Məhkəmə qərarları › İş №2(102)-2195/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2195/2019

28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2195/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(005)-8554/2016, hakim R.N.Quliyev) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh XXX oğlundan 61500 ABŞ dolları məbləğində borcun (məzənnə üzrə manatla) iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12057/2017, hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-3520/2018, hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv e dilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8133/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) cavabdehinapellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinə əsasən borcverən İddiaçı 07.07.2010 il tarixdə borcalan Cavabdeh XXX oğluna 64500 ABŞ dolları məbləğində bor c verdiyini, Cavabdeh XXX isə həmin pulu aldığını etiraf etmiş və 07.10.2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı 29.09.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh XXX oğlunun həmin məbləğdən 3000 ABŞ dolları borcu qaytardığını göstərərək cavabdehdən onun xeyrinə 61500 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh XXX oğlu məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etməklə id dia müddətinin ötürülməsi ilə bağlı iddia müddətini tətbiq etməmişdir. İddia müddətinin axımı 07.10.2012-ci il tarixdən başlamaqla nə 3 il iddia müddəti ərzində, nə də həmin müddətdən sonra cavabdeh tərəfindən iddiaçıya 1 manat da olsun borc qaytarılmamışdır. İddiaçı 3000 ABŞ dolları qaytarıldığını göstərsə də, bu barədə qəbzi məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə Mülki Məcəllənin 439.1-ci maddəsinin tələblərini pozaraq borc müqaviləsinin manatla ifadə edilməli olduğuna hüquqi qiymət verməmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelly asiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdehə verdiyi borc pulun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Cavabdeh borc tələbinin yalnız iddia müddətinin ötürüldüyünə istinad edərək rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi nə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380-cı maddəsi ilə iddia müddəti axımının kəsilməsi halları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 07 iyul 2012-ci il tarixdə Notariat Kontorunda borcun etirafı müqaviləsinə bağlamış, İddiaçı 07.07.2010 il tarixdə Cavabdeh XXX oğluna 64500 ABŞ dolları məbləğində borc verdiyini, Cavabdeh XXX oğlu isə həmin pulu aldığını etiraf etmişdir. Cavabdeh XXX 07.10.2012-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona bir müddət əvvəl 3000 ABŞ dolları ödədiyini qeyd etmişdir. Cavabdeh isə borc verildikdən sonra istər iddia müddəti ərzində, istərsə də həmin müddətdən sonra da iddiaçıya ümumiyyətlə heç bir borc məbləği qaytarmadığını göstərsə də, 12 dekabr 2017-ci il tarixli apellyasiya məhkəməsinin iclasında borc məbləği üzrə ödəniş etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassatorun borcun dollarla tutulmaqla Mülki Məcəllənin 439.1-ci maddəsinin tələblərinin pozulması barədə digər dəlilinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyutada təşkil edə bildiyindən həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsas ən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar