Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4055/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (3 saylı Bakı “Asan xidmət” mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4055/2024 (Açar sözlər: nikahın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (3 saylı Bakı “Asan xidmət” mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-779/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaqla, nikahlarını 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində 1313 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər.
2. İddiaçı ilə Cavabdeh arasında Mediasiya Təşkilatı tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesində iddiaçı Könül Qasımlının nümayəndəsi qismində iştirak edən Nümayəndə və Cavabdeh barışıq sazişini imzalandıqdan sonra 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmiş və tərəflərin bir-birilərinə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişlər. Beləliklə, tərəflər arasında nikahın etibarsız hesab edilməsi barədə barışıq sazişi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (3 saylı Bakı “Asan xidmət” mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) nikahın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 1313 nömrəli nikah qe ydinin və nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuşlar. Lakin, onlar rəsmi olaraq nikaha daxil olsalar da, aralarında faktiki olaraq heç bir ailə münasibəti olmamış, nikahdan övladı doğulmamış və həmin tarixdən faktiki olaraq ayrı yaşamışlar və hazırda da ayrı yaşayırlar. Cavabdehin ailəsi el adəti ilə onu ailəsindən istəmək üçün elçi gəlmişlər. Lakin, sonradan cavabdehin bildirdiyinə görə Elçinin anası onu bəyənməmişdir. Beləliklə, cavabdeh özünün ona məlum olmayan həqiqi niyyəti barəsində susub onu aldadaraq onunla nikaha daxil olmuşdur. Ona görə də hesab edir ki, nikah etibarsız hesab edil məlidir. Nikahın etibarsız hesab edilməsi tələbi ilə mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesində onun etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Nümayəndə və cavabdeh bu Sazişi imzalandıqdan sonra 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmiş və tərəflərin bir-birilərinə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişlər. Beləliklə, tərəflər arasında nikahın etibarsız hesab edilməsi barədə barışıq sazişi bağlanmışdır.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, valideynlərinin onların nikaha daxil olmasına razılıqları olmadığından, ailəsini məcbur etmək üçün başqa şəxsləri elçiliyə göndərmiş və nikaha girmişdir. Həmin vaxt valideynləri etiraz etdiklərindən toy baş tutmamışdır. Onlar nikaha daxil olandan sonra, birgə yaşamamışlar. Həm onun, həm də iddiaçının nikaha girmək fikirləri olmuş və ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar.
6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-343/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddiaçının cavabdehə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik göründüyü ki mi nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək, belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflər arasında ailə qurmaq niyyəti ilə öncə nişan mərasimi olmuş, daha sonra isə nikah bağlamışlar. Tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab etmişdir.
8. Cavabdehin iddianı etrafına gəlincə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın etiraf edilməsini qanunazidd hesab etmiş və qəbul etməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin dey il, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilmədi.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ailə qurmağa niyyətinin olmadığını bildirərək nikahın etibarsızlığını tələb etsə də, cavabdehin ailə qurmaq niyyətinin olmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmamışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, Ələndərova (Qədirova) Səadət Ələndər qızı ilə cavabdeh xx.xx.2021-ci il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1313 saylı akt qeydi tərtib edilmiş və arvada Qədirova soyadı verilmişdir. Hər iki tərəfin niyyəti məhz ailə qurmaq olmuşdur. Belə ki, bu faktı həm məhkəmə iclasında verilmiş tərəflərin verdiyi izahatları təsdiq etmişir. Göründüyü kimi, iddiaçı özünün əsl niyyətinin ailə qurmaq olmadığını, valideynlərinin təkidi ilə ailə qurduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, habelə iddiaçının özünün razılığı olmadan, valideynləri nin təkidi ilə nikahın bağlanması, iddiaçının ailə qurmaq niyyətinin olmamaması kimi hallar öz təsdiqini tapmamışdır.
12. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, ailə qanunvericiliyi nikahın etibarsız hesab edilməsinin əsasları və şərtlərini dəqiq şəkildə müəyyən edir ki, hazırkı iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin hallar aşkar edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2, 1.3, 2.2, 2.3, 12.0.3, 25, 26.1.3-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 3, 4.1, 26, 28, 29-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Lakin onlar rəsmi olaraq nikaha daxil olsalar da, aralarında faktiki olaraq heç bir ailə münasibəti olmamış, övladları olmamış və həmin tarixdən faktiki olaraq ayrı yaşamışlar və indi də ayrı yaş ayırlar. Qeyd olunmalıdır ki, cavabdehin ailəsi el adəti ilə onu ailəsindən istəmək üçün ona elçi gəlmişlər. Lakin sonradan cavabdehin bildirdiyinə görə Elçinin anası onu bəyənməmişdir. Beləliklə, cavabdehin özünün ona məlum olmayan həqiqi niyyəti barəsində susub onu aldadaraq onunla nikaha daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi cavabdeh bildirmişdir ki, valideynlərinin onların nikaha daxil olmasına razılıqları olmadığından, ailəsini məcbur etmək üçün başqa şəxsləri elçiliyə göndərmiş və nikaha girmişdir. Həmin vaxt valideynləri etiraz etdiklərindən toy baş tutmamışdır. Onlar nikaha daxil olandan sonra, birgə yaşamamışlar. Həm onun, həm də iddiaçının nikaha girmək fikirləri olmuş və ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar. Bu da cavabdehin nikaha girmək niyyətinin olmamasını, iddiaçını aldadaraq nikaha daxil olmasını və məhkəmə iclasında yalan danışmasını ifadə edir. Tərəflər arasında nikahın etibarsız hesab edilməsi barışıq sazişi bağlanması da bunu təsdiq edir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-779/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Ape llyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, nikahın etibarsız sayılması üçün şərtlər qanunvericilikdə konkret