Məhkəmə qərarları › İş №2(102)-2193/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2193/2020

30.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2193/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evdən və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3860/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5502/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hаkim C.B.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evdən və torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, X. 2004-cü il təvəllüldlü X5 və X.2007-ci il təvəlüldlü Davudzadə Fatimə Raqib qızının bütün əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3860/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov, T.Q.Məmmədov) cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5502/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və onların yetkinlik yaşına çatmayan uşaqlarının bütün əmlakları ilə birlikdə onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evdən və torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşdirmə ver ərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və onların yetkinlik yaşına çatmayan uşaqlarının bütün əmlakları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən və torpaq sahəsindən çıxarılmalarına və onların istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 02 avqust 2016-cı ildə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyytə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 535C ünvanında yerləşən ümumi sahəsi 68,75 kv.m., yaşayış sahəsi 45,18 kv.m., yardımçı sahəsi 23,57 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini və həmin ü nvanda bu evin yerləşdiyi 0,0217 ha torpaq sahəsini cəmi 50.000 manata almışdır. Müqavilə bağlanan zaman Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 notariat qaydada yazılı razılığı alınmışdır. Həmin evə və torpaq sahəsinə RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdehlər evi və torpağı 01.09.2016-cı il tarixədək onun faktiki sahibliyinə verməli və qeydiyyatdan çıxmalı idilər. Lakin İddiaçı tanışı Şahəddinə bir müddət orada qalmağına icazə vermişdir. Tərəflərin arasında olan razılaşmaya əsasən evə ehtiyac olduğu tədqirdə 1-2 həftə ərzində ev boşaldılmalı və cavabdehlər fərdi yaşayış evindən qeydiyyatdan çıxmalı idilər. Cavabdehlərdən dəfələrlə evi və torpaq sahəsinin boşaldılması tələb edilsə belə onlar müxtəlif bəhanələr ilə həmin mənzili tərk etməkdən imtina etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X4 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası sübutlara yox, ehtimallara qiymət vermiş, aidiyyətə dair vəsatətlərinə rəsmi cavab verilmədən işə mahiyyəti üzrə baxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Nümayəndə izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan MA seriyalı, ******* saylı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 535C ünvanında yerləşən fərdi yaşayış evi və 0,0217 ha torpaq sahəsi 12.04.2011-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. İşdə olan AN-İ seriyalı, ******* saylı, 02 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və 01.08.2016-cı il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh1 X. ünvanında yerləşən fərdi yaşayış evini və 0,0217 ha torpaq sahəsini 50.000 manata İddiaçı satmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 22.07.2019-cu il tarixli, 1327 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6,14.12.2004-cü il təvəllüdlü X5 və 30.04.2007-ci il təvəllüdlü Davudzadə Fatimə Raqib qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 535C ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan ərizələrdən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh6, X3, Cavabdeh3, Cavabdeh4 və Cavab deh5 X. ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0217 ha torpaq sahəsinin satılmasına razılıq vermişlər. İş materiallarında olan RX seriyalı, ******* saylı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 535C ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0217 ha torpaq sahəsi 06.08.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 02 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 535C ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,0217 ha torpaq s ahəsi ilə birlikdə 50.000 manata İddiaçı satmışdır. İddiaçı yeni mülkiyyətçi kimi cavabdehlərə müəyyən müddətə satdıqları evdə yaşamağa icazə vermiş, lakin onlar sonradan evi tərk etməkdən imtina etmişər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüquqdur. -152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şika yəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3860/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar