Məhkəmə qərarları › İş №2(102)-2708/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2708/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2708/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı* və digərlərinin Cavabdeh* və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:nikahın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*03)-2*93/2024 nömrəli iş üzrə, *7 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı* və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 tərəfindən 29 aprel 202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 378498 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X*0 ilə X4 29.04.202*-ci il tarixdə nikahlarını bağlamışlar.

2. X*0 *8.05.202*-ci il tarixdə, X4 isə 27.*2.2022-ci il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi 27 saylı ev */2 hissədə İddiaçı*, */2 hissədə isə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. 4. “ASAN 5” tərəfindən verilmiş 448*969 nömrəli, 8 oktyabr 202*-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında Cavabdeh* və X4 qeydi yyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2na qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə X*0 arasında bağlanmış və Cavabdeh2 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.04.202*-ci il tarixdə *6 sayla qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, 27 saylı ev 2* sentyabr 202*-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılara atal arı X*3 miras qalmış və həmin evə dair onların xüsusi mülkiyyət hüquqları 5 oktyabr 202*-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Onların qardaşı X*0 qeyd edilən fərdi yaşayış evində tək yaşamış, lakin o, *8 may 202*-ci il tarixdə ölmüşdür. X3 subay olmuş, onun heç bir vərəsəsi olmamışdır. Qardaşları öləndən sonra həmin ev boş qalmış, onlar həmin evə getmək istədikdə isə həmin evdə X2 və sonuncunun oğlu Cavabdeh* yaşamasını görmüşlər. Bundan sonra onlar 29 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək X2 və Cavabdeh* ünvan 2 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X6 nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək, X3 ilə 29 aprel 202*-ci ildə nikaha daxil o lmasını, ona görə həmin evə qeydiyyata alınmasını göstərmişdir. Bundan sonra onlar tələblərinin həcminin artırılaraq X4 ilə X3 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli nikahın etibarsız hesab edilməsini tələb etmiş, lakin Pirallahı Rayon Məhkəməsinin 2(094)-3**/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata götürülmədən geri qaytarılması qərara alınmışdır. Pirallahı Rayon Məhkəməsində iddialarının məhkəmə araşdırması zamanı cavabdeh X4 27.*2.2022-ci il tarixdə ölmüş, mülki işə məhkəmənin qərardadı ilə ona aid hissədə icraata xitam verilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(*03)2873/2023 saylı * 6 may 2023-cü il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh* Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, F.Hüseynov küçəsi 27 saylı evdən çıxarılması qət edilmişdir. Bundan sonra Cavabdeh* onlara qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Elsevər Hüeynov küçəsi, 27 saylı evə dair 33 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2*.09.202*-ci il tarixli 2V-50 saylı şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhz Cavabdeh* öz anası X4 ilə iddiaçıların qardaşı X*0 arasında bağlanmı ş 29 aprel 202*-ci il tarixli nikah qeydinin olmasından istifadə edərək, iddiaçıların atalarına məxsus əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsi artıq onlara həmin nikah qeydinin etibarsız hesab edilməsi barədə məhkəməyə iddia verməyə məcbur etmişdir. X* ilə X3 arasında nikah qeydinin olmasını ** oktyabr 2022-ci il tarixdə bilmişlər. X3 2 may *938-ci ildə anadan olmuş, o ailə qurmamış, cavan vaxtlarında X4 ilə münasibətləri olmuşdur. O, son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. Cavabdeh X4 isə bundan istifadə edərək 29 aprel 202*-ci ildə qardaşlarını məcburi olaraq Cavabdeh2nə aparmış, orada onunla nikaha daxil olmuşdur. Nikaha daxil ol an zaman qardaşlarının 83 yaşı olmuş, Cavabdeh* onun xəstə olmasını, tezliklə öləcəyini başa düşüb onun öz anası X4 ilə nikaha daxil olmasını təşkil etmiş və onlar nikaha daxil olduqdan sonra *8.05.202*-ci il tarixdə iddiaçıların qardaşı X*0 ölmüşdür. Qardaşlarının ölümü ilə əlaqədar Pirallahı rayon prokurorluğunda araşdırma aparılmış, onun ölümündən bir müddət əvvəl özünü bıçaqla vurması, psixi pozuntusunun olması müəyyən edilmişdir. X4 iddiaçıların qardaşı X*0 ilə ailə qurmaq niyyəti ilə deyil, onun yaşadığı evə qeydiyyata düşməsi niyyəti ilə nikaha daxil olmuşdur. Çünki qardaşı X*0 heç bir zaman ailə qurmamış, X4 ilə cavanlıqda faktiki ailə münasibətləri olsa da, onun X4 ilə rəsmi nikaha daxil olmaq niyyəti olmamış, öziradəsi ilə X4 ilə nikaha daxil olmamışdır. Qardaşlarının xəstəliyind ən, onun psixi durumundən və qoca olmasından istifadə edərək onunla X4 arasında nikah bağlanmışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Rüstəmov) 7 noyabr 2023-cü il tarixli, 2(003)-28**/2023 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, X*0 ilə X4 arasında ailə qurmaq məqsədilə bağlanmış və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış 29 aprel 202*-ci il tarixli rəsmi nikah tərəflərin könüllü ittifaqıdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar “mərhum X3 ilə X4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.*-ci maddə sində “nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər”in dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 26.*.*-26.*.6-cı maddələrinə əsasən mövcud iddia tələbi üzrə iddiaçılar nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyillər. İddiaçılar “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsızsayılması” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir.

10. Məhkəm ə qeyd etmişdir ki, iddiaçılar nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X*0 ilə X4 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Eyni zamanda iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə prosesində verdikləri izahatlarında X*0 ilə X2 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, uzun müddət faktiki ər-arvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini ) tamamilə aradan qaldırır.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadıqlarından iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*, *2.0.3-*, 2.*, 4, 25.*, 26.*, 26.*.*, 26.*.2, 26.*.3, 26.*.4, 26.*.5, 26.*.6, 26.*.7, 26.*.8, *3.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, onlar öz iddialarının əsaslandığı hall arı sübut edən bütün sənədləri məhkəməyə təqdim etdiklərindən, təqdim edə bilmədikləri sənədlər məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edildiyindən iddiaları sübuta yetmiş hesab edilməli, öz əmlak hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etdiklərindən isə onların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmış hesab edilməli, iddia təmin edilməli idi.Ailə Qanunvericiliyində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilsə də, orada maraqları pozulan digər şəxslərin bu nikahın etibarsız hesab edilməsi üçün iddia qaldırmaq hüququnun olmaması göstərilməmişdir. Yəni iddiaçıların mülkiyyət hüquqları pozulduğu üçün, mülki prosessual qanunvericiliyə əsasən bu iddianı qaldırmaq hüququ yaranmışdır. İddiaçılar öz əmlaklarınısaxta bir nikah əs asında başqa şəxsin adına keçməsi ehtimalının olmasını düşünüb, bu nikahı mübahisələndirmişlər, yəni hər bir halda onlar özlərinin əmlak hüquqlarını qorumaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir. İddia tələbinin əsaslarından biri də o, olmuşdur ki, X*0 ilə X4 arasında nikah bağlanarkən X8 psixi durumu yaxşı olmamış, o, heç kəsitanımamışdır. Bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, şahidlər bu halı təsdiqləmişlər. Cavabdeh isə iddiaya etiraz belə etməmişdir.Məhkəmə öz qətnaməsində göstərir ki, iddiaçılar İddiaçı* və İddiaçı2nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əgər məhk əmə X8 psixi durumu barədə ekspert rəyini və şahidlərin izahatını iddianın sübut etmək üçün kifayət hesab etmirdisə bu zaman onlara əlavə sübutları təqdim etməyi təklif etməli idi. Çünki onlar bu sübutları məhkəməyə təqdim etdikdən sonra həmin sübutların kifayət qədər mötəbər sübut olmasını düşünmüş və məhkəməyə əlavə sübut təqdim etməmişlər. Qətnamədən də görünür ki, məhkəmə iş üzrə təqdim edilmiş heç bir sübuta qiymət verməmiş, əksinə iddianın əsaslandığı halların sübut edən sənədlərin məhkəməyə təqdim edilməməsini göstərmişdir. Halbuki, iddiaçılar X9 nikaha daxil olan zaman psixi durumu barədə ekspert rəyini, cinayət işinin rədd edilməsi barədə qərarı məhkəməyə təqdim etmiş, nikaha daxil olması barədə ərizənin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxmamış, ümumiyyətlə heç bir sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), X*7 Qasımov) 2(*03)-2*93/2024 nömrəli iş üzrə, *7 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)28**/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçılar “mərhum X3 ilə X4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün müvafiq subyektiv hüqu qa malik deyildir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün iddia düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların Ailə Məcəlləsinin 26.*.6-cı maddəsinə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, həmin Məcəllənin 26.*.6-cı maddəsinə əsasən 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququ olması göstərilsə də, X4 ilə X*0 arasında bağlanmış nikahın Məcəllənin *2-ci maddəsinin tələblərini pozması müəyyən edilməmişdir. Belə ki, iddiaçılar nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X*0 ilə X4 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Eyni zamanda iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə pr osesində verdikləri izahatlarında X*0 ilə X2 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər. Həmçinin məhkəmə qeyd etmişdir ki, uzun müddət faktiki ər-arvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini) tamamilə aradan qaldırır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən 07.**.2023-cü il tarixdə işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunduqdan sonra, iddiaçı tərəf **.*2.2023-cü il tarixdə “X*6” X*8 müraciət etmiş, oradan ** yanvar 2024-cü il tarixdə *8-*-*6/2-8/2024 saylı məktub əldə etdikdən sonra, apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əlavədə qeyd ol unan dəlilləri iddiaçı tərəfin yeni sübut əldə etməyə cəhdi kimi qiymətləndirərək, əsassız hesab etmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.*, 4, *2, 25.*, 25.2, 26.*-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçılar kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Ailə Məcəlləsinin 26.*.6-cı maddəsini tətbiq etməməklə səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etm əmişdir. Belə ki həmin normanın dispozisiyasında “bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququnun olması” göstərilmişdir. Ailə Məcəlləsinin *2.0.3-*-ci maddəsində isə tibbi müayinədən keçməyən şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi göstərilmişdir. Bu normaların mənasından isə görünür ki, isə tibbi müayinədən keçməyən şəxslər arasında nikahın bağlanması nəticəsində hüquqları pozulmuş digər şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İddiaçıların qardaşı tibbi cəhətdən nikaha daxil olmaq qabiliyyətində olmayan xəstə bir şəxs olmuş, onunla nikaha daxil olan şəxs artıq onun vərəsəsi olmaqla iddiaçılara məxsus əmlakın bir hissəsini ələ keç irmiş, bununla da iddiaçıların əmlak hüquqları pozulmuş və onların bu nikahın saxta olmasının müəyyən edilməsini tələb etmək hüququ yaranmışdır.Məhkəmə iş üzrə təqdim edilmiş heç bir sübuta qiymət verməmiş, əksinə iddianın əsaslandığı halların sübut edən sənədlərin məhkəməyə təqdim edilməməsini göstərmişdir. Halbuki, iddiaçılar X8 nikaha daxil olan zaman psixi durumu barədə ekspert rəyini, cinayət işinin rədd edilməsi barədə qərarıməhkəməyə təqdim etmiş, nikaha daxil olması barədə ərizənin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ümumiyyətlə heç bir sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Halbuki, X8 ölüm səbəbi ilə əlaqədar Pirallahırayon prokurorluğunda aparılmış araşdırma zamanıməhkəmə-psix oloji ekspertizası keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 202*-ci il tarixli ekspert rəyində X8 ölümündən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətlərində bəzi psixogen-depressiv reaksiya əlamətlərinin müəyyən edilməsi, X8 ölümüdən əvvəlki dövrdə emosional fonunun aşağı səviyyədə olması göstərilmişdir. İddiaçılar İddiaçı* və İddiaçı2 nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X*0 ilə X4 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Əgər məhkəmə X8 psixi durumu barədə ekspert rəyini və şahidlərin izahatını iddianın süb ut etmək üçün kifayət hesab etmirdisə bu zaman iddiaçılara əlavə sübutları təqdim etməyi təklif etməli idi. Çünki iddiaçılar bu sübutlarıməhkəməyə təqdim etdikdən sonra həmin sübutların kifayət qədər mötəbər sübut olmasını düşünmüş və məhkəməyə əlavə sübut təqdim etməmişlər. Bundan əlavə iddiaçılar məhkəməyə X8 tibbi müayinədən keçməməsi barədə sübut təqdim etsə də, məhkəmə bu sübuta əhəmiyyət vermədən onun tibbi müayinədən keçməsinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

24. Maddə 2.*. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri ( ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

25. Maddə 4.Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.

26. Maddə 25.*. Bu məcəllənin *0-*2-ci maddələrində və *3.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

27. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

28. Maddə 26.* Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:

29. Maddə 26.*.*. Nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin *0.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;

30. Maddə 26.*.2. Nikah bu Məcəllənin 26.*.*-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin *8 yaşlı ər (arvad); -26.*.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın ba ğlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);

31. Maddə26.*.4. Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;

32. Maddə26.*.5. Pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

33. Maddə26.*.6. Bu Məcəllənin 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;

34. Maddə 26.*.7. Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);

35. Maddə26.*.8. Bu Məcəlləni n *3.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).

36. Maddə *2.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

37. Maddə*2.0.*. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

38. Maddə*2.0.2. Övladlığa götürənlər və övladlığa götürülənlər;

39. Maddə *2.0.3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

40. Maddə*2.0.3-*. Bu Məcəllənin *3-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

41. Maddə*2.0.4. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə *4.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 4*6.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

55. Ape llyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar “mərhum X3 ilə X4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyillər.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia irəli sürmək də subyektiv hüquqa malik olmadığı üçün iddia düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların Ailə Məcəlləsinin 26.*.6-cı maddəsinə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, həmin Məcəllənin 26.*.6-cı maddəsinə əsasən 26.*.4-cü- 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququ olması göstərilsə də, X4 ilə X*0 arasında bağlanmış nikahın Məcəllənin *2-ci maddəsinin tələblərini pozması müəyyən edilməmişdir.

58. Belə ki, iddiaçılar nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşı nı tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X*0 ilə X4 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir.

59. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə prosesində verdikləri izahatlarında X*0 ilə X2 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər.

60. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uzun müddət faktiki ər-arvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları, onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini) tamamilə aradan qaldırır.

61. Göst ərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçılar İddiaçı* və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının *7 aprel 2024-cü il tarixli, 2(*03)-2*93/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar