Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2196/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs X4) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2196/2024 (Açar sözlər: mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs X4) qarşı “yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-241/2024 nömrəli, 05 fevral 2024cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin 655 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, Cavabdeh2 5-ci mikrorayon, ev 134, yataqxana 8/12, mənzil 42 ünvanında yaşayır. Mənzil bir otaqlıdır, sahəsi 11 kv.metrdir. Mənzil beş mərtəbəli evin 3-cü mərtəbəsində yerləşir. Mənzilin daxil olduğu sektor dövlətdir. Mənzilin sahibi Cavabdeh2, ailə üzvləri isə 3 nəfər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dir.
2. Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatına əsasən, ünvan 2i ildə inşa olunmuş və hal-hazırda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır.
3. Dövlət mənzil fondu yaşayış sahəsinin kirayəsinə dair 05 may 2023-cü il tarixli müqaviləyə əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X8 (kirayədar) və Şəfiqə Bəndəliyeva (kirayəçi) arasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu Şö bəsinin iştirakı ilə müqavilə bağlanmışdır. Kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 3, mənzil 67-də, yaşayış sahəsi 50,22 kv.m. olan 3 otağı müddətsiz istifadə üçün vermişdir.
4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 nömrəli sərəncamına əsasən, X1 vəfatı ilə əlaqədar onun 2-ci dərəcəli əlil kimi xx.xx.1990-cı il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil uçotunun, həmin tarixdən mərhumun arvadı Şəfiqə Bəndəliyevanın adına keçirilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 22 oktyabr 2015-ci il tarixdə verilmiş 200 saylı sərəncamına düzəliş və əlavə edilərək yaşayış sahəsi 50,22 kvadrat metr olan 3 otaqlı ünvan 3-də yerləşən 67 saylı mənzilin vətəndaş Şəfiqə Bəndəliyevanın 4 nəfərdən ibarət tərkibinə təqdim edilməsi və həmin mənzilə da ir onunla kirayə müqaviləsi bağlanması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (bundan sonra iddiaçı və ya İstehsalat Birliyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı bina 1995-ci ildə inşa olunmuş v ə İstehsalat Birliyinin balansındadır. Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 4-də qeydiyyatdadırlar. Uzun müddət orada yaşamışlar. Lakin, yaşadıqları 4 saylı otağın şəraitsiz və darısqal olması səbəbindən ev almaq istəmişlər. Bununla əlaqədar Cavabdeh1 şifahi məlumatına görə 20 saylı Mənzil Kommunal Sahəsində işləyən qardaşı 48-ci məhəllə ərazisində 8 saylı binada boş otağın olmasını bildirmişdir. Bu səbəbdən həmin ərazinin Mənzil Kommunal Sahəsinin rəisi Abbasov Anar Asif oğlunun yanına getmiş və onunla razılaşaraq ünvan 3 ünvanındakı 67 saylı 3 otaqlı mənzili almışdır. Həmin otağı 2 ay müddətinə təmir edərək ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçmüş və mənzilə dair heç bir hüquqi sənədləri yoxdur. Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı evin, 67-ci mənzili Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli müqaviləsi ilə Şəfiqə Bəndəliyeva, övladı X5, övladı X2 və nəvəsi X6 verilmişdir. Hal-hazırda Şəfiqə Bəndəliyeva həmin ünvana mənzil qeydiyyatına alınmışdır. Adı çəkilən mənzil Cavabdeh1 və ailə üzvləri tərəfindən zəbt edildiyi üçün Şəfiqə Bəndəliyeva mənzilə köçə bilmir. Bu səbəbdən o, dəfələrlə İstehsalat Birliyinə gələrək otağın boşaldılmasını tələb etmişdir. Lakin, Cavabdeh1 onlar tərəfindən xəbərdarlıq edilsə də mənzili boşaltmaqdan imtina etmişdir.
7. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə qarşı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, həmin mübahisəli mənzil cavabdehlər tərəfindən özbaşına zəbt olunmamışdır. Belə ki, cavabdehlərə həmin mənzil məhz iddiaçı olan Birliyin rəhbərinin göstərişi əsasında verilmiş və bildirilmişdir ki, həmin mənzildə 2019-cu ilə kimi qaçqın ailəsi yaşamış və hal-hazırda mənzil boşdur. Amma yaşayış üçün yararsızdır. Təmirə ehtiyacı vardır. Bundan sonra iddiaçı Birliyin əməkdaşı tərəfindən mənzil cavabdehlərə göstərilir və cavabdehlər Birlik əməkdaşının dediyi şərtlərlə razılaşaraq mənzili tam şəkildə əsaslı təmir etdirmişdir. (təmirə təxminən 20.000 manat xərc çəkilmişdir) 2022-ci ilin avqust ayında mənzilə köçüb yaşamağa başlayırlar. Bu müddət ərzində Birliyin əməkdaşından mənzilin onlara aid olması barədə sənəd tələb etsələr də, hər dəfəsində əməkdaş bildirmişdir ki, “narahat olmayın, yaşamağa davam edin, sənədləşmə aparılacaqdır.” Bütün bu olanlardan Birliyin rəhbəri Hüseyn Həsənovun şəxsən məlumatı olmuşdur. Lakin sonradan cavabdehlərə məlum olmuşdur ki, iddiaçı nəinki tək cavabdehlərə həm də başqa digər şəxslərə də eyni qayda ilə mənzillər paylayaraq etibardan sui-istifadə edib, aldatmışdır. Bundan sonra aldadılan vətəndaşlar tərəfindən aidiyyatı dövlət orqanlarına şikayətlər olunur və şikayətlər əsasında hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmaqdadır. Onun tərəfindən həmin araşdırmanın vəziyyəti barədə məlumat almaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrup siyaya qarşı mübarizə idarəsinə sorğu verilmişdir. Bu məlumatı əldə etmək üçün məhkəmənin də sorğu verməsi məqsədə müvafiqdir. Yuxarıda adı çəkilən birliyin əməkdaşı İdarəyə dəvət olunmuş və izahatı alınmışdır. Cavabdehlərin dediyinə görə iddiaçı Birlik tərəfindən onlara binanın qəzalı vəziyyətdə olması barədə məlumat da verilmişdir.
8. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, 40 ildir ki, yataqxanada yaşayırlar. Anar müəllim demişdir ki, orada ev vardır. 40 ildir ki, yoldaşı ev növbəsindədir. Yoldaşı 25 il zəhərli sexdə işləmiş, əziyyətlər çəkmişdir. Yoldaşı zavodda birinci adamdır ki, ev növbəsindədir. Hər iki zavodu birləşdirib bir zavod etdikdən sonra sözügedən şəxs 72-ci növbəyə düşmüşdür. İcra hakimiyyətinin qəbuluna düşmək istəmiş, lakin onu içəri buraxmamışlar. O nu müavin qəbul etmiş, o, isə demişdir ki, gedib pullarını alıb, evi isə təhvil versinlər. Əlavə olaraq evi də təmir etdirmişdir. Anara dəfələrlə demiş, Anar isə bugün-sabah deyə-deyə onları gözlətmiş, daha sonra xanım əlində kirayə müqaviləsi ilə gəlmiş və demişdir ki, ev onundur.
9. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, onlar qapı sındırmamış, sadəcə açarı götürüb evə girmişlər. 1983-cü ildən ev növbəsindədirlər. Şəfiqə Bəndəliyeva isə 2015-ci il tarixdən ev növbəsinə daxil olmuşdur. Anar müəllim onları aldatmışdır ki, Hüseyn müəllimin xəbəri vardır. Hazırda isə ona deyilmişdir ki, Sədaqət xanımda 2-3 ev vardır. O evin pulunu vermiş, təmir elətdirmiş və daxil olmuşdur. Anar müəllim onlardan pulu aldıqda, Hüseyn müəllimə zəng etmiş və demişdir ki, razılaşmışlar. 20 m in manat pul vermişdir. Mənzilin boş olduğunu isə ona Anar adlı şəxs demişdir. Hüseyn Həsənovun qəbuluna getmiş, o, isə onları qəbul etməmişdir. Daha sonra onlara demişdir ki, evi boşaltsınlar. O, təmirə görə Şəfiqə xanımdan pul almağın yollarını axtaracaqdır. İki ay ərzində həmin evdə təmir işləri getmişdir. 2022-ci ilin avqust ayının 13ündən həmin ünvana köçmüşdür. Həmin mənzilə bir il sonra isə kirayə müqaviləsi bağlanmışdır.
10. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, onlar o evi iki ay ərzində təmir etdirmiş, həmin müddət ərzində isə heç kim, heç nə soruşmamışdır. Hüseyn müəllim özü demişdir ki, evi tez bir zamanda təmir edib, o evə köçsünlər.
11. Məhkəmə iclasında Cavabdeh2nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı iddia edir ki, İcra Hakimiyyətinin sərəncamı ilə müqavilə bağlanmışdır. Onlar deyirlər ki, İcra Hakimiyyəti sərəncam verir, onlar isə sərəncamdan irəli gələn məsələləri həll edirlər. Sərəncamda qeyd edilmişdir ki, Şəfiqə Bəndəliyevanın həyat yoldaşı Əkbər Haxverdiyev mənzil qeydiyyatında olmuşdur. Ona mənzil verilmiş, lakin “Turan” Mənzil Kooperativi həmin iki otaqlı mənzili başqa bir şəxsə satdığına görə bu ailə həmin mənzilə yerləşə bilməmişdir. Şəfiqə xanımın həyat yoldaşına ev verildiyi üçün, o mənzil qeydiyyatından çıxarılmışdır. İddia tələbini qəbul etmirlər. Kirayə müqaviləsinə imza atılarkən, cavabdehlərin həmin mənzildə yaşadıqlarını, həmin mənzili təmir etdirdiklərini bilirdilər. Bu barədə İcra Hakimiyyətinə məlumat verə bilərdilər. İcra Hakimiyyəti əgər bu məlumatı bilsə idi o zaman sərəncam verilməzdi. Anar adlı şəxs həmin qurumun tabeliyində olan işçidir. Anar onların məlumatı olmadan heç bir hərəkət edə bilməzdi. Hal hazırda Anar adlı şəxsin barəsində cinayət işi başlanmış, cavabdehlər tək deyildirlər, xeyli zərərçəkmiş şəxslər vardır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi cinayət işi başlamış, daha sonra isə Bakı Ağır Cinayətlə Məhkəməsinə göndərmiş, daha sonra iş aidiyyətı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda həmin məhkəmənin icraatındadır. Əlavə olaraq Sumqayıt Şəhər Prokurorluğunda Anar adlı şəxsin barəsində cinayət işi başlamışdır. Tərəflər zərərçəkmiş şəxs kimi tanınmışlar. Anar bildirmişdir ki, o Hüseyn adlı şəxsə pul verməmişdir. Bütün vəsaiti özü mənimsəmişdir. Həmin pulların dəyəri 600-700 min manat civ arındadır. Özü isə bildirmişdir ki, o, Hüseyn adlı şəxsin xəbəri olmadan heç bir iş görə bilməzdi. Cavabdehlərdən alınan iyirmi min manat vəsait də Hüseyn adlı şəxsə verilmişdir. Həmin şəxs söz vermişdir ki, müqaviləni verəcəkdir. Sərəncam ilə bağlı məsələlər də İnzibati məhkəmədə öz həllini tapacaqdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-3817/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3nun Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması, iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi q ət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İstehsalat Birliyinin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatına əsasən, ünvan 2i ildə inşa olunmuş və hal-hazırda İstehsalat Birliyinin balansındadır. 05 may 2023-cü il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, İstehsalat Birliyinin rəisi X8 şəxsində bundan sonra kirayədar bir tərəfdən və bundan sonra kirayəçi adlanan vətəndaş Şəfiqə Bəndəliyeva digər tərəfdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin iştirakı ilə müqavilə bağlamışlar. Kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 3, mənzil 67-də yaşay ış sahəsi 50.22 kv.m. olan 3 otağı müddətsiz istifadə üçün vermişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və onun ailə üzvləri-cavabdehlər Cavabdeh2, Cavabdeh3 mənzildən çıxmayaraq, mənzildə olan əşyaları götürməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edərək cavabdehlər işin mübahisə edilməyən halı olaraq mənzilə İstehsalat Birliyinin keçmiş əməkdaşı ilə aralarında olan razılığa əsasən mənzilə heç bir hüquqi əsas olmadan köçməsi Mənzil Məcəlləsinin tələblərini pozaraq, kirayəçi adlanan vətəndaş Şəfiqə Bəndəliyevanın qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarını pozmaqla, iddia tələbinin hüquqi əsasının özlüyündə əsaslı olması qənaətinə gəlməyə imkan verir.
14. Məhkəmə hesab etmişdir ki, sərəncamın və onun əsasında bağlanılmış müqavilənin qüvvədə olduğu təqdirdə, idd ia tələbinin əsaslılığını şübhə altına alan, həmçinin cavabdehlərin etirazlarının dəlilləri öz təsdiqini tapmır. Bununla bərabər, cavabdehlərin onları heç bir əsas olmadan mənzilə köçmələrinə, mənzildə təmir xərcləri çəkmələri ilə bağlı vurulmuş ziyanın tələbi ilə bağlı iddia qaldırmaq hüququndan məhrum etmir.
15. Məhkəməsi həmçinin hesab etmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzili İstehsalat Birliyinin balansında olduğu üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 153.1, 153.2, 155.1 157.1, 157.2, 157.4, 329.1, 337.1, 337.3, 337.4-cü m addələrinə, Mənzil Məcəlləsinin 1, 3, 17.1, 17.2, 17.3, 91.1.1, 91.3, 92-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən Cavabdeh2nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinspinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İddiaçı ilə üçüncü şəxs Şəfiqə Bəndəliyevanın arasında bağlanmış əqd, yəni icarə müqaviləsi bağlandığı andan etibarsızdır. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında həmin müqavilə bağlananda həmin mənzildə cavabdehlər yaşayırdı və bundan həm iddiaçının, həm də üçüncü şəxs Şəfiqə Bəndəliyevanın xəbəri olmuşdur. Həmçinin cavabdehlərin mübahisəli mənzili təmir etdirdiklərindən də məlumatlı olmuşlar. Bu hal bir daha təsdiq edir ki, iddiaçı üçüncü şəxs Şəfiqə Bəndəliyeva ilə mübahisəli mənzilə kirayə müqaviləsi bağlaya bilməzdi, çünki müqavilə bağlanarkən mənzil mübahisəli idi. Birinci instansiya məhkəməsi işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iddia tələbini təmin etsə də qətnaməsini təmin olunma hissəsində əsaslandırmamış, ümumiyyətlə bu hissəyə münasibət bildirməmişdir. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki işin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, “272” saylı sərəncamından görünür ki, hazırkı mübahisəli mənzil göstərilən sərəncam əsasında Şəfiqə Bəndəliyevanın istifadəsinə verilmiş və Şəfiqə Bəndəliyeva ilə müvafiq müqavilənin, yəni “dövlət mənzil fondu yaşayış sahəsinin kirayəyə verilməsi” müqaviləsinin bağlanması öhdəliyini iddiaçı İstehsalat Birliyinə həvalə etmişdir. İşdə olan bu sərəncamdan açıq şəkildə görünür ki, mənzilin mülkiyyətçisi dövlət olduğundan onun barəsində sərəncam vermək hüququq da məhz Sumqayıt şəhər İcra Hakimiyyətinə məxsusdur. Belə olan halda İstehsalat Birliyi mübahisəli mənzil barəsində birbaşa sərəncam vermək səlahiyyətində olmadığından hazırkı iddia tələbi ilə də çıxış edə bilməzdi. Yəni İstehsalat Birliyi hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halına düzgün hüquqi qiymət ver məmiş, ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli olduğu halda bunu etməmiş və nəticədə istinad olunan prosessual normanın tələbini pozmuşdur. X3 üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda bunu da etməmişdir. Məhkəmə tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edən hüquq normalarının tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, cavabdehlərin sübutlarının araşdırılmasında, şahidləri nin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə “Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, “272” saylı sərəncamının və həmin sərəncam əsasında bağlanmış kirayə müqaviləsinin” ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuş, iddia ərizəsi icraata götürülmüş və bu işə baxılıb qurtarana qədər hazırkı işin icraatının dayandırılması barədə vəsatət verilmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmadan vəsatəti təmin etməmişdir. Halbuki, vəsatət təmin olunmalı idi, çünki Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddia tələbi hazırkı iddia tələbi ilə birbaşa əlaqəlidir və Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddia tələbi təmin olunacağı təqdirdə haz ırkı iddianın heç bir mənası qalmayacaqdır.
19. Apellyasiya məhkəməsi tərəfindən X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-241/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti verən şəxs cavabdehlər mübahisəli mənzildə yaşadığından, iddiaçı ilə üçüncü şəxs Şəfiqə Bəndəliyeva il ə bağlanmış müqavilənin etibarsız olmasına, digər tərəfdən mübahisəli mənzilin Sumqayıt İcra Hakimiyyətinin balansında olduğundan, İstehsalat Birliyinin hazırkı iddia qaldırmaq subyektiv hüququnun olmamasına istinad etmişdir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd etmişdir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı İstehsalat Birliyi Sumqayıt Şəhəri İcra Hakimiyyətinin tərkibinə daxil olduğundan və mənzil Sumqayıt İcra Hakimiyyətinin balansında olduğundan iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehlərin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə faktiki olaraq yaşamaları, iddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyət i yanında İstehsalat Birliyi ilə üçüncü şəxs Şəfiqə Bəndəliyeva arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab etmişdir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələb inin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşasalar da, yaşamaqlarının əsaslı olmasını və qanuniliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Odur ki, cavabdehin Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə görə hazırkı işin icraatının dayandırılması məhkəmə icraatının prosessual səmərəlilik və qənaət tələblərinə cavab vermir. Göstərilən x üsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas vermişdir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
26. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunin 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8-ci, Mənzil Məcəlləsinin 17.1, 17.2, 17.2.1, 17.2.2, 17.2.3, 17.3, 48.1, 51.1, 68.1, 68.2, 68.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsində olduğu kimi işə baxarkən məhkəmə iclaslarında tərəflərin şəxsən özlərinin iştirakının təmin etməsi üçün heç bir tədbir görmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini, dolayısıyla prosessual normanın tələblərini pozmuşdur. Apellyasiya kollegiyası tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri barədə işin hallarını ümumiyyətlə araşdırmamış, həmçinin tərəflərin məsuliyyətini düzgün müəyyən etməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, “272” saylı sərəncamından əsasən hazırkı mübahisəli mənzil göstərilən sərəncam əsasında Şəfiqə Bəndəliyevanın istifadəsinə verilmiş və Şəfiqə Bəndəliyeva ilə müv afiq müavilənin, yəni “dövlət mənzil fondu yaşayış sahəsinin kirayəyə verilməsi” müqaviləsinin bağlanması öhdəliyini iddiaçı İstehsalat Birliyinə həvalə etmişdir. İşdə olan bu sarəncamdan açıq şəkildə görünür ki, mənzilin mülkiyyətçisi dövlət olduğundan onun barəsində sərəncam vermək hüququ da məhz Sumqayıt şəhər İcra Hakimiyyətinə məxsusdur. Belə olan halda İstehsalat Birliyi mübahisəli mənzil barəsində birbaşa sərəncam vermək səlahiyyətində olmadığından hazırkı iddia tələbi ilə də çıxış edə bilməzdi. Yəni İstehsalat Birliyi hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halına düzgün hüquqi qiymət verməmiş, ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli olduğu halda bunu etməmiş və nəticədə istinad olunan prosessua l normanın tələbini pozmuşdur. Apellyasiya məhkəməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. İddiaçı İstehsalat Birliyini rəisi Hüseyn Həsənov Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək şikayətin rədd edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, 75 mənzilli 8 saylı bina 1995-ci ildə inşa olunmuş və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 4-də qeydiyyatdadırlar. Yaşadıqları mənzil darısqal olduğuna görə Cavabdeh1 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi Anar Abbasovdan ünvan 3 ünvanındakı 67 saylı 3 otaqlı mənzili almış, mənzili 2 ay müddətinə təmir edərək ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçmüş, lakin mənzilə dair heç bir hüquqi sənədləri yoxdur. Qeyd olunan mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli müqaviləsi ilə Şəfiqə Bəndəliyeva və ailə üzvlərinə verilmişdir. Lakin, Cavabdeh1 onlar tərəfindən xəbərdarlıq edilsə də mənzili boşaltmaqdan imtina etmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh1 və ailə üzvləri həmin mənzildən çıxarılmışlar. Məlumat üçün bildiririlir ki, Cavabdeh1 aldatma yolu ila dövlət mənzilini sa tan Abbasov X12 Ağayevadan başqa 4 nəfəri də aldadaraq 14-ə yaxın dövlət mənzilini satmışdır. Həmin şəxslərin şikayəti əsasında Baş Prokurorluğun Korrupsiya idarəsi tərəfindən onun barəsində cinayət işi başlanmış və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2024-cü ilin aprel ayında 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolu.
32. Maddə 1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə
6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bil ər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik e dən şəxsə də mənsubdur Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
39. Maddə 17.1. Mənzil fondu - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.
40. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu - fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu - bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.
41. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu - dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqav ilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
42. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
43. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismin də uçota alınmış vətəndaşlara verilir.
44. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
45. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
46. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə ya şayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu.
47. Maddə
17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hal ların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaql a, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 6
5. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-241/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.