Məhkəmə qərarları › İş №2(102)-2194/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2194/2024

29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2194/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-268/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şika yətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7860/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması”na dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın Cavabdeh hesabına sökülərək torpaq sahəsinin sonuncunun hesabına əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-94/2023 nömrəli q ətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt Bələdiyyəsi (bundan sonra “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin hasarının qarşısında yerləşən torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində çəkilən çəpərin cavabdehin hesabına sökülməklə onun hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə Bələdiyyəyə müraciət edərək Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində onunla Bələdiyyə arasında bağlanmış torpaq icarə müqavilələri əsasında istifadəsinə verilmiş, sahəsi müvafiq olaraq 600 kv.metr və 400 kv.metr olan torpaq sahələrinin girişində cavabdeh tərəfindən qanunsuz hasarlama işləri aparıldığı və həmin hasarın istifadəsində olan torpaqdan normal şəkildə istifadə etməsinə maneələr yaratdığını bildirər ək, həmin hasarın sökülməsi üçün tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və qeyd olunan idarə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 05/367 saylı məktub ünvanlanaraq iddiaçı tərəfindən cavabdehə qarşı tədbir görülməsi bildirilmişdir.

6. İddiaçı tərəfindən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ilə cavabdeh arasında zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəmə mübahisəsi olmuş və məhkəmə mübahisəsinin nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(105)-94/2023 qətnamə çıxarılaraq Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi il ə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu sübuta yetirilmişdir.

7. Hazırda Bələdiyyə özünün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qorunması məqsədilə məhkəməyə müraciət edilməsini məqsədəuyğun saymışdır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Bələdiyyənin qanuni maraqlarına ziddir.

8. Adıçəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunların tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aiddir və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Bələdiyyəyə təhvil verilmişdir. Lakin cavabdehin hərəkətləri Bələdiyyənin mülkiyyət hüquqlarını pozur.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 156.1, 157.2, 241.2-ci, Torpaq Məcəlləsinin 47, 56, 66, 110, 111-ci, “Torpaq islahatı haqqında” Qanunun 7-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.1, 6.2 və 16.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətini iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

11. Cavabdeh iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etirazın dəlilləri: - iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin Bələdiyyəyə məxsus olması qeyd olunsa da, həmin torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubuna əsasən bağ-bostan bitkiləri becərmək məqsədi ilə keçmiş dəmir yolçu X3 istifadəyə v erilmişdir. Dəmir yolunun PirşağıSumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən mübahisəli torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir; - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X5 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubuna əsasən qeyd olunan torpaq sahəsi mövcud dövlət qanunları əsasında bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə X2 istifadəsinə verilmişdir; - 11 aprel 2014-cü il tarixli, 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X4 tərəfindən xx.xx.2058-ci ilədək cavabdehə verilmişdir. İndiyə qədər cavabde h həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneçiliyi yoxdur; - qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Yəni, həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olması qeyri-müəyyəndir. Odur ki, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməlidir; - mübahisəli torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətindədir. cavabdeh həmin torpaq sahəsinin ətrafında taxta çəpər şəkib və ağaclar əkib. Çəpərlədiyi ərazi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun evinə giriş-çıxışına hər hansı maneə törətmir. Məhəmməd-Mehdi Xəlilova məxsus həyət in ayrıca darvazası var. Hazırda MəhəmmədMehdi Xəlilov öz torpağının bir hissəsini satmaq istəyir və bu səbəbdən özünə əlavə darvaza açmaq üçün cavabdehi həmin sahədən çıxarmaq istəyir.

12. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və hasarlanmışdır. Bu səbəbdən cavabdehin həmin ərazidən çıxarılması zərurəti yaranmışdı. Torpaq sahəsi "xxxx" QSC-nin mühafizə zonasına düşsə də, sözügedən Qapalı Səhmdar Cəmiyyətinin balansında deyil, Bələdiyyənin mülkiyyətindədir. İş üzrə müvafiq ekspert rəyi də bunu təsdiq edir.

13. Cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etirazı müdafiə edərək göstərmişdir ki, torpaq sahəsi "xxxx" QSC-nin mülkiyy ətindədir. Eyni zamanda mühafizə zonasına düşən torpaqdan istifadə qaydaları var. Həmin torpaq sahəsində bağ-bostan bitkiləri becərmək olar. Cavabdehin orada bitkilər becərməsi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun öz torpaq sahəsinə girişinə maneə yaratmır. "xxxx" QSC-nin icazəsi ilə cavabdeh qohumu tərəfindən verilən etibarnamə əsasında orada becərmə işləri aparıb. Bu halın iddiaçıya heç bir maneçiliyi yoxdur.

14. Üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu iddiaya münasibətində bildirmişdir ki, özünə məxsus torpaq sahəsini 2014-cü ildən almışdır. Torpaq ona iddiaçı tərəfindən icarə əsasında verilib. Torpaq sahəsində ev yoxdur və oranı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə almışdır. Onun torpaq sahəsinin hasarına bitişik ərazi cavabdeh tərəfindən tutulmuşdur. Bunu nla bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb.

15. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi iddiaya münasibətində bildirmişdir ki, cavabdehin hasarladığı sözügedən torpaq sahəsi "xxxx" QSC-nin sanitariya-mühafizə zonasına düşür. Buradan belə çıxır ki, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırda həmin ərazi Sumqayıt Bələdiyyəsinin istifadəsindədir. Cavabdehə gəldikdə isə o, qanunsuz işlər görmür, həmin torpaq sahəsində bostançılıq işləri apara bilər. İddianın təmin edilib-edilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır.

16. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən torpaq sahəsinə yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə və üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna məxsus evlərin həyətyanı sahələri qonşuluqda yerləşir. Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna məxsus həyətin darvazasının sağ tərəfində, həmin şəxsə məxsus hasarın qarşısında təxminən 7-8 metr uzunluğunda və 5-6 metr enində olan ərazi taxta ilə çəpərlənmiş, həmin ərazidə ağaclar əkilmişdir. Cavabdeh həmin ərazinin onun tərəfindən çəpərləndiyini bildirmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli, 2(060)-4235/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsinin istifadəsinin cavabdehə qadağan edilməklə həmin torpaq sahəsində çəkilən çəpərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəzi yyətə qaytarılması qət edilmişdir. (hakim Emin Abdullayev)

18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(105)94/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5354 saylı ekspert rəyinə əsasən RX seriyalı, ******* saylı çıxarışla Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə, 0,06 ha torpaq sahəsinin və RX seriyalı, ******* saylı çıxarışa əsasən Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Zəbt edildiyi iddia olunan torpaq sa həsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. ******* saylı və RX seriyalı ******* saylı çıxarışlı torpaq sahələri zəbt edilməmişdir. Heç bir tikinti və yenidən qurma işləri aparılmayıb. İddia olunan torpaq sahəsi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə bağladığı torpaq sahəsinin giriş hissəsidir. Zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X1 iştifadəsinə verilmiş dəmir yolunun PirşağıSumqayıt sərnişin mənzili 48 km pk3-80 m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin elektron kadastr məlumat bazasında yoxlanan zaman torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsi və mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti olması müəyyən edilmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın (bundan sonra - Qaydalar) 2-ci bəndinə əsasən xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yoll arının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır.

20. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, istinad edilən “Qaydalar”da istər dəmiryolu xətlərinin xüsu si mühafizə zonasına, istər təhkim zolağına, istərsə də sanitariyamühafizə zonasına düşən torpaqların mütləq olaraq dövlət mülkiyyətində olması əks olunmamışdır. Yəni, həmin torpaqlar müəyyən olunmuş rejimə əməl olunmaqla digər şəxslərin mülkiyyətində və istifadəsində ola bilər.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı dəlilləri əsassızdır. Buna görə də iddia təmin edilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 153.1, 156.1, 157.1, 157.2-ci, Torpaq Məcəlləsinin 46-cı, Mülki Prosessual Məcəllənin 14. 2, 77.1, 81, 82.3-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 say lı məktubuna əsasən həmin torpaq sahəsi bağ-bostan bitkiləri becərmək məqsədi ilə keçmiş dəmiryolçu X2 istifadəsinə verilmişdir; - bundan başqa, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X5 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsi mövcud dövlət qanunları əsasında və Yol rəisinin 03 aprel 1979-cu il tarixli 29 saylı əmri çərçivəsində Dəmir yolu altında (Dəmir yoluna məxsus torpaq sahəsi) olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq X3 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir; - iş materiallarında olan 11 aprel 2014-cü il tarixli 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X6 tərəfindən xx.xx.2058-ci ilədək Cavabdeh verilmişdir. Hal-hazıradək cavabdeh həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəsi yoxdur; - iş materiallarından göründüyü kimi qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olmasının qeyri-müəyyənliyini nəzərə alıb, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi, mövcud mübahisənin dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilməsi məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə heç bir əlavə araşdırma aparmadan, həmin mübahisəli torpaq sahəsinin boşaldılması ilə bağlı üçü ncü şəxsin əvvəllər verdiyi və rədd edilməsi ilə nəticələnmiş iddianın tələbində dair mülki iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixl, 10/5354 saylı ekspert rəyini əsas götürərək, cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə zonasında olmaqla bələdiyyə mülkiyyətində olmasının guya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapması qənaətinə gələrək həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir; - birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olmasının müəy yən edildiyinin qeyd olunduğunu göstərmişdir. Hansı ki, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu qeyd olunan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırarkən bələdiyyənin nümayəndəsi də həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirmişdir; - həmçini məhkəmə qətnamə qəbul edərkən cavabdehin həmin topraq sahəsindən istifadə etməsinin üçüncü şəxsə və ya bələdiyyənin torpaq hüquqlarının pozulması əsaslarını göstərmədən formal qərar qəbul etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi məktubda mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə isə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qeyd edilsə də, məhkəmə tərəfindən bu ziddiyyətlər aradan qaldırılmadan vaxtından əvvəl əsassız və qanunsu z qərar qəbul edilmişdir; - iş üzrə müvafiq ekspertiza təyin edilməli və həmin torpaq sahəsinin hüquqi rejimi, yəni hazırda həmin torpaq sahəsinin Bələdiyyə və ya dövlət mülkiyyətində olması barədə səlahiyyətli dövlət qurumundan məlumat alınmalıdır.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-268/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli torpaqla bağlı daha əvvəlki məhkəmə mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnaməyə əsasən mübahisəli torpaqla bağlı ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5354 saylı ekspert rəyinə əsasən Cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən olunmuşdur. Eyni zamanda rəydə iddia olunan torpaq sahəsinin Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə müqaviləsi bağladığı torpaq sahəsinin giriş hissəsi olduğu da müəyyən edilmişdir. Qeyd olunan qətnamədə məhkəməyə müraciət etmək hüququnun Sumqayıt Bələdiyyəsinə məxsus olduğundan Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun həmin iddianı qaldırmaq hüququ olmadığı göstərilmişdir.

27. Apellyasiya instansiya sı məhkəməsi hazırkı apellyasiya şikayətinin yenidən həmin mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək məqsədi ilə ekspertizanın keçirilməsinə dair dəlillərini formal mülahizələr kimi qiymətləndirərək, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etməmiş və qeyd etmişdir ki, qeyd olunan ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə şübhə olmadığından, eyni torpaq üzrə eyni quruma eyni halın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi məhkəmə icraatının prosessual səmərəlilik və qənaət tələblərinə cavab vermir.

28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yet irə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1,152.1, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 47-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 2.2, 16.1, 16.2, 16.4-cü, Mülki Prosessual Məcllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ape llyasiya instansiya məhkəməsi Dəmir Yolu təyinatlı torpağın hansı hallarda bələdiyyə və yaxud xüsusi mülkiyyətdə ola biləcəyini dəqiq araşdırmamışdır. Əvəzində bu torpaqların mütləq olaraq dövlət mülkiyyətində olması halının qanunvericilik aktlarında əks olunmadığını bildirmişdir. Belə ki, Torpaq Məcəlləsinin 57.5-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur. Yəni Dəmir yolu xətti çəkilərkən, həmin xətt bələdiy yə torpağının ərazisindən keçərsə, o zaman dəmir yol xəttinin sanitariya-mühafizə zonasına aid olan torpaqlar bələdiyyənin mülkiyyətində olmuş olur. Lakin bu iş üzrə mübahisəli torpaq sahəsinin aid olduğu dəmir yolu xətti Azərbaycan Respublikasında Bələdiyyələrin yaranmasından çox illər öncə çəkilmişdir və bələdiyyələrə torpaq sahəsi ayrılarkən dəmir yolu təyinatlı torpaqlar daxil edilə bilməz. Çünki bu torpaqlar xüsusi mühafizə olunan torpaq sahələridir. Məhkəmə bu məsələni də araşdırmamış və heç bir sorğu belə göndərməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən ekspertiza təyin edilməsi haqqında vəsatət məhkəmə tərəfindən rədd edildikdə məhkəmə tərəfindən əsaslandırılmış qərardad qəbul edilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətdə kifayət qədər əsaslar və dəlillər gö stərilsə də, eləcə də qanunvericiliyin normalarına istinad edilsə də, apellyasiya məhkəməsi həmin vəsatəti şifahi olaraq rədd etdiyini bildirmiş və qətnamədə həmin dəlilləri formal mülahizə adlandırmaqla kifayətlənmişdir. Lakin nəyə görə dəlilləri formal mülahizə müəyyən etdiyini, bu fikirə necə gəldiyi barədə heç bir cümlə qeyd etməmişdir. Bu isə məhkəmənin işə kifayət qədər səthi və qərəzli yanaşdığının göstəricisidir. İş üzrə kifayət qədər qeyri-müəyyənlik, dövlət orqanı və Bələdiyyənin təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər və natamam sübutlar olmasına baxmayaraq məhkəmə bu hallara qiymət verməmiş və işi yarımçıq yekunlaşdırmışdır. Belə ki iş materiallarında tədqiq olunmuş sübutlardan görünür ki, "xxxx" QSC-nin məktubuna əsasən mübahisə edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin şirkətin balansındadır. Lakin Sumqayıt Bələdiyyəsi iddia edir ki, onlarda olan xəritə əsasında bu torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir. Həmçinin iş materiallarında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd olunur ki, torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməmişdir. Elektron Kadastr məlumat bazasında dəmir yolu mühafizə zolağında yerləşir, mülkiyyət növü bələdiyyə torpağıdır. Göründüyü kimi mübahisə edilən torpaq sahəsi dövlət və ya bələdiyyə torpağı olması dəqiqləşdirilməlidir. Çünki qeyri-müəyyən məqam ondan ibarətdir ki, keçmiş iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş hər iki torpaq sahəsinin seriyası və çıxarışı mövcuddur. Ancaq mübahisəli torpaq sahəsinin seriya və çıxarışı təqdim olunmamışdı r. Həmçinin 2019-cu ildə təsdiq olunmuş bələdiyyə xəritəsinə əsaslanma olsa da, belə bir xəritənin hansı qurum tərəfindən təsdiq edildiyi və xəritənin mövcud olub-olmaması araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti əsassız və qeyri-obyektivdir. Belə ki, adı çəkilən kassasiya şikayətində kassator məhkəmənin qətnamə çıxararkən hansı qanun normalarını pozduğunu əsaslandıran hər hansı dəlillər gətirməmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və cavabdehlərin istinad etdikləri sənədlər hər hansı hüquqi qüvvəyə malik deyildir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meyda nlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qa nunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpa q sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfində n başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edil miş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

37. İddia tələb i torpaq sahəsinin boşaldılması barədə olmuş, iddiaçı tələbinin əsası kimi torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasına və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etmişdir.

39. İşdən də görünür ki, işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələr iddianı təmin edərkən cavabdehin Bələdiyyəyə mülkiyyətində olan torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadə etdiyini tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilməsinə, başqa sözlə, həmin qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşımasına istinad etmişlər.

40. Mülki Prosessual Məcllənin 82.3-cü maddəsinə görə preyudisiallıq o deməkdir ki, bir mülk i iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə məhkəmə aktının preyudisial akt kim qəbul edilməsi üçün ilk növbədə həmin işdə iştirak edən şəxslərin eyni olması mühüm şərtdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şə xslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

43. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsini hazırki iş üzrə preyudisial xarakter daşımasına istinad etsə də, hazırki işdə iştirak edən şəxslərin subyekt tərkibi ilə əvvəlki işdə iştirak edən şəxslərin subyekt tərkibinin eyni olmasını müəyyən etməmişdir.

