Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2195/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-2195/2023 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-248/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 809 nömrəli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 2(060)-4729/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov, L.Rəhimli, S.Qafari) 2(105)-248/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzib ati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 7. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası kas sasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
10. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
11. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
12. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 403.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddədə kassasiya şikayətinin yalnız tələbləri təmin olunmayan şəxslər tərəfindən verilə biləcəyi göstərilmişdir.
13. İşdən məlum olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh münasibətdə hər hansı hüquqi nəticə doğuran qərar qəbul edilməmiş, sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır.
15. Odur ki, Cavabdeh MPM-in 403.1-ci maddəsi ilə təsnif edilmiş tələbləri təmin olunmayan şəxslər kateqoriyasına aid edilə bilməz.
16. Bu kontekstdə, MPM-in 403.1-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlarından yalnız tələbləri təmin olunmayan tərəflərin və işdə iştirak edən digər şəxslərin şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qən aətinə görə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını pozmadığı üçün, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
17. Lakin apellyasiya instansiyası məhkəməsi qanunun istinad olunan tələblərini diqqətdən qaçıraraq, şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
18. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Göstərilənlərə əsasən və MPM-in 403.1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-248/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti qeyri- mümkün hesab edilsin, şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.