olaraq qeyd edilmişdir. Nikahın etibarsız sayılmasının ikinci şərti nikahın bağlanması zamanı ər və ya arvadın yazılı razılığının (könüllü razılıq) olmamasıdır. Bu şərt ailə hüququnda nikahın könüllüyü prinsipinə əsaslanır. Nikaha daxil olan zaman könüllülük prinsipinin pozulması çeşidli səbəblərdən baş verə bilər (fiziki və psixi zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələməklə, aldatma və s.). Mövcud tələb üzrə iddiaçı nikahın aldadılması ilə bağlanılmasına istinad edərək nikahın etibarsızlığını tələb etsə də, bunun əsası kimi cavabdehin el adəti ilə onu ailəsindən istəməyə gəlsə də, cavabdehin anasının onu bəyənmədiyini, bununla da Cavabdeh həqiqi niyyəti barədə susması olmuşdur. Lakin nikahın etibarsızlığına səbəb olacaq bu halları təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, aldatma nikaha daxil olan ərin (arvadın) qarşı tərəfi qəsdən yanıltmaqla onu nikaha girməyə təhrik etməsidir. Aldatma aktiv hərəkət və ya hərəkətsizlik yolu ilə (qarşı tərəfi nikaha daxil olmaqdan çəkindirəcək hallar barədə susma, yalan məlumat vermə) edilə bilər. Bütün bu hallarda nikaha daxil olan şəxslərin adətən onlardan birinin gerçək iradəsi ifadəsi üst-üstə düşmədiyindən nikahın könüllüyü prinsipi pozulur. Lakin hazırkı işdə belə bir hallar mövcud deyil.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin anasının iddiaçını bəyənməməsi və cavabdehin bunu ondan gizlətməsi barə də dəlili mövcud nikahın etibarsızlığı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi nikahın etibarsız sayılması barədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 25.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun ə saslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi aşağıdakıları nəzərə almamışdır: Cavabdehlə xx.xx.2021-ci il tarixli, 1313 nömrəsi ilə qeyd edilmiş nikah saxta olmuşdur, çünki cavabdehin ailə qurmaq niyyəti olmamışdır. Cavabdehin ailə qurmaq niyyətinin olmaması onun məhkəmədə verdiyi ifadələri ilə (toy etməmişik, nikahdan sonra birlikdə yaşamamışıq) öz təsdiqini tapmışdır. Cavabdeh “nikahın etibarsız hesab edilməsinə dair” Mediasiya Sazişini imzalamış və məhkəmədə iddianı etiraf etmişdir. Məhkəmə Kollegiyası tərəfindən Mediasiya Sazişinin və cavabdehin etirafının qəbul edilməməsi üçün heç bir hüquqi əsas olmamışdır. Çünki saziş və cavabdehin etirafı qanuna zidd olmamış, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdı r. Məhkəmələr “nikahın etibarsızlığı” digər şəxslərin, o cümlədən iddiaçının və cavabdehin valideynlərinin, habelə digər şəxslərin hüquq və mənafelərinə təsir edib-etməməsini, onların buna dair münasibətlərini aydınlaşdırmamışdır. Qəbul edlmiş məhkəmə qətnaməsi iddiaçının və cavabdehin, habelə onların valideynləri və yaxın qohumlarının iradə ifadəsinə ziddi olmaqla, proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
24. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
25. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəlləni n 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
26. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
27. Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
28. Maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
29. Maddə 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
30. Maddə 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
31. Maddə 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
32. Maddə 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəali yyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
33. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
34. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
35. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
36. Maddə 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
37. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
38. Maddə
26. Nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa - yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa - yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanıl ma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına uyğun olaraq məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. İşin müəyyən edilmi ş halları baxımından tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsinə əsas verdiyi üçün iddianın təmin edilməsi barədə gəlinən nəticə də düzgündür.
54. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ hissəsinə əsasən qəbul etmir. Belə ki, həmin normaya görə nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasını qeyd etsə də, tələbinin hüquqi əsas kimi hər hansı hüquq normasına istinad etməmişdir. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərə flərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir.
56. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmiş və niyyətləri məhz rəsmi nikaha daxil olmaq olmuşdur. Bundan sonra toy mərasimi keçirilməmiş və bir yerdə yaşamamışlar. Belə olan halda da iddiaçı tərəfindən nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsaslar mövcud olmamışdır.
57. Göründüyü kimi, işin məhkəmələr tərəfindən müəyyən edilən halları Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən iddianın təmin edilməsini istisna etmişdir. İddiaçı üç ildən artıq müddət ərzində nikahda olduğu cavabdehlə birlikdə nikahın pozulması ilə bağlı müvafiq qeydiyyat orqanına müraciə t etmək əvəzinə, nikahın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
58. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddianı etiraf etdiyi halda, məhkəmələrin həmin etirafı qəbul etməmələri ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Çünki cavabdehin iddianı qəbul etməsi barədə həmin etirafı və onların barışıq sazişləri yuxarıda sadalanan maddi hüquq normalarına zidd olduğundan, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələbinə əsasən qəbul edilə bilməz.
59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyas iya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı Ali Məhkəməyə izahat ünvanlayaraq, kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, hazırkı izahatını təsdiq etmək üçün onun mülki kollegiyanın məhkəmə iclasına dəvət edilməsini xahiş etmişdir. Həmin izahatın işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək məhkəmə kolle giyası qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 15 noyabr 2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafın ın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-779/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.