44. Belə ki, işin müəyyən edilmiş hallarına görə hazırkı işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu cavabdehə qarşı eyni tələblə iddia qaldırmışdır. Preyudisial məhkəmə aktı kimi istinad edilən həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ndən Sumqayıt Bələdiyyəsinin işdə hər hansı statusda iştirak etməsi görünmür, məhkəmələr də buna aydınlıq gətirməyiblər. Belə olan təqdirdə, yəni Sumqayıt Bələdiyyəsinin əvvəllər baxılan işdə iştirak etməsi müəyyən edilmədiyi halda həmin iş üzrə qəbul edilmiş məhkəmə aktının hazırki işə preyudisiallığı ilə bağlı gəlinən nəticə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu da nəticədə cavabdehi hazırki iddiaya qarşı etirazlarını bildirmək imkanından məhrum etmişdir.

45. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adı çəkilən Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmeti nə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

46. Bu baxımdan, həmçinin hazırkı işdə üçüncü şəxs qismində işə cəlb edilmiş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun cavabdehə qarşı eyni tələblə iddia qaldırdığı işdə torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı məsələnin tələbin və (və ya) etirazın predmetinə aid olan fakt kimi məhkəmə tərəfindən araşdırılıb-araşdırılmamasına, həmin məsələyə qiymət verilib-verilməməsinə də aydınlıq gətirilməmişdir. Halbuki məhkəmə aktının preyudisiallığı, həm də bu məsələlərə aydınlıq gətirilməklə qiymətləndirilməlidir.

47. Bundan əlavə, işdən görünür ki, mübahisə predmeti barəsində üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi cavabdehin hasarladığı sözügedən torpaq sahəsinin "xxxx" QSC-nin sanitariya-mühafizə zonasına düşməsini, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirmiş, cavabdeh də həmin torpaq sahəsinin dəmir yol nəqliyyatının mühafizə zonasına düşməsinə istinad edərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı ekspertiza təyin etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirməmişdir.

48. İstinad edilən məhkəmə aktındakı ekspert rəyinə əsasən zəbt edildiyi iddia olunan torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. Zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir.

49. Apellyasiya instansiyası məhkəməsi də cavabdehin apellyasiya şikayə tinin həmin mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək məqsədi ilə ekspertizanın keçirilməsinə dair dəlillərini formal mülahizələr kimi qiymətləndirərək, eyni torpaq üzrə eyni quruma eyni halın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmə icraatının prosessual səmərəlilik və qənaət tələblərinə cavab vermədiyni göstərmişdir.

50. Lakin yuxarıda qeyd edildiyi kimi, istinad edilən məhkəmə aktının preyudisiallığına prosessual qanunvericiliyin və bununla bağlı Konstutisiya Məhkəməsinin qərarı kontekstində qiymət verilmədiyi üçün həmin iş üzrə keçirilmiş ekspert rəyi də hazırkı işdə əsas götürülə bilməzdi. Baxmayaraq ki, həmin ekspert rəyi də birmənalı nəticəyə gəlməyə əsas vermir.

51. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

52. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və bununla da torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi xüsusi bilik tələb edən ekspertiza fəaliyyətinə aid məsələ olduğu üçün hazırki işdə bu istiqamətdə araşdırma aparılmaması məhkəmə qətnaməsinin əsaslılığını şübhə altına alır. 52. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şə xslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin – küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir.

53. Eyni məzmunlu norma Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-3-cü hissələrində də nəzərdə tutulmuşdur.

54. Həmçinin həm “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsində (5-ci abzas), həm də Torpaq M əcəlləsinin 47-ci maddəsinin 5-ci hissəsində Bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olan torpaqlar göstərilmişdir. 55. “Torpaq islahatı haqqında” Qanunun və Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən normalarında dəmir yolu xəttinin mühafizə zolağı torpaqlarının nə bələdiyyə mülkiyyətində olması, nə də Bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan torpaq olması müəyyən edilməyib. Bu da özü-özlüyündə hər hansı bələdiyyənin ərazisində olan həmin torpaqların Bələdiyyə mülkiyyəti sayılması üçün əsas ola bilməz. Hər bir halda həmin ərazidəki torpağın mülkiyyətçisi müəyyən edilməlidir ki, bunu da sübut etmək vəzifəsi iddia verən orqanın üzərinə düşür.

56. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia predmeti Bələdiyyə mülkiyyətində olan torpağın boşaldılması barədə olduğu üçün B ələdiyyənin iddia predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olub-olmaması məsələsi də hazırkı məhkəmə icraatın daxilində müəyyən edilməli idi.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-268/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar