onun iştirakçılarının bir mənfəət əldə etmək məqsədilə üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratı yaratmaq niyyəti ilə hərəkət etdikləri, görünən əqdin arxasında başqa bir əqdin gizlədildiyi və bu davranışların onların hər birinin qəsdi ilə əhatə olunduğu sübuta yetirilməlidir.

83. Baxılan işdə məhkəmələr yalan əqdin bağlanması barədə mövqelərini ümumi şəkildə bildirsələr də, müqavilə tərəflərinin qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək faydanın (mənfəətin) nədən ibarət olmasını, xüsusilə də yazılı əqdin tərəfləri olan Cavabdeh2-nın və Cavabdeh1 bu cür davranışlar etmək qəsdini konkret və mötəbər sübutlarla əsaslandırmamış, iddia olunan təminat razı laşmasının hansı səbəbdən real münasibətlərə uyğun sənədləşdirilməməsi, buna dair hansı maneənin olması ağlabatan dəlillərlə izah olunmamışdır.

84. O da nəzərdən qaçırılmamalıdır ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında müqavilə bağlananadək iddiaçı mübahisəli mənzilə olan pay hüququndan imtina etməsi və mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə razı olmasına dair yazılı ərizə vermişdir. Bir qayda olaraq belə ərizənin mülki hüquqi nəticə(lər) yaratması şübhə doğurmur. MTK da məhz bu ərizəni aldıqdan sonra 29 sentyabr 2021-ci il tarixli müqaviləni rəsmiləşdirmişdir.

85. Buna baxmayaraq, məhkəmələr həmin ərizənin hazırkı mübahisə baxımından əhəmiyyətini, onun hər hansı hüquqi nəticə yaradıb-yaratmadığını, iddiaçının istinad etdiyi faktiki hallar baxımından etibarlı olub-olmamasını, nəticə eti barilə iddianın həllinə təsirini müzakirə etməmişlər.

86. Beləliklə, göstərilən xüsusatlara qiymət verilmədən, tətbiq olunan maddi hüquq normasının konkret dispozisiya şərtləri ilə işin sübuta yetən faktiki halları arasındakı uyğunluq əsaslandırılmadan, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağlanmış əqdlərin etibarlılığının mübahisəli mülahizələrlə şübhə altına qoyulması və buradan hərəkətlə yalnız bir tərəfin bildirdikləri əsasında müqavilənin (yalan) etibarsız sayılması qanuni və əsaslı nəticə hesab oluna bilməz.

87. Bu hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, bu qərarın 76-78-ci bənlərində göstərilən sübutetmə yükünə, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 59-62).

88. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

89. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən, onlara və bütövlükdə iddia tələblərinə konkret maddi hüquq normasının dispozisiya şərtləri və işdəki mötəbər sübutlar əsasında qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qəra rları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

90. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 50-51).

91. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

92. Eyni zamanda Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üz rə 13 iyun 2008-ci il tarixli qərarlar).

93. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin dəlilləri çəkişmə prinsipinə uyğun qaydada araşdırılmalı, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara (tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, işdəki sənədlərə, o cümlədən Cavabdeh2-nın məzmunca bir-birinə zidd olan məlumatlarına) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, iş üzrə gəlinən nəticə qanunvericiliyə v ə işdəki sübutlara uyğun şəkildə əsaslandırılmalı, nəticə etibarilə hər iki tərəf üçün ədalətli məhkəmə araşdırması hüququ təmin olunmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-590/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar