Məhkəmə qərarları › İş №2(102)-2195/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2195/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2195/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)433/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində İddiaçı idarə etdiyi “Chevrolet” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobili, cavabdehin idarə etdiyi “Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində sürücü tərəf qapı hissədən vurulmuş, daha sonra idarəetməni itiriərək “Honda İnsite” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsini vuraraq əzmişdir.

2. Hadisə üzrə cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, toplanmış material üzrə cinayət işinin başlanması 16 noyabr 2023-cü il tarixli qərarla rədd edilmişdir.

3. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyi nin təmin edilməsi və avtomobil yollarının istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 01:21-də “Chevrolet Epica” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

4. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehin barəsində “İnzibati tənbeh vermə haqqında” 3 dəfə, yəni xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə qərarlar qəbul edilmişdir. Onlardan ikisi, yəni xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar cavabdehin şikayəti əsasında məhkəmələr tərəfindən ləğv edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)39/2025 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardan cavabdehin verdiyi şikayət isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddia İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində istismara yararsız vəziyyətə d üşməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10935 manat, cavabdehin hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi məqsədi ilə 1000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçının idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının idarə etdiyi avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. Baş ve rmiş yol-nəqliyyat hadisəsi faktı əsasında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılmış, 15 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avtoqəza zamanı avtomaşına vurulmuş zərərlə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertləri tərəfindən baxış keçirilmiş və avtomobilə dəymiş zərər qiymətləndirilmişdir. Avtomobilə vurulmuş maddi zərər bərpa olunan hissələr üzrə 5935 manat və görüləcək işlərlə bağlı 5000 manat, ümumilikdə 10935 manat miqdarında qiymətləndirilmişdir. Göründüyü kim i, cavabdeh tərəfindən vurulmuş 10935 manat maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsi tələb edilsə də, buna əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Avtomobil daxili lizinq müqaviləsi əsasında "xxxx" MMC tərəfindən ilkin olaraq X1 və razılaşma əsasında avtomobil üçün aylıq ödənişlər edilməsi şərti ilə iddiaçıya verilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verlmişdir. Avtomobil iddiaçının istifadəsində olduğu vaxt zədələnmiş və iddiaçı maddi zərərə məruz qalmışdır. Avtomobil təmir edilərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. Əlavə olaraq avtomobildən istifadə edə bilməməyi səbəbindən aylıq ödənişləri yerinə yetirməkdə çətinlik çəkmiş, əlavə maddi zərərlə ü zləşmişdir. MTE və PA ETT Birliyinin Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində xəsarətin sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid olması göstərilmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Qəza baş verən zaman avtomaşın vurularkən qorxu hissi keçirmiş, xəsarət almış, maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir.

7. Cavabdeh məhkəmə iclasındakı izahatda bildirmişdir ki, iddiaçı idarə etdiyi avtomobilinin idarəetməsini itirmiş və onun avtomobili iddiaçının idarə etdiyi avtomobilin qapısına dəymişdir. O, avtom obilindən yağ axdığını görüb maşını kənara çəkib saxlamışdır. Həmin an affekt vəziyyətində olmuşdur. Səhəri gün polis şöbəsinə yaxınlaşıb izahat vermişdir. O, yol-nəqliyyat hadisəsində özünü təqsirli hesab etmir, əks yola çıxmamışdır. İddia ərizəsində qeyd edilən məbləğlərlə razı deyil.

8. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 məhkəmə iclasındakı izahatında bildirmişdir ki, cavabdeh haqqında heç bir inzibati xəta tədbiri görülməmiş, inzibati xətanı cavabdeh yox, iddiaçı törətmişdir. Belə ki, iddiaçı idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmış, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün iddiaçının avtomobilini vurmuşdur. Buna görə də, aparılmış araşdırmanın nəticəsi olaraq “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Cav abdeh epilepsiya xəstəliyindən əziyyət çəkir, hadisə zamanı özünü pis hiss etdiyindən evə gedib, dərman qəbul etməyə məcbur olmuşdur.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəyində aşağıdakılar göstərilmişdir: “... Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri-bərpa xərci hadisə baş verən tarixə təxminən 9935 manat müəyyən edilir”.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1303/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddianın qismən təmin edilməsi, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 9935 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 119,35 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1069/2023 saylı “Vətəndaş İddiaçı YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış rədd materialı”nda olan sənədlərdən aşağıdakılar müəyyən edilir: “Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab İlqar Məmmədova aşağıdakı məzmunda izahat ve rmişdir: “... yuxarıda göstərilən ünvanda ailəmlə bilrikdə yaşayıram. İzahatımın kompyuterlə yazılmasına etiraz etmirəm. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində bir işlə bağlı özümə məxsus Chevrolet Epica markalı 10PZ818 dövlət nömrə nişanlı avtomaşın ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ilə üzü Biləcəri dairəsi istiqaməti üzrə gedirdim. Həmin zaman mənim avtomaşınımın surəti isə 60 km/saat idi. Mən Y.Hüseynov küçəsinə daxil olduqda yüngül çəpinə döngəni döndüyüm zaman əks istiqamətdə qarşıma Chevrolet markalı avtomaşın çıxdı mən idarə etməni itirib həmin avtomaşının qabaq yan sürücü tərəfdən qapısı tərəfdən vurdum, avtomaşınımın hava yastığı açılıb başıma dəydi. Bundan sonra avtomaşnım yerində fırlanaraq avtomaşınımın arxa sol yan qanadı orada park e dilmiş digər avtomaşına dəydi. Bundan sonra mən avtomaşınımı sürüb həmin yerdən çıxıb getdim. Ona görə ki, mən 44 günlük Vətən Müharibəsində iştirak etdiyim zaman başımda hazırda kontuziya vardır. Hava yastığı açıldığı üçün mənim başıma dəydi və mən özümü pis hiss etdiyimə görə və təcili dərman içmək üçün avtomaşını yaşadığım ünvanın yaxınlığında saxlayıb evimə getdim. Bunuda əlavə edim ki, avtomaşınımdan yağ axırdı və asfaltı korlamamaq üçün avtomaşını torpaq ərazidə saxladım.... Chevrolet markalı 10PZ818 d.n.n-lı avtomaşını 2019-cu il tarixdə Eco Lizing şirkətindən almışam. 2021-ci il tarixdə avtomaşının lizing kreditini bitirmişəm və bundan sonra xəstəxanada 1 il yarım qaldığıma görə avtomaşın həyətimizdə dayanacaq vəziyyətdə qalmışdır. Həm də maddi sıxıntılarım olduğu üçün avtomaşını öz adıma keçirə bilməmişəm, nədə ki, sığorta etdirə bilməmişəm. Çünki mənim 850 manat sığortaya görə borcum yaranmışdır. Hadisə günündən 1 gün əvvəl 850 manat sığorta cəriməsini ödəmişdim...”

12. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “... xx.xx.2023-cü il tarixdə saat 01:21-də İddiaçı DİN-in 102 xidmətinə məlumat verərək bildirmişdir ki, ünvan 1 ünvanda idarə etdiyi “Chevrolet Cobalt" markalı ** YB *** dövlət nömrə nişanlı avtomaşını “Chevrolet Epica" markalı ** PZ *** dövlət nömrə nişanlı avtomaşın vuraraq vuraraq xəsarət almış, daha sonra isə həmin avtomaşın yolun kənarında park edilmiş “Honda İnsite” markalı ** RY *** dövlət nömrə nişanlı avtomaşını vuraraq hadisə yerindən yayınaraq qaçmışdır.... Faktla ba ğlı hadisə yerinə baxış keçirilərək protokol və fotocədvəl tərtib edilmiş, sxem çəkilərək materiala əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış İddiaçı qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 01:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi Y.Hüseynov küçəsi ilə Xırdalan şossesinə doğru idarə etdiyi Chevrolet Cobalt markalı ** YB ***3 d.n.n-lı avtomaşın ilə hərəkətdə olduğu zaman qarşıdan gələn Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşın yüksək surətlə gələrək onun yoluna çıxmış və onu sol hissədən vuraraq kafenin qarşısına tullamışdır. Bundan sonra həmin avtomaşın yolun sağ kənarında park edilmiş Honda İnsite markalı ** RY *** d.n.n-lı avtomaşını vuraraq hadisə yerindən yayınmışdır. Hadisədən sonra o TTYS-nə zəng edərək müayinə olunması üçün KTM-nə getmişdir. Hadisə nəticəsində ona 10000-15000 manat ziyan dəyməsini izahatında göstərmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınan X6 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində evdə olduğu zaman qonşuları onu çağıraraq bildirmişlər ki, yolun sağ kənarında özünə məxsus Honda İnsite markalı ** RY *** d.n.n-lı avtomaşını, Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşın vuraraq hadisə yerindən yayınmışdır. Təhqiqat araşdırması zamanı İddiaçı sərxoşluq müayinəsindən keçirilmiş və ayıq olması barədə rəy alınaraq materiala əlavə edilmişdir. X10 markalı ** PZ *** d.n.n-lı avtomaşının sahibi hadisə yerindən yayındığı üçün onun sərxoşluq dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Təhqiqat araşdırması zamanı Cavabdeh istifadəsində olan ********** mobil nömrəsi ilə əlaqə saxlanılmış və o hadisədən 2 gün sonra TŞ-nə izahat verərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşını ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ilə meydan istiqamətində hərəkətdə olduğu zaman onun qarşısına Chevrolet Cobalt markalı ** YB *** d.n.n-lı avtomaşın çıxmışdır. Həmin avtomaşının qabaq sürücü tərəfdən qapısına vurmuş daha sonra isə park edilmiş avtomaşını vuraraq sürüb çıxıb getmişdir. Hadisə yerindən yayınmağının səbəbini belə izah etmişdir ki, 44 günlük vətən müharibəsində çoxlu sayda qəlpə yaraları almışdır. Toqquşma anında onun başına hava yaşdığı dəydiyinə görə onun başında ağrılar başladığına görə dərman qəbul etməsi üçün evinə getmişdir. Vət. Cavabdeh səhhəti i lə bağlı heç bir sağlıq mərkəzinə müraciət etməmişdir. Bundan əlavə onun xəsarət dərəcələrini müəyyən etmək üçün MTE-nə göndərilmiş lakin o MTE-dən müayinədən keçməmişdir. MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli 2131 saylı ekrspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı bədən səthində aşkar olunmuş xəsarət - sol dirsək oynağı nahiyyəsinin əzilmiş cırılmış yarası, sağ bazu nahiyyəsinin dərialtı hematoması, sol çiyin qurşağı nahiyyəsinin, döş qəfəsinin, sağ bazu nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin qançırları, sağ və sol bazu nahiyyələrinin, sağ dirsək oynağı nahiyyəsinin, sağ və sol diz oynağı nahiyyələrinin, bel nahiyyəsinin, sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün X13 PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Sağlamlığın qısa müddətə pozan salamlığa “Yüngül” zərərvurmaya aiddirlər. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə təqsirkar tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan zərəçəkmişin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaradır və şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə tövsif olunur.

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununa əsasən Azərbaycan Respblikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində 2-ci bəndinə edilmiş əlavədə göstərişlmişdir ki, bu məcəllənin 263.1 və 263.1-1-maddə iərində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya dəymiş ziyan tamamilə ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

14. Toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində İddiaçı idarə etdiyi “Chevrolet” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Chevrolet Epica” markalı **-PZ-*** d.n.n-lı avtomaşın sürücü tərəf qapı hissədən vurmuş daha sonra idarə etməni itiriərək Honda İnsite markalı **-RY-*** d.n.n-lı avtomaşının qabaq hissəsini vuraraq əzmişdir. Odur ki, materialda cinayət tərkibi yaranmadığını nəzərə alaraq, toplanmı ş material üzrə cinayət işinin başlanılması rədd edilməli, “Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-ci və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməlidir” 15. - Həmin qərarla “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/986 saylı material üzrə cinayət işinin başlanması rədd edilsin,“Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsləsinin həlli üçün qərarın surəti Binəqədi R Pİ-nin DYPŞ-nə göndəril”məsi qərara alınmışdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Məhkəmə iddiaçının keçirilmiş altı məhkəmə iclaslarının heç birində ona vurulmuş mənəvi ziyanla bağlı hər hansı tələb irəli sürməməsini, tələbini sırf avtomobilə dəymiş ziyan üzərində qurmasını, cavabdehin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 3-cü qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi mənəvi ziyan hissəsində təmin edilməməlidir.

18. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 1097.1 və 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdeh yox, iddiaçı törətmişdir. Belə ki, iddiaçı idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmış, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün iddiaçının avtomobilini vurmuşdur. Buna görə də, aparılmış araşdırmanın nəticəsi olaraq “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarları məhkəmə qaydasında mübahisələndirmişdir. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin həmin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli olması barədə qüvvəyə minmiş qərar mövcud deyil. İşə baxmış rayon məhkəməsi işə nə hazırkı mülki işin, nə də inzibati xəta haqqında işin hal larını ətraflı araşdırmamış və nəzərə almamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-433/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X9) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin rayon məhkəməsinə verdiyi izahatdan və rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, o, onun barəsində qüvvəyə minmiş inzibati xəta ilə bağlı hər hansı qərarın mövcud olmamasına əsaslanaraq ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbini əsassız hesab edir.

23. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi ilə bağlı cavabdehin barəsində “İnzibati tənbeh vermə haqqında” 3 dəfə, yəni xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə qərarlar qəbul edilmişdir. Onlardan ikisi, yəni xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar cavabdehin şikayəti əsasında məhkəmələr tərəfindən ləğv edilsr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli qərarə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardan cavabdehin verdiyi şikayət isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı qanuni qüvvəyə minmişdir. Buna görə də, qəbul edilməlidir ki, cavabdeh tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, avtomobilin istismara yarasız vəziyyətə düşməsi, cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi işin mübahisəsiz halı kimi qəbul edilməli, cavabdehin dəlili isə əsassız hesab edilməlidir.

24. İşin bu halını nəzərə alan məhkəmə qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya qarşı delikt törətməklə iddiaçıya maddi zərər vurması və bu səbəbdən də cavabdehin iddiaçıya vurduğu zərəri ödəməli olması barədə iş üzrə gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətinin isə bu nəticəyə aid dəlili əsassızdır. 25. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 01/02-519 Fİ nömrəli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus “Chevrolet Cobalt” markalı, 77YB296 dövlət qeyd iyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 10935 manat (bərpa olunan hissələr üzrə 5935 manat və görüləcək işlərlə bağlı 5000 manat) vəsait tələb olunur. İddia ərizəsindən görünür ki, iddiaçı qeyd edilən həmin “Qüsur aktına” əsaslanar hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10935 manat məbləğində pul tutulmalıdır.

26. Qeyd edilən “Qüsur aktının” əsaslılığını yoxlamaq məqsədi ilə işə baxmış rayon məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rayon məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəy dən görünür ki, iddiaçının avtomobilinin təmir-bərpa xərci təxminən 9935 manat təşkil edir. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə məhz rəydə qeyd edilən məbləğ tutulmalıdır. Rəyi şübhə altına ala biləcək sübutlar (məsələn: alternativ rəy və ya qüsur aktı) cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

27. Apellyasiya baxışı iclasında cavabdeh bildirmişdir ki, o, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy ilə razı deyil. Buna görə də, xahiş edir ki, iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin.

28. Apellyasiya məhkəməsi cavabdehin vəsatətini təmin etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rayon məhkəməsinə iş üzrə rəy verildikdən sonra cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etmiş, müvafiq izahatlar və vəsatətlər vermiş, lakin iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. Cavabdehin vəsatəti yeni sübutun əldə olunmasına yönəlmişdir. MPM-in tələblərinə görə isə, işdə iştirak edən şəxslər sübutlar təqdim etmək, vəsatətlər vermək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər

29. Cavabdehin yeni sübutun apellyasiya icraatı zamanı əldə olunmasını əsaslandıra bilm əmişdir. Buna gərə də məhkəmə cavabdehin vəsatətini əsassız hesab edərək, təmin etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli rəyi etibarlı sübut kimi qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2 Gülhəsən oğlu) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh baş verən qəzada təqsirsiz olması ilə bağlı hüquqi addımlar atıb. DYP qərarı bir neçə dəfə məhkəmələr tərəfindən ləğv edilib. Lakin DYP məhkəmənin göstərişlərinə diqqət etməyərək əvvəldə n qəbul etdiyi qərarı dəyişməyərək yenidən eyni qərarı qəbul edib. Təqsirsiz olduğunu hesab etdiyi halda qəzanın təqsiri cavabdehin üzərində qalıb. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdeh yox, iddiaçı törətmişdir. İddiaçı idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmış, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün iddiaçının avtomobilini vurmuşdur.

32. Bakı Apellyasiya Məhkəməsinin hüquqi qiymət vermədiyi məsələ iddiaçının təqdim etdiyi qüsur aktı ilə bağlıdır. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2023cü il tarixli, 01/02-519 Fİ nömrəli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 10935 manat (bərpa olunan hissələr üzrə 5935 ma nat və görüləcək işlərlə bağlı 5000 manat) vəsait tələb olunur. Qeyd edilən “Qüsur aktının” əsaslılığını yoxlamaq məqsədi ilə işə baxmış rayon məhkəməsi qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir və rəydən görünür ki, iddiaçının avtomobilinin təmir-bərpa xərci təxminən 9935 manat təşkil edir. Əslində, rəylə qüsur aktını müqayisə edəndə görünür ki, rəy qüsur aktının təkrarıdır. Qüsur aktını və rəyi tərtib edənlər avtomobilin ilini, onun deformasiya uğrama faiz nisbətini qeyd etməyiblər. Belə ki, “Chevrolet Cobalt” markalı avtomobillərin təxmini bazar qiyməti ilə çəkilən xərci müqayisə edəndə belə çıxır ki, “Chevrolet Cobalt” ancaq qapılardan ibarətdir. Avtomobilin qapılarını çıxarsan qalan hissələri pulsuz əldə etmək olar. Xər c avtomobilin dəyərinə mütənasib olmalıdır. Əgər avtomobilin ön motor hissəsi əzilsə idi, o zaman maşının özündən baha olması sual doğurur. İki qapı 10 min manatdırsa bir motor 20 min olar. Bu marka avtomobillərin qiymətinin “turbo.az” saytından baxanda 20 min manat ətrafında olduğu görünür. Bu avtomobil təzə zavoddan çıxmayıbdır. Taksidə çalışan və bəlkə də qəzadan əvvəl də qəzalı vəziyyətdə olub. Nə birinci, nə apellyasiya instansiya məhkəmələri qiymət məsələsini obyektiv araşdırmamış və bu səbəbdən də əsassız qərar qəbul etmişlər.

33. Bakı Apellyasiya Məhkəməsinin hüquqi qiymət vermədiyi digər məsələ iddiaçı tərəfindən həqiqətən də o, xərclərin çəkilib-çəkilməməsi ilə bağlıdır. Məhkəmələr iddiaçının həqiqətən tələb etdiyi və ona dəydiyini iddia etdiyi ziyanla bağlı hər hansı bir ödəniş qəbzinin olub-olmadığını araşdırmayıb. İş materillarında belə qəbzlərə rast gəlinmir. "xxxx" MMC tərəfindən müəyyən edilən iddiaçıya məxsus “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 10935 manat (bərpa olunan hissələr üzrə 5935 manat və görüləcək işlərlə bağlı 5000 manat) vəsait şübhəli və qaranlıqdır Çünki heç bir yerdə usta xərci ilə ehtiyat hissələrinin qiyməti eyni olmur. Şübhəli məqam olmağına baxmayaraq məhkəmələr buna qiymət verməyib və iddiaçıdan həqiqətən o xərcləri çəkməsi barədə hər hansı ödəniş edilib-edilmədiyini dəqiqləşdirməyib. Qəbz təqdim etməyən iddiaçı əsassız varlanmaq niyyəti ilə çəkmədiyi xərci tələb edir.

34. Bakı Apellyasiya Məhkəməsinin düzgün hüquqi qiymət vermədiyi məsələ dövlət rüsumu i lə bağlıdır. Belə ki, “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər - Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Birinci instansiya məhkəməsi ödənilmiş dövləT rüsumunun 119,35 (yüz on doqquz manat otuz beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsini qət edib. Apellyasiya Məhkəmsinin 2(103)-433/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən gö rünr ki, cavabdeh müharibə iştirakçısı və veteranı olduğunu məhkəməyə bildirib. Lakin məhkəmə maddi və prosessual normaları düzgün tətbiq etməyən Binəqədi rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb. Cavabdeh müharibə əlillərinə təqaüd İİİ qrup əlildir və əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun 119,35 (yüz on doqquz manat otuz beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsini qət edib. b)

35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçün cü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

40. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

43. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdı r.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

56. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumu nun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-413/2025 nömrəli iş üzrə 18 mart 2025- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar