Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2195/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2195/2023 (Açar sözlər: yaşayış sahəsindən məcburi qaydada çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-195/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 03 noyabr 2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı 100.000 manata satmışdır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2020-ci il tarixədək iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatdadırlar.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-672 3/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “girov biletinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilərək, İddiaçı Cavabdeh2 qarşı 220.000 (iki yüz iyirmi min) manat borc pulun verilməsinə dair xx.xx.2021-ci il tarixli, ƏİX seriyalı, ******* saylı girov bileti etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair i ddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin çıxarılmaları, həmin mənzilin sahiblik və qanuni istifadə hüququnun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə iddia onunla əsaslandırmışdır ki, iddiaçı mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh1 bir müddət yaşayış yeri olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə qalmağa icazə almışdır. Digər Cavabdeh2 Cavabdeh1 qızıdır. O, da, həmin vaxt Cavabdeh1 nəvəsini yaxın tanıdığından insanlıq xatirinə onlara bir ay vaxt vermişdir ki, ev tapıb rahat çıxsınlar. Ancaq cavabdehlər sonradan evdən çıxmamış və iddiaçının tələblərini yerinə yeti rməmişlər. O, cavabdehlərlə evdə yaşamaları barədə heç bir müqavilə bağlamamışdır. Bir neçə müddət əvvəl cavabdehə zəng edərək evin boşaldılmasını tələb etmiş, lakin yenə də heç bir xeyri olmamışdır. Onun və ailə üzvlərinin mənzilinin olmasına baxmayaraq, cavabdehin özbaşına mənzilini zəbt etməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5292/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmaqla o, hazırda cavabdehlərin mənzilini tərk etməmələri səbəbindən öz mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə edə bilmir. Çünki, cavabdeh lər həmin mənzildən çıxmamışlar. Bu isə iddiaçıya öz mənzili üzərində mülahizəsinə əsasən mülkiyyət hüquqlarından istifadə etməsinə maneə yaradır. Bununla da, cavabdehlər iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüququnu pozurlar.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 14.2.1, 152.1, 152.5, 157.2, 385, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
11. Apellyasiya şikayəti onu nla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi formal olmuşdur. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sahibkarlıq fəaliyyətinin əsas istiqaməti lombard kreditinin verilməsi olmuşdur. Cavabdeh2 çox ciddi maliyyə sıxıntıları olması səbəbindən o, lombarddan kredit götürmək qərarına gəlmiş və nəticədə lombard kreditlərinin verilməsi ilə məşğul olan Cavabdeh2 oğlunun tanışı olan İddiaçı müraciət edərək ona 150.000 manat kredit verilməsini istəmişdir. İddiaçı lombard kreditinin verilməsi üçün mənzillərinin girov qoyulmasını Cavabdeh2 tələb etmişdir. Lakin daşınmaz əmlakların lombard girovu qoyulması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan iddiaçı onlardan Cavabdeh2 anası Cavabdeh1 mülkiyyətində olan mənzili onun adına alqısatqı etməsini və bunun müqabilində 150.000 manat kredit verilməsini, 150.000 manatın faizi ilə birlikdə 220.000 manatın ona qaytarılacağı halda mənzili onlara geri alqı-satqı edəcəyini təklif etmişdir. Cavabdeh2 çox ciddi maliyyə sıxıntıları olduğu üçün o, bu təklifi qəbul etmək məcburiyyətində olmuş və nəticədə Cavabdeh1 mülkiyyətində olan mənzil alqı-satqı müqaviləsinə əsasən 100.000 manata iddiaçıya satılmışdır. 2021-ci ilin fevral ayında Cavabdeh2 İddiaçıla danışıq apararaq ona alqı-satqı edilmiş mənzilin onun anasına məxsus olduğunu və həmin evi qaytararaq Cavabdeh2 İddiaçı 220.000 manat borcun etiraf edilməsi haqqında İddiaçı müqavilə bağlanmasını xahiş etmiş və Cavabdeh2 ilə İddiaçı arasında razılaşmaya əsasən güya İddiaçı sahibkarlıq fəaliyyətinin əsası kimi onun fəaliyyətinin əsas istiqaməti lombard kreditlərinin verilməsi olduğ u üçün onlar arasında 150.000 manat borcun qarşılığı olaraq 220.000 manat borcun olması ilə bağlı lombard müqaviləsi bağlanmışdır. Elə həmin tarixdə də borcun qarşılığı olaraq İddiaçıla Cavabdeh2 arasında “Girov bileti” əsasında 220.000 manat pulun kredit kimi Cavabdeh2 verildiyi göstərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-195/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” mübahisələndirilməmiş və qüvvədədir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə müraciət etmiş, mənzildən çıxmalarını və ona təhvil vermələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir. Lakin cavabdehlər mənzili iddiaçının faktiki sahibliyinə verməmişlər.
14. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində İddiaçıla Cavabdeh2 arasında bağlanmış ƏİX seriyalı, 3107717, xx.xx.2021-ci il tarixli “Girov bileti” əsasında 220.000 manat pulun kredit kimi Cavabdeh2 verildiyi göstərilmişdir. Halbuki, ünvan 2 ünvan ında yerləşən, ümumi sahəsi 126,8 kv.m. olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş məhkəmənin icraatında olan 2(103)-2677/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə qanuni qüvvəsini aldığından hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Belə ki, 2(103)-2677/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qətnamə üzrə mülki işdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınması da mübahisələndiri lmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələri, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 218.3-cü maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadındakı hüquqi mövqelərə istinadlar əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
16. Qətnamədən cavabdehlər (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəm əsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında olan başqa mülki iş üzrə İddiaçı Cavabdeh2 qarşı 220.000 manat pul tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh2 İddiaçı qarşı “girov” biletinin etibarsız hesab edilməsinə dair iddiası isə təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırki işə baxan apellyasiya məhkəməsi qeyd olunan məhkəmə qərarları ilə tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin dair əqdin, yəni borcun etiraf edilməsi məqsədi ilə bağlanmış yalan əqd olduğunu və yalan əqdin bağlandığı andan etibarsız olduğunu müəyyən etsə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ciil ta rixli mövcud qərarının tələblərini tətbiq etmədən əqdin etibarsız olması hissəsinə heç bir münasibət bildirmədən apellyasiya şikayətini yalnız iddiaçının formal mülahizələri ilə əsaslandırdığı dəlillər istinadən yoxlayıb rədd etmişdir. Halbuki məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
18. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
19. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib o la bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyy əti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzilini İddiaçı satmış və sonuncuya hazırda həmin mənzil onun adına qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətindədir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Ba kı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” mübahisələndirilməmiş və qüvvədədir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə müraciət etmiş, mənzildən çıxmalarını və ona təhvil vermələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir. Lakin cavabdehlər mənzili iddiaçının faktiki sahibliyinə verməmişlər.
40. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya inst ansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəməni n gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-195/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.