Məhkəmə qərarları › İş №2(102)-3690/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3690/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3690/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3629/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəm ənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ilə X1 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaqla, nikahlarını Bakı şəhəri 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmaqla Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru F.S.Mehdiyev tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli MŞB/9/202302249 nömrəli barışıq sazişinə əsasən, tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar: İddiaçı və Cavabdeh mübahisənin həlli istiqamətində xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN” xidmət mərkəzində 1847 nömrə ilə nikaha daxil olmuşlar. Lakin hər iki tərəf həqiqi ailə qurmaq niyyəti olmadan bu nikaha daxil olmuşlar. Tərəflər heç v axt birgə təsərrüfat aparmamış, ər-arvad həyatı yaşamamış, faktiki nikah münasibətlərinə daxil olmamışlar. Tərəflər İddiaçı və Cavabdeh aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış 1 saylı Bakı ASAN xidmət mərkəzində 1847 nömrə ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə razılaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil Cavabdeh (bundan sonra cavabdeh) qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 1847 nömrəli nikah qeydinin və nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xah iş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, nikahın bağlanmasında əsas motiv və məqsəd hər ikisinin gənc ailə görüntüsü yaradaraq sosial ipoteka imkanlarından istifadə etməklə özləri üçün mənzil almaq niyyəti olmuşdur. Belə ki, Azərbaycan Respublikasının “İpoteka və Kredit Zəmanət Fondu”nun ipoteka kreditləşməsi şərtlərinə görə gənc ailələrə güzəştli şərtlərlə və aşağı faizlə sosial yönümlü ipoteka kreditləri verilmişdir. O və cavabdeh perspektivdə belə sosial imkanlardan istifadə etməklə özləri üçün fərdi mənzil şəraiti yaratmaq məqsədilə formal nikaha daxil olmuş, aralarında heç bir faktiki ər-arvad münasibəti mövcud olmamış, hamı onları dost kimi tanımışdır. Hazırda onunla cavabdehin formal da olsa rəsmi nikahda qa lmaqlarına heç bir səbəb yoxdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq iddia ərizəsini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-1171/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi nikaha daxil olarkən tərəflərin niyətlərinin ailə qurmaq deyil, sosial imkanlardan istifadə etməklə özləri üçün fərdi mənzil şəraiti yaratmaq məqsədlərinin olmasını, iddiaçının xəstəliyi ilə bağlı nikaha daxil ola bilməməsini bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutlarını tərəflər məhkəməyə təqdim edə bilməmişlər.

8. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, tərəflər arasında bağlanan barışıq sazişi, yalnız görünüş üçün bağlanmaqla uydurma əqd olaraq əhəmiyyətsiz olduğundan, tərəflərin nikaha daxil olmasını istisna edən xəstəliklərinin olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, tərəflərin faktiki nikah münasibətlərinə daxil olmamaları halı nikahın etibarsız hesab edilməsi üçün əsas olmadığından, əmlak əldə etmək niyyəti olan şəxslərin nikaha daxil olduqdan sonra deyil, nikaha qədər əmlakın əldə edilməsi ilə bağlı məsələləri həll etməli olduqları üçün iddiaçının nikahın etibarsız olmasının səbəbi kimi qeyd etdiyi versiya sübuta yetirilməm əklə yanaşı inandırıcı olmadığından, iddianı etiraf edən cavabdeh isə mövcud olmayan faktı etiraf etdiyindən, beləliklə tərəflər arasında bağlanan nikahın etibarlı əqd olması araşdırma zamanı öz təsdiqini tapdığından iddia tələbi əsassız olmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4, 340.1, 340.2-ci, Ailə Məcəlləsinin 9.1, 9.4, 10.1, 10.2, 11.1, 11.2, 12.0, 13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.6, 13.7, 25.1, 25.2, 26.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şi kayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehin iddia ərizəsində göstərilən faktları etiraf etməsini qəbul etməkdən imtina etsə də, bu etirazın məhz işin hallarının gizlədilməsi, aldatma, zor, həddə və yanılma təsiri nəticəsində baş verməsi şübhəsini əsaslandıran heç bir sübuta və real dəlilə əsaslanmamış, sadəcə ümumi şəkildə fərdi şübhəsini ifadə etmişdir. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qərarı zənn və ehtimallara yox, məhz qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, iş üzrə materiallarda cavabdehin iddia tələbini, habelə iddianın əsaslarını təşkil edə n əqdin etibarsızlığı əsaslarını müəyyən edən halları, tərəflərin formal nikaha daxil olarkən əsl məqsəd, motiv və niyyətlərini etiraf etməsini təkzib edən hər hansı bir fakt, sübut, dəlil mövcud olmamışdır. Əksinə, işin halları tərəflərin izahatları, qanuni və mediasiya haqqında qanunvericiliyə riayət olunmaqla bağlanmış barışıq sazişi, habelə tərəflərin formal nikaha daxil olarkən hərəkətləri (el adəti ilə toy edilməməsi, faktiki ailə münasibətlərində olmamaları, övlad olmaması və s.), nikahdan sonrakı hərəkətləri (ipoteka kreditinin mümkün olmamasından sonra nikahın etibarsızlığı tələbini irəli sürmələri və s.) həmin nikah qeydinin və nikahın yalançı əqd olmasını və tərəflərin bu barədə izahatlarında göstərdikləri xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə qətnaməsində əqdin yalanç ı və əsl niyyəti pərdələmək məqsədilə bağlanması təkzib edilsə də, hazırkı nikahın məhz tərəflərin ailə qurmaq və birgə təsərrüfat aparmaq məqsədilə bağlanması, nikahın tərəflərin həqiqi iradə ifadəsi olması sübuta yetirilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3629/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilməmişdir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətində iddia ərizəsində qeyd olunmuş eyni məzmunlu hallara istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərdən hər ikisinin ailə qurmaq niyyəti olmuş, nikah bağlandıqdan sonra iddiaçının sağlamlığında mövcud problemlər aşkar edildiyindən cavabdeh nikah münasibətlərini davam etdirməsini istəmədiyindən aralarında barışıq sazişi bağlanılmış, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının istinad etdiyi faktiki halların nikahın saxta olması əsası ilə etibarsız hes ab edilməsinə dair ailə qanunvericiliyində nəzərdə tutulan müddəaların dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfin verdiyi izahatla da təsdiq olunur ki, tərəflərin nikaha daxil olmaq, ailə qurmaq kimi niyyətləri var idi, onlar bu niyyəti gerçəkləşdirmək üçün adət-ənənələrə uyğun şəkildə müvafiq hazırlıqları da aparmışlar. Aralarında nikahın bağlanması faktı dövlət qeydiyyatına alındıqdan sonra iddiaçının tibbi müayinəsi zamanı sağlamlığında qüsurların mövcudluğu halı öz təsdiqini tapmadığı təqdirdə də, tərəflər ərarvad statusunda qalmaqda davam edəcəkdilər.

15. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddianı qəbul edən cavabdehin ailə qurmaq niyyətində olsa da, aldandığına, iddiaçının sağlamlığında müvafiq qüsurların mövcu dluğundan məlumatlı olduğu halda onunla ailə qurmaqdan imtina edəcəyinə istinadı ilə əlaqədar hazırda məhkəmə araşdırmasının predmeti olan mülki iş iddiaçının (arvadın) məhkəməyə müraciəti əsasında başlanılmışdır. Halbuki Ailə Məcəlləsinin 26-cı maddəsinin məzmununa görə saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad), habelə nikahın bağlanması aldatma, yanılma nəticəsində baş verdiyi halda da yalnız nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İş materiallarından da göründüyü kimi hazırda nikahın etibarsız sayılmasını tələb edən tərəf İddiaçı olmuş və o, bu nikahın yalnız saxta olması səbəbi ilə məhkəmə qaydasında etibarsız hesab olunmasını xahiş etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 9.1, 11.2, 12, 13.7, 25.1, 25.2, 25.3, 25.4, 26-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qətnamədən iddiaçı (vəkil udaquliyev Samir Məhəbbət oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasınıi xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin izahatlarından, barışıq sazişindən, işin müəyyən edilmiş və hər hansı digər sübutla təkzib olunmayan hallarından göründüyü kimi tərəflərin xx.xx.2023-cü il tarixdə bağlanmış 1847 nömrəli nikah qeydi ilə qeydiyyata alınmış nikahın bağlanmas ında məqsədi heç də ailə qurmaq, birgə təsərrüfat aparmaq, birgə ailə həyatı yaşamaqdan ibarət olmamış, həmin əqd yalnız tərəflərin dövlətin sosial ipoteka siyasətindən faydalanmağa və maddi mülahizələrə əsaslanmış, hər hansı qarşılıqlı məhəbbətdən və ailə qurmaq niyyətindən söhbət getməmişdir. Tərəflərin nikaha daxil olduqdan sonrakı hərəkətləri (formal nikaha daxil olmalarına baxmayaraq ayrı yaşamaları, birgə təsərrüfat aparmamaları, hətta formal nikaha daxil olarkən el adəti ilə toy etməmələri, nikahdan sonra övlad dünyaya gətirməmələri və ya övladlğa götürmək üçün aidiyyəti orqanlara müraciət etməmələri və s.) bir daha həmin əqdin yalançı əqd olduğunu, tərəflərin sosial məzmunlu ipoteka krediti kimi sosial maliyyə alətlərindən faydalanmaq niyyətini təsdiq edir. Bu isə həmin nikahın yal ançı əqd olmaqla əhəmiyyətsizliyinə və etibarsızlığına dəlalət edir. Məhkəmə Konstitusiya məhkəməsinin hüquqi mövqelərini nəzərə almamışdır. Həmçinin, işin hallarından göründüyü kimi tərəflərin daxil olduqları nikah ailə qanunvericiliyinin istinad olunan normalarında şərh olunmuş ailə modeli anlayışının mahiyyəti üzrə tələblərinə (bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti) cavab vermir və onun formal, görüntü xatirinə fiskal məqsədli şərti ittifaq olduğuna, həmin əqdin isə etibarsız əqd olduğuna dəlalət edir. Eyni zamanda tərəflər arasında bununla bağlı bağlanmış barışıq sazişinin qanuniliyini, mediasiya haqqında qanunvericiliyin tələblərinə zidd formada bağlandığını, habelə tərəflərin əqdin etibarsızlığı ilə bağlı izahatlarında göstəridkləri xüsusatları tək zib edən hər hansı sübut və material iş materiallarında mövcud deyil. Belə olan halda məhkəmə qanunsuz və əsassız olaraq tərəflərin izahatlarını sübut kimi qiymətləndirməkdən və nəzərə almaqdan imtina etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

19. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

20. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

21. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

22. Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

23. Maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

24. Maddə 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;

25. Maddə 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

26. Maddə 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

27. Maddə 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

28. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə m əhkəməyə müraciət edə bilər.

29. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

30. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

31. Maddə 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

32. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

33. Maddə

26. Nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa - yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa - yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barə də məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin i zahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamən in qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına uyğun olaraq məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. İşin müəyyən edilmiş halları baxımından tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsinə əsas verdiyi üçün iddianın təmin edilməsi barədə gəlinən nəticə də düzgündür.

49. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ hissəsinə əsasən qəbul etmir. Belə ki, həmin normaya görə nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

50. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad etmişdir. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir.

51. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmiş və niyyətləri məhz rəsmi nik aha daxil olmaq olmuşdur. Bundan sonra toy mərasiminin keçirilməsinə 7 gün qalmış iddiaçının sağlamlığında problem aşkar edilmişdir. Belə olan halda da iddiaçı tərəfindən nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsaslar mövcud olmamışdır.

52. Göründüyü kimi, işin məhkəmələr tərəfindən müəyyən edilən halları Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən iddianın təmin edilməsini istisna etmişdir. İddiaçı nikahın pozulması barədə cavabdehlə birlikdə müvafiq qeydiyyat orqanına müraciət etmək əvəzinə nikahın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

53. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddianı etiraf etdiyi halda, məhkəmələrin həmin etirafı qəbul etməmələri ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Çünk i cavabdehin iddianı qəbul etməsi barədə həmin etirafı və onların barışıq sazişləri yuxarıda sadalanan maddi hüquq normalarına zidd olduğundan, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələbinə əsasən qəbul edilə bilməz.

54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız ol duğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamən in ləğv edilməsi üçün əsas ola bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3629/2024 nömrəli, 20 avqust 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar