Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3727/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız hesab edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3925/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 27 oktyabr 2023-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra iddiaçıya X soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların nikahları etibarsız hesab edilməlidir. Belə ki, nikaha daxil olmamışdan əvvəl cavabdeh iddiaçıya bildirmişdir ki, Avropa ölkələrinin birinə getmək niyyətindədir. Orada ona yaşamaq hüququ almaq üçün nik ah lazımdır. Nikah olduğu təqdirdə cavabdehə orada yaşamaq icazəsi veriləcək, maddi yardım göstəriləcək, müvafiq mənzil ayrılacaq və s. Daha sonra iddiaçı da bu imtiyazlardan yararlana bilər. Ailə qurmamaq şərti ilə onlar nikah bağlamışlar.
4. Nikaha daxil olduqdan sonra cavabdeh Avropa ölkəsinə getməyə nə qədər çalışsa da, nəticəsiz qalmışdır. Faktiki olaraq cavabdehlə ailə qurmamışlar. Nikaha ailə qurmaq niyyətləri olmadan, yalnız Avropa ölkələrinin birində yaşamaq arzusu ilə daxil olmuşlar. Onlar arasında həqiqi ailə münasibətləri, xüsusən də bir-birlərinə qarşılıqlı qayğı, qarşılıqlı maddi dəstək, birgə yaşayış üçün əmlak əldə etmək və ər-arvad üçün xarakterik olan digər münasibətlər yaranmamışdır. Beləliklə Ailə Məcəlləsi ilə müəyyən edilmiş mənada aralarında nikah bağlanmamışdır.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad etmişdir.
6. Məhkəmə baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehlə bir neçə il dostluq münasibətləri olmuşdur. Cavabdeh ona Almaniyaya təhsil almağa getməyi, həmin ölkənin vətəndaşlığını daha rahat əldə etmək və orada onlara yaşayış yeri verilməsi üçün evlənməyi təklif etmişdir. Lakin cavabdeh hələ universitetdə təhsilini davam etdirdiyindən planları baş tutmamışdır. Atası və anası ilə birlikdə yaşayır. Ailə qurmaq niyyəti olmamışdır. X3 Respublikasında magistratura pilləsində təhsil almaq olmuşdur. Valideynlərinə rəsmi nikaha daxil olduğu barədə məlumat verməyəcək, yalnız təhsil almaq məqsədi ilə gedəcəyini bildirəcəkdi. Valideynləri artıq təhsil almaq məqsədi ilə Almaniya Federativ Respublikasına g edəcəyinə dair razılıq vermişlər. Cavabdehlə aralarında ərarvad münasibətləri olmamışdır və heç bir zaman birlikdə yaşamamışlar.
7. Məhkəmə baxışında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə yalnız xarici ölkədə təhsil almaq üçün rəsmi nikaha daxil olmuşlar. Hələ universitetdə təhsilini davam etdirdiyindən, planları baş tutmamışdır. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər fakültəsində qiyabi əsasla 5-ci kursda təhsil alır. İddiaçı ilə planları Almaniya Federativ Respublikasında təhsil almaq olmuşdur. Almaniya Federativ Respublikasında hansı universitetdə təhsil alacağı ilə bağlı çox araşdırma aparmamışdır. Lakin bibisi oğlu hazırda Almaniya Federativ Respublikasında yaşayır və ona vətəndaşlıq əldə etmək və dövlətin dəstəyi üçün bu yolu məsləhət görmüşdür. Evdə kilərə rəsmi nikaha girdiyi barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasından sonra bu barədə onlara məlumat vermişdir.
8. Məhkəmə baxışında şahid X1 bildirmişdir ki, cavabdehin anasıdır. İddiaçını tanımır. Cavabdehin iddiaçı ilə nikaha daxil olması barədə iki gün əvvəl xəbər tutmuşdur. Oğlunu evləndirmək fikri olmamışdır. Bu barədə heç düşünməmişdir. Cavabdeh hələ universitetdə təhsilini davam etdirir. Cavabdehlə bir evdə yaşayırlar.
9. Məhkəmə baxışında Şahid bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Cavabdehin xalası qızıdır. Eşitdiyinə görə cavabdeh iddiaçını sevmişdir. Təxminən, 6-7 aydır ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatı olmuşdur. İddiaçı və cavadehin nikaha daxil olmaları barədə məlumatı olmamışdır. Bu yaxınlarda xalası bu barədə ona məlumat vermişdir. Cavab deh anasıgillə birlikdə, X küçəsində yerləşən mənzildə yaşayır. Cavabdeh əvvəllər evli olmamışdır. Xalasının cavabdehi yaxın zamanlarda evləndirmək fikri yoxdur. Cavadehin sevdiyi qız olduğunu, onunla gələcək üçün planlar qurduğunu eşitmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2024 nömrəli, 7 may 2024-cü il tarixli, qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim Kərim Xudayev)
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla hazırkı işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri ni kahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı, nə də iddianı etiraf edən cavabdeh qeyd edilən iddianın əsaslılığı barədə sübutu (ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı) məhkəməyə təqdim edə bilməmişlər. Qanunvericiliyin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddianın əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. Tərəflər xaricdə yaşamaq və güzəştlərdən istifadə etmək niyyətləri olduğunu bildirsələr də, məhkəməyə xarici ölkədə yaşamaqla bağlı hər hansı bir müraciətlərinin olmasını göstərən heç bir sübut təqdim etməmişlər. Bunun əksi olaraq, məhkəmə iclasında dindirilmiş Şahid bildirmişdir ki, cavabdehin iddiaç ını sevdiyi barədə məlumatı olmuşdur. Qeyd edilən ifadə isə nikahın formal olaraq bağlandığı iddiasını şübhə altına alır və hesab etməyə əsas verir ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Göründüyü kimi tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Belə ki, qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur.
12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edilsə belə, məhkəmə tərəfindən bu etiraf qəbul edilmir. Belə ki, bu, dövlətin ailə siyasətinə uyğun deyildir. Nikahın etibarsızlığı ilə bağlı iddialarda iddiaçı tərəfindən iddianın əsaslandırılmaması, cavabdeh tərəfindən isə iddianın etiraf edilməsi halında iddianın təmin ediləcəyi təqdirdə ailə münasibətləri ilə bağlı mövcud sabitlik pozulacaqdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 1-2, 11-13, 25-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 52.5, 77.1-ci maddələri, “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, məhkəmə nikahı mülki əqd kimi qələmə vermişdir. Halbuki, nikah mülki əqd yox, ailə hüquq müqavilələrinə aiddir. Bundan əlavə, cavabdehin iddianın etirafını da məhkəmə qəbul etməmişdir. Lakin mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, cavabdeh tərəf iddianı etiraf edirsə, iş üzrə sübutların araşdırılmasına zərurət aradan qalxır.
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamış, əksinə cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, iddia ilə razı olduğunu, iddianı etiraf etdiyini, bunun nəticəsinin ona aydın olduğunu bildirmiş və işə onun iştirakı olmadan mah iyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3925/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov, Xəyal Sarıyev)
18. Apellyasiya instansiyası məhkəməsi ailə qanunvericiliyinin aidiyyəti müdəalarına istinadən qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış nikah tərəflərin könüllü ittifaqıdır və ailə qurmaq məqsədi ilə bağlanır. Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmək hüququna malik olan şəxslərin dai rəsi və nikahın etibarsızlığına əsas olan hallar aydın şəkildə göstərilmiş və könüllü razılıq olmadan, habelə ailə qurmaq məqsədi daşımayan nikahın etibarsız olması müəyyən edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə onu göstərmişdir ki, Mülki-Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etira zların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulamışdır iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia təl əblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan, iddiaçı öz mövqeyini, o cümlədən əsl niyyətlərinin (məqsədlərinin) ailə qurmaq deyil, Avropa ölkələrinin birinə (Almaniyaya) getmək və orada yaşamaq hüququ əldə etməkdən ibarət olduğunu sübut etməli idi. Lakin iddiaçı bunu sübuta yetirə bilməmiş, cavabdehlə ailə qurmaq məqsədinin olmamasını, habelə nikahın məhz iddia ərizəsində göstərilən səbəblərdən bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, iddia ərizəsində nikaha daxil olduqdan sonra cavabdehin Avropa ölkəsinə getməyə xeyli (nə qədər) çalışdığı qeyd edilmişdir ki, bu da birmənalı şəkildə onun tərəfindən müəyyən hərəkətlərin edildiyini özündə ehtiva edir. Başqa sözlə, Avropa ölkələrinə köçüb orada yaşamaq niyyətində olan və məqsədini güdən cavabdeh, habelə iddiaçı bununla bağlı aidiyyəti qurumlara müraciət etməli, onların arasında yazışmalar aparılmalı, buna uyğun olaraq, tərəflər müvafiq sənədlər əldə etməli, bununla bağlı onların əldə etdiyi və ya onlara təqdim edilən sənədlərdə nikahda olmanın üstün şərt olması ən azı dolayısı ilə öz əksini tapmalı idi.
21. Həmçinin reallaşdırmaq istədikləri bu işin mahiyyəti tərəflərin öz aralarında da aidiyyəti yazışmaların aparılmasını şərtləndirməli idi. Xüsusilə qeyd edilməlidir ki, nikahın Avropada yaşamaq hüququ (imkanı) əldə etmək məqsədi ilə bağlandığı bildir ilsə də, nəinki bunu təsdiq edən sənəd, ümumiyyətlə, məlumat olaraq bu işin nəticələri (imtina almaqları, fikirlərindən daşınmağı və sair) barədə də hər hansı fikir söylənilmir. Bununla belə, iddianın əsasını, ümumiyyətlə, hər hansı sübuta söykənməyən sözlər və ifadələr təşkil edir ki, bu da öz növbəsində mübahisələndirilən nikahın etibarsızlığını istisna edir. Belə ki, nikah qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyi nin təsdiqi olaraq, onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında nikah bağlandıqdan sonra iddiaçıya “X” soyadı verilmişdir. Halbuki, ailə qurmaq niyyətinin olmadığı və ailə qanunvericiliyinin bunu qadağa etmədiyi bir halda, iddiaçının cavabdehin soyadına keçməsinə hər hansı zərurət yox idi, iddiaçı öz soyadını da saxlaya bilərdi. Hazırkı iddia da yalnız nikah bağlandıqdan 5 ay sonra qaldırılmış və hər hansı hadisənin baş verməsi ilə əlaqələndirilmir. Ümumiyyətlə, həm nikah bağlananadək, həm də nikah dövründə onun etibarsız olmasına, ailə qurmaq məqsədi ilə bağlanmamasına dəlalət edən hər hansı bir hal müəyyən edilmir.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsində iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahidlərin ifadəsi də nə ticə etibarı ilə iddianın əsaslı olmasını deyil, əsassız olmasını təsdiq etmişdir. Belə ki, şahid X1 ifadəsində oğlu, yəni cavabdehlə iddiaçı arasında nikahın bağlanması barədə iki gün əvvəl xəbər tutduğunu bildirsə də, oğlunun hər hansı Avropa ölkəsinə getmək niyyətində olduğunu göstərmir. Digər Şahid isə 6-7 aydır ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatının olduğunu qeyd etmişdir. Halbuki, tərəflər 2021-2022-ci illərdə “Asan” Xidmət Mərkəzində könüllü olaraq fəaliyyət göstərdiklərini və dostluq münasibətlərində olduqlarını vurğulayırlar. Başqa sözlə, nikahdan əvvəl onlar biri-birini xeyli müddətdir ki, tanımış və ən azı iddiaçının cavabdehə hissləri olmuşdur. Mövcud vəziyyətdə onların bir evdə yaşamaması, habelə cavabdehin anasının bu nikah barədə məlumatının olmaması həmin nikah ın etibarsızlığına əsas olan hal deyil.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun, könüllü və düşünülmüş şəkildə hərəkət edərək, ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar. Nikah, qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi fakt olduğundan, onun etibarsız hesab edilməsi üçün biri digərini tamamlayan, təkzib olunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübutlar mövcud olmalıdır. Hazırkı halda isə nəinki iddiaçının, ümumiyyətlə, hər iki tərəfin belə sübutları yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddianı etiraf etməsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildir mişdir ki, ailə cəmiyyətin özəyi olduğundan, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini dövlət və cəmiyyət maraqlarından asılı edir. Hazırki işdə birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi də sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin iddianı etiraf etməsinə baxmayaraq, cavabdeh də ailə qurmaq niyyətinin olmadığını və qeyd edilən nikahı hər hansı başqa məqsədlə bağladığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırmasının nəticələri üzrə cavabdehin ailə qurmaq niyyətinin olmadığ ının müəyyən edilmədiyi bir halda, onun tərəfindən iddianın etiraf edilməsi qanuna zidd xarakter daşıyır. Belə olan halda, cavabdeh həqiqətdə etibarlı olan və ailə qurmaq məqsədi ilə bağlanmış nikahın etibarsız olduğunu etiraf etmiş olur.
26. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehin iddianı etiraf etməsi barədə mövqeyi həmin mələlələri tənzimləyən qanunvericiliyin tələblərinin hüquqi qüvvəsindən üstün ola bilməz. Tərəflər arasında nikahın ailə qurmaq məqsədi ilə deyil, başqa hər hansı məqsədlə bağlanması sübuta yetirilməyincə, cavabdehin iddianı etirafının qəbul edilməsi ailə qanunvericiliyinin bu məsələləri tənzimləyən aidiyyəti müddəalarının hüquqi qüvvəsini heçə endirməklə öz növbəsində ədalət mühakiməsinin həyata keçirilməsinin mahiyyəti ilə ziddiyyət təşkil etmiş olardı ki, bu da y ol verilməzdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 2.1, 2.2, 2.3, 9.1, 25.1, 25.2 və 25.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin öz mövqeyini əaslandırarkən qeyd etdiyi faktlardan biri də, tərəflər arasında nikah bağlandıqdan sonra iddiaçıya “X” soyadı verilmiş olmasıdır. Halbuki bu fakt iddiaçının iddiasını təsdiq edən fakt kimi çıxış etməli idi. Çünki iddiaçı və cavabdeh öz nikahlarından gələcəkdə maddi maraqları üçün istifadə etmək niyyətində olduqlarından hər ikisinin eyni soyadı daşıması məqsədli xarakter daşımışdır. Həmçinin məhkəmə şahidlərdən birinin cavabdehin iddiaçıya qarşı hisslər bəslədiyinə dair heç bir sübuta əsaslanmayan ifadəsini əsas götürürərək onlar arasında sevgi münasibətlərinin olması qənaətinə gəlmişdir. İddiaçının iddiası cavabdeh tərəfindən etiraf edilsə də, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, “tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi də sübutetmə vəzifəsi ilə yüklü edir”. Bununla məhkəmə cavabdehin üzərin ə prosessual qanunvericiliklə müəyyən edilməmiş öhdəlik qoymuşdur. Məhkəmə sübutları qiymətləndirərkən obyektiv və qərəzsiz davranmamış və şahid ifadələrinin birini digərindən üstün tutmuşdur. Belə ki, şahidlərdən biri X1 (cavabdehin anası) oğlunun nikahından xəbərsiz olduğunu, oğlu ilə iddiaçının eyni evdə yaşamadığını və dolayısı ilə faktiki nikah münasibətlərinin olmadığını, aralarıda toy mərasiminin baş tutmadığını bildirsə də, məhkəmə digər şahid olan cavabdehin xalası qızı Şahid cavabdehin iddiaçını daha əvvəl tanıdığı və ona hisslər bəslədiyinə dair ifadəsini daha üstün tutmuş və ən az bir tərəfin digərinə qarşı sevgi hissi olduğu qənaətinə gəlmişdir. Halbuki, ailə qanunvericiliyinə əsasən, ailə münasibətləri bir tərəfin yox, hər iki tərəfin qarşılıqlı məhəbbət hisslərinə əsaslanmal ı və nikahın etibarlı hesab edilməsi üçün bir tərəfin yox, hər iki tərəfin ailə qurmaq niyyəti olmalıdır. Qeyd olunanlardan əlavə, iddiaçı öz iddiasını sübut etmək məqsədilə şahid təqdim etmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutları kifayət hesab etməsə də, tərəflərə əlavə sübut təklif edə biləcəyi halda bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş halla rda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Maddə 9.1. Nikah müvafiq icra h akimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cava bdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməs inə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kass asiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üç ün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
36. İddia tələbi nikahın etibarsızlığı barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına istinad edib. Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 25-ci maddəsi təşkil edir. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmiş və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Başqa sözlə, nikah bağlanarkən, nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsaslar mövcud olmamışdır.
38. Göründüyü kimi, işin məhkəmələr tərəfindən müəyyən edilən halları Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən iddianın təmi n edilməsini istisna etmişdir.
39. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 18-26-cı bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.
40. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları araşdırmış, şahid ifadələrinə qiymət vermiş, iddiaçının istinad etdiyi halların sübut edilməməsini müəyyən etmiş, eləcə də cavabdehin iddianı etiraf etməsini nəyə görə qəbul etməməsini əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
41. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiya sı qeyd edir ki, bu dəlillər iddia tələbi və apellyasiya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi onlara qiymət vermişdir. Həmin qiymətləndirmə ilə razılaşdığı üçün kollegiya təkrarçılıq baxımından bir daha həmin dəlillərə qiymət verilməsinə zərurət görmür.
42. İddiaçının öz iddiasını sübut etmək məqsədilə şahid təqdim etməsi, məhkəmənin tərəflərə əlavə sübut təklif edə biləcəyi halda, bunu etməməsi barədə dəlillər də əsasızdır. Belə ki, işdən görünür ki, cavabdeh iş üzrə şahidlərinin olmasını bildirmiş və onun vəsatəti əsasında yuxarı bəndlərdə ifadələri qeyd edilmiş şəxslər şahid qismində dindirilmiş, iddiaçı isə hər hansı sübutunun olması barədə vəsatət verməmişdir. Göründüyü kimi iddiaçının bu dəlilləri iş materialları ilə təkzib edilir.
43. Məhkəmə kollegiy ası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3925/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.